Əziz Qadın.Net-lilər, xəbərimin 2-ci hissəsini də sizə təqdim edirəm.
Fatma
Mənim ən böyük arzum Allahın sevimli bəndəsi olmaqdır. İstəyirəm ki, övladlarım xoşbəxt olsun, müharibə olmasın, analar övladlarını əsgər yollayanda ürək ağrısı tapmasınlar. İnşAllah, Amin.
leylahuseynova
Kiçik vaxtı mənə bu sualı verəndə deyərdim ki, arzum hüquqşünas olmaqdır. Reallaşmadı deyə arzu olaraq qaldı. İndi çox şükür ki, elə də böyük arzum yoxdu. Allahın verdikləri yetir. Sevdiklərim zərər görməsin, mənə yetər. İnşAllah, Amin.
Buket
Ən böyük arzum - Allahım bizləri sevimli bəndələrindən bilsin, inşAllah. Valideynlərim və sevdiklərim hər zaman əhatəmdə olsun. Oğlum xeyirli övlad kimi böyüsün. Ailəm üçün də hər şeyin ən xeyirlisini arzu edirəm. Tezliklə öz evimiz olsun və mən çoxdan arzusunda olduğum iş həyatına başlayım.
Pervane(Niyar)
Bir ana kimi mənim ən böyük arzum balalarımla bağlıdrı. Onları sağlam böyüdüb, xeyr işlərini görməkdir. Oğlumu əsgərliyə yola salmaqdır. Onların arzu və istəklərini yerinə yetirmək mənim ən böyük arzularım arasındadır. İnşAllah, Allahım mənim bu arzularımı ürəyimdə qoymaz, yerinə yetirər. Amin.
afa75
Bütün analar kimi mənim də bütün arzularım övladlarımla bağlıdır. Onların sağlam, savadlı, xeyirli övlad olmaları ən böyük arzumdur.
Gözəllik ilahesi
Ən böyük arzum cansağlığı, qadın xoşbəxtliyi, ailə səadəti və bəxtəvər ana olmaqdır. Ümumiyyətlə, uca Tanrımdan istədiyim ancaq xoşbəxtlikdir. İnşAllah, Amin.
Oksana
Mən xoşbəxtliyi ilk növbədə sağlam olmaqda və arzusunda olduğum həyatı ürəyimcə olan insanla bərabər yaşamaqda görürəm.
Serxan Abbasov (Dede Qorqud)
Uşaqlıq vaxtlarımdan ən böyük arzum təyyarəçi olmaq olub. Kiçik yaşlarımda kənddə yaşadığımız vaxtlarda kiçik təyyarə fiqurları düzəldib oynayırdım. Hətta sonralar həmin fiqurları digər uşaqlara sataraq gəlir mənbəyi də əldə etmişdim. Orta məktəbi bitirməyə yaxın vaxtlara kimi əsas fikrim bu arzuma nail olmaq idi. Amma elə orta məktəbdəcə bu arzumun gerçək olmayacağı bəlli oldu. Və bu, hələ də mənimçün bir arzu olaraq qalır. İndi isə bir gənc kimi ilk nail olmaq istədiyim gözəl və sakit bir ailə, sağlam övladlara ata olmaqdır. İnsanın arzuları bitməz. Necə ki, nəfəs alırıq, Allaha dualarımız da bol olacaqdır. Rəbbimiz bizləri ona dua edib ondan istəyək deyə, ən gözəl elmlə yaratdı. İnşAllah, hər kəsə arzularının gerçəkləşməsini arzu edirəm. Tanri sizləri qorusun. Amin.
NoTTe_Di_LuCe
Ən böyük arzum Allaha layiq qul olmaqdır. İnşAllah, Amin.
Ulviyye.B
İki uşaq anası kimi mənim arzularım çoxdu, demək olar ki, hamısı da uşaqlara aiddir. Onların düzgün tərbiyəsi, əxlaqı, bu gün və sabahkı təhsili və s.. Yazdıqca qurtaran deyil. Həyatdasansa, yaşayırsansa, arzular da tükənməzdir. Bir Qadın.Netli kimi mənim özümə olan arzumu da deyim ki, artıq bir neçə gündən sonra internetimiz bağlanır. Arzulayıram ki, məni unutmayasanız….
