
Hər yerin olduğu kimi, qəbiristanlığın da özünəməxsus qayda-qanunları var. Qəbiristanlıqda qışqırmaq, bağırmaq, necə gəldi oturmaq, zibilləmək düzgün deyil.
Unutmayaq ki, dirilərin haqqı olduğu kimi, ölülərin də haqqı vardır və onları narahat etmək doğru deyil. Amma məzar üzərinə böyük günbəzlər tikmək, saraylar inşa etmək də doğru deyil. Məzar işğal olunmuş torpaq deməkdir. Son illərdə məzarların üstü betonlanır, bahalı daşlarla hörülür. Amma əmin olun ki, ən bahalı daşlar belə əlli ildən sonra unudulur. Ona görə də məzarın sadə və kiçik ölçüdə olması yaxşıdır.
Məzarın ətrafı səliqəli və üstü torpaq olsa yaxşıdır.Çünki, məzarın üstündə bitən ot orada yatana duaçıdır. Məzarın başında həmişəyaşıl ağac əkmək məsləhətdir.
Peyğəmbərimiz (s.ə.s) "Allahın salamı sizin üzərinizə olsun, ey qəbir əhli" deyə qəbiristanlığa salam verərmiş. Məzar üzərinə cürbəcür şirniyyatlar, bəzəklər düzmək xoş deyil. Əgər ətrafdakı böcəkləri, həşəratları, quşları doyurmaq niyyəti ilə yem aparırsınızsa, bu, xoşdur. Amma məzar üstünə qoyulan şəkərburanı, şorqoğalını kim götürüb yeyəcək? Yaxşı olar ki, siz onları tanıdığınız bir yoxsula verəsiniz.
Məzarı bəzəmək, şəkil yapışdırmaq da dinimizin yasaqladığı hallardır.
Uca peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur ki, məzardakının halı dənizdə boğularaq "İmdad, imdad" deyə bağıran adamın halına bənzəyir. Dənizdə boğulan adam onu qurtaracaq adamı necə gözləyirsə, məzardakı adam da dünyadakı yaxınlarından gələn duanı elə gözləyir.
Ölü üçün dua etmək, ona Allahdan mərhəmət diləmək çox mühümdür. Məzarı ziyarət etmək lazımdır. Amma gərək hər şey ədəbinə uyğun olsun. Məzar saç yolmaq, üz cırmaq, Allaha üsyan etmək üçün deyil. Qəbiristanlıq ziyarəti ölüdən çox diriyə lazımdır, ora gedərkən ibrət alsın, dərs götürsün deyə...
XƏBƏR LENTİ
Platformalı ayaqqabı modelləri
Tarkan konsertdən imtina etdi-FOTO
Ali məktəblərə ərizə qəbulu uzadıldı
Məşhur aktyor 60 yaşını qeyd edir (FOTO)
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
HAVA necə olacaq?- 2 fevral
Günün ulduz falı
Serdar Ortaç söz-söhbətə son qoydu-FOTO
İlahiyyatçı yazar İlqar Kamilin növbəti kitabı işıq üzü görüb
“Adını Feriha Koydum”un məşhur aktrisasının toyu oldu-FOTO
Bu qadın nə edir?
Prezident: “Daha səkkiz kənd işğaldan azad olundu”
Koronavirusun yeni simptomu aşkarlandı
Giləmeyvəli tost
Hansı soğan daha faydalıdır: sarı, ağ yoxsa qırmızı?
Azərbaycanın sabiq prezidenti 4800 dollar pensiya alır
Təbii ağrı kəsici: xına
Hər güclü qadının izləməli olduğu 6 film
Günün ulduz falı
Pan Gi Mun Prezident İlham Əliyevi təbrik etdi
Sümükdən motosiklet
Cəbrayılın işğaldan azad edilmiş Şəybəy kəndinin görüntüləri - VİDEO
Ağızda əriyən limonlu tort (foto resept)
Şaftalı pudinqi
Rəfiqəmin arıqlama sirri
Baş Nazirdən təhsillə bağlı yeni qərar
Kişi öz əmlakını filə vəsiyyət etdi
Rəhbərlik etmək arzusu insanı həlak edər
Əlavə avtobuslar gəlir
Dünya şöhrətli professordan koronavirusla bağlı MÜHÜM TOVSİYƏLƏR
Əşyaları fərqli funksiyalar üçün istifadə etmək
Ən qəribə 7 alergiya
Sevgini necə gücləndirməli?
Saç tökülməsinin gizli səbəbləri
"Seksenler"in Nazlısı oğlu ilə - FOTO
Sabah bütün məktəblərdə dərsdir
Bakıya duman gəlir
İlham Əliyev BMT Baş Assambleyasının COVID-19-la bağlı xüsusi sessiyasında çıxış etdi - VİDEO
Novruz bayramı günlərində əhali hansı regionlarda istirahətə üstünlük verir?
Döymə aludəçisi olan qızı bir də belə GÖRÜN - FOTO
Meyvələrə sehirli toxunuş
Məktəblər açıldı: 25 min şagird və müəllim COVID-19-a yoluxdu
Qan azlığına xeyirli olan qidalar
Ancelina Coli kinodan gedir
İlbiz yedi, 3 il komada qaldı-FOTO
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan xanəndə - VİDEO
Balqabaqlı zapekanka (foto resept)
Yeddi min ildən bir Yerin yaxınlığından keçən kometa görüntüləndi - FOTO
2017-ci ilin ən çox istifadə edilən sırğaları
Fındığın faydaları















- ŞƏRHLƏR