Afət (Redaktor)
Mənfi xüsusiyyətim odur ki, uşaq vaxtımda olduğum kimi hələ də küsəyənəm, həssasam və ağlağanam. Çox zaman göz yaşlarıma hakim ola bilmirəm və bu da özümdə bəyənmədiyim xüsusiyyətdir. İnsanlara çox tez inanıram, buna görə ziyan çəkdiyim də az olmayıb.
Müsbət cəhətlərim haqda nə deyə bilərəm ki? Nə desəm, özümü tərifləmiş olaram. Bircə onu deyə bilərəm ki, insanları sevirəm, həmişə yaxşılıq etməyə çalışıram, buna nə qədər nail olduğumu isə yəqin ki, məni həyatda tanıyanlar deyə bilər.
в™«в™«в™«DJ AyKaв™«в™«в™« (Firuzə)
Hər insan kimi mənim də mənfi və müsbət cəhətlərim çoxdur. Mən hər zaman ideal bir qız olmaq istəmişəm.Yəni,çalışmışam ki,mənfi cəhətim olmasın.Amma,insan nə qədər çalışsa da alınmır. Mənfi cəhətlərimdən başlayım ilk öncə. Küsəyənəm,bu uşaqlıqdan bəri məndə olan xasiyyətdir. Bir söz deyən kimi xətrimə dəyir. Amma,kinli deyiləm bu da bir müsbət cəhətimdir. Tez hirslənirəm,özümdən tez çıxıram. Sözün yerinə çatmamış hirslənirəm. Ətrafımdakı insanların da xətrinə dəyirəm. Amma,sonra çox peşman oluram. Üzr istəyirəm. Sonra, çox qısqancam. Bunu düzdü,mənfi xasiyyət kimi qəbul etmək olmaz. Amma,mənim üçün mənfi xasiyyətimdir. Çünki,normal insanda ola biləcək qısqanclıqdan qat-qat çoxdur mənim qısqanclığım. Bu mənim özümə də çox pis təsir edir. Müsbət cəhətlərimi də yazım. Mehribanam,insanlarla tez ünsiyyət qururam,sadəyəm,hər şeyin gözəlini istəyirəm, sevdiyim insanlar üçün,dostluğa çox önəm verirəm və.s Ağlıma gələn müsbət cəhətlərim bunlardır. Sayta gəldikdə qızlarla tez bir zamanda ünsiyyət qurdum.Çox sevirəm onları.
Ulya(İstifadəçi)
Mənfi cəhətim tez əsəbiləşənəm, küsəyənəm.Müsbət cəhətimsə hər kəsi özüm kimi bilən, ürəyi təmizəm.Təəssüf ki, hər kəsə güvəndiymə görə bəzən xoşagəlməz hallarla rastlaşmışam.
Sevil(İstifadəçi)
Özümdə mənfi cəhətim heç kimə inanmamağımdı.Bu insanlarla möhkəm dostluqlar qurmağa mane olur.Qeybəti, yalan danışmağı sevmirəm, sirr saxayan biriyəm, bunlari ozümdə müsbət cəhət hesab edirəm.
M...A .Zeynalli(İstifadəçi)
Hamıda olduğu kimi mənim də xasiyyətimdə müsbət və mənfi cəhətlər var.Əvvəllərə nisbətən indi tez ünsiyyət qurmağı bacarıram,deyib-gülməyi,əylənməyi sevirəm,ən nifrət etdiyim şey yalandı,sonunda ölüm də olsa hər zaman duz danısıram,ətrafımda da elə insanlar çoxluq təşkil edir.Mənfi cəhətim odur ki:tez inciyirəm,səhvim yoxdusa heç vaxt barışmağa cəhd göstərmirəm.Çox fikir edirəm,çox düşünürəm xırda problemi də.İnadcılam,kimisə xoslamıramsa bunu ona bildirirəm ona gorə də mənə "yekəxana" deyənlər də var.Müsbət cəhətim də doğmalarım deyir ki, çox diqqətli və qayğıkeşəm,qənaətciləm və hörmət edib hörmət qazanmağı da sevirəm.Amma tanıyanlardan mənfi cəhətlərimi öyrənib düzəltmək də istəyərdim.
Aykam(İstifadəçi)
Mənim müsbət cəhətlərim:səmimi, açıq qəlbli, mehriban.Mənfi:tez küsəyənəm.Bayaqdan hər kəsdən soruşdum, mənfi cəhətlərimi hamısı tez kusəyən olduğumu dedi başqa bir şey tapmadım.
