GunelYusifzade
Hər bir insanın həyatında son zəngin xüsusi yeri var. Mən 2006-cı ildə bitirmişəm məktəbi. Mən hər il may ayında çox təsirlənirəm. Kimisi deyir artıq mən o illərə qayıtmaram, amma mən əksinə sevinə-sevinə qayıdaram. Son zəng günü o qədər kədərlənişdim ki, heç söz veriləndə danışa bilmədim. Şeir deyəndə qəhər məni boğdu. Axşamdan o günə çox hazırlaşmışdım. Səhərisi saçlarımı keçi yığıb məktəbli formamı geyinib getdim. O gün bizim video çəkənimiz gəlmədi. Biz də tələsik əl kamerası tapdıq çəkdik. Pis alınmadı. Yenə o da bir xatirə qaldı yadımızda. Mən özüm o qədər oynamışdım ki, şəkillərdə üzüm qırmızı düşüb, baxmaq istəmirəm o şəkillərə. Hər bir saniyəsi ilə o gün gözəl idi. Nə təəssüf ki o gün məsumluğu ilə elə 2006-cı ildə qaldı.
Realist(A-N)
Məktəb illəri hər bir insanın yaddaşına qazınmış illərdir. Kimisi bu illərdən bol müvvəffəqiyyət, gələcəyinin açarını, kimisi də sadəcə adi məktəb xatirələri ilə ayrılmışdır. Mən deməzdim ki, bu illərə qayıtmaq həsrəti çəkənlərdənəm. Xoşbəxt məktəbli sanıram özümü ki ali təhsilə yiyələnmişəm. Son zəng xatirələrimin içində son zəng karnavalımızı xüsusilə vurğulayardım. Əyləncəli keçmişdi, ancaq abituriyent olaraq o qədər həyəcanlıydım ki, o günü də yarımşıq yaşamışdım. Heç də peşman deyiləm. Arzum budur ki, gənclərimiz məktəb bitirməyi özlərinə hünər saymasın, onsuz da hər kəs bitirir. Kamillikləri, aldıqları təhsilin dolğunluğu ilə qürrələnsinlər. Oxumaq,oxumaq və yenə də oxumaq...
Asi
Son zəng məktəb illərinin ən unudulmaz günlərindən biridir. Hamı kimi biz də həvəslə hazırlaşırdıq. İstəyirdik ki, həmişə olduğu kimi hamıdan fərqlənək. Toy karvanı kimi maşınların üstünə məktəbin,sinfin nömrəsini və hamının adını vurduq. Çox maraqlı keçdi,amma bir 11 il bir yerdə oxuduğumuz dostlarımızdan ayrıldığımız üçün kövrəldik. Məktəbi 2006-da bitirmişəm. Sinif yoldaşlarımızla yalnız təsadüf nəticəsində görüşürəm.
PrivatE_LovE
Səhər açıldı, getdik salona, saçlarımızı iki ədəd hördürdük. Bütün qızlar eyni paltar geyinmişdi, hamı eyni formada idi. Gəldik məktəbin həyətinə. Bütün 11-cilər həyətdə, hamı məktəbə girməyi gözləyir. Direktor açılış elədi, girdik məktəbə, hər sinifin stolu vardı. Yedik, içdik,dedik, güldük, oynadıq və axırda son zəng mahnısı çalanda məni ağlamaq tutmuşdu. Kameraman gəlib o anı çəkib. Evdəkilər baxıb gülürdülər mənə ki niyə ağlayırdın. Dedim nə bilim, uşaqlardan ayrıldığıma görə kövrəlmişdim. İl boyu məktəbdə dalaşan uşaqlar, müəllimləri hirsləndirənlər o qədər mehriban olmuşdular ki, biz son zəng günündən iki gün sonra özümüz qonaqlıq keçirtdik. Sinif uşaqlarımız ənə son zəngdə ördək oyuncaq hədiyyə vermişdilər, hələ də saxlayıram. Baxanda məktəb yadıma düşür, yenə də məktəbdə oxumaq istəyirəm.
Gozellik ilahesi
Son zəng insan həyatında unudulmayan hadisələrdən biridir. Yadımdadır, son zəngə 1 həftə qalmış arzular dəftəri almışdım. Öz arzularını mənə bildirmək üçün o dəftəri sinif yoldaşlarıma, müəllimlərimə, hətta direktorumuza da təqdim etmişdim. O zaman çox sevincli idim, hər kəs arzularını yazırdı, mən də imkan düşdükə oxuyurdum. Amma son zəngə iki gün qalmış və həmin gün sinif yoldaşlarımızla oturub ağlayırdıq. Məktəbi qurtarıb bir-birimizdən ayrılırıq deyə. Çox üzülmüşdük. Önlüyün üzərinə gözəl şəkillər çəkdirib bir-birimizə xoş sözlər yazırdıq. Arzular dəftəri ilə önlüyü göz bəbəyim kimi qoruyurdum. Axı məktəb illərimin yadigarı idi. Aradan bir müddət keçmiş məktəb illərini xatırlamaq istədim.Önlüyümü evdə nə qədər axtardım, tapa bilmədim.Sən demə evdəkilər başqa paltarlarla birlikdə onu götürüb yuyulmaq üçün paltaryuyan maşına atıblar. Önlüyü görəndə ürəyim çox pis oldu, kədərləndim yetərincə. Bütün yazılar pozulmuşdu...Nə qədər ağlamışdım...Amma arzular dəftərini saxlayıram hələ də. Yadıma düşdükcə oxuyuram və oxuduqca o illərə qayıdıram...
