
Sənədsiz evlərin rəsmiləşdirilməsi məsələsi yenə kağız üstündə qala bilər.
Bir neçə gün əvvəl dövlət başçısı İlham Əliyevin sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi ilə bağlı fərmanı ilə bağlı rəylər müxtəlifdir. Rəsmi qurumlar isə fərmanın qanunsuz, özbaşına tikilən tikintilərə şamil edilməyəcəyini vurğulayır.
Bu arada Əmlak Məsələləri Dövlət Komitəsi dövlət başçısının sənədsiz evlərin rəsmiləşdirilməsi ilə bağlı imzaladığı fərmanın əhatə dairəsini açıqlayıb.
ANS TV-nin məlumatına görə, komitənin nəzdindəki Daşınmaz Əmlakın Reyestri Xidmətinin rəis müavini Elşən Məmmədov fərmandan kimlərin yararlana biləcəyini dəqiqləşdirib.
Elşən Məmmədov bu fərmanın qanunsuz, özbaşına tikilən tikintiləri əhatə etmədiyini deyib. O, fərmanın müxtəlif dövrlərdə əlində sənədləri olduğu halda prosesdən yayınmış vətəndaşların problemlərini həll etmək və qeydiyyatı təkmilləşdirmək məqsədi daşıdığını vurğulayıb. E.Məmmədovun sözlərinə görə, bu sərəncamla vətəndaşlar öz əmlaklarını çox çevikliklə qeydiyyatdan keçirəcəklər. Bunun üçün vətəndaşlar Dövlət Reyestr Xidmətinin rayon şöbələrinə müraciət etməlidirlər.
Ekspert Qubad İbadoğlu isə musavat.com-a bildirib ki, fərman birmənalı olaraq qanunsuz tikililəri nəzərdə tutmur və həmin tikililər sənədləşməyəcək: “Sənədsiz tikililər iki qrupa bölünür, qanuni yerdə tikilənlər və qanunsuz yerdə tikilən evlər. Bu fərman qanunsuz tikililərə şamil edilməyəcək. Neft Şirkəti ilə, digər təşkilatlarla mübahisəsi olan vətəndaşlar birdəfəlik bilsinlər ki, bu fərmanla onlara ”qırmızı işıq" yandırıldı. Yalnız o evlərə sənəd verə biləcəklər ki, qanunsuz yerdə tikilməyib, amma indiyə qədər də sənədləşdirilməyib. Çünki tikintiyə icazəni Reyestr Xidməti deyil, başqa idarələr verib. Reyestr də indiyə qədər onları tanımırdı, indi tanıyacaq. Bu, 2004-cü ilin 29 iyununadək tikilən evlərdir. Çünki “Reyestr haqqında” Qanun o vaxtdan qüvvədədir".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov isə modern.az-a açıqlamasında bu fərmanla problemin həll olunacağına ümid etdiyini bildirib: “Çünki biz gecikmişik. Sənədsiz evlərin əksəriyyəti həyət evidir. İnsanlar ev tikib, həmin evlərin sahəsinin hesablanmasına dair problemlər var. Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Komissiya yaradıldı, bütün materiallar toplandı. Hər şey hazırdır. Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb: “Burada söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan ”Reyestr haqqında" Qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı. Sovetlər dövründə verilən sənədlər “Reyestr haqqında” Qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək".
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən də bildirilib ki, prezident fərmanı heç bir sənədi olmayan icazəsiz evlərə şamil olunmur. Bakı Şəhər İcra Hakimiyyətindən görülən işlərin hansı mərhələdə olduğunu öyrənmək istəsək də sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bununla bağlı rəhbərlikdən informasiya ala bilmədiyi üçün hər hansı bir açıqlama verə bilməyib. Qeyd edək ki, paytaxtda qanunsuz tikililərin sayının 400-600 min olduğu bildirilir.

XƏBƏR LENTİ
Xaçmazda əlil və şəhid ailələrinə yeni mənzillər və minik avtomobilləri təqdim olunub
Azərbaycanda yenə devalvasiya olacaq?
"Hercai"nin Miranı sevgilisi ilə-VİDEO
Detoks təsiri göstərən ərzaqlar
Bu xəstəlik kefə baxmır
Dərs mayın 31-i bitəcək
Keti Perri izləyicilərini təəccübləndirdi-VİDEO
Yanvara qədər istədiyiniz qədər balans yükləyin - KÖHNƏ QİYMƏTLƏ HESABLANACAQ
Dünyanın ən bahalı evi satılır
Metronun bu stansiyasına giriş-çıxış bağlanır
Azərbaycan Müdafiə Nazirliyi Serj Sarkisyana cavab verdi
Rumıniya tarixində ilk dəfə qadın baş nazir olub
Xəyanəti aşkarlamaq üçün...
"Məktəblərdə daxili və yekun qiymətləndirmələrin nəticələri üst-üstə düşmür"
Mart ayı üçün bayram və tarixi günlər
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Gonbullar əlil hüququ aldılar
İyirmi yaşlı qadın altı körpəni dünyaya gətirdi
Məşhur həkimdən koronavirusu asan keçirmək üçün 6 qayda
Yeni serial başlayır-FOTO
Qiyməti ölən rus maşınları Bakıya axışır
Sobada souslu toyuq qanadı (foto resept)
Ruslar Ukraynaya buraxılmayacaq
Fonetika - Hərflər (3)
Ana südü niyə lazımdır?
“Son zəng” açıqlaması
2017-ci ilin ən yaxşı toy şəkilləri
Yeni dəb: burun makiyajı
Kağızdan hazırlanmış həşəratlar
Sobada əriştəli toyuq (foto-resept)
Viber Free Calls & Messages
Parisin nudist restoranı bağlandı-SƏBƏB
Göz ətrafındakı qırışları necə aradan qaldırmalı?
Bakıda bütün taksi qiymətləri eyni olacaq - VİDEO
"Hercai"nin Reyyanı sirrini açıqladı-FOTO
Qadın qəlbini fəth etməyin 18 yolu
"Düzünü deyək, bu, müharibədir"
London Moda Həftəsi
Qastritin simptomları və səbəbləri
Facebook-dan pulsuz internet
Rəngarəng dəst geyimlər
Ehitiyatlı olun! Qorxulu kabus oyandı
Məşhur cütlük evləndi-FOTO
Yeni trend: Üzüklü çantalar
Azərbaycanda işçilərin işdən müxtəlif saatlarda çıxması təklif olunur
Ancelina Coli necə arıqlayır? - Siz də yoxlayın...
Qocalmayan Hollivud ulduzları
Yol polisi Hillari Klintonu cərimələdi
Prezident İlham Əliyev Vladimir Putini evinə çay süfrəsinə dəvət edib - FOTO
Kimlər qızıl-zinət əşyaları taxa bilməz?

- ŞƏRHLƏR