P.S. Canım, səni unutmaq olar? Həmişə ürəyimizdəsən. Gözləyirik səni…
Sevgul
Birinci arzum ailəmizin - anamın, atamın, nənəmin və qardaşlarımın, bir də sevdiyimin canının sağ, ömürlərinin uzun olmasıdır, ikinci arzum tezliklə sevdiyimlə nişanlanıb, insAllah, evlənməkdi, üçüncü arzum da tezliklə arıqlamağım, kompleksimdən azad olub xoşbəxt olmaqdır.
vusale91
Ən böyük arzum bütün arzularımın çin olmasıdı… İnşAllah, Amin.
Lovable_madam
Ən böyük arzum övlad sahibi olmaqdır. İkincisi, canımın sağlam olmagı, üçüncüsü isə ALLAH RIZASI üçün yaxşılıqlar etməkdir, qarşındakı bunu dəyərləndirməsə belə... Ona görə ALLAH mənə dözüm versin ki, mənə olunan haqsızlıqlara rəğmən mən həmin insana yaxşılığımı əsirgəməyim.... AMIN.
AZS
Mənim də hər kəs kimi arzularım var:
1. Allahın sevilən bəndələrindən olmaq.
2. Ailəmin və sevdiklərimin canının sağ olması.
3. Yoldaşımla mehriban və xoşbəxt həyat sürmək.
4. Ən böyük arzum yoldaşımın da ən böyük arzusudu. İnşAllah, 2-ci övladımızın qız olmasıdı. Əgər Allah məsləhət bilərsə.
Gonulcelen
Mənim ən böyük arzum xoşbəxt ailəmin olmasıdır. Valideynlərim daima yanımda olsun, bu, mənə yetər.
Angel_of_death
Ən böyük arzum sevdiklərimi xoşbəxt görmək, yaxınlarımın can saglığı, nişanlımla tezliklə toyumuzun olması, həmişə bir-birimizi belə çox sevək, hörmət edək, anlayaq.
LADY_ANGEL
Yaşadığımız müddətdə heç kəsin arzusu tükənmir. Məlum, dünya böyükdür. Arzudan arzu doğulur. Bir neçə arzum var ki, həyatımda ömrümün axırına kimi mənimlə olacaq. Bu arzularımı sizinlə bölüşürəm. 1-ci, ən əsası mən və mənim ətrafımdakı bütün sevdiklərim ALLAHIMIN ən sevimli bəndələrindən olaq. 2-cisi sağlamlıq. 3-cüsü oğlumun ən xoş gününü görmək, böyüyüb yaxşı insanlar sırasında görmək. Bu, mənim və yoldaşımın ən böyük arzularından biridir. Üzr istəyirəm, bir oğlum var, ikinci payın qiz olmasını arzu edirəm.
Shebnem
Bu dünyada mal, mülk, övlad hamısı bu dünyanın susləridir, yəni dünya mallarıdır. Bu dünyada ən böyük arzum Allahın sayəsində Allah rızası üçün insanlığa faydalı bir insan olmaq, Allah rizası üçün yaşamaq və Allahın rizasını qazanmaqdır. İnşAllah, bir də bu sözü də çox arzulayıram: gözəllər gözəli, mərhəmətlilərin ən mərhəmətlisi olan Rəbbimdən "Qulum, səndən razıyam" deməsini. Mən arzularımı sadəcə axirət üçün istəyirəm və bütün müsəlmanlar üçün istəyirəm bu arzuları rəbbimdən İnşAllah…
Menecment
Mənim ən böyük arzum sevdiyim şəxslə ailə qurmaqdır, yəni nişanlımla. Hec vaxt ondan xəyanət görməmək, 3 oğlumun olması və bir də həmişə atamın yanımda olmasıdır.
narsis
1-ci arzum ikinci övladımı da sag-salamat dünyaya gətirim Allahımın köməyi ilə və onları əməlisaleh bəndələr kimi böyüdüm. 2-ci arzum ətrafımda olan insanların, ümumiyyətlə hamının bir-biri ilə mehriban, xoşrəftar olması, qeybətin, paxıllığın unudulması, 3-cü arzum Rəbbim sevdiklərimin pis gününü mənə göstərməsin. Nəhayət, sonuncu arzum sevgimlə birlikdə ömür sürüm, ondan ayrı düşməyim, bir yerdə qocalaq, balalarımızı böyüdək. Amin…
Aynur23
Ən böyük arzum qurduğum ailədə xoşbəxt olmaqdır. Ailəmin sağlamlığı, yanımda olmağı mənim ən böyük arzumdur. Allah hər bir kəsi, bütün müsəlmanları öz arzusuna yetirsin, içində də mənim. Amin.
