Zehra Bedirxanli
Mənim 2 övladım var - oğlum Ömər və qızım Zəhra. Ömərim 2011-ci il iyun ayının 14-də anadan olub. Çox dəcəldir. İndi 2 yaş 4 aylıqdır. Şirniyyatları çox sevir. Hər dəfə anası şirnyyat bişirəndə yanında oturur. Başlayandan hazır olana qədər gözləyir. Zəhram isə isə 2012-ci il iyul ayının 22-si anadan olub. İndi 1 yaş 3 aylıqdır. Allah bütün balaları saxlasın, mənimkilər də daxil olmaqla.

kristen_
Bu ayın oktyabrın 20-də oğlum dünyaya gəldi. Əslində noyabrın 3-də doğulmalı idi. Şükür Allaha, xeyli sağlıqlı bala oldu. İlk anlar mənə o qədər qəribə gəlirdi ki. Ana olmuşam, oğlum olub. Özümün, mənim, xüsusi... İnanılmaz bir şeydir. Hələ ki bir-birimizə alışmağa çalışırıq. Doğrudan da analıq hissi başqa cür sevgidir. Özümü dünyanın mərkəzi kimi hiss edirəm. Allah hamıya qismət eləsin... Balam gəlişi ilə həyatıma rəng qatdı. Atasının, mənim, nənələrinin, babalarının. Hamının! Adı Eduarddır. Düzdü, bir az qəribə addır, amma İngiltərə vətəndaşı olaraq doğulduğu üçün belə qərar verdik. Həm də bu adı mən çox sevirəm (həmçinin yoldaşım). Bu qədər. Bu da mənim balaca, mələk Edikimin ilk fotosu. Sizlərlə paylaşıram...

Parvina İbrahimova
08.10.2007 tarixində mənim dəcəl qızım dünyaya gəlib. Gecə saat 10-da anadan oldu. Tək istəyim, dərdim tez üzünü görmək idi. Kim idi? Necə idi? Bir qulağına azan, bir qulağına kəlimeyi şəhadət oxuduq. Kiçik əmisinə bənzəyirdi. Yəqin ürəyim nə istəyirdisə Bakıdan heç bezmədən alıb gətirirdi ona görə. İkinci gün idi, yanıma on beş dəqiqəlik gətirdilər, ağladı. Onunla bərabər elə ağlayırdım ki... Deyirdim, görəsən 19 yaşında heç nədən başı çıxmayan mən ona baxmağı bacaracağammı? "Allaha pənah" dedim. O, oyuncağım idi - duyğulu şirin oyuncağım. Onunla iki uşaq kimi olduq biz. Üç il ombasında problem oldu, əziyyət çəkdi. Tək dərdim odur ki, insanları sevsin, Allahını sevən bəndə olsun. Gün keçdi, ay keçdi, böyüdü. Həmişə "quzuşum" dedim ona. Adı Bilqeyisdir. Süleyman peyğəmbərin həyat yoldaşı, Səbə hökmdarının, həm də bizim nənəmizin adı. İndi 6 yaşı var balamın. Tək dərdim tərbiyəsidir. "Əlimdən gələni edirəmmi" deyirəm. Çünki doğrusunu Allah bilir. Rəbbini sevsin, mömin olsun, başqa diləyim yoxdur. Onu bütün pislik və bəlalardan Yaradana tapşırıram. Hobbisi rəsm çəkməkdir. Bir də sual vermək. O qədər sual verir ki, bezdiyimi üzə verməmək üçün bir neçə saat yatıram. Sualları da sualdır a.
Deyir:"Niyə bu ağacdan alma çıxır, o birindən gilas?". Bu tipdə suallar verir. Fizikanı sevir. Məncə, gələcəkdə elm adamı ola bilər. Əsas odur ki, xeyirli insan olsun. Allah hamımızın balasını saxlasın və xeyirli övladlar etsin, Amin!

Sevinc M
Allahıma şükürlər olsun ki, bu həyatın ən gözəl hissi olan analıq hissini mənə qismət etdi. Sevgimizin meyvəsi olan iki gözəl bala qismət etdi bizə. Qızım Züleyxa 22 noyabr 2008-ci ildə, oğlum Fərid isə 9 mart 2011-ci ildə dünyaya gözlərini açıb. Qızım mənim ilk nurum, oğlum isə həyatımın ən gözəl 8 mart hədiyyəsidir. Qızım daha çox evdarlığa maraqlıdır, oğlum isə maşın həvəskarıdır. Allahım hamının balasını saxlasın. ![]()
AYSUN MEMMEDOVA
Mənim 2 övladım var. Oğlum 3 yaş 2aylıq, qızım 8 aylıqdır. Oğlumun adı Asiman, qızımın adı Asudur. Oğlum bacısını şox istəyir, elə olur ki, mənim işim olur, oğlum stolunda oturub qızıma lay-lay çalır ki, yatsın. Və ən əsası uşaqlarım cox mehribandır. Hər kəslə gülərüzlüdürlər. Allahıma min şükür. Allah hər kəsə övlad nəsib etsin. Amin!
Allah hec kimi uşaq acısıyla sınamasın.
vusale-m
Mənim bir oğlum var, adı Kamaldır. 2013-cü il, aprelin 30-da dünyaya gəlib. Gəlişi ilə ailəmizə sevinc gətirdi. Balam özünü hamıya sevdirir, tanıdı-tanımadı hamının qucağına gedir, hamı ilə oynayır. Dişi çıxacaq deyə əlinə keçəni ağzına sürtür. Ən sevimli məşğuliyyəti isə çimməkdir,
sudan çıxmaq istəmir. Balam çox şirindir, arzusunda olanlara da belə şip-şirin pay arzulayıram. Allah qorusun Kamalımı!!!
Xedice 033
Ilk övladım qızım Xədicə 16.06.2006-ci ildə gündüz saat 3-də dünyaya gəlib və gəlişi ilə evimizə sevinc gətirib, çünki hər iki tərəfdən ilk nəvə idi. Xədicənin hobbısi gəlincikləri ilə oynamaq, bir də dərslərinə həvəsi çoxdur, deməyinə gorə gələcəyin uşaq həkimi olacaq.
Oğlum Əli isə 29.04.2007-ci ildə səhər saat 11-də dünyaya gəlib. Onun da hobbisi öz oyuncaqları ilə oynamaqdır. Böyüyəndə kim olmaq istədiyini soruşanda hər dəfə birini deyir, axırıncı dəfə soruşanda polis olacağını dedi. İnşaAllah onu da gələcək göstərər. İnşaAllah saytımızda ana olmaq istəyən hər xanıma Allah xeyirli övlad qismət etsin.
MELEKLERİM
Hüseynim 1 yaş 2 aylıqdır, avqustun 6-sı 2012-ci ildə dünyaya gəlib. Hüseyn doğulmamışdan əvvəl yuxumda adını mənə demişdilər. İndi maşaAllah asta-asta danışır (mama, ata, dəli
və s.). Çox şirindir, Allah hamıya belə şirin bala qismət eləsin.
Zumrud Nurullayeva
Mənim başbəlam 14 dekabr 2006-ci ildə 2 kilo 990 qram, 50 sm, özü də sübh azanı veriləndə (06-15) doğulub, onun hər şeyi demək olar ki, sürpriz oldu. Cinsini həm qız, həm də oğlan deyirdilər, mən də mavi və qırmızı corab almışdım. Bətnimdəki dövrü çox yaxşı keçib, çoxlu təpiklər yemişəm, amma olmağına 1 ay qalmış nənəm və əmim qızı yuxularında "Uşaq oğlandır, doğulanda xəstə olacaq, adı Əli-Əli çagırılmalıdır və Əli qoyulmasa yaşamayacaq". Ən dəhşətilisi, ikisi də eyni yuxunu gormüşdü. Biz də razılaşdıq ki, adıbı Əli qoyarıq. Allahıma qurban olum, hər dediyi olur. Doğulanda ciyərinə yaşıl su dolmuşdu, hər gün yanına gedib "Əli-Əli" deyə çağırırdıq, arada gözün açıb halsız baxırdı. Nələr yaşadığımızı tək Allah bildi, 16 gün xüsusi şüşədə saxladılar. 12-ci gündə özü nəfəs aldıqdan sonra 29-cu gündə qucağıma almışam. Qurban olduğum böyük sınaqdan sonra uşağa 2-ci nəfəs verib mənə qaytardı, Əlimin aldığı hər nəfəs üçün Rəbbimə min şükürlər olsun!
İlk dişi 6 aylığında çıxıb, ilk addımı 1 yaş 1 aylığında atıb, 3 yaş yarımda bütün rus hərflərini bilirdi, indi maşaAllah cin baladir. Uşaq bağçasına gedir, yavaşca oxuyub yaza bilir, rus və ana dilində sərbəst danışır. Bütün uşaqlar kimi kompüteri çox sevir. Hobbisi boks və musiqidir. Oyuncaqlardan maşını çox sevir, çox şən, bir az da şıltaq uşaqdır. Allah bütün qızlarımıza Əli kimi şipşirin bala nəsib etsin.
Advokatka
Qızımın adı İpəkdir. 1 yaş 8 aylıqdır. 2012-ci il martın 8-də doğulub. Ən xoşladığı şey yeməkdir,
baxanda da bilinir. Sonra çimməyi dəhşət xoşlayır. Yəgin balıq bürcü olduğundandır. Qızlarla qəti arası yoxdur, ölür oğanlardan ötrü. Ən sevdiyi şeylərdən biri ayaqqabı yiğmaqdır. Ayaqqabı kolleksiyası var.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Azərbaycanda mobil operatorun fəaliyyəti məhdudlaşdırılacaq
Sevgi romanı oxuyan qadınlarda nə baş verir?
Azərbaycanlı gimnastlar beynəlxalq turnirdə iki qızıl medal qazanıblar
Uşağınızdan sizə məktub!
Azərbaycanda uşaqlar arasında YENİ VİRUS tapıldı
Göbələkli plov(foto resept)
Balıq satışı qaydaları sərtləşdirildi
Trampa Sui-Qəsd Edildi!
İspan şəhərində çağdaş xəstəxana
Bakıdakı bu yol nişanlarından xəbəriniz yoxdur?
Türkiyəyə gedənlərin nəzərinə
Saat nağılı
Hikmət Hacıyev Ermənistanın təxribatı barədə bəyanət verib
İdman geyimləri
İş müsahibəsi haqda bilməli olduqların(2)
Məşhur aktrisanın qabırğaları sındı-FOTO
Saçlarınızı təbii rənginə qovuşdurun
Şəkər tozu və qənd alarkən nəyə diqqət etmək lazımdır?
Azərbaycan əhalisinin sayı açıqlandı
Diş əti çəkilməsinin səbəbləri
Səhərlər bunları yeməyin!
Hərbçilərimiz 20 Yanvar şəhidlərini yad etdilər
Özünüz yüksələrkən başqalarını da unutmayın
Kişilərin saçı tökülürsə...
Azərbaycanda güclü zəlzələ baş verəcək? - RƏSMİ AÇIQLAMA
HAVA necə olacaq? 14 MAY
Havalar isinəcək
Azərbaycanlılar Ukraynada birinci oldu
Sadə lazanya (foto-resept)
Özbəkistan bayrama hazırlaşır
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
Böyük hücum planı
Nurgül Yeşilçayın "əri" tapıldı
Rusiyanın NTV telekanalının Türkiyədə tutulan jurnalistləri casusluqda ittiham oluna bilər
TQDK-dan müraciət
23 yaşlı qazimiz coşqu ilə qarşılandı - FOTO
29 şəhər və rayonda monitorinq imtahanı keçiriləcək
Türklər Məkkəyə metro çəkəcək
Hülya Avşar kürəkəni ilə tanış oldu-FOTO
Müjdə: "Bir az gözləyin, sərnişin avtobuslarda yenilik olacaq"
Ermənistan Naxçıvanla sərhədboyu ərazilərdə genişmiqyaslı təlimlər keçirir
Onlar sonuncu ola bilərlər
"Buruq" piroqu (foto-resept)
Qara, tutqun Toyota GT86
Sizi kökəldən xəstəliklər
Topal Teymur
Ən sürətli internet haradadır?
HAVA necə olacaq? 12-yanvar
Çerri pomidorlu, ətli rulet (foto resept)
Ana olmağa hazırlaşanlar, oxusanız məsləhətdir!















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]