Nişan üzüyü ailə quran zaman bəy və gəlinin bir-birlərinə bağışladıqları üzükdür. Adsız barmağa taxılan nişan üzüyü həmin andan etibarən sevənlərə bir ad qazandırır. "Nişanlı" adını. Hələ qədim zamanlardan üzük əbədi sevgi rəmzi olmuşdur. Nişan üzüyünün necə olması, bahalığı, ya ucuzluğu vacib deyil. Onsuz da sevginin qiyməti ən bahalı üzükdən belə çoxdur. İndi isə sizlərə Qadın.Net sayıtının sevimli, əziz istifadəçilərinin nişan üzüklərini və nişan xatirələrindən ibarət hazırladığım xəbəri təqdim edirəm. Buyurub baxa bilərsiniz...
Gülşən29
Bu üzük hər kəsin həyatını dəyişdiyi kimi, mənim də həyatımı başdan-aşağı dəyişdi. İlk öncə bu üzüyü ona görə çox sevirəm ki, onu mənə yoldaşım alıb. Öz əməyi ilə işləyib alıb. Mənim ən dəyərli əşyamdır deyə bilərəm. Allah hər kəsə nəsib etsin. Amin!
Xəyalə Murad (Milana.M)
Nişan üzüyü hər iki gəncin münasibətinə ad qoyur. Bu adı daşımaq şərəfi də gözəldir. Nişan üzüyü həm də "bəxt üzüyüdür" deyirlər. Bu bəxti Uca Tanrı bizim hər birimiz üçün, hətta balalarımız üçün gözəl yazsın İnşAllah. Hər şeyi olduğu kimi desəm? ilk olaraq etiraf etməliyəm ki, mən qızıl sevmirəm. Ümumiyyətlə? qızılı yalnız ziyafətlərə layiq görürəm. "Nişan üzüyünü seçək" təklifini alanda imtina etmişəm. "Nə gətirsəniz? qəbulumdur" demişdim. Bir ay ərzində heç kim fikrimdən döndərə bilmədi. Və nəhayət? nişan günü barmağıma bu üzük taxıldı. Gözəlliyini deyil, mənasını, dəyərini sevdim. O gündən nişan üzüyümü də qızıl olduğu üçün yalnız ziyafətlərə, toy məclislərinə taxıram.
ReVuŞ
2 ildir ki, bu günü həsrətlə gözləyirdim. Açığını desəm ona görə yox ki, ərə getməyə tələsirdim. Yox, sadəcə yaxın rəfiqələrim bu işin olmayacağını deyirdilər. Elə oldu ki, internetdə tanış olub 1 il yarım danışdığım oğlan başqa ölkədən mənə görə Rusiyaya gəldi və 2-3 görüşdən sonra hamımız Bakıya gəlib evdə öz aramızda balaca bir "həri" etdik. O hissləri anlatmaq asan olmur, amma çox xoşbəxt idim. O gün bütün hisslərimizin sübut olunduğu gün idi. Bütün paxıllıq edənlərin susan günü. Çox şən keçdi. Hər iki tərəf mehriban... Necə olmalıdı? Elimizin adət-ənənəsi ilə isdədilər məni. Bir həftə sonra "hə" cavabında üzük taxıldı, xonçalar gəldi, bir də şal salındı. Şirin çay içildi, evimizin ağsaqqalları xeyir dualarını verib təbrik etdilər. Bu qədər... İndi isə gələn il toyumuz olacaq inşAllah. Allah hamıya sevgi dolu ailə qurmağı nəsib etsin.