Vlada
Ən böyük arzum - övladım olsun, hər kəsin mənə həsəd aparacağı qədər xoşbəxt olum. Özümün şəxsi gözəllik salonum, bir də özümə aid, öz pulumla aldığım yeni tikilmiş binada heç olmasa 1 otaqlı evim olsun…
Uzuncorab Peppi
Mənim heç bir arzum yoxdu. Yalnız cansağlığı istəyirəm. Uzun ömür yox, Allah yazan ömrü cansağlığı ilə başa vurmaq. Vəssalam.
Akkord
Mənim arzularım var, amma elə də böyük arzular deyil. Qardaşım oktyabrda əsgərlikdən gələcək, arzu edirəm ki, sağ-salamat gəlsin. Toyum salamatçılıqla olsun. Bir də mənimçün övladın önəmi yoxdu. Salamat olsun, əl-ayağı salamat olsun, yetər. Amma birinci oğlum olsa, daha çox sevinərəm. Nişanlım isə "Birinci qız övladımın olmasını istəyirəm" deyir…
Metiska
Ən böyük arzum yoldaşımla birlikdə xoşbəxt olmaq və gözəl, sağlam övladımızın olmasıdır.
Ceri
Mənim bu həyatda Rəbbimdən ən böyük arzum bu həyatı cənnəti qazanacaq səkildə, Allahın buyurduğu qanunlarla yaşamaqdır.
Elisa
Mənim arzum övladlarımı sağ-salamat böyüdüb onlara ən yaxşı tərbiyə və savadı verməkdir. Onlar üçün yaşayıram, İnşAllah Allah bunu mənə qismət edər.
musi123
Mən 5 ildir ailəliyəm, 1qızım və 1 oğlum var. Hər qadının arzusu ailə səadəti, bir də usaqlarının xoşbəxtliyidir. İkincisi, qoy onlar böyüsünlər, sənətim üzrə işləmək istəyirəm (saç ustası).
Nermin1981
Mənim də hər bir qadın kimi xoşbəxt olmaqdı arzum. Tezliklə gözəl və xoşbəxt bir ailə qurmaq istəyirəm. Keçmişdə buraxdığım, yaşaya bilmədiyim günlərimi, sevgilimlə itirdiyim 4 ilimin əvəzini bir ömür boyu çıxarmaq istəyirəm. İnşAllah, çox uşaq istəyirəm, artıq 8 ad düşünmüşəm. Allah hamını arzusunu gercəkləşdirsin.
H.o.s.T-cu qiz
Mənim arzum qəribə gələcək, amma dünyanı xilas etmək istəyirəm. Çirkli düşüncələrdən insanların azad olmagını istərdim. Bir qızı sevmədiyinə zorla ərə verirlər, hansısa verilişə çıxıb özlərinə ər axtarırlar, çox pis baxıram bele şeylərə. Arzu edərdim millətin beynini belə geridə qalmışlıqdan təmizləyim. Dünyada hər gün 800 milyon insan ac qalır. Çox istəyirəm ki, gələcəkdə milyarder olub kasıblara kömək edim. Və bir məqsədim var onu edəcəm Allahın köməyi ilə - uşaq evindən uşaq götürəcəm övladlığa, çox istəyirəm bunu. Sonda hamıya xoşbəxtlik arzulayıram. İçində mən olmaqla hamı öz arzusuna çatar Inşallah!
Alekberova Jale
Ən əsası ətrafımda olanların çox sevdiyi biri olmaq... ALLAHIN sevdiyi bəndələrdən olmaq və onun xeyir-duasıyla ürəyimdə olan arzularıma çatmaq istəyirəm.
Semedova
Ən böyük arzum ana olmaqdır, onun varlığını hiss etmək ən böyük arzumdu...
hadise
Mənim həyatda ən böyük diləyim konservatoriyanı bitirməkdir.
CEVAHIR
Arzullarımız bitməz-tukənməzdir. Ən əsas Allahın sevimli bəndələrindən olmaq, övlad sahibi olub ailəmə sevinc, xoşbəxtlik bəxş etmək. Sevdiklərimi daim sağlam və xoşbəxt görmək ən böyük arzularımdı.
