Salam, Qadin.Net oxucuları. Mən, Sevda B. 10 iyun 2013-cü ildə Qadin.Net saytına üzv olmuşam. Saytda qeydiyyatdan keçdikdən sonra ilk dostum, bacım Sevinc M olub. Düzünü desəm ilk əvvəl sayta yazılmaq istəmirdim, çünki sayt haqqında çox da məlumatım yox idi, amma sonralar bacımın səhifəsindən girib baxdım, mənim də marağım çoxaldı və mən də bacımın köməkliyi ilə saytdan qeydiyyatdan keçdim. İndi də nə vaxt boş vaxtım olsa burdayam. Saytda 12 dostum var və mən bu dostlarımın içində ən çox 5 dostumla yazışıram. Bunlar: Yasemin, Asi, Prenses Yağmur, Sevinc M, Yegiş bacılarımdır. Hər biri ilə də aram yaxşıdır. Onların da xasiyyəti çox yaxşıdır. Üzbəüz görüşümüz olmasa da mesajla çox yaxşı danışırıq. İndilərdə də ən çox Yaseminlə və Asi bacımla danışıram və tanışlığımız mənim tərəfimdən çox yaxşıdır İnşaAllah onlar da mənim haqqımda yaxşı fikirləşərlər. Belə, əziz oxucular. Məndən bu qədər, inşaAllah hər kəsin dostluğu ömürlük olar. Heç kim dost tərəfdən peşmançılıq yaşamaz
Nara 25
Təzə burda qeydiyyatdan keçib dostlarla tanış olmağım yadıma düşdü. Qadın.Neti çox bəyənirəm4 ildir təcrübəm var. Yəni necə deyərlər 4 ildir ki, bu kollektivlə birgəyəm. Və bundan başqa heç bir saytda məni görə bilməzsiniz. Bu 4 ildə çox dostlar qazandım və çox dostların adı və profili dəyişdi deyə itirdim onları. İndi 20 dostum var, heç birini ayırmıram. Çünki mənə görə Qadın.Net-lilər hamısı sevimlidirAmma aralarında daimi olaraq danışdığım, bir gün belə səsini eşitməsəm rahat işimi görə bilmədiyim SH V nikində olan bir dostum var. Əslində heç bir tanışlığımız yox idi. 2 il əvvəl burda-Qadın.Netdə tapdım onu. Və burdan səslənib demək istəyirəm ki, qaytarın o günləri, yenidən balans yığmadan bir çat yaradın xahiş edirəm. Sh V-la məsafələrimiz uzaq olsa da, sanki bir-birimizi yaxın hesab edirik. Çünki hər gün danışırıq. Müxtəlif əlaqə vasitələri ilə ünsiyyət qururuq, bir baci kimi yaxın bilirəm özümə. Qadın.Netın bütün simaları mənə görə sevimlidir. Hamıya hörmətim var, bütün dostluğumda olanların hamısını az da olsa tanıyıram və çox da istəyirəm. Fatma xanımı - bir böyüyümüz, evin anası kimi hiss edirəm, Ceylan xanımı məsləhət ocağı. Çünki bir problem yaranan kimi Ceylan xanımla məsləhətləşirəm. Shoko - yeməklərdən sualım olarsa, asanlıqla ondan soruşa bilərəm. Helenanın səsi-səmiri çıxmır, bilmirəm qız hara yoxa çıxıb. Nata Abdullayevanın da öz yeri var. Yəni xətrini istədiklərim çoxdur, amma daimi əlaqə yaratdığım və sırf sirrlərimi bilən SH V-dır.
Seli
Mən Qadın.Neti bir ailəm, bir doğma evim kimi sevirəm. Burdakı hamı mənimçün əzizdir, lakin təbii ki, 100.000 userin hamısı bir-biri ilə əlaqə saxlaması, bir-birinin dostluğunda olması qeyri mümkündür. Buna görə də hər bir istifadəçinin digərlərindən fərqli olaraq səmimi əlaqə yaratdığı dostlarının olması təbiidir. Mənim də burda münasibətlərimin səmimi olduğu bir çox xanımlarımız var. Bunlar Gülenay, Yegis, G..Y, Samirə Məmmədova, Hacəti Vüslat, Sonay Quluzadə və digər xanımlarımızdır. Əslində səmimi biri olduğumu söyləsələr də bir az qəribə biriyəm. Yəni ki, sevgimi asanlıqla bildirə bilən biri olmadığım üçün kimlərə isə quru görünə bilərəmBuna görə də tez-tez dostlarıma mesaj yaza, qonaq getməyə sanki utanıram. Ancaq bütün səmimi olduğum xanımlar bilsinlər ki, onları çox sevirəm. Bir dəfə saytda bir istifadəçi məni küsdürmüşdü, saytla əlaqəmi tamam kəsmişdimMəni sayta yenidən qaytaran isə Lovlabe_Madam və Ləman oldu, onlar məni yenidən bura qaytardılarSayta gəldiyimdə səhifəmi elə gözəl bəzəmişdilər ki, (sözlərlə) onların səmimiyyətinə heyran qaldım. Bir sözlə Qadın.Neti də, onun dəyərli istifadəçilərini də, hamını da çox istəyirəm.
