Rübubiyyət tövhidini təsdiq etməyin əzabdan qurtulmaq üçün kifayət etmədiyinin bəyanı
Qeyd etdiyimiz kimi Rübubiyyə tövhidi tövhidin üç qismindən biridir. Odur ki, Allahı Rübubiyyə tövhidində təkləşdirmədikcə heç
kəsin imanı kamil ola bilməz. Allahın elçilərinin göndərilməsinin qayəsi də sadəcə bu olmamışdır. İnsan Üluhiyyə tövhidinin tələblərinə əməl etmədən Allahın əzabından yaxa qurtara bilməz.
Uca Allah buyurur: “Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir” (Yusuf, 106). Yəni insanların çoxu Allahın Rəbb, yaradan, ruzi verən və idarə edən olmasına inandıqları halda (bunların da hamısı rübubiyyə tovhidinə aiddir) Allahdan qeyrilərinə, heç bir faydası və ya zərəri olmayan bütlərə ibadət edərək Ona şərik qoşurlar.
Səhabə və tabiinlər bu ayənin mənasını məhz belə izah etmişlər. İbn Abbas (r.a) demişdir: “Müşriklərin inamı belədir ki, onlardan: “Səmanı kim yaradıb?”, “Yeri kim yaradıb?”, “Dağları kim yaradıb?”– deyə soruşsan, onlar: “Allah”– deyə cavab verərlər. Lakin bununla yanaşı Allaha şərik qoşarlar.”
İkrimə demişdir: “Onlardan: “Özlərini, səmaları və yeri kim yaradıb?”– deyə soruşsan onlar: “Allah”– deyə cavab verərlər. Onlar
Allaha belə etiqad etdikləri halda qeyrilərinə tapınırlar.” Mücahid demişdir: “Onların inamı budur ki, Allah bizi yaradıb, bizə ruzi verir və bizi öldürür. Lakin bu etiqadla yanaşı Allaha şərik qoşurdular.”
Abdurrəhman ibn Zeyd ibn Əsləm ibn Zeyd demişdir: “Allahdan qeyrisinə ibadət edən hər bir kəs, əlbəttə ki, Allaha iman gətirir,
üstəlik bilir ki, onun Rəbbi, onu yaradan və ona ruzi verən Allahdır. Lakin bununla yanaşı Ona şərik qoşur.” İbrahimin (ə) nə dediyini
görmürsənmi? “O dedi: “Siz nəyə ibadət etdiyinizi görürsünüzmü-həm siz, həm də ulu babalarınız? Aləmlərin Rəbbindən başqa onların hamısı mənim düşmənimdir” (əş-Şuəra, 75-77).
Sələflərdən bu xüsusda bir çox rəvayətlər nəql olunmuşdur. Hətta Peyğəmbərin (s.a.s) zamanında yaşamış müşriklər belə Allahın Rəbb, yaradan, ruzi verən və idarə edən olduğunu təsdiqləyirdilər, lakin ibadətdə Allaha şərik qoşurdular. Belə ki, onlar bütlərə tapınır, onlara dua edir, onlardan yardım diləyir və öz istəklərinə nail olmaq üçün onlara üz tuturdular.
Qurani Kərim bir çox yerində müşriklərin Allahın Rəbb olduğuna etiqad etdikləri halda ibadətdə Ona şərik qoşduqlarını xəbər verir.