Nurlana 0915
Ən böyük arzum - uşaqlarımın xoşbəxt, sağlam böyümələrini istəyirəm. Başqa arzularım da var, hamısının həyata keçməsini istəyirəm, gözləyirəm.İnşallah, Amin…
Denish
Ən böyük arzumu deyim hə? Ana olmaq... Ana olmaq istərdim, hər il bu hissi yarımçıq yaşayıram. Hələ tam hamiləlik keçirmirəm. Bu mənimçün çox ağırdı. İstərdim ki, mənim də övladım olsun. Mənə ana desin. Düzdü, dünyalıq bir şey istəyirəm Allahdan. Amma onu da deyim ki, valideynə öldükdən sonra qalan şeylərdən biri də yaxşı övladın olmasıdı. İnşallah Allah mənə xeyirlisiylə qismət edər. İkinci arzum da Həcc ziyarətinə getməkdir. Arzum çoxdur. Arzularımdan böyüyü - yoldaşımın gözünü tezliklə əməliyyat etdirəcəyik, Allah ona bu əməliyyatdan xeyir və gözlərinə şəfa versin. İnsan yaşadıqca arzular da çoxalır. Arzular heç bitmir. O qədər arzum var ki. Yazsam, buralar tutmaz mənim arzularımı. Arzu elə dua deməkdir. Dua edək ki, arzularımız həyata keçsin. Amin.
So_LoNeLy
Mənim ən böyük arzum yaxınlarımın sağlam və xoşbəxt olmasıdı. Sonra isə həyatda ailəmi və sevdiyim şəxsi itirməməkdi. Onlarla birlikdə axıra qədər xoşbəxt olmaqdır. Çünki əsas budur. Əgər insan xoşbəxt yaşayıbsa, demək ki, həqiqətən yaşayıb. Bu olsa, bu həyatdan başqa heç nə istəmirəm.
Heyatim mənim
Mənim arzularım çoxdu, yazsam qurtarmaz. Arzularımdan ən əsasları - evimiz satılsın, ayrı evimiz olsun, Allah-təala mənə qız övladı nəsib etsin, övladlarım bizə layiqli övlad olsun və ən əsası Allah yoldaşıma cansağlığı versin.
damla89_89
Biz yasadıqca arzulardan arzular doğur. Çünki ürəyimdən keçən hər bir şeyin gerçək olmasını istəyirəm. Amma Allahın günahsız, sevimli, imanlı bəndəsi olsam, bu mənim üçün bütün arzularımın gerçəkləşməsidir.
LEMAN_LEMKA
Arzular bitmir. Arzulardan arzu doğur. İlk əvvəl cansağlığı əzizlərimlə birgə. ALLAH heç kəsi heç kimə möhtac etməsin. Və təbii, subay qızın arzusu nə ola bilər ki... Xoşbəxt ailə və bir də 2 oğlan, 1 qız anası olmaq. İnşallah, Amin.
SESSIZ_OLUM
Ən böyük arzum məktəbi qutarmaq, 9-cu sinifdən texnikuma girməkdir.
MN
O qədər arzu olur ki, biri həyata keçir, digərini arzulayırsan. Allahıma şükürlər olsun ki, arzuladığım çox istəklərim həyata keçib. Orta məktəbdə ad günü 8 martda olan qızlara qibtə edirdim, zaman keçdi, qızım 8 martda dünyaya gəldi. Amma indi başqa cür düsünürəm, insan Allahı dərk eləsə (həqiqi mənada) heç nə arzulamaz, Allah hər kəsi arzusuna çatdırsın. Amin.
Misteriya
Mənim həyatda ən böyük arzum övlad anası olmaqdır. Bu istəyim qədər həyatda heç nəyi arzu etmirəm. Mən ana-atadan doymadım, görmədim. Onlar nakam getdi, arzum odur ki, övlad anası olum. Ulu Tanrım mənə qismət etsin, övladımı böyüdüb toyunu, valideyn olmağını görməyi. Ən azıdan balamın xoşbəxtliyini seyr etməyə ömür versin Tanrım mənə. Amin, İnşallah.
sabrin
Ən böyük arzum sevdiyim insanla xoşbəxt ailəmin olması və ata-anamı həmişə sağlam və xoşbəxt görməkdir.