♥ Fatimə Cəfəri ♥
Qadın.Netə gəldikdən sonra burada özümə bir neçə yeni dostlar tapmışam. Buna görə Qadın.Netə təşəkkür edirəm. İlk vaxtlar burada söhbət otağına daxil olurdum ki, orada Bella adlı istifadəçi ilə tanış oldum. Çox qızlarla təsadüfi və ya yazdığı şərhlərin, xəbərlərin məni çəkdiyi maraq nəticəsində onlarla dostluq etməyə başlamışam. İndi burada Nuriyyə, Fidan, Lalə, Günəş, Sevər adlı xanımlarla dostluq etməyə çalışıram. Onlardan öyrəndiklərim də az deyil. Burada dostlarımın daha çox olmasını istərdim
Ы°ЫЄЫ«Ы°ЫЄЫ«Ы°в‚ЄMoOn-FloWeRв‚ЄЫ°ЫЄЫ«Ы°ЫЄЫ«Ы°
İndi fikir verdim, mənim burda 50 dostum var, amma deməzdim ki, bütün dostlarımla münasibətim var, hətta elə istifadəçilər var ki, hələ indiyə qədər bir kəlmə də kəsməmişəm. Dostlarımdan Dərya Ülkər, Aytən, Angela, Alisa, Asi, Fidan, sizi və s. Qadın.Netin simaları adlandırardım. Əlbəttə ki, bu mənim öz şəxsi Qadın.Net dünyamdır və mənim öz şəxsi Qadın.Net simalarımdır. Ümumiyyətlə, xanımlarımız çox savadlı, geniş, aydin fikirlərə sahibdirlər. Onlarla söhbət etmək və ya xəbərlərini oxumaq mənim üçün çox xoşdurQadın.Netdə hələ bir ilim tamam olmayıb, ümid edirəm ki, dostlarım artacaq. Sonda hər bir istifadəçiyə saytımız- Qadin.Netdə gözəl günlər keçirməyi, gözəl xəbərlər oxumağı, həyatda isə hər bir qadına ailə xoşbəxtliyi arzu edirəm.
PERVANE ELIYEVA ......
Məni ilk dəfə bu gözəl sayta oğlum qeydiyyatdan keçirdi. Burda hec bir şeydən başım çıxmırdı. Bir neçə gün beləcə, heç nə bilmədən, hec bir xəbərə şərh yazmadan səhifəmə daxil olub çıxırdım. Bir gün gözəl bir xanımla tanış oldum. Bu, Sərras idi. Bir neçə saat Sərrasla yazışdıq, tanış olduq. Bir neçə gündən sonra Madamla tanış olduq. Madamla da yazışdıq və tanış olduq. O gündən bu iki gözəl xanımla tez-tez yazışdıq. Burda bilmədiklərimin çoxunu Madamdan öyrəndim. Sonra Yeqişlə, Yağmur Damlası ilə, Ruhəngiz bacımla, Sevinc bacımla, Dənizlə, Gözəl mələyim-Fidanla, Best of All, Hacət-i Vuslat (Lalələrimlə), sevimli qardaşım arvadi Fatma bacımla, gözəl gəlinim Ləmanla, Gülenayla, Səadət Səxavət bacımla, Ayka Nəcəf, qardaşım oğlu Samirlə, Tərişlə lap yaxın dost olduq. Artıq bir il olacaq ki, burdayam. Bu insanlarla sözün əsil mənasında dost, bacı kimiyikMən doğurdan onların hər birinin xətrini ayrı-ayrılıqa çox istəyirəm. Burda gözəl və böyuk ailə kimiyik. Hər birinin də gözəl xüsusiyyətləri var. Allah bizlərə ömür versin, bizlərə görüşmək nəsib olsun və bu dostluğumuzu real həyatda da davam etdirək.
