Elnur Məmmədov
Dəlinin də dediyində hikmət var.
Dəli olan bu hikməti anlayar.
Bəlkə biz dəliyik, onlar ağıllı?
Sadəcə sayanda onlar azdılar.
(Elnur Məmmədov)
Bir gün ruhi xəstaxanaya yardım aparmışdım. Üçüncü mərtəbədən bir xəstə qız: "Manatı daşa bük, at" ..." Mən dəli deyiləm. Ailədə uşaq çox olduğundan məni bura atdılar." Bu hadisəni indi də unuda bilmirəm.
Bu yaşıma çatıb, ən çox təsirləndiyim gerçək hadisədir. Bir ömür cəmiyyətimizə və özümə belə halları bağışlaya bilməyəcəm!
Merve Caniyeva
Hər kəsə salam. Mənim başıma ən maraqlı hadisə bu il Od çərşənbəsində gəlmişdi. Biz hər il öz məhəlləmizdə iri bir tonqal qalayıb, onun üstündən atlanırıq. Əslində mən oddan çox qorxuram. Oddan atlanmaq da istəmirdim, ancaq anamgilin və qonşuların təkidiylə atlanmaq məcburiyyətində qaldım. Odun üstündən atlanarkən tüstü necə oldusa gözümü yandırdı, səs-küyün içindən ancaq bunu eşidə bildim ki, mənə deyirlər: "Ay qız paltarın od tutub yanır". Mənim üçün bu bayram həm təhlükəli, həm də həyatımda ən maraqlı hadisə kimi qaldı. Hərdən evdə bu barədə danışanda, söz düşəndə çox gülürük. Bu da mənim ən maraqlı başıma gələn hadisə.
Zumrud Nurullayeva
Salam. Mən uşaqlıqdan başı bəlalı olmuşam. Ən son qorxulu hadisələrimdən 2-ni yazacam. Oğlum 2 yaş yarımlıq idi, parka aparmışdım. Bir də gördüm uşaq yoxdur. Həmin 10 dəqiqədə nələr yaşadım bir Allah bildi. 2-ci qorxulu anım keçən il Qurban bayramı günü olub, 1 ay oruc tutduğum üçün məni bayram süfrəsinə dəvət etdilər. Nə isə getdik, axşam öz oğlum ilə evdəki uşaqlarla gedirdim parka, oynadılar, evə gələn zaman gördüm uşaqlar maşın yoluna qaçır. İstədim mən də qaçım, başım necə gicəlləndisə alnım keçdi yelləncəyə. Ayılanda gördüm bütün sifətim, köynəyim qandır. Bunu unuda bilmirəm, çünki indiki yaşımacan öz üstümdə bu dərəcədə qan görməmişdim. Aytən bacım, xəbərinə məni dəvət etdiyin üçün çox sağ ol, canım.
Ibrahimova Gulya
Salam, bacı, yeni xəbərin də uğurlu olsun. Başıma o qədər əhvalat gəlib ki, amma ən çox unuda bilmədiyim hadisə mənim 12, bacımın isə 14 yaşı olanda başımıza gələn hadisədir. Deməli anamla atam aeroporta getmişdi. Bizdə bina evi olduğu üçün anam qoymurdu heç bir oyun oynamağa, heç həyətə düşməyə də icazə vermirdi. Yoxluqları, həm də ki aeroport uzağda olduğu üçün fürsətdən istifadə etdik və topla voleybol oynamağa başladıq. Bir az oynadıqdan sonra top pəncərəyə dəydi və şüşəni qırdı. O an çox qorxmuşduq (biz də hirslənməsinlər deyə anamla atam evə gələndə yalandan ev tozsoranlayırdıq və birdən borunun yuxarı hissəsi pəncərəyə bərk dəyib, sındırdı dedik)
в™Ў вњ°PrINcESsAв™Ў вњ°Samirвќ¤
Canım, ilk öncə sənə təşəkkür edirəm mənə də xəbərində yer verdiyin üçün. Maraqlı hadisə deyəndəki yadda qalan hadisələrim çox olub. Ən çoxda mənim üçün məktəb illəri daha çox maraqlı keçib. Sinif yoldaşlarım, müəllimələrim onlarla keçirtdiyim hər bir gün maraqlı idi. Belədə ağlıma heç nə gəlmir Aytənim, amma yenədə sənə təşəkkürlər.
S.S.90...S A M I R
İlk öncə mənə də xəbərində yer verdiyin üçün, Aytən xanım, təşəkkür edirəm. Gələk mövzumuza. Vallah nadincliyimin ucbatından başıma gələn hadisə qalmayıb. Yadımdadır, evimiz təzə tikilirdi, xalamgildə bizdə idi. Biz də uşaqlarla gizlənqaç oynayırdıq. Mən də etməyib tənbəllik, təzə tikilən evdə gizlənməyə qaçdım. Oranın da döşəməsi vurulmamışdır, ustalar yerə taxta düzüb işləyirdilər. Gecə olduğundan mən aralardakı məsafələri görmədim və elə bu vaxt da ikinci mərtəbədən yerə gəldim. Təsəvvür edin təmir gedən ev, hər tərəf taxta, dəmir qalıqları. Və bundan sonrası... Pahooo, aləm dəydi bir-birinə. Bircə anamın qışqırtısını eşitdim, gəlib məni götürdülər. Xalam da bir tərəfdən mənə kərə yağı içirtmək istəyir (guya deyirlər ki, yıxılan adama kərə yağı içirdirlər) Nə baş ağrıdım, o yağdan bir damcı da içmədim. Amma onu da deyim ki, yıxılmağıma baxmayaraq mənə heç nə olmadı. (pis adama heç nə olmaz) Anam da maşallah olsun o barədə yaxşıdır, həmin dəqiqə bir qurban dedi. Sonra o qurbanı kəsdirib, ayaqyalın payladı.
Narin Yılmaz
Əvəllcə xəbərində mənə yər verdiyin üçün sənə çox təşəkkürlər canım. Başıma gələn ən maraqlı hadisə məktəb vaxtı olub. 7-ci sinifdə oxuyurdum, çox dəcəl sinfimiz var idi. Bir gün oğlanlarımız sözləşib sinif rəhbərimizin başına oyun gətirmək qərarına gəliblər və bizə bu barədə heç nə deməyiblər. Mən də həmişə müəllimin yerində oturmağı xoşlayırdım, zəng vurulan kimi qaçıb orda otururdum. Bizim bu yarım ağıllılar sən demə stulun üstünə super kley töküblər. Mən də getdim düz o kleyin üstündə oturdum. Bir də gördüm bütün məktəb yığılıb bizim sinfin qabağına, mənə gülür. Mən də heç nə anlamıram. İstədim duram bunlara qəşəng söz deyəm, dur görüm necə durursan, yapışmışam stula qopmuram. Yaxşı ki, həmin gün idman dərsimiz var idi, şalvar aparmışdım. Oğlanları sinifdən çıxardıq, mən paltarımı dəyişdim. Müəlliməmiz də qəşəng oğlanları danladı, mənim də ürəyimdən tikan çıxdı. Hə, beləcə sonra da mənə 8 marta ətək hədiyyə elədilər, barışdım. Həmin vaxt çox hirslənmişdim, amma indi çox darıxıram həmin günlər üçün. Kaş o günlər olaydı, kövrəldim lap. Məndən bu qədər .