Emiliya86
Ən böyük arzum işguzar qadın olmaq, öz şəxsi karyeramı qurmaq və ailəmin Allah-Təalaya itaət etməsini istəyirəm.
sunayka
Hal-hazırda ən böyük arzum üçüncü uşağa yenicə hamiləyəm, onu sağ-salamat dünyaya gətirməkdir. İnşallah, Amin.
TaHa
Məncə, ümumi götürəndə "ən böyük arzu" anlayışı yoxdur, arzular çoxdur, zaman-zaman aktual olan ən böyük arzu ola bilər. Məsələn, hal-hazırda mənim ən böyük arzum qardaşıma qəşəng qız tapmaqdır. Allah axtarışlarımızı nəticəsiz qoymasın və qardaşımın toyunda oynamağı qismət etsin, Amin! Ümumiyyətlə isə, təbii ki, bütün analar kimi mənim də övladlarımla bağlı böyük arzularım var. Atam, anam, bacılarım və qardaşımı həmişə məmnun görmək istəyirəm. Azərbaycan qayda-qanunun işlədiyi bir ölkəyə çevrilsin, millətimiz firəvan olsun və s. və i.a.
Yeter
Mənim arzum çoxdu. Birincisi, oğlumu sağ-salamat ağıllı, tərbiyəli böyütmək, sevdiklərimin yanımda olması, evimin olmasıdı, ən əsası sağlam olmaqdı , yazmaqla bitməz…
Azerikizi
Mənim arzum həyatda qızlarımı ağıllı, savadlı, özlərinə güvənən, öz ayaqlarının üstündə dura bilən və nəhayət, iş adamı və xöşbəxt bir ailə sahibi kimi görməkdir. Bax, budur mənim həyatda ən böyük arzum. İnşallah, Amin.
FADAK
Allahdan arzum sağlam olmağımız, əməlisaleh övladımızın olması və Allaha etdiyimiz dualardan başqa heç nəyə və heç kimə möhtac olmamağımızdır.
Tiqana
Arzularım çoxdur. Əslində, necə deyərlər, arzudan arzu doğar. Amma ən böyük arzum övladlarım üçündür. Oğlum bu il Akademiyaya daxil olub, onun məktəbi müvəffəqiyyətlə bitirməsini istəyirəm. 2-cisi, qızımın ali məktəbə daxil olmasını istəyirəm. 3-cü arzum onların xoşbəxt ailə qurub firəvan yaşamaqlarıdır. Bundan böyük arzu nə ola bilər ki, mənim üçün?
Politoloq
1. Etdiyim ibadətlərin hamısının Allah tərəfindən qəbul olunması, 2.Atamın,anamın canının sağlığı, 3. Xöşbəxt ailə həyatı qurmaq, 4. Savadlı və hörmətli müəllim olmaq.
mexbube
Mənim arzularım çoxdur, tükənməzdir, bitməzdir. Arzularımdan biri budur ki, mən gələcəkdə tanınmış hörmətli, məşhur, xeyirxah insan olum. İnşallah, Amin.
TomAnar
Mənim ən böyük arzum yoldaşımla, qızımla xoşbəxt həyat sürməkdi. Mən onları çox istəyirəm. Ən pis günümüz belə yaxşı günümüz kimi keçsin. Amin. Bir arzum da var ki, maşını səhvsiz sürə bilim. Yaxınlarımın canları sağ olsun, onlar da xoşbəxt yaşasınlar. Bu həyatda heç bir çətinliyimiz olmasın. Amin.
bsa
Mənim ən böyük arzum ilk öncə ailəmlə birlikdə Cənnətə layiq olmaq və oğlumun savadlı, əməlisaleh, sağlam, tərbiyəli böyüməsidir. İkinci ən böyük arzum özmün şəxsi mənzilimin olmasıdır.
lezginka24
Ən böyük qorxum Allahın qəzəbinə gəlməkdi. Ən böyük arzum Cənnətin gözəlliklərini görmək, cəhənnəmin odundan xilas olmaqdir. Indi isə ən böyük arzum xoşbəxt və sağlam ailəmin olması, sevdiklərimin mənim yanımda olması və təbii ki, ana olmaqdır!