Uca Allah buyurur: “Əgər sən onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?”– deyə soruşsan, onlar mütləq:
“Allahdır!”– deyəcəklər. Onlar necə də haqdan döndərilirlər!” (əl-Ənkəbut, 61). Uca Allah həmçinin buyurur: “Əgər sən onlardan: “Göydən yağış nazil edib onunla yeri quruduqdan sonra canlandıran kimdir?”– deyə soruşsan, onlar mütləq: “Allahdır!”– deyəcəklər. De: “Həmd olsun Allaha!” Lakin onların çoxu bunu başa düşmür” (əl-Ənkəbut, 63). O, həmçinin buyurur: “Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər!” (əz-Zuxruf, 87). O, həmçinin buyurur: “De: “Əgər bilirsinizsə, deyin görüm yer və onun üstündə olanlar kimindir?” Onlar: “Allahındır!”– deyəcəklər. De: “Bəs düşünüb ibrət almayacaqsınız?” De: “Yeddi göyün Rəbbi və əzəmətli Ərşin Rəbbi kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs qorxmursunuz?” De: “Əgər bilirsinizsə, deyin görüm hər şeyin hökmü əlində olan, himayə edən, Özünün isə himayəyə ehtiyacı olmayan kimdir?” Onlar: “Allahdır!”– deyəcəklər. De: “Bəs necə olur ki, aldanırsınız?” (əl-Muminun, 84-89). Müşriklər bütlərin yağış yağdırdıqlarını, bu aləmə ruzi verdiklərini və işləri səhmana saldıqlarını etiqad etmirdilər. Əksinə, onlar etiqad edirdilər ki, bütün bunları edən pak və müqəddəs olan Allahdır. Onu da etiqad edirdilər ki, Allahdan başqa tapındıqları bütlər məxluqdurlar, nə özlərinə, nə də onlara ibadət edənlərə müstəqil şəkildə xeyir və ya ziyan toxundura bilməzlər. Onlar nə öldürməyə, nə həyat verməyə, nə də ki öləndən sonra diriltməyə qadirdirlər, nə
eşitmir, nə də görmürlər. Müşriklər yəqin bilirdilər ki, bütün bunlar yalnız Allaha məxsus vəsflərdir və Onun heç bir şəriki yoxdur. Nə
onlar, nə də ibadət etdikləri bütlər bunları etməyə qadir deyillər. Onlar bilirdilər ki, yaradan yalnız pak və müqəddəs olan Allahdır və
Ondan savayı hər şey məxluqdur. Lakin onlar həmin bütləri Allahla özləri arasında vasitə edir, onları şəfaətçi qəbul edir və bu bütlərin
onları Allaha yaxınlaşdırdıqlarına inanırdılar.
Bu barədə Uca Allah buyurur: “Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar: “Biz,
onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik”– deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər
barəsində onların arasında Öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz” (əz-Zumər, 3). Yəni
bütləri Allah yanında şəfaətçi edirdilər ki, Allah onlara yardım etsin, onlara ruzi versin və onların dünyadakı işlərini səhmana salsın.
Müşriklərin Allahın Rəbb olduğunu etiqad etmələri onları İslama daxil etməmişdir. Əksinə, Uca Allah onların müşrik və kafir olduqlarını bildirmiş, onlara Cəhənnəm odunu və orada əbədi qalacaqlarını vəd etmiş, Öz elçisinə (s.a.s) də onların mallarını və qanlarını halal
buyurmuşdur. Çünki onlar rübubiyyət tövhidinin tələblərini lazımınca yerinə yetirməmişlər–tək Allaha ibadət etməmişlər.
Bununla da aydın olur ki, təkcə Rübubiyyət tövhidi ilə kifayətlənib onun ayrılmaz hissəsi sayılan Üluhiyyə tövhidini tərk etmək
insanı Allahın əzabından xilas edə bilməz. Əksinə bu, ibadəti vacib edən və insanın əleyhinə olan tutarlı bir əsasa çevrilir.
Rübubiyyət tövhidindən azmanın təzahürləri: İnsanların Rübubiyyət tövhidinə etiqad etmələrinə və bunun onların fitrətində olmasına, həmçinin, bu barədə bir çox dəlillərin olmasına baxmayaraq bəzi insanlar tövhidin bu növündə də azmışlar. Bu azmanın təzahürlərinin xülasəsini bu fəsildə belə qeyd etmək olar:
1. Allahın Rəbb olduğunu qəbul etməmək və Onun varlığını inkar etmək. Bu da ateistlərin fikridir. Belə ki, onlar bütün məxluqatın təbiət tərəfindən, yaxud gecə ilə gündüzün növbələşməsi nəticəsində və ya başqa səbəblərdən yarandığını deyirlər. Uca Allah buyurur: “Onlar dedilər: “Həyat ancaq bizim dünya həyatımızdır. Kimimiz ölür, kimimiz də doğulur. Bizi öldürən ancaq zamandır” (əl-Casiyə, 24).
