Qadin.NET / Qadin.Netlilərin ixtisas arzuları - 1

Qadin.Netlilərin ixtisas arzuları - 1

Qadin.Netlilərin ixtisas arzuları - 1

    Əziz Qadin.Netlilər, hər birimizin hələ uşaq yaşlarından müxtəlif ixtisas-peşə arzuları olur. Kimi müəllim, kimi, həkim, kimi kosmonavt, kimipolis və s. olmaq istədiyini deyir. Bəzən bu istəklər bir-birini əvəz edir, yeni bir sənət ilə tanış olduqda və həmin sənət xoşumuza gəldikdə "mən böyüyədə bu sənətə yiyələnəcəm" deyirik. Artıq qərar vermək vaxtı çatanda hər kəs müstəqil şəkildə hansı peşəyə yiyələnəcəyinə qərar verib eləcə davam etməyə çalışır. Bəzilərinin arzusu ürəyində qalır, bəzisi arzusuna çatır, xəyalındaı ixtisasa sahib olur. Bəs bizim aramızda, hər gün artıq bir ailə üzvü kimi tanıdığımız Qadin.Netlilərin hansı ixtisas arzuları olub. Kim öz arzusuna çatıb, kim çatmayıb. Gəlin paylaşaq...  

Fatma xanım (ekspert)

     Həmişə müəllimə olmağı arzulamışam. Ən çox sevdiyim ixtisasdır. Mən həmişə müəllimə hamıdan bir pillə üstün baxmışam, heyf ki, arzuma çatmadım...

Qadin.Netlilərin ixtisas arzuları - 1

Louis Vuitton (ekspert) 

      Həyat davam etdikcə arzular da tükənmir, hər yaş dövrünün bir arzusu, istəyi olur. İxtisasla bağlı planlarım orta məktəbin son siniflərində formalaşdı. Ən böyük arzum hərbçi olmaq idi. Hərbi geyimə qarşı o qədər sevgim var idi ki, hətta eyniylə o cür parçadan hazırlanmış bir kostyum almışdım özümə. Baxmayaraq ki, qısa idi amma heç qısalığı da mənə arzumdan vaz keçməyə mane olmadı smile O zamanlar dizin üstündən geyinmək bir qədər yaxşı qarşılanmırdı, amma mən geyinirdim, çünki atamın ərköyün qızı idim. Bacılarım geyinsə atam icazə verməzdi, amma məni qoyurdu. Çox heyflər olsun ki, bu ixtisasa sahib ola bilmədim, atamın ən böyük arzusu məni həkim görmək idi...Bu gün çox təssüf edirəm ki, seçdiyim ixtisas üzrə heç bir gün belə işləyə bilmədim. Məlum məsələdi ki, Azərbaycan kişilərinin əksəriyyəti qadının işləmək prinspinə yaxşı baxmırlar, mən də o tiplə qarşılaşdım recourse Arzum idi ki, qızım həkim olsun, amma o da bu arzumu gözümdə qoydu, sevmədi bu sənəti. Həkimlik elədir ki, gərək sevəsən, sevməsən uğur qazana bilməzsən, ona görə də məcbur etmədim. Hərbiçi olmaq arzumsa gözümdə qaldı..

Qadin.Netlilərin ixtisas arzuları - 1

Gülşən 29 (redaktor)

     Hər biz insanın uşaqlıq arzuları vardır. Uşaq ikən soruşurlar "Ay bala, böyüyəndə nə olacaqsan", mən həmişə "diş həkimi" deyirdim. Ancaq böyüdükcə anladım ki, o sənətə sahib ola bilmərəm. Ən böyük arzum riyaziyyat müəlliməsi olmaq idi. Bəzi səbəblərə görə bu istəyimə nail ola bilmədim, təəssüf ki. Ancaq yenə müəllimə ixtisasındayam. Hərçənd ki, sevmirəm bu ixtisasi və işlətmirəm, ancaq ixtisasım budur. Hər kəsə arzusunda olan ixtisasa sahib olmağı arzulayıram.

lovable_madam(redaktor)

     Uşaqlıqda arzular dəyişkən olur, yadıma gəlir atam bizə bir neçə sual verməklə bacımla mənim səsimi audi kassetə hərdən yazırdı. Bir dəfə atam soruşmuşdu ki, böyüyəndə kim olacaqsan? Mən də "Soldat" olacam söyləmişdim. Hələ heç onda məktəbli deyildim. Təxminən 9-10 yaşlarımda, yadıma gəlir, ən yaxın qonşumuzun iki qızına öz şəkilli maraqlı, ingilis dili jurnalından dərs keçirdim, hələ o zaman özümü müəllimə kimi görəndə sevinirdim. O iki qız məndən yaşca kiçik idilər, kiçiyi heç məktəbə də getmirdi .smile İllər getdikcə həvəsimin humanitar fənlərə olduğunu anladım və elə uşaqlıq arzumu da Allahın köməyilə reallaşdırdım, Əlhəmdulillah. Buna baxmayaraq müəyyən illərdə jurnalistikaya da həvəsim çoxalmışdı, hətta arzum efirdə xəbər aparıcısı olmaq idi .smile Lakin müəllimliyi seçdim, öz ixtisasımdan və peşəmdən çox razıyam, maşAllah!