Merri
Hal-hazırda ən böyük arzum övladımın sağ-salamat dünyaya gəlməsidir, balamı bircə qucağıma ala bilsəydim 2-ci ən böyük arzum yoldaşımı hər zaman xoşbəxt görmək istəyimdir İnşallah, Amin...
orkide88
Elə böyük arzum yoxdur, nə istəyirəmsə, həyata keçir. Tək arzum salamatçılıq ola bilər. Ailəmi, yaxınlarımı həmişə sağlam görməkdir.
Mukkuni
Ən böyük arzum dünya səyahətinə çıxmaqdı, ən azından ildə bir ölkəni gəzmək imkanım olaydı kaş…
YAFFA
Hal-hazırda arzum odur ki, özümüzə məxsus evimiz olsun. 2. Uşaqlarım xoşbəxt və savadlı olsun. İnşallah.
Ayka 87
Ən böyük arzum bilirsiz nədir? İstəyirəm yaxın günlər ərzində ana olacağım xəbərini eşidim, öz övladımı hiss edim. Sonra isə həmişə Allahdan arzu etmişəm ki, mənim əzizlərimin, doğmalarımın canını sağ etsin və heç vaxt bizi heç kimə möhtac etməsin.
Gulben ergen
Mənim ən böyük arzum övladımın ağıllı və savadlı olmasıdır. Təbii ki, birinci ailəmin cansağlığıdır.
NICE GIRL
Ən böyük arzum universitetə daxil olmaq, hüquqşünas olmaqdır. İnşallah Amin.
realist
Arzum çoxdur. Ancaq reallaşmasını arzuladığım ən böyük arzularım bunlardır. Birinci və ən vacib arzum Allahın mömin bəndələrindən olmaqdır. İkinci arzum sağlıqlı, nümunəvi, qibtə olunacaq bir ailə həyatına sahib olmaqdır. Üçüncü arzum isə həmişə arzusunda oldugum bir iş sahəsi var ki, onun reallığa çevrilməsidir. Bu arzularım həyata keçsə, əminəm ki, hər şey öz axarını tapacaq. Allahın köməkliyi və mənim səyim ilə. Belə…
Nara23
Ən böyük arzum ailəmin canının sağ olması, xoşbəxtliyimizidi. Hal-hazırdakı arzum isə atam razı olsun, sevdiyim insana qovuşum və xoşbəxt olum. Çünki bütün nəsil bilsə də, atama hələ deməmişik. Və valideynlərim mənə baxıb sevinsinlər.
Ulker zeynalova
Ən böyük arzum toyum maraqlı keçsin. Xoşbəxt ailə həyatım olsun. Ömür boyu sakit, mehriban, xoşbəxt həyat sürüm. Həyat yoldaşım məni daim sevsin. Sağlam və ağıllı övladlarım olsun. Eh, nə bilim, arzular qurtarır ki?
Vusale_ruslan
Mən yeni ailə həyatı qurmuşam. Demək olar ki, arzularımın yarısı həyata keçib. İndi arzum gözlədiyim körpəmin sağ-salamat dünyaya gəlməsidi. Sevdiyim insanla qocalmaq ən böyük arzumdur. Sağlam, möhkəm, mehriban, nümunəvi ailəm olsun. Amma ən böyük arzularımdan biri olan ail məktəbdə oxumaq arzum yerinə yetmədi. Uşaqlıqdan arzulayırdım. Bu qədər. Deyəsən, arzularım çox oldu.
M_irka
Həyatda mənim ən böyük arzum qardaşımın ata olmasını görməkdir! Bir problemə görə ata ola bilmir, hara gedirsə, heç yerdən yaxşı xəbər gəlmir! ALLAHDAN ümid kəsilməz! Əlacı Sankt-Peterburqa qalıb. Ümid edirəm ki, yaxşı olacaq! İnşallah.
Arzusqa
AİLƏMİN və hər kəsin sağlamlığını və xoşbəxt həyat sürmələrini, getmədiyim ölkələrə getməyi arzu edirəm.
Naile_1
Mənim arzularım böyükdür. İlk növbədə gözlərim zəifdir, gözlərim düzəlsin. Sonra qıldığım Namaz qəbul olsun. Anama və atama sağlamlıq qismət olsun, sonra da pul. Mən təhsilimə və sağlamlığıma üstünlük verirəm. İstəyirəm ki, Xarici Dillər Universitetinə qəbul olunum.