2. Pak və müqəddəs Allaha xas olan bəzi xüsusiyyətləri, habelə rübubiyətin mənalarından bir qismini inkar etmək. Belə ki, bəziləri Allahın öldürüb diriltməyə qadir olduğunu, fayda və ya zərər verə biləcəyini və bu kimi digər məsələləri inkar edirlər.
3. Rübubiyyətə xas olan bəzi mənaları Allahdan qeyrisinə aid etmək. Hər kim qüdrəli və qüvvətli Allahla yanaşı kainatı idarə edə bilən–yaradan, yox edən, dirildən, öldürən, xeyir verən, şəri dəf edən və rübubiyyətə aid olan digər işləri yoluna qoyan başqa bir qüvvənin varlığına etiqad edərsə, həmin şəxs Əzəmətli Allaha şərik qoşmuş hesab olunur.
Saleh əs-Suheymi
Abdur-Rəzzaq əl-Bədr
İbrahim ər-Ruheyli
"Quran və Sünnə işığında İslamın əsasları"
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Hava haqqında - 02.09.2013
Qadınlar haqqında bilmədikləriniz
Gülən uşaqlar 4
Qan dövranını sürətləndirən qidalar
Aksesuarlarınızı başdan yaradın
Bu "ağıllı" qapı ev heyvanlarını tanıyır
2012-2013 payız-qış çanta modelləri
DİM-dən imtahan qaydalarına dəyişikliklərlə bağlı AÇIQLAMA
Uşaqlarda dilin inkişafı
Hava kəskin dəyişəcək, qar gözlənilir - XƏBƏRDARLIQ
LG yeni smartfonu təqdim etdi
Günün qoroskopu: heç bir lüzum yoxdur
İmtahanın ən yüksək nəticələri açıqlandı
Koronavirusla bağlı SON STATİSTİKA
“Kurtlar vadisi” serialının aktyoru qəzaya düşdü-FOTO
Uşağın cinsiyyətini öyrənmək qanunla yasaqlanacaq
İyul ayı üçün bayram və tarixi günlər
Demet Akalının Azərbaycanla bağlı paylaşımı Diqqət Çəkdi-FOTO
Kim ki yüz il yaşamırsa: üzüm yoxdur, kişmiş ye!
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Sıla xəstə halı ilə konsert verdi-FOTO
Evdə müalicə alanlar üçün istifadə olunacaq dərmanlarla bağlı AÇIQLAMA
Eyni makiyaj vasitəsindən istifadə edən 35 nəfər koronavirusa yoluxdu
16 nəfərlik maşına 28 nəfər necə yerləşib? - ŞOK AÇIQLAMA
Kişi tipləri (Onu tanıyırsınızmı?)
“WhatsApp”da qoşa mavi xəttə son
Erməniləri saran qorxu
Bağlanmış bazar açıldı
20 yanvar Amerikada
Güləşçimiz bürünc medal qazandı
Eser Yenenler doğulacaq körpəsinin adını açıqladı-FOTO
Kredit faizləri aşağı düşəcək
Hidrokolonoterapiya
Albalı piroqu (foto resept)
Dubay şeyxinin xanımı 40 milyon oğurlayıb qaçdı
Dırnaqdakı ağ nöqtələrin sirri açıldı
Uzunboğaz çəkmələr
Fransızsayağı saç hörgüsü
Hava haqqında
Hava haqqında
Koronavirus xəstəliyinin qeyri-adi nəticəsi və bundan xilas olma yolları
Messidən gözlənilən jest
Məşhur aktyor 20 illik xanımından boşanır-SƏBƏB
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqladı
14 tibb bacısı eyni anda hamilədir
Bu iləlilliyi olan şəxslər 18 044 reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin olunub
Koronavirusa yoluxanların sayı 15 milyonu keçdi - STATİSTİKA
Gül yarpaqlı keks (foto resept)
Sabahın HAVAsı
Tarixi şəxsiyyətlər haqqında kitab hazırlanır
- ŞƏRHLƏR