Bəs görəsən, Azərbaycan futbolunun ən intizamsız futbolçuları sırasına kimləri aid etmək olar? Maraqlı olacağını nəzərə alıb, klubları ilə ən çox problem yaşayan futbolçularımızın kimliyini araşdırmağa qərar verdik.
Zaur Ramazanov
Azərbaycan futbolunun ən istedadlı nümayəndələrindən olan Zaur Ramazanov həm də ölkəmizin ən intizamsız oyunçuları sırasında idi. Xüsusən “Xəzər Lənkəran”da oynadığı dönəmdə komandası ilə problem yaşayan oyunçu həm futbolçu kimi, həm də məşqçi kimi Lənkəran təmsilçisindən qovulmuşdu. Həmin vaxtlarda komanda rəhbərliyi Ramazanovun qovulmasına səbəb kimi onun komandadaxili ab-havanı pozmasını göstərmişdi.
Emin Quliyev
Ölkə futbolunun tanınmış simalarından olan Emin Quliyev də intizamsızlığı ilə gündəmə gələn futbolçulardan idi. 2005-2009-cu illər aralığında “Xəzər Lənkəran”ın şərəfini qoruyan və intizamsızlığı səbəbindən komandadan qovulan Quliyev bundan sonra isə məhz xarakteri üzündən heç bir kollektivdə duruş gətirə bilmədi. “Karvan”, “Abşeron” və “Simurq” komandalarında istədiyini tapa bilməyən sabiq müdafiəçi 2011-ci ildə karyerasını bitirdi.
Mahir Şükürov
Hazırda “Neftçi”də çıxış edən və Nazim Süleymanovun flaqmanın baş məşqçisi postundan getməsinin ardından verdiyi yersiz açıqlamalarla qınaq obyektinə çevrilən Şükürov indiyə kimi “İnter”, “Xəzər Lənkəran” və “Qəbələ” kimi iddialı klubların şərəfini qorusa da, sözügedən komandalardan intizamsız davranışları üzündən ayrılıb.
Xatırlayırsınızsa, bir müddət əvvələ qədər “Neftçi”ni çalışdıran Nazim Süleymanov da məhz 31 yaşlı müdafiəçinin intizamsızlığını əsas gətirərək onu komandadan uzaqlaşdırmaq istəmişdi. Rusiyanın “Anji” komandasında çıxış etdiyi dövrdə də millimizin üzvü oyunundan çox, məşqçilər korpusu ilə problem yaşamaqla yadda qalmışdı.
Xatırladaq ki, həmin vaxt “Anji” komandanın baş məşqçisi Hacı Hacıyev də onun intizamsız futbolçu olduğunu vurğulamışdı. Məlumat üçün bildirək ki, milli komandamızın üzvü "Anji"nin heyətində "Amkar"la oyunda bir dəqiqədə iki sarı vərəqə almaqla Hacıyevin qəzəbinə tuş gəlmiş və Mahaçqala təmsilçisindən kənarlaşdırılmışdı.
Elnur Allahverdiyev
Azərbaycan futbolunun ən çılğın simalarından olan Elnur Allahverdiyev həm də xoşagəlməz davranışları ilə diqqət çəkən oyunçulardandır. Məhz xoşagəlməz davranışları üzündən bir klubda duruş gətirə bilməyən və “Neftçi”ni “Qarabağ”a, “Qarabağ”ı, “Xəzər Lənkəran”a, “Xəzər Lənkəran”ı isə “Qəbələ”yə dəyişən müdafiəçi həm öz komanda yoldaşları, həm də rəqib futbolçularla problem yaşamaqla gündəmə gəlir.
Elə azarkeşlərlə də ulduzu barışmayan Allahverdiyevin onlarla dialoqu qarşılıqlı təhqirlərlə müşayiət olunur. Hətta yadınızdadırsa, bir müddət əvvəl milli komandamızın baş məşqçisi Berti Foqts da intizamsızlığı səbəbindən Elnur Allahverdiyevi milli komandadan uzaqlaşdırışdı.
Romal Hüseynov
Hazırda birinci divizionda mübarizə aparan “Qaradağ Lökbatan”ın şərəfini qoruyan Romal Hüseynov da belə demək mümkünsə, “ipə-sapa yatmayan” futbolçularımızdandır. Cari mövsümün əvvəlində Türkiyənin “Bucaspor” klubuna transfer olunan, amma sonradan müqaviləsi ləğv edilən yarımmüdafiəçinin trnsferinin məhz intizamsızlığı üzündən baş tutmadığı bildirilir. Yadınızdadırsa, həmin vaxt Türkiyə klubunun Twitter səhifəsində də Ramal Hüseynovun gecə həyatına meylli olması vurğulanmışdı.
Kamran Ağayev
“Bakı”dan qovulduqdan sonra “istəsəm siqaret də çəkərəm, araq da içərəm” açıqlaması ilə gündəmə gələn Kamran Ağayevin sözügedən açıqlaması onun xarakterini ortaya qoyur.