Dekabrın 20-si axşam idi. Yoldaşım qonşu kəndə gecə gec idi deyə maşınla gedirdi, qohumlarını aparırdı, mən də maşına mindim. Onları qoyub geri qayıdacağdıq. Ani bir zamanda maşın baş aşağı 4 dəfə asfaltda fırlandı. O an yoldaşım boynumu qucaqladı ki, boynum qırılmasın. İçəridən çıxmaq olmurdu. Maşının ön şüşəsindən kənara çıxdıq və həmin an maşının təkərləri havada hərəkət edirdi. Nəsə, evə xəbər verdik. Anamgil, qohumlar gəldilər. Bizə heç nə olmamışdı. Məni başqa maşında oturtmuşdular. Anamgil bilmirdilər ki, maşından axan yağ dağılıb yerə. Gecə ayırd etmək olmur axı, həyəcandan bunlar da ele bilirlər ki, bu axıntı mənim qanımdı. Maşından əsər, əlamət qalmamışdır. Əmim və anam hərəsi bir tərəfdə mənim ücün ağlayır. Yoldaşım haçandan-haçana özünə gəlib deyib, o başqa maşındadır. Səhər açılan kimi anam qurban kəsdi. Həmin gün İmamın 5-i idi, 2010-cu il. Nə qədər kədərli olsa da mənim başıma gələn ən maraqlı hadisə idi.
XƏBƏR LENTİ
Məşhur aparıcı və həyat yoldaşı koronavirusa yoluxdu
2020-ci ilin Bürclər üzrə PROQNOZU
Yadplanetlilərlə 4 dəfə görüşən şəxsin – Şok hekayəsi
Günün qoroskopu: Stress qaçınılmazdır!
Dəvətnamə sayəsində eyni qızla evləndiklərini öyrəndilər-FOTO
Lobyalı tort (foto resept)
Heydər Əliyev Fondu Türkiyədə şənliklər təşkil edib
Film üçün 3 aya 10 kiloqram arıqladı-FOTO
Zəlimxan Yaqubun vəziyyəti pisləşir
Məşhurların uşaqlıq şəkilləri
Ezgi Mola 10 kq arıqladı-FOTO
Badamcıq əməliyyatı
Orxidea gülləri
BÜRCLƏR bizə nə vəd edir?-14 yanvar
Tərəvəzli noxud pizzası (foto resept)
Tətilə çıxmağın faydaları
Dərini soyuğun təsirindən qoruyan maska
Fahriye Evcen XƏSTƏXANALIQ OLDU
Bu qadın həyatını oyuncağa qurban verib
B vitamini çatışmazlığı yorğunluq yaradır
Qalaktikada biz tək deyilik: elm təsdiq etdi
Zəhərlənmə
Murad Boz və Hadisə "O səs Türkiyə"dən gedir
Prezident inauqurasiya günü baba oldu
Bunları bilirdizmi?
HAVA necə olacaq? 10 İyul
Tez başagələn piroq (foto resept)
Məşhur aparıcı övladını itirdi
Stalinin itən Xəzinəsi TAPILDI
Qış üçün borş hazırlığı (foto resept)
Professordan qadınları gözəllik salonlarında gözləyən TƏHLÜKƏ barədə XƏBƏRDARLIQ
Bağçalar yayda açılacaq? - RƏSMİ AÇIQLAMA
Teymur Rəcəbov: "Dünya Kubokunda zəif rəqib yoxdur"
Gözəlliyə kölgə salan vərdişlər
Sinir sistemini gücləndirən meyvə
“Ermənilər rahat dayanmır”
BÜRCLƏR bizə nə vəd edir?-27 noyabr
Maska taxmayanlar COVID-19-dan ölənlərə məzar qazmaqla cəzalandırıldı
Azərbaycan XİN qeyri-qanuni yolla işğal olunan torpaqlara səfərlərə görə “qara siyahı”ya daxil edilən şəxslərin müraciətlərinə baxa bilər
Emin sevgi mahnısına klip çəkdirdi - VİDEO/FOTO
Ərdoğan ABŞ-a xəbərdarlıq etdi
Dərinizi canlandıracaq təbii maskalar
Hülya Avşar 350 gəncə iş verib
Mayonezli maska ilə gözəl saçlara qovuşun!
Düyü qadın sağlamlığı üçün çox faydalıdır
Mart ayında doğulan uşaqların xüsusiyyətləri
Koronavirus vaksini poliklinikalara TƏHVİL VERİLDİ
Rusiyada quş qripi yayıldı
"Real" azarkeşlərinə üzücü xəbər
6 aya arıqlayın
- ŞƏRHLƏR