R.G.AL-SU
Ürəyimdə 1-2 arzum var, biraz maddiyyətlə bağlıdır. O da keçib gedər bilirəm. amma ən böyük arzum oğlumun 2 yaşının olmasıdır, çünki o gündən sonra Namaz qılacam. İndi qıla bilmirəm, çünki uşaqlar imkan vermir, amma onda qızım da böyüyəcək 3 yaş yarım olacaq. Səbirsizliklə o günlərimi yəni ALLAHIMA sığınmağı , ONA daha da yaxın olmağı gözləyirəm.
Sama 0924
Arzularim elə çoxdur ki, ən böyük arzum sağlamlıqdır. Sağlam olub ailəmin sevdiklərimin əhatəsində olmaq istiyirəm. Qızıma gözəl həyat bəxş etmək istəyirəm.
Sonda öz evimizdə yaşamaq istiyirəm.
Huseyn awiqi
Ən böyük arzum hmm arzular tükənmir ən əsas atamın və anamın can sağlamlığı sevdiyim insanların xoşbəxtliyini görmək və nəhayət sevib seçdiyim insanla 1 ömür boyu xoşbəxt həyat sürmək düzdü o insanla nişanlanmışam amma bundan sonrakı həyatımıda onunla bölüşmək isteərdim bu vaxtacanda 1
XƏBƏR LENTİ
Dərin quyuda iki gün qalan təqaüdçü qadın xilas edildi - VİDEO
Serenay və Cem Yılmaz karantin vaxtı görüntüləndi
Göz rənginə görə makiyaj
Su israfının qarşısını necə alaq?
Hərəkət edən rəsmlər
Sılanın məhkəmə tarixi məlum oldu-FOTO
Hollandiyada ermənilərə qarşı mitinq keçirilib
Tom and Jerry
2014-cü ilin ziyafət geyimləri
Ermənilərin Gürcüstanda fırıldağı: ikinci Qarabağ?
Ağıllı qızlar niyə tənhadırlar?
Ermənilər tərəfdə döyüşən PKK-çıların əksəriyyəti məhv edilib
Heydər Əliyev Fondunun 15 illik yubileyidir - FOTO
Polşa höküməti istefa verdi
Azərbaycanda seysmik təhlükə: AMEA iş başında
Ramazanın 27-ci gününün duası
İlham Əliyev xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət edib
Bakıdakı bərbad küçə ilə bağlı gülməli təklif
Ermənilər küçələrə çıxdı
Qadin.Netlilərin həyata keçən və keçməyən arzuları (3-cü hissə)
Saakaşvili Azərbaycanı “təhlükə zonasına” saldı
Azərbaycanlı tələbələrdən unikal ixtira-VİDEO
Bitki yağları haqqında
Gonbullar əlil hüququ aldılar
Düşmən Ağdam kəndini atəşə tutdu
Onlar bir zamanlar sinələrdə parlardı...
Körpələrin zehnini inkişaf etdirən faktorlar
Məktəbli formaları indi neçəyədir?
Bazar gününü gözəl keçirmək üçün tövsiyələr
Norveç kralı karantinə yerləşdirilib
Azərbaycanda idman federasiyası dağılır?
Hökumətdən manat həmləsi
Qarabağsayağı göyərti kətəsi (foto resept)
Bu kənddə yerin altında namaz qılırlar
Buraxılış imtahanı təxirə salındı-SƏBƏB
Burcu Güneşin TOYU olacaq-FOTO
Qida formasında bijuteriyalar
Arıqlamaq üçün məşhur sirri
Gəlinlik ayaqabısının seçimi
Yoldaşının telefonuna baxan qadına CƏZA
Dəqiqlik üçün darçın, stress üçün qoz
Günün qoroskopu: bulanıq suda balıq tutmaq olar
"QazEL"lər xəttdən çıxarılır
Onu görən gözlərinə inana bilmir-FOTO
Azərbaycanı, hər birimizi böyük təhlükə gözləyir
Yolumuz Şuşayadır - VİDEO
O, yeni fenomendir
Maraqlı dəstlər
Naxçıvan dolması (foto resept)
MN: “Cəbhənin Ağdam istiqamətində ordumuzun zərbələri nəticəsində düşmən itki verərək mövqelərini tərk edib”
- ŞƏRHLƏR