5 nömrəli kimya-biologiya liseyini bitirmişəm düz 13 il bundan qabaq. Əvvəllər "Məktəb illərinə qayıtmaq istəyərdin?" sualına cavab axtaranda cavabım yox olardı, heç düşünmədən. O illər üçün darıxanları, ağlayanları heç cürə anlaya bilmirdim. Amma illər keçdikcə onları daha yaxşı anlayıram. Həmin məktəbdə 9-cu sinifdən oxumağa başlamışdım. Sinifdə ən yaxın rəfiqələrim Xəyalə və Mələk idi. Həmin gün hər şeydən çox onlardan ayrılacağım çox pis olmuşdum. Bilirdim ki, danışıb əlaqə saxlayacayıq, amma heç nə əvvəlki kimi olmayacaq!
L.M
Hamı kimi mənim də son zəng xatirələrim olub. Ömür boyu yaddan çıxmayan xatirələrdi. 25 May 1991-ci ildə məktəbimizin idman zalında keçirmişdik. Hamımız üçün ağır idi bir-birimizdən ayrılmaq. Çünki o qədər mehriban olmuşduq ki, sinif yoldaşlarımızla bölgü aparmışdıq. Hər bir qız və ya oğlan bacı-qardaş olmuşdular. Ümumi qərara gəlmişdik bu mənim qardaşımdı. O,mənim bacımdı deyirdik. Məktəbdə son zəng çalındıqdan vurulduqdan sonra bulvara getdik. Bizimlə bərabər kiçik sinifdən olan 2 qızda gəlmişdi. Bulvarda gəzdik, dedik, güldük. Axşam evə gələndə qızları itirdik. Ay aman evə getməliyik, hava da qaralır, biz neyləyək heç bilmirik. Onları harda axtaraq. Avtobusda qalıblar, harda qalıblar bilmirik. Çox axtarmışdıq ki, bir də gördük ikisi də gəlirlər. Sən demə avtobus basırıq olduğu üçün düşüb piyada gəlmək fikrinə düşüblər.
Sessiz_sinema
Mən son zəng günümü dünənki kimi xatırlayıram. Fikirləşirdim ki, ağlayaram, çünki çox kövrək insanam əslində. Amma nə yaxşı ki ağlamadım.Əvvəl elə bildim ki, məktəbin qurtarmağı həyatımın sonudu, yanılmışam...Tələbəlik illəri məktəb illərindən də gözəldi...Özümü universiteti qurtaranda ağlamağa saxlamışam.
dunya
Mən 2010-cu ilin məzunuyam. 11 il gözlədiyim son zəngim mənim üçün heç də yaxşı keçmədi. Çünki sevdiyim oğlan mənə öz son zəngimə getməyi icazə vermirdi və mənə şərt qoydu ki, ya mən, ya son zəng! Mən də evdə nə deyib getməyəcəyimi bilmirdim. Evin böyük qızıyam, mənim son zəngimi ailəm necə gözləyir...Nəhayət ağlıma bir fikir gəldi ki, 9-da başlayan tədbiri mən evdə 11-də başlayacağımı dedim və 12-nin yarısı getdim çıxdım məktəbə. Mən getdim, hədiyyə verib, gül almaq mərasimi başladı. Sonra günorta da restoranda şənlik keçirdəcəkdik. Heç istədiyim kimi hazırlaşa bilmədim.
SALEHƏ
Son zəngimiz ölkəmizin çox çətin dönəminə düşdüyündən çox maraqsız oldu və yaxud da daha dəqiq desək heç olmadı.Bizi yığdılar məktəbin dəhlizinə, təbrik etdib dedilər ki, gedin evə. Oğlanlar getdilər bulvara, biz də evə.
xanim cabarova
Mənim məktəbi bitirməyimdən 6 il keçir. 2007-ci il 31 May səhəri idi. Hamı üçün acı günlərdən biri idi. Amma mənim üçün yox. O gün mən 11 illik təhsilimi başa vururdum. Səhər məndə qəribə bir hiss var idi. Məktəbin qapılarından içəri girəndə kövrəldim. Bu məktəbə son girişim idi. Son zəng başladı. Müəllimlərə, şagirdlərə söz verildi. Hamı ürək sözlərini dedi və nəhayət söz mənə çatdı. Həyəcanlandım, nə deyəcəyimi bilmirdim. Mən 11 il bir yerdə oxuduğum sinif yoldaşlarımdan ayrılırdım. Mən onda sadəcə bir şer dedim:
Bir zaman əlimdə məktəb çantası,
Girdim məktəbin qapılarından.
Gözlərim güldü, nur saçdı qəlbim,
İlk dəfə qədəm qoydum mən də məktəbə.
O vaxtlar bir dəcəl uşaq idim mən,
Çantama gücüm də çatmırdı hərdən.
Kaş ki yeddi yaşım dönəydi geri,
Bir də ki fərəhli məktəb illəri,
Günəşli bir gün, payız səhəri
Məktəb qapılarından girə biləydim.
Son
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR