“Futbol jurnalistikasına dəstək” layihəsi çərçivəsində “Bakcell”in dəstəyilə Mançesterə yollanacaq jurnalistin adı açıqlandı
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti Azərbaycan Jurnalistlər Şəbəkəsi (AJN) İctimai Birliyi ilə birgə “Azərbaycanda futbol jurnalistikasına dəstək” layihəsinə yekun vurub.
İki ay davam edən layihənin sonunda iştirakçılara sertifikatlar verilib. Layihə müddətində təlim və tapşırıq sessiyalarında ən aktiv şəkildə iştirak edən jurnalist-aparıcı Kənan Hakimov isə Böyük Britaniyanın Mançester şəhərində bir həftəlik səyahət paketi ilə mükafatlandırılıb.
Layihənin əsas məqsədi milli mətbuatda futbol üzrə ixtisaslaşan jurnalistlərin bilik və bacarıqlarını təkmilləşdirərək beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına dəstək olmaq idi. Xüsusi təlim proqramı sayəsində iştirakçılar futbol xəbərlərinin auditoriyaya daha yaxşı şəkildə çatdırması üçün müasir medianın üstünlükləri barəsində məlumatlandırılıb və praktik məşğələlər vasitəsilə yeni biliklər əldə ediblər.
Futbol mövzuları üzrə təlimlər yerli mütəxəssislər, multimedia üzrə təlimlər isə yeni media üzrə ixtisaslaşmış britaniyalı təlimçi Den Meyson (Dan Mason) tərəfindən keçirilib.
15-dən çox futbol reportyorunun qatıldığı təlimlərdə iştirakçılara “Xəbərlərin auditoriyaya maraqlı çatdırılması qaydaları və yolları”, “Peşəkar futbol şərhçiliyi”, “Multimediadan düzgün istifadə” və s. kimi digər önəmli mövzular haqqında danışılıb. Birinci təlim sessiyasının sonunda Milli yığmanın baş məşqçisi Robert Prosineçki, Millinin oyunçuları Vüqar Nadirov və Qara Qarayev iştirak edərək futbol və futbolçular haqqında xəbərlərin mediada işıqlandırılması ilə bağlı öz müşahidələrini bölüşərək təlimə xüsusi maraq qatıblar.
XƏBƏR LENTİ
Prezident İlham Əliyev bir sıra görüşlər keçirib
Yataq mebelləri
İntihar barədə bilinməyən gerçəklər, detallarda gizlənən şeytanlar...
Almaniyada müəllimə hədiyyə vermək olarmı?
Bakıda bəzi nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər qoyulacaq
Dənizə qərənfillər atıldı - Bulvarda neftçilər anıldı
Türk futbolçu Avropa nəhənglərinin hədəfində
Azərbaycanda evlərə yeni və şok vergi gəlir
Putinə qorxulu xəbər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Xüsusi istedadı ilə seçilən uşaqların vaxtından əvvəl məktəbə qəbulu sabah yekunlaşır
Brüs Linin həyatdan öyrəndikləri
Gəlinin ətəyini 250 uşaq daşıdı - FOTO
Sızanaq izləri üçün bal və alma
Koronavirusla bağlı son STATİSTİKA
Qarabağda tank savaşı
Bəxt üzükləri
Göbələk souslu kartoflu çubuqlar (foto resept)
Hadisə yeni FOTOsunu paylaşdı bəyənilmədi
Bakının yeni girişi
Ordumuz Ermənistanın 1,2 milyard dollarlıq hərbi texnikasını məhv edib
Ana ilə yatmaq uşağın ürəyini müdafiə edir
Kriştianu Ronaldunu qovan hakim sərt cəzalandırıldı
Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO
Ana və ata münasibətinin uşağa təsiri
“Evlənmək barədə düşünmürük”
Payız salatı (foto resept)
YARAT! "Love Me, Love Me Not" sərgisini təşkil edir
Şokoladlı keks (foto resept)
Ürək sağlamlığı üçün məşqlər
Rusiya tərəvəzi bu ölkədən alacaq
Ulduzlar Şahmarın gözüylə....
Aktyorun yeni imici bəyənildi - FOTO
Azərbaycanda koronavirusun ikinci dalğası ilə bağlı XƏBƏRDARLIQ
TQDK-dan xoş xəbər
Mensturasiya dövründə qadınlar nə istəyir?
Berkay AÇIQLAMA VERDİ
III Dünya müharibəsi gedir
Balaca xanımlara gözəl saç broşları
Gecə yata bilməyənlərə psixiatrdan 6 TÖVSİYƏ
Maraqlı dizayn işi mebellər
Möcüzəvi meyvələr (2)
Bu həftəsonu 5 gün iş olmayacaq
Lənkəran sakini su quyusu qazdırdı, qaz çıxdı - VİDEOREPORTAJ
Rezidenturaya qəbul imtahanlarının vaxtı açıqlandı
Qozlu qurabiyə (foto resept)
Bu il Moskvadan beş mindən artıq qanunsuz miqrant qovulub
BÜRCLƏR bizə nə vəd edir? - 28 fevral
Bəzi sabunların faydaları (2-ci hissə)
Bəlkə də...
- ŞƏRHLƏR