Duanın qəbul olmasının ən əhəmiyyətli şərti Uca Allah hüzurunda zəlil bir şəkildə boyun əymək və duanın əsnasında ona tam bir təslimiyyət göstərməkdir.
1. Uca Allah buyurur: "Bəndələrim, Məni sizdən soruşduqda (söylə onlara): Mən çox yaxınam. Mənə dua etdiyi vaxt dua edənin diləyinə cavab verərəm. O halda (bəndələrim də) mənim çağırışıma əməl etsinlər və mənə inansınlar ki, doğru yolu tapsınlar" (əl-Bəqərə: 186). Bil ki, Allah sənin nəfsindən sənə daha yaxındır. Dua etdiyin zaman səni duyar, dua edərkən səmimi olmaq şərtiylə edəcəyin duanı qəbul edər. Çünki duada səmimiyyət və ixlas duanın qəbulu üçün ən əhəmiyyətli şərtdir. Bəs dua edərkən səmimi olub-olmadığını necə bilərsən? Özünə bu sualı ver: Mən bu dua ilə nə istəyirəm? Əgər cavabın: Allah rizası üçün insanlara zərər verməyəcək məqsədli dualardırsa, o zaman Allah duanı qəbul edəcək. Yox, əgər hədəfin insanlara zərər vermək, tamahkarlık və ya dünya sevgisidirsə, bu vəziyyətdə Allah bəlkə duanın qəbul edəcək, lakin axirətdə bu duadan bir nəsibin olmayacaq. Gerçək budur ki, əgər duanda səmimi olsan Allahın izni ilə tez də qəbul olar.
2. Hər peyğəmbərin Quranda özünə xas bir duası vardır. Əgər duaların ən yaxşısını (qəbula layiq olanını) istəyirsənsə, o zaman peyğəmbərlərin etdiyi dua ilə dua etmək lazımdır. Məsələn: Əgər sən darlıq və kədərdən şikayət edirsənsə, o zaman Yunus peyğəmbər (as) 'in duası ilə dua etmək lazımdır. O da budur: "Səndən başqa heç bir İlahi yoxdur. Səni tənzih edirəm. Həqiqətən, mən zalımlardan oldum "(Ənbiya: 87). Bu duanı etdiyin zaman Allahın izni ilə tez qəbul olacaqdır. Çünki Uca Allah peyğəmbərin bu duasına belə razılıq vermişdir: "Bunun üzərinə onun duasını qəbul etdik və onu kədərdən qurtardıq. Biz mö'minlərə belə nicat veririk! "(Ənbiya: 88). Və Uca Allahın bu ayəsinə diqqət et: "Biz mö'minlərə belə nicat veririk!". (Ənbiya: 88). Bu ayədə də ifadə edildiyi kimi, əgər sən həqiqətən möminsənsə Allah duana razılıq edib qəbul edəcək.
3. Bir çox kimsənin anlamadığı ən əhəmiyyətli dualardan biri də, xüsusilə uşağı olmayan kəslər üçün Zəkəriyyə (as) 'in etdiyi duadır. O belə dua etdi: "Ey Rəbbim! Məni tək buraxma! Sən varislərin ən yaxşısısan! (Hər şey sonunda sənindir) "(Ənbiya: 89). Əgər bu duanı inanaraq səmimiyyətlə təkraralayaraq dua etsən, bil ki, Allah sənin istədiyini sənə verəcək. Çünki Uca Allah Zəkəriyyə peyğəmbərə (ə.s) bu dua ilə istədiyini vermiş və belə buyurmuşdur: "Biz onun da duasını qəbul etdik və ona Yəhyanı bəxş etdik, zövcəsini (doğmağa) qabil bir hala gətirdik" (Ənbiya: 90). O halda Uca Allah peyğəmbərləri üçün belə təcili bir şəkildə dualarını qəbul etməsinin sirri nədir? Biz isə bəzən Allaha dua edirik, amma dualarımız qəbul olmur. Bu sualın cavabı Allahın bu ayəsindədir: "Onlar (bütün bu peyğəmbərlər), xeyir işlərini görməyə tələsirlər, ümid və qorxu bizə yalvarırdılar, onlar bizə qarşı dərin hörmət içində idilər" (Ənbiya: 90).Allah nə böyük hikmət sahibidir. Duanın qəbul olmasının ən əhəmiyyətli şərti xeyirə qaçmaq və duada səmimi olmaqdır. O halda, ey mömin qardaşım, sən də bunu həyatında tətbiq etməlisən!