Dəniz84
Canım Elenam, bilmirəm nə yazım, çünki Qadın.Netin bütün simaları sevimlidir. Məsələn, ən birinci Ceylan xanım, mən bu xanımı əvvəl yalnız şərhlərdən, xəbərlərindən tanıyırdım. Hörmətim var idi, bəzən də küsürdüm ki, niyə mənim xəbərlərimə heç vaxt şərh yazmır?! Son vaxtlar bu gözəl xanımla sıx ünsiyyətdə oluram. Ona qarşı hörmətim daha da böyüyüb və sevgiyə çevrilib deyərdimÇox sadə, mehriban xanımdır. Kömək lazım olanda yorulmadan, usanmadan əlindən gələni edir. Sevinc xanım var (Louis Vuitton). Bu xanımı da çox sevirəm. Tək mən yox, hamı sevir bu xanımı O, bu saytda hamımıza böyük bacı olub. Getməmişdən qabaq mənə dedi ki, mən həyatda həmişə əzilənin, haqlının yanında olmuşam, sən də elə ol. İnanıram ki, gələcək. Fatma xanım bizim bu saytda anamızdır. Günel Əsədova, Təriş, Kəmalə Məmədova, Gülüm, Pərvanə xanım (hərçənd ki, o oğlan evindəndir) çox hörmət etdiyim böyüklərimizdir. Bilirsən, yazsam gərək bütün qadın.Net əhlinin adını yazam bura. İndi yadıma düşənləri və özümə yaxın bildiklərimin adını yazıram. Lovable_Madam, bu qızı çox sevirəm. SəRRaS, bir dənəmdir. Nuriyyə gözəl xanımdır, tanıdıqca daha çox sevirəm. Ləmanım, saytımızın şiriniyyatçısıdır, bişirdiyi şirnilər kimi şipşirindir. S.S.90...SAMİR saytımızın bircə qardaşıdır. Bu gəncin mədəniyyətinə heyranam. Yağmur damlası, gözəl bacım da mənim kimi poeziya vurğunudur, ondan ötrü çox darıxıram. Gülşən 29, yazarımız Gülşən xanım, Selena, Selvi, Fidanlarımız var, Lalə Hacət, Sonay Quluzadə bunlar hamısı saytımızın mənim üçün sevilən simalarıdırMən 1 ildir ki, bu saytdayam, heç kimlə ədavətim olmadığı üçün saytımızın hər bir üzvü mənim üçün əzizdir. Sən-Elenam, səni çox sevirəm. Ancaq profilində simanı görmürəm. Arxanı çevirmisən. Yəqin ki, gülləri alıb bir az utanmısan ona görədir. Köşə yazarlarımız saytımızın sevimli simalarıdır. Mən saytın rəhbərlərinə təşəkkür edirəm ki, bu cür gözəl sayt yaradıblar. Və mən bu qədər gözəl insanlarla tanış olmuşam. Bu qədər, canım.
Nuriyye
Mən Qadin.Net saytında özümə çoxlu və səmimi dostlar qazandım. Mən burda ilk xoş gəlmisiniz sözünü Fatma xanımdan eşitdim, mənə qol saatı hədiyyə etdiSevincimin həddi-hüdudu yox idi. Allah həmişə sizi sevindirsin, Fatma xanım. Sonra M. A. Çetini tanıdım. Çox səmimi, mehriban bir qızdır, az bir vaxtda onu çox sevdim. Hər an səni gözləyirəm, Mədinə. Sonra Fatimə Çəfəri mənə o qədər şirin gəlir ki.... xalilova munavvar, Guneş mənim ən yaxın dostlarım oldu. V.E ilə ən çox telefon əlaqəmiz oldu. Çinarə, Aygün ən çox mesajlaşdıqlarım oldu.
LoVe StoRy - həm də uzaqdan da olsa qohum çıxdıq. Yaddaşlara müsbət bir insan kimi həkk olan Ləman, ən balaca dostum Ləman Hüseynova hər səhər burda məni salamlayıb, əhvalımı soruşurdu. Indi məktəblə əlaqədar sayta gəlmir, amma hər gün telefonla mesajalaşırıq, çox şirindirLovable_MadaM ən çox sevdiyim dostlarımdan biridir. Axır günlər qəlbimdə Fidan özünə məxsus yer tutub. G...Y ilə çox yaxın dostuq, görüşmək istədik, amma alınmadı. İnşAllah gələn il qismət olsa görüşəcəyik. Hacət-i Vuslat çox sevdiyim bacımdır. Dəniz84–lə ailəvi görüşdük, həm də çox sevdim. Və nahayət Sonay Quluzadəni özümə dost yox, bacı bilirəm. 2 bacım var idi, 3–cü bacımı da tapdım. Kimisə unutdumsa əvvəlcədən üzr istəyirəm, tam səmimi deyirəm- burda mənim sevmədiyim bir insan yoxdur, elə hamını özümə dost bilirəm. Bu şəraiti bizə yaradanlara təşəkkür edirəm
Ramile Memmedova
Bura ilk dəfə 2012-ci ilin dekabr ayında gəldim, amma o zamanlar çox da aktiv istifadəçi deyildim. Fasilə verdim, sonra hardasa 1 ay əvvəl davamlı gəlməyə başladım və elə ilk olaraq Narin Yılmazla dost oldum. Çox sevdim onu, çox gözəl xasiyyəti varDemək olar ki, hər gün yazışırıq. Ondan başqa da yazışdığım dostlarım var burda, məsələn: Yegiş, Bibixanım, Fidan, canim Arzu, Ulduz və bir çox qızlar var ki, onlarla da tez-tez yazışırıq, adlarını çəkmədiklərim inciməsinlər, fikrimdən çıxa bilər. Amma Narın bir dənəmdir. Onun toyunda iştirak etmək istəyirəm, inşAllah qismət olar
balaca-zelzele
İlk günlər bura gələndə qızlara yazmağa utanırdım. Amma vaxt keçdikcə Qadın.Netdə səmimi qadınlarımızın olduğunu görürdüm. İndi artıq çoxu ilə dostluq edirəm. Ən yaxın dostlarıma gəldikdə isə, bunlar Cimbom, Humay, Ulduz, Ruhəngiz, Sweet dreams, Aytən, Yağmur Ağayeva. Bu qədər. Əgər kimlərsə yadımdan çıxıb yazmamışamsa, üzürlü hesab eləsin. Hamınızı çox istəyirəmTanışlıqlarımız tam yadımda deyil. Amma belə ki, dostluq göndərib tanış olmuşuq. Çox sevinirəm ki, sizin kimi insanları tanıdım.
Ardı var...
XƏBƏR LENTİ
Səyahətə çıxanların nəzərinə
Bakıda kirayə mənzillər bahalaşıb
Facebook haqqında narahatedici reallıqlar
Azərbaycan sinoptiklərindən xəbərdarlıq
Dünyanın ən bahalı nişan üzükləri
Ronaldunun sevgilisi bu görüntüləri ilə GÜNDƏMDƏDİR- VİDEO
Hamilələrin isti suya girməsi zərərlidirmi?
Günün qoroskopu: münasibətlər pozularsa...
Tərxun və Cəfəri
Həccə 9 min km piyada getdi
Aromaterapiya yağları və onların faydaları
Azərbaycan ordusu
Aylar sonra ilk dəfə birlikdə göründülər-FOTO
Cütlüyə görə bütün qəsəbə karantinə alındı
Hava haqqında
Azərbaycanın yaratdığı dünyanın ən böyük banklarından biri işə başladı
23 yaşlı qız hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Uşaq arabalarının seçimi
"Barselona"dan növbəti transfer
Hava haqqında
Avropa Oyunlarının Açılışına gədənlər üçün – Təlimat
Xəstəliyim yoxdur, amma xəstəyəm...
Pələng gözü
Ayrılıq xəbərini "İnstagram"dan öyrəndi
Muncuqlardan düzəltdiyim əl işlərim
İpək qurdu
Şəkidə fləşmob
Milyarderin sevgilisi FOTOsunu paylaşdı
Hava xəbərdarlığı
Bakıda siqaret qadağasına əməl olunurmu?
Brokolili orecchiette (foto resept)
"Heç vaxt onların baş məşqçisi olmaram"
"Dəlisov professor" tələbələrini Heyrətləndirdi-VİDEO
Yaddaşı zəif olanlara müjdə
Facebook Messenger-in kamera xüsusiyyəti YENİLƏNDİ
Ermənistan məhsullarını alardınızmı?
Üzümüzü güldürəcək uşaq saflığı
Günün qoroskopu: orijinal ideyalarınız yaranacaq
Amsterdamda UNO göründü-FOTO
Məryəmin qızı ilə rəqsi 2 milyon izlənildi-VİDEO
Ermənistan ordusu atəşkəsi pozub
“Miss BumBum”-2018 seçildi-FOTO
Niderlandda azərbaycanlı tibb işçisi və oğlu koronavirusa yoluxdu - VİDEO
Cəbhədə atəş səsləri eşidildi
Azərbaycanın ilk vloggeri Nəzrini siz də tanıyın!
Ordumuz şəhid verdi
Gecə növbəsində işləmək orqanizmi məhv edir
Haydi Klum koronavirusa yoluxub?-FOTO
Azərbaycan milli uşaq oyunları-11
Qaz kəsilməsi haqqında-XƏBƏRDARLIQ
- ŞƏRHLƏR