Əziz Qadin.Netlilər, hər birimizin hələ uşaq yaşlarından müxtəlif ixtisas-peşə arzuları olur. Kimi müəllim, kimi, həkim, kimi kosmonavt, kimipolis və s. olmaq istədiyini deyir. Bəzən bu istəklər bir-birini əvəz edir, yeni bir sənət ilə tanış olduqda və həmin sənət xoşumuza gəldikdə "mən böyüyədə bu sənətə yiyələnəcəm" deyirik. Artıq qərar vermək vaxtı çatanda hər kəs müstəqil şəkildə hansı peşəyə yiyələnəcəyinə qərar verib eləcə davam etməyə çalışır. Bəzilərinin arzusu ürəyində qalır, bəzisi arzusuna çatır, xəyalındaı ixtisasa sahib olur. Bəs bizim aramızda, hər gün artıq bir ailə üzvü kimi tanıdığımız Qadin.Netlilərin hansı ixtisas arzuları olub. Kim öz arzusuna çatıb, kim çatmayıb. Gəlin paylaşaq...
Fatma xanım (ekspert)
Həmişə müəllimə olmağı arzulamışam. Ən çox sevdiyim ixtisasdır. Mən həmişə müəllimə hamıdan bir pillə üstün baxmışam, heyf ki, arzuma çatmadım...
Louis Vuitton (ekspert)
Həyat davam etdikcə arzular da tükənmir, hər yaş dövrünün bir arzusu, istəyi olur. İxtisasla bağlı planlarım orta məktəbin son siniflərində formalaşdı. Ən böyük arzum hərbçi olmaq idi. Hərbi geyimə qarşı o qədər sevgim var idi ki, hətta eyniylə o cür parçadan hazırlanmış bir kostyum almışdım özümə. Baxmayaraq ki, qısa idi amma heç qısalığı da mənə arzumdan vaz keçməyə mane olmadı O zamanlar dizin üstündən geyinmək bir qədər yaxşı qarşılanmırdı, amma mən geyinirdim, çünki atamın ərköyün qızı idim. Bacılarım geyinsə atam icazə verməzdi, amma məni qoyurdu. Çox heyflər olsun ki, bu ixtisasa sahib ola bilmədim, atamın ən böyük arzusu məni həkim görmək idi...Bu gün çox təssüf edirəm ki, seçdiyim ixtisas üzrə heç bir gün belə işləyə bilmədim. Məlum məsələdi ki, Azərbaycan kişilərinin əksəriyyəti qadının işləmək prinspinə yaxşı baxmırlar, mən də o tiplə qarşılaşdım Arzum idi ki, qızım həkim olsun, amma o da bu arzumu gözümdə qoydu, sevmədi bu sənəti. Həkimlik elədir ki, gərək sevəsən, sevməsən uğur qazana bilməzsən, ona görə də məcbur etmədim. Hərbiçi olmaq arzumsa gözümdə qaldı..
Gülşən 29 (redaktor)
Hər biz insanın uşaqlıq arzuları vardır. Uşaq ikən soruşurlar "Ay bala, böyüyəndə nə olacaqsan", mən həmişə "diş həkimi" deyirdim. Ancaq böyüdükcə anladım ki, o sənətə sahib ola bilmərəm. Ən böyük arzum riyaziyyat müəlliməsi olmaq idi. Bəzi səbəblərə görə bu istəyimə nail ola bilmədim, təəssüf ki. Ancaq yenə müəllimə ixtisasındayam. Hərçənd ki, sevmirəm bu ixtisasi və işlətmirəm, ancaq ixtisasım budur. Hər kəsə arzusunda olan ixtisasa sahib olmağı arzulayıram.
lovable_madam(redaktor)
Uşaqlıqda arzular dəyişkən olur, yadıma gəlir atam bizə bir neçə sual verməklə bacımla mənim səsimi audi kassetə hərdən yazırdı. Bir dəfə atam soruşmuşdu ki, böyüyəndə kim olacaqsan? Mən də "Soldat" olacam söyləmişdim. Hələ heç onda məktəbli deyildim. Təxminən 9-10 yaşlarımda, yadıma gəlir, ən yaxın qonşumuzun iki qızına öz şəkilli maraqlı, ingilis dili jurnalından dərs keçirdim, hələ o zaman özümü müəllimə kimi görəndə sevinirdim. O iki qız məndən yaşca kiçik idilər, kiçiyi heç məktəbə də getmirdi . İllər getdikcə həvəsimin humanitar fənlərə olduğunu anladım və elə uşaqlıq arzumu da Allahın köməyilə reallaşdırdım, Əlhəmdulillah. Buna baxmayaraq müəyyən illərdə jurnalistikaya da həvəsim çoxalmışdı, hətta arzum efirdə xəbər aparıcısı olmaq idi . Lakin müəllimliyi seçdim, öz ixtisasımdan və peşəmdən çox razıyam, maşAllah!