Qadin.Netlilərin ixtisas arzuları - 1

SəRRas (nəzarətçi)

     Deməli belə, mənim uşaqlıqdan çox arzum olub... Dədəmsə demişdi ki, özün nə istəsən oxu, təkcə oxu . Bizim ailədə oxumaq vacib idi... Polis olmaq istəmişəm. Hər zaman seriallara baxanda elə arzulayırdım ki, polis olum, nənəm tibb bacısı olduğu üçün o hər zaman istəyib həkim olum, dədəmsə müəllim olduğu üçün istəyib ki, müəllimə olum. Artıq məktəbi bitirməyə yaxın idi, çox istədim ki, memar olum, sadəcə dədəm dedi ki, sən onla işləyə bilməzsən. Fikirləşdim ki, düz deyir. Və nəhayət ki, müəlliməliyi oxudum öz istəyimlə, amma universitetə qəbul olduqdan sonra getdim Bakıya. Memarlıq universitetinə getdim, eləcə də, oxumaq istədiyim bütün ali məktəblərə...

kristen_(zümrüd)

     İxtisas arzuma çatmışam mən. Çox şükür. Özümü dərk edəndən bəri memar olmaq istəmişəm. Ailəm də həmişə bunu istəyib. Və buna nail olmuşam. İxtisasım "inşaat üzrə mühəndis iqtisadiyyatı"dır. Çox sevə-sevə təhsil alıram smile Güman edirəm gələcəkdə daha təcrübəli kadr olacam. Hər kəsə uğurlar.

 Ləman_(miravri)

     Əvvəla bu xəbərdə mənə yer ayırdığın üçün çox sağ ol, gözəl bacım. Mənim ixtisas seçmək kimi bir şansım olmadı, çünki atam məni müəllim yanına qoymadı. Atam məni 1 dəqiqəliyinə belə gözündən uzağa qoymurdu. İstəyirdi ki, elə rayonumuzdakı texnikuma girim. Və çox kədərli də olsa atam getmişdi ki, mənim üçün texnikumu danışsın, görsün necə olacaq. Amma evdən sonuncu çıxışı oldu və atam rəhmətə getdi, onun yolunu gözləsəm də geri gəlmədi. Allah bütün dünyadan gedənlərə rəhmət etsin. Sonunda atamın istədiyi oldu, mən texnikuma girdim, amma o məktəbə ilk gedişim ağlamaqla oldu. Ona görə tələbəlik illərini heç sevmədim...

 R.G.AL-SU(yaqut)

     Xəbərində çoxlu uğurlar, yer ayırdıgın üçündə təşəkkürlər! İxtisasca ən böyük arzum arxeoloq olmaq idi. Bunun üçün tarixi çox mükəmməl oxumuşam. Bilirdim ki, arxeoloq olsam belə kimsə yol açmayacaq, "bu nə sənətdir tapıbsan" deyəcəklər, amma yenə oxumaq istəyirdim. Qismət olmadı, arzum ürəyimdə qaldı və ömürlük də qalacaq...

Qadin.Netlilərin ixtisas arzuları - 1

ReVuş(istifadəçi)

     Uşaqlıqdan saçlarla oynamağı, boyamağı sevmişəm. Hər zaman gəlinciklərimin saçlarını pis günə qoyurdum. Həm də sözün əsl mənasında...Böyüyəndə də fikrim dəyişmədi. Məktəbi Rusiyada bitirib stilist kollecinə getdim. Beləliklə, orda Vizajı Stilistikanı, Modanı, Saçla bağlı bir çox şeyi öyrənib diplomumu aldım. Fikrimdə var idi ki, Bakıya gəlib hansısa usta yanında saçı daha mükəmməl öyrənim, amma bəzi səbəblərdən qismət olmadı. Belə ki, çox gözəl bir salonda işlədim və dırnaqla bağlı bir çox sirrləri öyrənib manikür ustası oldum. Beləliklə, arzuma çatdım. Sonralar nişanlandım və nişanlım narazı oldu deyə çıxdım. Lakin bu mənim arzularımdan vaz keçdiyimi göstərmir. Diplomum üzrə hər bir xarici ölkədə öz Salonumu açmaq ixtiyarım var. Və bundan sonrakı arzum isə şəxsi salonumun olmasıdır. Bu barədə planlarımı əzizlərimlə də məsləhətləşmişəm. Heç vaxt institut arzusunda olmamışam. Fikirləşirəm ki, hər kəs həvəsi olduğu və sevdiyi işlə məşğul olmalıdır. Və mən sevdiyim sənətim üçün bir çox şeylərdən imtina etdiyim üçün heç vaxt peşman olmamışam.

Dale Carnegie(istifadəçi)

     Əsas arzum insanlara kömək etmək, xeyir verməkdir. Buna uyğun və bu işdə yardım edə biləcəyim hər cür ixtisas mənə xoşdur. Həmin ixtisas arzumdur.

Ardı var....

19 may 2013
GO BACK