Niko-F
Böyüklərdən üzr istəyərək sözə başlayıram! Həyat yoldaşım mənə məktəbdən qalan ən dəyərli varlıqdır! Onu orta məktəbdən tanıyıram. 15 yaşımdan 25 yaşıma qədər sevdiyim olub. 25 yaşımızda nişanlandıq... Həyatımda ən həyəcanlı gün idi. Necə həyəcanlı idimsə hətta hamının yanında telefonda onun üstünə də qışqırmışdım. Sonra xalam oğlu o ki, var danlamışdı məni. Vaxt yetişdı, maşınlar həyətə yığışdı, siqnal səsi dörd yanı bürüdü. Həyəcanım get-gedə artmaqda idi. O məndən də həyəcanlı idi. Şalvar geyinəndə kəmərini taxmağı unutmuşdu. Pəncərəmizdən baxanda ilk gözümə dəyən bu oldu. Bir-birimizi o qədər çox sevirdik ki, inana bilmirdik qovuşduğumuza. Atam məni çox çətinliklə ona vermişdi. Avqust ayının 26-sı idi həmin gün. İçəri girəndə qulağıma mələklər kimi göründüyümü dedi. Gül də bağışlamışdı. İçində "Həyatımın ilk və tək qadını" sözünü yazdırdığım kart da var idi! Bəli, yazdırmışdım, çünki o romantik deyil. Özəl görünürdüm..Gəlin obrazı yaratmışdım- ağ libas, başımda balaca bir tac! 10 gün nişanlı qaldıq. Hamı deyirdi ki, "siz heç nişanlanmasanız da olar. Neçə ildir ki, nişanlı sayılırsınız". Ancaq mən hər şey ənənəyə uyğun olsun istədim. 2012-ci ilin sentyabr ayının 6-sı ailə qurduq. Allah hər kəsə güclü sevib-sevilmək nəsib etsin..Bizə həmişə məktəbdən qalan ən nümunəvi və yeganə sevgililər deyirdilər.
BELLA
Yoldaşım üzüyü barmağıma taxanda çox xoşbəxt oldum. Həyatımızı sona qədər birləşdirdik. Bu gün də üzüklərimiz barmağımızdadır. İnşAllah ömrümüzün axrına qədər də barmağımızda olacaq.
M...A .Zeynalli
Bu da mənim nişan üzüyümdür. Allah bütün subay qızlarımıza qismət etsin. Mən nişan üzüyümü toydan-toya taxıram. Qızıl ilə aram yoxdur. Ona görə də anam gümüş üzük alıb nişan üzüyünə oxşayır. Demək olar ki, o hər gün barmağımda olur. Onu lap çox sevirəm.
YEGANE
Mənim nişan üzüyümün tarixçəsi elə də yadda qalan olmayıb. Üzüyümü özüm seçib, özüm bəyənmişəm. Bir balaca əlimə iri olduğu üçün hətta nişan günü barmağımdan da sürüşüb düşmüşdü. Bunu da bir neçə saatdan sonra bilmişəm, ilk günümdə belə hadisə ilə üzləşmək mənimçün ağır olmuşdu. Bəxt üzüyü b/f deyildiyi kimi "axı o mənim bəxt üzüyüm idi"
İlayda
Bu üzüyü toy zamanı nigah masasında oturarkən barmağıma taxanda belə demişdi: "Ölsəm ruhum, yansam külüm, qalsam özüm səni əbədi sevəcəyimə söz verirəm". O gündən sevilən bir qadın olaraq çox xoşbəxtəm.
PERVANE ELİYEVA ......
Bu üzük mənim nişan üzüyümdür. Sevdiyim insanla sevqimizin nişanəsidir. Bu üzüyü bir yerdə sevərək çox böyük bir məhəbbətlə bəyənib almışdıq. 17 il bundan əvvəl. Nişan günüm də 1996-cı il 12 martda baş tutdu. Bütün qızlar, qadınlar kimi o gün həyatımın ən gözəl, ən xoşbəxt günü idi. Bu sevgimiz üçün çox əziyyətlərdən keçmişik. Bu gün çox xoşbəxtəm. Çəkdiyim əziyyətə dəyərmiş. Xoşbəxtəm ki, 16 illik sevgimizin bəhrəsini gördük, 2 gül balam var. Bütün subaylara öz ailəm kimi gözəl möhkəm ailə arzulayıram.
Vesi
3 il sevdik bir-birimizi. Nişanımıza 3 gün qalmış mənə sürpriz etdi. Bildirdi ki, nişanlanırıq. Doğrusu 1-ci bunu zarafat qəbul etdim. Sonradan doğru olduğuna inandım. 11.11.2012-ci il mənim həyatıma ən xoşbəxt gün kimi yazıldı. Çox xoşbəxtəm. Bütün subay qızlarımıza qismət olmağını arzulayıram...
Yağmur damlasi
Nişan üzüyü adlı xəbər hazırladığını deyəndə bir anlıq keçmişə qayıtdım. O günlər kino lenti kimi gözlərimin önündən keçdi. Nişanım təmtəraqlı olmayıb. Elə evdə qohumlar arasında kiçik bir qonaqlıq olub. Düzü belə şeyləri heç vaxt böyütməmişəm. Mənim üçün əsas gələcəkdə ailə xoşbəxtliyim idi. Nişan üzüyümə gəldikdə isə qaynanam öz üzüyünü mənə gətirmişdi, hətta qohumlardan narazılıq edənlər də oldu ki, niyə öz bəxt üzüyünü sənə gətirib(qayınatam cavan rəhmətə gedib ona görə). Mən isə qismət Allahdandır deyib bu günə qədər o üzüyü taxıram. Düzü heç narazı da olmadım, mən sadəliyi sevən insanam, üzüyün sadə olması əslində ürəyimcə olmuşdu. Sonda isə arzum bütün qızlara nişan üzüyü qismət olsun, ata evindən valideyn xeyir-duası ilə çıxsınlar. Amin!
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Uşaqlara neçə yaşında telefon alınmalıdır?
BÜRCLƏR bizə nə vəd edir? - 22 APREL
Bu adlar yasaqlandı
Gigiyenanın insan həyatında rolu
“Ginnesin Rekordlar Kitabı”na düşən evlilik təklifi
Bütün Dünya bu qızdan danışır-FOTO
DİM yeni növ imtahanlar keçirməyə hazırlaşır - RƏSMİ
Koronavirusa yoluxanların sayı 400 min nəfəri keçdi
Rəngli kəsmikli desert (foto resept)
Sağlam və uzun dırnaqlara qovuşmaq üçün 4 yol
Manikür modelləri
Mesut Özil və Amine Gülşe rep oxudu-FOTO
Görəsən, məndə göz var ?
Qadınlar üçün Ən Təhlükəli 10 Ölkə
Ceyhun Bayramov: “Bu gün Azərbaycanın şanlı ordusu tarix yazdı!”
"7 qitənin gözəli" seçildi
Pilates topuyla doğuşu asanlaşdırın
Qovun, yoxsa qarpız daha faydalıdır?
Dünyanın ən bahalı dərmanları - 1 MİLYONLUQ preparat - FOTO
Daha çox yeməyinə baxmayaraq 31 kq arıqladı-FOTO
Qat-qat xəmirdən tort (foto resept)
Sinem Kobal paylaşımı ilə diqqət çəkdi-FOTO
Armudlu maffinlər (foto resept)
Baş epidemioloqdan qrip açıqlaması
Kerimcanın əməliyyatdan əvvəlki FOTOları
İspan dili 5-ci dərs
Azərbaycanda Qurban bayramı qeyd olunur
Azərbaycanda hava kəskin dəyişəcək
Ən ucuz BMW 7-Series
Sürətli kökəlmə proqramı-1
Minlərlə izləyicini kövrəldən ulduz yeni serialla qayıdır
"Survivor"un Qalibi Məhkəməlik Oldu-SƏBƏB/FOTO
Bu ayların dərs proqramları qəbul imtahanına salınmaya bilər - RƏSMİ
Dəbli üzük modelləri
TƏBİB sədri: “Bu göstərişlərə əməl olunmalıdır”
Qızılın qiyməti artdı
Qazan kotleti (foto resept)
Deputatdan təklif: “Ölkədəki ümumi karantin rejimi koronavirusun peyvəndi tapılana qədər uzadılsın”
İlham Əliyev Azərbaycanın pravoslav xristianlarını təbrik etdi
Sahildə yadplanetliyə bənzəyən nadir balıq tapılıb - VİDEO
Türkiyə səfirliyindən Bayraq günü təbriki: “Bir kərə yüksələn bayraq, bir daha enməz!”
Daha bir prezident karatedə doqquzuncu dan aldı
Dəblə geyinən xanımlara ziyafət çantaları
Məşhur ərzaqlar cizgi film qəhrəmanı olsa...
Ər 17 ildir həyat yoldaşının cəsədi ilə yatır – FOTO
Düşmən Göygölü atəşə tutur - RƏSMİ
Valeh edən heykəllər
Günün qoroskopu: kommersiya üçün pis vaxt deyil
Temperatur ilə bağlı doğru bildiyiniz yalnışlar
Köhnə mebellərinizi atmayın
- ŞƏRHLƏR