Dostlarla müzakirələr zamanı bir kitabla tanış oldum. Türk müəllifi Emre Dormanın yazdığı "Dini mövzularda özünü aldatmağın 40 yolu" adlı kitabdır. Həmin dəqiqə kitab diqqətimi çəkdi, oxudum və oxuduqca tərcümə edərək sayt istifadəçilərimizin də oxuması üçün şərait yaratmaq istədim. Düşünürəm ki, bu cür maarifləndirici yazılarımız nə qədər çox olsa, insanlarımızı narahat edən, ancaq fərqində olmadıqları suallara cavab tapmış olacaqlar. İnsan başa düşülməsi çətin olan bir varlıqdır. Çox zaman da Rəbbinə qarşı nankor davranan varlıqdır. İztirab, sıxıntı, üzüntü halında Allaha yalvarar, elə ki, rahatlığa qovuşdu, yenidən Rəbbini unudar."Niyə varam?", "Varlığımın məqsədi nədir?", "Məni yaradana qarşı məsuliyyətim nədir?" və ya "Öldükdən sonra mənə nələr olacaq?" kimi ən əsas sualları özündən soruşmağa zaman tapmayan insan nəfsinin xoşuna gələn hər cür şeyə bolluca vaxt ayıra bilir.
Kitabda 40 başlıqda insanların din mövzusunda hansı hallarda özlərini aldatdıqları nümunələrlə izah edilmişdir. Eyni zamanda bu izahlar ayələrlə tutuşdurulmuşdur. Müəllif çalışıb ki, Allaha yaxın olan, ancaq xətalı düşünən müsəlmanlara onların xətasını göstərsin və gecikmədən bu qüsurları aradan qaldırsınlar. Hətta kitabın ön sözünün son cümləsi belədir: "Əmin olun, bu kitab şeytanı çox əsəbiləşdirəcək".
1. Mənim qəlbim təmizdir.
Ətrafımızdakı insanlarla danışdıqda "Mənim qəlbim təmizdir" ifadəsi sıx-sıx qarşılaşdığımız bir cümlə olaraq qarşımıza çıxır. Bəzən pis davranışlar sərgiləyən, məsələn bir kimsənin arxasınca qeybət edən birinin əslində qəlbinin təmiz olduğunu, sadəcə həqiqətlərin bilinməsi üçün bu cür danışmasını iddia etməsi ilə tanış oluruq. Ya da çox zaman "Mənim qəlbim təmiz olduğu üçün əvvəlcədən mənə aşkar olur", "Allah könlümə görə verir", "Mən ürəyi təmiz, kimsəyə zərər verməyən, kimsənin işinə qarışmayan öz halında olan insanam" kimi cümlələr qurulur. Burda əsas məsələ odur ki, insanların çoxu özlərini bu yolla təmizə çıxarmağa cəhd edirlər.
Ey iman gətirənlər! Şeytanın izi ilə getməyin. Kim şeytanın izi ilə getsə, (bilsin ki,) o (şeytan) iyrənc və yaramaz işlər görməyi əmr edir. Əgər Allahın sizə lütfü və mərhəməti olmasaydı, sizdən heç kəs heç vaxt təmizə çıxmazdı. Lakin Allah dilədiyini təmizə çıxardır. Allah Eşidəndir, Biləndir.- (Nur surəsi, 21)
Şübhəsiz ki, insan üçün ən təhlükəli olanı qəlbinin təmiz olduğu iddiası ilə dini buyruqlara diqqət etməməsidir. Bunun üçün irəli sürülən bəhanələr daha çox bu tipdədir: "Mən namaz qılıb, oruc tutmasam da, qəlbim təmizdir". Bu cür yanlış yanaşma ilə insan özünü aldatmış olur. Doğrudur, kimsənin sözün həqiqi mənasında qəlbinin əsl niyyətini bilmək mümkün deyil, amma qəlb təmizliyini sözlər yox, əməllər göstərər. Üstəlik də, bir insanın qəlbinin təmiz olması onun üçün fərq deyil, onsuz da belə olması lazımdır. Quran ayələri insanların həm bu dünyada, həm də axirəti üçün xeyirli olan hər mövzuda olduğu kimi bu mövzuda da çox əhəmiyyətli olmasını təsdiq edərək Allahın hər kəsin əsl niyyətini bildiyini və bu səbəbdən kimsənin özünü təmizə çıxarmağa çalışmamasını vurğulayar.
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin (Allahdan) qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 32)
Ayədə diqqət çəkildiyi kimi kimsə özünü təmizə çıxarmağa çalışmamlıdır. Çünki yenə ayələrdə ifadə edildiyi kimi "Şübhəsiz ki, Allah kökslərdə olanları bilir." (Ali İmran-3)
İnsan çox zaman etdiyi işlərdə və söylədiyi sözlərdə özünü halqı görərək təmizə çıxarmağa çalışır. Hətta xətalı olduğunu bilsə belə, yenə də etdiklərinə haqq qazandırmağa səy göstərir. Hər kəsin özünə görə müəyyənləşdirdiyi görüş dairəsində bir yaxşılıq və qəlb təmizliyi qəbulunun olması da qaçınılmazdır. İnsan bunu unutmamalıdır: Könüllərin özünü və əsl niyyətləri yalnız Allah bilir. Bu səbəbdən hesab günü gözləmədiyimiz şeylərlə üzləşə bilərik. Dolayısı ilə şəxsi düşüncədə qəlb təmizliyi inanc və iddiasında olmaq kifayət etmədiyi kimi, əsl qəlb təmizliyi, Allahın razı olacağı qəlb təmizliyi olmalıdır. Bu isə Allahın əmr və qadağalarına lazımi şəkildə əməl etdikdə mümkün olur. Bu məsələ Quranda bu cür ifadə olunub:
O kəslərə ki, Allah anıldığı zaman qəlbi qorxuya düşər, başına gələnə səbr edər, namaz qılar və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyərlər. (Həcc surəsi, 35)
Bunlar, iman gətirənlər və qəlbləri Allahı zikr etməklə rahatlıq tapanlardır. Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır. (Rad surəsi, 13)
Bununla bərabər insanlar xətalar edərlər. Allah sonsuz rəhməti ilə insanları həmin an cəzalandırmayıb onlara fürsət verər. Allahın rəhmət və mərhəməti olmasa, əslində ən yaxşı dediyimiz insanlar belə mükafatı haqq etməzlər. Bizlər nə etsək də, Allahın bizə əvvəlcədən vermiş olduğu saysız nemət və imkanın qarşılığını verə bilmərik. Üstəlik etdiyimiz xətaların cəzasını həmin anda alsaq, yer üzündə tək bir canlı da qalmaz. Bu haqda ayədə deyilir:
Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını (sağ) qoymazdı. Lakin (Allah) onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.
(Nəhl surəsi, 61)
Emre Dorman "Dini mövzularda özünü aldatmağın 40 yolu"
Tərcümə: Ceylan Mumoğlu
Ardı var...
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR