İslamın olmadığı cahalət dönəmini dünya yenidən yaşayır. İslam dini gəlməzdən əvvəl qadının vəziyyəti necə acınacaqlı idisə, bugünkü dövrümüzdə də dahada acınacaqlı hal almışdır. Bunun bir tək səbəbi var. O da elmin vəhdəti olan İslamdan başqa hər şeyin öyrənilməsidir. XXI yüz illik elmin qloballaşdığı bir dövrdə təzahür etsə də insanlarda cılızlaşma prosesinin qarşısı alınmaz olmuşdur. İnsanlar artıq bilgi dənizində üzmələrinə baxmayaraq, mənəvi bataqlıqda boğulmalarının fərqində belə deyillər.
Qərbin “Azad qadın” şüarı altında XXI əsrin özündə belə qadınları istismar edib kütləvi qul bazarı yaratması, qadınların qurtuluş dini olan İslamdan nə qədər xəbərsiz olduğunu göstərir.
XXI əsrin qadını istismar olunur. İstər reklam şirkətləri tərəfindən, istər incəsənət aləmində, istər sərgilərdə və s. Sadalandıqca bitməyən sahələrdə mütləq qadın istismar olunur. Hətta bu qadınların bədən üzvlərinin gözəlliyi ilə müştərilərin cəlb edilməsi təsadüfi deyildir. Belə istismar sahələrinə “qurban” kimi qadınları hazırlayan firmaların mövcudluğu bu istismarlığın professional şəkildə təşkilindən xəbər verir. Və qadınlar özləri də fərqinə varmadan bədənlərini “Azad qadın” adlı qul bazarına peşkəş edirlər.
Eləcə də başqa prizmadan baxsaq, qadınlar yenə fərqinə varmadan bu gün də qız uşaqlarını bətinlərində belə diri-diri doğratdıraraq məhv edirlər. Hələ belə vəhşilik heç cahiliyyə dövründə edilməyib. Yuxarıda qeyd edildiyi kimi, dünya İslam dini gəlməzdən əvvəlki cəhalət dönəmində qız uşaqları doğulandan sonra diri-diri torpağa basdırıldığı düşüncəsindədir. Qadınların öz nəfslərinə aludə olub, Allahın verdiyi canı məhv etməklə böyük günah işləyərək Onun qəzəbinə səbəb olmalarından xəbərsizdirlər. Bu da İslamdan uzaq olmanın bir sübutudur.
Qərb təfəkküründən fərqli olaraq, İslam dinində qadın dəyərli varlıqdır. İslamiyyətdə qadın ev içində və xaricində işləmək, pul qazanmaq məcburiyyətində deyil. Evli isə həyat yoldaşı, evli deyilsə atası, atası da yoxsa, ən yaxın qohumu işləyib onun hər ehtiyacını qarşılamağa məcburdur. Özünə baxacaq heç kimi olmadıqda isə qadına dövlət kömək edir.
İslamiyyətdə iş kişi və qadın arasında bölünməyib. Bir kişi xanımını tarlada, fabrikdə və ya hər hansı bir yerdə işə məcbur edə bilməz. Əgər qadın istəsə və kişi də razı olsa, qadın özünə uyğun bir işdə işləyə bilər. Lakin, qadının qazancı özünə məxsusudur.
Müsəlman qadının ev işi etməsi isə bir lütfkarlıqdır, savabdır. Etməzsə, günaha girməz. Rəsulullah (s.a.s) zamanından bu günə qədər İslam qadınlara bu lütfkarlığı vermişdir.
Allah islam dini ilə qadınlara azadlıq verərək Qurani-Kərimdə dəyərini aşağdakı ayələrlə Hz. Məhəmməd tərəfindən göndərmişdir.
-Qadınlara mirasda varis olmaq haqqını tanıdı. (Nisa, 4\11)
-Qadınların tək həddi-buluğ çağına çatması ilə deyil, nikah məsələsində, həm də rəşidliyini-müstəqil qərar verməyə və müstəqil əmlaka sahib olacaq səviyyəyə gəlməsini əmr etdi. (Nisa, 4\6)
-Qadınların boşanmaq hüququnu tanıdı. (Bəqərə, 2\228)
-Kişinin və qadının bərabər haqlara sahib olduğunu tanıdı. (Bəqərə, 2\187, Nisa, 4\25, Tövbə, 9\71 və Nəhl, 16\97)
-Hamilə qadınların boşanma müddətində haqlarını tanıdı. (Talaq,65\6)
-Qadınların boşanma müddətində ər evindəki yaşamaq haqqını tanıdı. (Bəqərə, 2\228,Talaq, 65\1)
-Əri vəfat etmiş qadının mirasda varislinini və ehtiyaclarının qarşılanması haqqını tanıdı. (Bəqərə, 2\240 və Nisa, 4\12)
-Qadınlara zorla varis olmağı qadağan edir, kişilərin evlənərkən qadınlara verdikləri əmlakı, qiymətli əşyaları qadınların açıq əxlaqsızlıq etmələri istisna olmaqla, boşanarkən onlardan geri almamaların əmr edir. (Nisa, 4/19)
-İman gətirmiş qadınlara örtünməyi əmr edərkən, o qadınların iffət və şəxsiyyətini hifz edir. (Əhzab, 33\59)
-Bütün hallarda qadınlarla, xüsusilə yetim qızlarla ədalətli davranmağı əmr edir. (Nisa, 4\127)
-Kişilərə boşanıb evlənməyi oyun-oyuncaq etməsinlər deyə, boşanma ilə bağlı heç bir kişinin qəbul etməyəcəyi ağır şərtli qadağa qoydu. (Bəqərə, 2\229-230)
-Ailənin ehtiyaclarını ödəməyi kişinin üzərinə yüklədi və bununla da modern çağımızda olduğu kimi həddindən artıq qadın əməyinin istismarını qadağan etdi. (Nisa, 4\34)
-Qadınları əxlaqsızlığa cəlb etməyi - alqı-satqı vasitəsi etməyi qadağan etdi. (Nur, 24\33)
-Dul qadınları evləndirməyi əmr etdi və onlara yeni nikah haqlarını tanıdı. (Nur, 24\32)
Qadınlar İslam dininin özlərinə verdiyi qiyməti, rahatılığı, azadlığı və boşanma haqqına malik olduqlarını bilmiş olsalar, bütün dünya qadınları, dərhal müsəlman olardılar.
XƏBƏR LENTİ
Qəbul imtahanlarının vaxtı açıqlandı - RƏSMİ
Alimlərdən mühüm kəşf
Qaşlarını yan dara, qız...
Ağzını tikdi
Hər dörd hamilədən üçü...
160 yumurtanı birdən yedi
İriçaplı pulemyotlar işə düşdü - Atəşkəs yenidən pozuldu
Maraqlı keks qabları
Qoz qandakı xolesterini aşağı salır
"Xaç atası"nın məşhur aktyoru öldü-FOTO
Dodaq boyası
Hollandiya Azərbaycan Türk Kültür Dərnəyi Prezident İlham Əliyevi təbrik edib
İdeal ayaqlara sahib olmanın yolları
Hipnoz altında beyin əməliyyatı etdilər-FOTO
Heykəltəraş Philip Jackson
Lənkəran ləvəngisi və aşı (foto resept)
Gənc istedadlar xüsusi təqaüdə layiq görüldülər - SİYAHI
56 yaşında model olan Kathy Jacobs
Günün ulduz falı
Xəstəlik: heç nə gördüyümüz kimi deyil
Azərbaycan öz məhsullarını ABŞ-a ixrac edir
Okean dırnaq dəbi
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi
Təbiətin gözəlliyini əks etdirən filmlər
Toxunma uşaq corabları
Gəlinlik yerinə Dinozavr paltarı geyindi-FOTO
Arıqlamaq istəyərkən yol verilən səhvlər
Günün qoroskopu: hər vədə inanmayın
Dünyanın ən uca zirvəzində ilk fırıldaq
Günün qoroskopu:İşinizə nəzarət edin!
“iPhone 6” üçün növbəyə düzüldülər
Avqust ayının qalibləri!
Dünya universitetlərinin növbəti reytinq cədvəli açıqlandı
Birləşərək sağlamlıq saçan qidalar
Avropada tərk edilmiş binalar
Gün var əsrə bərabər: ötənləri yada salaq
Ledi Qaqanın 12 milyonluq villası-FOTO
Müəllim və həkimlərə ŞAD XƏBƏR
Çağatay Ulusoy yeni filmə çəkilir
Kıvanç Tatlıtuğun tətili-FOTO
Bakının nəhəng prospekti dəyişdirilir
2017-ci ildə texnologiyalara həsr edilən ən yaxşı 9 kitab
200 kilo arıqlayan qadın
Keksli şam ağacı (foto resept)
"Futbol tarixində hələ belə bir şey olmayıb"
Mehmet Ali Erbilin 61 yaşı qeyd ediləcək
Zerrin Özer xəstəxanalıq oldu-SƏBƏB
Azərbaycan tarixindən yüz şəxsiyyət-12
Bakıda 4,2 milyon manata 2 villa satılır
Bütün zamanların istilik rekordu qeydə alındı
- ŞƏRHLƏR