Bakı-Sumqayıt yolunda baş verən dəhşətli qəzanın səbəbləri, bu hadisədə kimlərin günahkar olması müzakirə mövzusuna çevrilib. Əsas müzakirə olunan məqam isə maksimum 16 nəfər üçün nəzərdə tutulmuş "Ford Transit" markalı mikroavtobusda 28 sərnişinin olmasıdır. Səhiyyə Nazirliyinin açıqlamasına görə, hadisə zamanı avtobusda ümumilikdə 28 nəfər olub. Hər kəs "necə olur ki, 16 nəfərlik avtobusdan 5 ölü, 20 yaralı çıxır" deyə suallar səsləndirir.
Milli.Az xəbər verir ki, bakipost.az məsələ ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynovla əlaqə saxlayıb.
O, Bakı-Sumqayıt yolunda fəaliyyət göstərən ictimai nəqliyyat vasitələri ilə bağlı şok detallar açıqlayıb. Ekspertin sözlərinə görə, Bakıdan Sumqayıta və əks istiqamətdə sərnişin aparan nəqliyyat vasitələrinin əksəriyyəti yük maşınlarıdır: "Həmin avtomobillərin əksəriyyəti yük avtomobilləridir. Bundan əlavə, sürücülər həmin maşınlarda özbaşına konstruksiya dəyişikliyi ediblər. Hətta elələri var ki, həyasızcasına həmin yük avtomobilinin qeydiyyat şəhadətnaməsini cibində gəzdirir. O şəhadətnamədə yük avtomobili yazılıb, amma sərnişin daşıyırlar. Hətta sərnişin daşıma üçün nəzərdə tutulan avtomobillərin də əksəriyyətində konstruksiya dəyişikliyi edilir. O maşını zavod 13, 15 nəfərlik buraxır. Amma düzürlər oturacaqları və 18, 20 və daha artıq adam aparırlar. Konstruksiyaları da dəyişildiyi üçün həmin maşınlar qəzaya düşəndə ölü və yaralı sayı bir az da artır. Mikroavtobusda istehsalçının müəyyən etdiyi sayda oturacaqlar olmalıdır. Oturacaqlar təhlükəsizlik kəməri ilə təchiz edilmiş olmalıdır. Belə olan halda qəzanın nəticələri minimuma enir. Amma yoxdur bu. Olmadığı üçün də belə faciələr yaranır..."
Ərşad Hüseynovun sözlərinə görə, bu özbaşınalıq illərdir davam edir: "Bu, faciədir, özbaşınalıqdır. Bu, illərdir davam edən vəhşilikdir. Buna göz yumulur. Hətta nəinki göz yumulur, əksinə buna şərait də yaradılır. Bakı-Sumqayıt arasında bu daşımalar uzun müddətdir davam edir. 20 Yanvar metrostansiyasının ətrafında Bakı-Sumqayıt yolunun sürücüləri nə hoqqalardan çıxır, hamı bunu gözəl bilir.
Nəqliyyat Nazirliyi vaxtilə buna nəzarət etməli idi. Çünki bu tipli daşımalara görə məsul olan qurum Nəqliyyat Nazirliyidir. Daha sonra buna polis nəzarət etməlidir. Təkcə DYP yox, polisin bütün xidmətləri.
20 Yanvar ətrafına Bakı-Sumqayıt yolunda "meymunluq" edənlər hətta özlərinə qanunsuz avtovağzal da yaradıblar. Oradan da işləyirlər. Şəxsən mən bunun dəfələrlə şahidi olmuşam. Yığışdırılması üçün müraciət etmişəm. Mətbuatda işıqlandırmışam. Onlarda nəinki sürücülük, heç insanlıq əlamətləri yoxdur. Kamikadze kimi aparırlar özlərini. Nəticəsi də göz qabağındadır".
Milli.Az
XƏBƏR LENTİ
Bunlar səhvən icad olunub
Günün qoroskopu: aktiv olun, enerjili çalışın
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Bu ölkə Bakıya 3 cüdoçu göndərir
Engin Altan yeni obrazda efirlərə qayıdır-FOTO
Bakıda dilənçi əməliyyatı
Mərkəzi Bankdan kreditlərin manatla verilməməsi ilə bağlı
Ermənistan ordusunda növbəti biabırçılıq - FAKT
Dubay metrosunda robotlar xidmət göstərəcək
Dəb Dünyası Bakıda
Ancelina Colinin heyranedici görünüşü– FOTO
Azərbaycanda sürücülərə vaxt qoyuldu, qiymətlər açıqlandı
Monika Belluççidən gözlənilməz ETİRAF
DİQQƏT! Bakıda bu marşrutun hərəkət sxemi dəyişdi
Uzun illərin ayırmadığı məşhur cütlüklər
Körpə səslərini aydın dildə ifadə edəcək proqram yaradılıb
Dəri gödəkçələr
Zəlzələ nəticəsində ölənlər var
Gözlənilən Azərbaycan bəyanatı
5 əsas fitness hərəkətinin doğru və səhvləri
Facebook videoreklama başlayır?
Azərbaycan 17,4 min əcnəbinin üzərində pensiya öhdəlikləri qəbul etdi
Bu günün tarixi (18.09.2014)
"Qalatasaray"la bağlı yeni bomba
Çanta modelləri
Bəzi qidaların qocaltdığını bilirdinizmi?
“Vaqif Mustafazadənin adı və yaradıcılığı daim yaşayacaqdır” - Mehriban Əliyeva
5 min avroya qarışqa aldı
Niderland Türkiyədən üzr istədi
“Survivor 2020” iştirakçısı küçənin ortasında evlilik təklifi etdi - VİDEO
Sənədsiz evlərin məsələsi - yenə "qırmızı işıq"?
Azərbaycan gölləri
Balıq bazarında - QİYMƏTLƏR
Avqust ayının qalibləri!
Napoleonun Çəkmələri Rekord Məbləğə satıldı-FOTO
İnternet istifadəçilərinin kimliyi dəqiq bilinəcək
Niyə hörümçəklərdən qorxuruq?
2011 gəlinlik duvaqları
47 yaşlı nənə hər kəsi heyran edir-FOTO
Birlik istəyirəm
İdman ayaqqabıları
Alçaqdaban ayaqqabılar
Erməni nazir: "Biz Bakıya getməliyik"
9 gün iş olmayacaq
Gürcüstan Gəncədə Baş konsulluq açır
İşçinin vurduğu ziyan nə zaman ödənilmir?
Hərbçilərimizin həyatını təhlükəyə atan məsuliyyətsiz paylaşımlarla bağlı çağırış - VİDEO
Qidaları tanıyırıqmı?
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Tailandda həbsxanalar turistik məkana çevrilir