Qadin.NET / Dinimizdə məzar ziyarətinə münasibət necədir?

Dinimizdə məzar ziyarətinə münasibət necədir?

         Hər yerin olduğu kimi, qəbiristanlığın da özünəməxsus qayda-qanunları var. Qəbiristanlıqda qışqırmaq, bağırmaq, necə gəldi oturmaq, zibilləmək düzgün deyil.

     Unutmayaq ki, dirilərin haqqı olduğu kimi, ölülərin də haqqı vardır və onları narahat etmək doğru deyil. Amma məzar üzərinə böyük günbəzlər tikmək, saraylar inşa etmək də doğru deyil. Məzar işğal olunmuş torpaq deməkdir. Son illərdə məzarların üstü betonlanır, bahalı daşlarla hörülür. Amma əmin olun ki, ən bahalı daşlar belə əlli ildən sonra unudulur. Ona görə də məzarın sadə və kiçik ölçüdə olması yaxşıdır.

Dinimizdə məzar ziyarətinə münasibət necədir?

        Məzarın ətrafı səliqəli və üstü torpaq olsa yaxşıdır.Çünki, məzarın üstündə bitən ot orada yatana duaçıdır. Məzarın başında həmişəyaşıl ağac əkmək məsləhətdir.

      Peyğəmbərimiz (s.ə.s) "Allahın salamı sizin üzərinizə olsun, ey qəbir əhli" deyə qəbiristanlığa  salam verərmiş. Məzar üzərinə cürbəcür şirniyyatlar, bəzəklər düzmək xoş deyil. Əgər ətrafdakı böcəkləri, həşəratları, quşları doyurmaq niyyəti ilə yem aparırsınızsa, bu, xoşdur. Amma məzar üstünə qoyulan şəkərburanı, şorqoğalını kim götürüb yeyəcək? Yaxşı olar ki, siz onları tanıdığınız bir yoxsula verəsiniz.

   Məzarı bəzəmək, şəkil yapışdırmaq da dinimizin yasaqladığı hallardır.

    Uca peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur ki, məzardakının halı dənizdə boğularaq "İmdad, imdad" deyə bağıran adamın halına bənzəyir. Dənizdə boğulan adam onu qurtaracaq adamı necə gözləyirsə, məzardakı adam da dünyadakı yaxınlarından gələn duanı elə gözləyir.

    Ölü üçün dua etmək, ona Allahdan mərhəmət diləmək çox mühümdür. Məzarı ziyarət etmək lazımdır.  Amma gərək hər şey ədəbinə uyğun olsun. Məzar saç yolmaq, üz cırmaq, Allaha üsyan etmək üçün deyil. Qəbiristanlıq ziyarəti ölüdən çox diriyə lazımdır, ora gedərkən ibrət alsın, dərs götürsün deyə... 

17 fevral 2013
GO BACK