4. Xroniki xəstəliklərdən xilas olmaq üçün oxunacaq duanın nə olduğunu bilirsənmi? Bu dua Eyyub peyğəmbər (as) 'in duasıdır. Kim bu dua ilə dua edər və çox təkrar edərsə Allah (cc) ona şəfa verər. Sözü gedən Eyyub (as) 'ın duası budur: "Başıma bu dərd gəldi. Sən rəhm edənlərin ən rəhmlisisən! "(Ənbiya: 83). Çünki Uca Allah uzun xəstəlikdən sonra Eyyub (as) 'ın duasına razılıq etdi. Uca Alla belə buyurdu: "Bunun üzərinə biz, tərəfimizdən bir rəhmət və ibadət edənlər üçün bir xatirə olmaq üzrə onun duasını qəbul etdik. Özünə də dərd və çətinlik olaraq nə varsa verdik və ona ailə üzvlərini, ayrıca bunlarla birlikdə bir mislini daha verdik" (Ənbiya: 84). Şübhəsiz ki, bu gün bizlər bu duanı etməyə həmişəkindən daha çox möhtacıq. Çünki bizləri xəstəliklərin şərindən qoruyacaq ancaq Uca Allahdır. O hər şeyə qadirdir.
5. Uca Allaha necə dua etməliyik? Allah (cc) peyğəmbərləri haqqında belə buyurur: "Onlar ümid və qorxu ilə bizə yalvarırdılar." (Ənbiya: 90). Ayədə keçən "ər-Ragab" ifadəsi: Allah qatındakı nemətləri istəmək mənasındadır. "Er_Rahab" isə: Allahın əzabından qorxmaq və ürkmək deməkdir. O halda bizim Allaha olan dua şiddətli bir istək və şiddətli bir qorxu ilə Allaha yönəlməlidir. İndi, ey mömin qardaşım, səndən soruşuram: Allaha dua etdiyin vaxt ürəyinin Uca Allaha yönəldiyini, nəticənin nə olursa olsun, yalnız Allahın razılığını istədiyini həqiqətən görürsənmi? Yoxsa ürəyin yalnız ehtiyac duyduğun anda və istəklərinəmi istiqamətlidir? Bax, bu vəziyyət duanın qəbul olmasının sirlərindən biridir. Allaha dua edib ondan bir şey istədiyimiz vaxt Allahın dualarımızı qəbul etməyə qadir olduğunu, yerdə və göydə heç bir şeyin onu aciz etməyə gücü çatmayacağını xatırlaya bilirikmi? Bundan başqa, Allahdan bir şey istədikdə Allahın bu istədiyimiz şeydən daha böyük olduğunu düşünə bilirikmi? Yoxsa, bütün diqqətimizi Allahdan dilədiyimiz və ondan istədiklərimizəmi toplayırıq? Bil ki, duanın qəbul olmasının ən əhəmiyyətli sirri hər an Uca Allahı xatırlamaqdır.
6. Duanın qəbul olmasının ən əhəmiyyətli şərti Uca Allah hüzurunda zəlil bir şəkildə boyun əymək və dua əsnasında ona tam bir təslimiyyət göstərməkdir.. Təslimiyyət isə Allahdan qorxmaq deməkdir. Allah peyğəmbərləri haqqında belə buyurdu: "Onlar, bizə qarşı dərin hörmət içində idilər" (Ənbiya: 90). Bu da duanın qəbul olmasının əhəmiyyətli sirlərindən biridir. Allaha qarşı şüurlu şəkildə göstərəcəyin təslimiyyət duanın qəbul olacağına işarədir. Şüur yalnız duaya xas bir şey deyil. Hər vaxt özünə bu sualı soruşmaq lazımdır: Namazlarını həqiqətən şüurlu qılırsanmı? Ruzini axtararkən Allahdan qorxub haramdan kənar gəzirsənmi? Peyğəmbər (sav) duanın qəbul olması üçün mömin adamın yeməyinin, içməyinin halal və gözəl olmasını vurğulamışdır. Bəs görəsən biz bunu idrak edirikmi?
Heç bir gün sənə pislik etmiş olan bir insanı bağışlamağı düşündünmü? Allah rizası üçün sənə əziyyət etmiş bir kimsənin əziyyətinə səbr etməyi heç düşündünmü? Heç bir gün öz nəfsinə: Görəsən Allahın sevdiyi şeylər nələrdir, ta ki, mən o hərəkətləri görüb və bu sayədə Allaha yaxınlaşan saleh qullarından olum deyə soruşdunmu? Əlbəttə bu sualları özümüzə soruşub üzərində düşünməliyik. Beləcə, bu sualların cavabına lazımınca əməl edib Allaha yaxın olmalı, bütün iş və davranışlarımız, hətta düşüncə və hislərimizin hamısı Allahın razılığı istiqamətində olmalıdır. Dünyadan bir şey istəyərkən yenə Allah rizası üçün olmalıdır. Bu dünyada Allahın səni sevib, səndən razı olmasından daha gözəl bir şey vardırmı?
Allah dualarımızı qəbul etsin. Biz sidq ürəkdən dua edək, edək ki, Allah da qəbul etsin.
XƏBƏR LENTİ
Dişlərinizə hansı vərdişlər zərər verir?
Metroda şalvarsız gün
Qadın sürücülər
Duyğu Çağatar Ulusoyun evinə köçdü-FOTO
Koronavirusun yayılmasına qarşı şəhərləri bağlamaqdan daha effektiv yol təklif edilib
İstanbulu dolu vurdu - VİDEO
İstanbulun polis rəisi öpüşlərlə yola salındı
Bayden bir aya 250 min amerikalının öləcəyi barədə proqnoz verdi
Hande Yenerdən gözlənilməz irad
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Nüfuzlu "Əl-Fəcr" qəzetində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva haqqında geniş məqalə dərc edilib
Sarı saçlar üçün xüsusi maskalar
Türkiyə Azərbaycanla sərhədi bağladı - SƏBƏB
Kartof zənbilində balıq (foto resept)
Avqustun HAVA buraxılışı
Bakıda 60 min manata "yolka" satılır - VİDEO
Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəlidir!
Bananlı pankek (foto resept)
Azərbaycan vətəndaşları Türkiyədə ev alan əcnəbilər arasında ilk onluqda
Yeni süni mayalanma mərkəzi yaradılacaq
Alimlərdən inqilabi ixtira
"Ögey ana" filminə abidə qoyuldu - VİDEO/FOTO
İranda şok cəza
Prezidentdən mühüm qərar
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Qeyri-adi etiraz aksiyası
Cennifer Lopesin "əkiz"i tapıldı - FOTO
"Riçard" salatı (foto-resept)
Bakıda ucuzluq olacaq
Mehriban Əliyeva uşaqlar üçün təşkil olunan şənlikdə iştirak edib
Facebook film çəkməyə başlayır
Ən məşhur fil öldürüldü
Geyim kombinasiyaları
Ucuz maska çəkdi, dərisi soyuldu - FOTO
Azərbaycanda nikah müqaviləsinin bağlanması məcburidirmi?
Ata söz verdi, o dünyadan qızının toyuna gəldi – ŞOK FOTO
Azərbaycan tarixindən yüz şəxsiyyət-15
Möcüzəvi minerallar - 1
Arzularını gerçəkləşdirən yaşlılar
Filiz Akının başına 11 tikiş vuruldu-FOTO
Səs gigiyenası üçün bilməli olduqlarınız
Baş pediatr: "Süni uşaq qidaları həkim resepti əsasında alınmalıdır"
2013-cü ilin gəlinlik modelləri
Yasemin Özilhan gözəllik sirrini paylaşdı
Deputatdan hökumətə təkliflər: “Uşaq pulu” bərpa edilsin”
Yumşaq tort keksi (foto resept)
Məntiqi test
"Microsoft" ucuz telefon nümayiş etdirib
ABŞ-da Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi qeyd olunub
Hamiləlik zəhərlənməsi
- ŞƏRHLƏR