Son vaxtlar adı idman mediasının gündəmindən düşməyən Kamran Ağayevin üzərinə siqaret qutusu qoyulmuş masanın ətrafında əyləşdiyi əks olunan fotonun idman saytlarında yayılmasının ardından “Bakı”nın transferə çıxardığı milli üzvünün “Qəbələ” klubu ilə anlaşmasından sonra sözügedən problemin aradan qalxdığını düşünmək olar. Amma xarakterindəki çatışmazlıq üzündən oynadığı klublarda duruş gətirə bilməyən milli komandamızın qapıçısı haqqında “Kamran klubdaxili ab-havanı pozur, intizamsızlıq edir” tipli açıqlamaları az eşitməmişik. Karyerasının ən yaxşı dövrlərini çıxış etdiyi klubların rəhbərliyi ilə mənasız münaqişəyə sərf edən qolkiperin “Xəzər Lənkəran” və “Bakı”dan sonra “Qəbələ”də də eyni aqibəti yaşamayacağına inananlar çox deyil.
Andrey Popoviç
Yerli futbolçularla yanaşı, milliləşdirilən oyunçular arasında da intizmsızlığı ilə seçilənlər var. Bunlardan biri də milliləşdirilmiş ukraynalı Andrey Popoviçdir. Əslində, qolkiperə ölkə vətəndaşlığının verilməsi anlaşılmazdır. Ona görə anlaşılmazdır ki, qolkiperin sərgilədiyi oyun onun sıradan qapıçı olduğunu göstərir. Əgər belə olmasa, ukraynalılar heç bir vəchlə parlaq gələcək vəd edən Popoviçdən əl çəkməzdilər. Heç “çərçivə qoruyucusu”nun özü də Azərbaycanda çıxış etməyi Ukraynada zirvələri fəth etmək perspektivindən üstün tutmazdı. Amma Popoviç də səviyyəsinə bələddir və bu üzdən ölkəmizə üz tutub. Legioner qapıçı onu da bilir ki, Azərbaycandan fərqli olaraq Ukraynada millinin düşərgəsində içki məclisi qurduqdan sonra yığmanın qapıları onun üzünə bağlanacaq.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
Bu gündən Azərbaycana turist axını başlayır
Bankomat 10 dollar əvəzinə 100 dollarlar verdi-FOTO
Qarpızdan zəhərlənməmək üçün...
Bakının "Formula-1" yolu
Kəvərli kolbasalı piroq(foto-resept)
Azərbaycanda "Youtube"dan pul qazananlar vergi ödəyəcək
Azərbaycanda mobil telefonlara görə "qonaq vergisi"
Cəbhədə vəziyyət gərgindir
Günün qoroskopu: işgüzar əməkdaşlığa başlamaq üçün yaxşı gündür
Qorxulu xəstəliyin müalicəsi tapılıb?
İstanbulda iki qitəni birləşdirən piyada keçidi tikilir - Dənizin dibi ilə
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu
Avstraliyanın fərqli dünya olduğunu göstərən xüsusiyyətlər
Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında irimiqyaslı hərbi təlimlər keçirir
Ən gülməli və qeyri-adi - Lady Gaga
Məktəblərdə bu fənn üzrə dərs saatı artırıla bilər
Kartoflu çörək (foto resept)
Boyadan yanan saçlar üçün maskalar
BMW qıvraqlaşdı
Azərbaycanda qəlyandan istifadəyə qadağa
Azərbaycan əraziləri Ermənistan ordusu tərəfindən atəşə tutulub
Məktəb bazarlığı neçəyə başa gəlir? - VİDEO
Papaq modelləri
Samir Cəfərov Bülbülün Şuşadakı ev muzeyində “Sənsiz” romansını ifa etdi - VİDEO
Bu ağac koronavirus daşıyıcısıdır? - Həkimdən AÇIQLAMA
Bakıda milyonluq villalar sökülür
Çaydanlar
Vintage stildə geyimlər
Düşmən geri çəkilməyə məcbur edilir, xeyli itki verir - RƏSMİ
Göbələkli bilinçik (foto-resept)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Kannda Azərbaycan mədəniyyəti günlərinin açılışında iştirak edib
Uşaqların dəstəyə daha çox ehtiyac duyduğu dövr
Amine Gülşe Mesut üçün Bakıya gəldi-FOTO
Oxumağa dəyər
Sadə peçenye (foto resept)
Qoyun əti, süd, yumurta bahalaşdı
Bakının girişi dəyişiləcək - FOTO
Riki Martinin dördüncü övladı doğuldu - FOTO
Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı əsasında şəhidin kredit borcu ilə bağlı məsələ həll olundu
Murat Boz Xocalı faciəsindən yazdı-FOTO
Gecə lampaları
Çağatay Ulusoy hər bölümə görə 500 min alır
Nazirlər Kabineti tədris ili ilə bağlı qərar verdi
"WhatsApp"dan çoxdan gözlənilən YENİLİK
HAVA necə olacaq? 14 İyun
30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"
HAVA necə olacaq?-25 Sentyabr
"Yaz günü" salatı (foto resept)
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri keçiriləcək
Rusiya COVID-19 peyvəndini ilk dəfə BU ÖLKƏYƏ SATDI
- ŞƏRHLƏR