SəRRas (nəzarətçi)
Deməli belə, mənim uşaqlıqdan çox arzum olub... Dədəmsə demişdi ki, özün nə istəsən oxu, təkcə oxu . Bizim ailədə oxumaq vacib idi... Polis olmaq istəmişəm. Hər zaman seriallara baxanda elə arzulayırdım ki, polis olum, nənəm tibb bacısı olduğu üçün o hər zaman istəyib həkim olum, dədəmsə müəllim olduğu üçün istəyib ki, müəllimə olum. Artıq məktəbi bitirməyə yaxın idi, çox istədim ki, memar olum, sadəcə dədəm dedi ki, sən onla işləyə bilməzsən. Fikirləşdim ki, düz deyir. Və nəhayət ki, müəlliməliyi oxudum öz istəyimlə, amma universitetə qəbul olduqdan sonra getdim Bakıya. Memarlıq universitetinə getdim, eləcə də, oxumaq istədiyim bütün ali məktəblərə...
kristen_(zümrüd)
İxtisas arzuma çatmışam mən. Çox şükür. Özümü dərk edəndən bəri memar olmaq istəmişəm. Ailəm də həmişə bunu istəyib. Və buna nail olmuşam. İxtisasım "inşaat üzrə mühəndis iqtisadiyyatı"dır. Çox sevə-sevə təhsil alıram Güman edirəm gələcəkdə daha təcrübəli kadr olacam. Hər kəsə uğurlar.
Ləman_(miravri)
Əvvəla bu xəbərdə mənə yer ayırdığın üçün çox sağ ol, gözəl bacım. Mənim ixtisas seçmək kimi bir şansım olmadı, çünki atam məni müəllim yanına qoymadı. Atam məni 1 dəqiqəliyinə belə gözündən uzağa qoymurdu. İstəyirdi ki, elə rayonumuzdakı texnikuma girim. Və çox kədərli də olsa atam getmişdi ki, mənim üçün texnikumu danışsın, görsün necə olacaq. Amma evdən sonuncu çıxışı oldu və atam rəhmətə getdi, onun yolunu gözləsəm də geri gəlmədi. Allah bütün dünyadan gedənlərə rəhmət etsin. Sonunda atamın istədiyi oldu, mən texnikuma girdim, amma o məktəbə ilk gedişim ağlamaqla oldu. Ona görə tələbəlik illərini heç sevmədim...
R.G.AL-SU(yaqut)
Xəbərində çoxlu uğurlar, yer ayırdıgın üçündə təşəkkürlər! İxtisasca ən böyük arzum arxeoloq olmaq idi. Bunun üçün tarixi çox mükəmməl oxumuşam. Bilirdim ki, arxeoloq olsam belə kimsə yol açmayacaq, "bu nə sənətdir tapıbsan" deyəcəklər, amma yenə oxumaq istəyirdim. Qismət olmadı, arzum ürəyimdə qaldı və ömürlük də qalacaq...
ReVuş(istifadəçi)
Uşaqlıqdan saçlarla oynamağı, boyamağı sevmişəm. Hər zaman gəlinciklərimin saçlarını pis günə qoyurdum. Həm də sözün əsl mənasında...Böyüyəndə də fikrim dəyişmədi. Məktəbi Rusiyada bitirib stilist kollecinə getdim. Beləliklə, orda Vizajı Stilistikanı, Modanı, Saçla bağlı bir çox şeyi öyrənib diplomumu aldım. Fikrimdə var idi ki, Bakıya gəlib hansısa usta yanında saçı daha mükəmməl öyrənim, amma bəzi səbəblərdən qismət olmadı. Belə ki, çox gözəl bir salonda işlədim və dırnaqla bağlı bir çox sirrləri öyrənib manikür ustası oldum. Beləliklə, arzuma çatdım. Sonralar nişanlandım və nişanlım narazı oldu deyə çıxdım. Lakin bu mənim arzularımdan vaz keçdiyimi göstərmir. Diplomum üzrə hər bir xarici ölkədə öz Salonumu açmaq ixtiyarım var. Və bundan sonrakı arzum isə şəxsi salonumun olmasıdır. Bu barədə planlarımı əzizlərimlə də məsləhətləşmişəm. Heç vaxt institut arzusunda olmamışam. Fikirləşirəm ki, hər kəs həvəsi olduğu və sevdiyi işlə məşğul olmalıdır. Və mən sevdiyim sənətim üçün bir çox şeylərdən imtina etdiyim üçün heç vaxt peşman olmamışam.
Dale Carnegie(istifadəçi)
Əsas arzum insanlara kömək etmək, xeyir verməkdir. Buna uyğun və bu işdə yardım edə biləcəyim hər cür ixtisas mənə xoşdur. Həmin ixtisas arzumdur.
Ardı var....
XƏBƏR LENTİ
Ən varlı model daş-qaş alarkən görüntüləndi-FOTO
"Dolce & Gabbana"dan yeni kolleksiya - FOTO
Prezidentin köməkçisi xarici diplomatlarla Tərtər və Ağdamda
Britaniyanı qarışdıran gülməli hadisə
ÜST koronavirusu pandemiya elan etdi
Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ: imtahanlar başlayır
Meqan Markl vƏ kraliça Yelizaveta ilk rəsmi səfərdə-FOTO
Bağçalarda uşaqlar yaş həddinə uyğun qidalanmır - HESABAT
“Ələkbər əmi”nin nağılı
Dünyaya sərt mesaj verdi
Buse Varolun geyimi tənqid olundu-FOTO
Məşhurlar makiyajsız necə görünür?
Alimlər insanı nəyin çirkin göstərdiyini açıqladı
Qız Qalasında “Bakı-2015”lə bağlı şou
Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
Şevval Şahinə sevgilisindən 120 minlik hədiyyə
Əllərinizə qulluq
Məşhur tərzi: Kate Middleton
Qadınlar hansı yaşda xoşbəxt olurlar
Ramazanın 6-cı gününün duası
Bakının yeni dərdi - sərxoş qadın sürücülər
Qarabağda ildırım sürətli müharibə
Putin: “Rusiya sülhməramlıları vəziyyəti sabitləşdirmək üçün əllərindən gələni edirlər” - VİDEO
Ancelina Colinin uşaqları əlindən alına bilər-FOTO
Sevişmə sonrası qadın olmadım mən!
Məlumatları necə qoruyursunuz?
"Fənərbağça"nın oyunçusu "Dinamo"nun baş məşqçisi oldu
Keyfiyyətli insan və cəmiyyət
Güzəştli mənzil almaq istəyənlərin NƏZƏRİNƏ
Batil əqidəni yayan kitabların satışı və tədrisi ilə nə etməli?
"Atiye"nin baş qəhrəmanı bu xanımla evlidir-FOTO
Bu qışın dəbi: Fəxriyyə Xələfovadan məsləhətlər
Parazitlər artır, həkimlər azalır?
Meyvələr haqqında gələn xəbərlər-III hissə
Məryəm Uzerli son görüntüsü ilə hamını heyrətləndirdi-FOTO
Deputat 190 manatla bağlı nazirə müraciət etdi
Ərdoğan Azərbaycana gəldi
Hülya Avşar FOTOsu ilə diqqət çəkdi
Mübarizsiz 10 il...
İsrail səfiri: "Bakı-2015 Avropa Oyunları brendə çevriləcək"
Yorğunluğa son
Nəyə sıx bağlısınız?
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Şəhid atası: “Gözümün ağı-qarası bir oğlum vardı”
Məcburi köçkünlərə xəbərdarlıq edildi
Sürücülər üçün vacib xəbər: mobil telefonda anti-radar
Təkər, Lada adını qoymaq istədilər-FOTO
Yatdığı yerdə sərvət qazanan bloger-FOTO
Millimiz İndoneziyada 9-cu medalını qazandı
Qiyməli gül kələmi (video-resept)
- ŞƏRHLƏR