Lovable_madam(Zümrüd)
Deyirlər kənardan daha yaxşı görünür insanın xarakteri. Mən də razıyam bu fikirlə. Bəzən biz özümüzdə mənfini görə bilmirik, başqasının mənfisini tez görürük. Müsbət cəhətlərimə gəlincə ətrafımdakılar söyləyir ki, ünsiyyətciləm, şirinəm (guya da ) və zarafatcılam. Amma uşaq vaxtı zarafatı heç sevməmişəm.Aktivəm, tənbəl deyiləm, ev işlərinə, mətbəxə çox böyük marağım var, halbuki uşaq vaxtı ev yığışdırmaqdan heç xoşum gəlmirdi. Mənfi cəhətim isə çox səmimi olmağım idi, indi daha hamıya qarşı səmimi olmuram, çünki bunu hamı dəyərləndirmir. Amma məni sevənlərə qarşı həmişə vəfalı və səmimiyəm, hər zaman belə də olacam inshAllah. Mənfi cəhətlərimə gəlincə isə bəzən səbirsiz oluram, əvvəllər lap hövsələsiz idim, adi bir sözdən tez inciyir, küsürdüm, indi belə deyiləm, daha səbirli və şükür edənəm. Getdikcə xarakterimi yaxşıya doğru dəyişirəm Elhemdulillah.
♥а®ђ♥๑Lamiyə♥а®ђ♥(İstifadəçi)
Mənfi tərəflərim odur ki, dost xəyanətini,ikiüzlülüyü və həddindən artıq yalanı bağışlamıram.Müsbət tərəflərim odur ki, yalanı sevmirəm.Dostluğa sadiq qalıram,gördüyüm bağışlanmaz hadisələri o hadisədən xəbəri olanlardan soruşuram.Hər gördüyümə inanmıram.
Gunəş(İstifadəçi)
Müsbət cəhətlərim:səmimiyəm.Hər kəsə kömək əli uzatmağı bacarıram.Həm mənəvi,həm fiziki,həm də maddi tərəfdən.İradəli,xoş xasiyyətli biriyəm.Mənfi cəhətimi isə özüm də bilirəm, kiminsə səhvi varsa elə həmin adamın üzünə qarşı deyirəm,qiybəti xoşlamıram bir də ki, küsəyənəm.
LoVe SToRy(Yaqut)
Özümdə bəyəndiyim müsbət cəhətlərim məsulliyyətli, çalışqan, əzmli ,özümə görə hər şeyin yerini bilən .Bəyənmədiyim mənfi cəhətlərim isə səbirsiz hərdən iradəsiz olmağımdı.Bu xasiyyətlərimi heç bəyənmirəm.Təki Allah mənə səbr versin!
ReVuŞ(İstifadəçi)
Mənfi cəhətim həddindən tez əsəbiləşib özümü ələ ala bilməməyim , kimliyindən asılı olmayaraq pis cəhətini belə insanın üzünə deməyim və dilimin bəlasına düşməkdi))
Müsbət cəhətlərim daha çoxdur, qoy sirr qalsın,deməsəm daha yaxşı olar çünki deyəcəklər ki, özünü tərifləyir)).
Sada(İstifadəçi)
İdeal insan olmadığını nəzərə alsaq mənim də müsbət və mənfi cəhətlərim var.Mənfilərim bunlardır: bir az qısqancam,bir az tənbələm,arada bəzi mövzulara çox sərt reaksiya verə bilərəm,bəzən heç nədən özüm özümdən küsürəm. Amma mənim ən böyük mənfim qərarsızlığımdır.Mən dəhşətli dərəcədə qərarsız biriyəm.Bir addım atanda onun hər tərəfini o qədər fikirləşirəm ki, Allah heç kimə göstərməsin.Məncə bu xarakterim həm özümü həm də yaxınlarımı yorur.Müsbətlərimi daha çox yaxınlarım bilir, amma öz xarakterimdə ən müsbət saydığım xüsusiyyətim budur: mən nikbin insanam.
Cahan(İstifadəçi)
Mənfi xüsusiyyətim, çox tez küsüb, inciməyim,haqqımı tələb edə bilməməyim və tez ağlamağımdır.Müsbətim bəlkə də müsbət sayılmaz, amma edilən pisliyi tez unudub kin saxlaya bilməməyimdir.
Deniz84(İstifadəçi)
Ümumiyyətlə mənim bir eyibim var, o da eyibsizliyimdir.Əllbətdə ki, zarafat edirəm.Əvvəlcə müsbət cəhətlərim:ürəyim təmizdir.Heç vaxt heç kimin pisliyin istəməmişəm.Çalışıram ki,heç kimin qəlbinə dəyməyim.Paxıl deyiləm,yardım sevərəm,vəfalı insanam,dostluqda sadiqəm.İndi isə mənfi cəhətlərim:iradəsizəm,hər dəfə pəhriz saxlamaq istəyirəm bacarmıram.Qadın.Netli qızların bişirdiyi şirniyyatları görüb dayana bilmirəm,səbrsizəm.Tez özümdən çıxıb,əsəbiləşirəm. Mən bildiklərim bunlardır.Ancaq bunu dəqiq bilmək üçün gərək insanın ətrafındakılardan maraqlanmaq lazımdır.
Nəzrin(İstifadəçi)
Mən bu sualı öz yaxınlarıma verdim mənim mənfi və müsbət cəhətlərim sizcə nədir?Hamısı eyni cavabı verdilər.Mənfi cəhətim səbəbsiz hamıdan küsməyim, müsbət cəhətim isə ürəyimin təmiz olması!
Emila(İstifadəçi)
Mənfi cəhətimdən başlayım,tez küsürəm,tez əsəbləsirəm, həddindən artıq qısqancam,müsbət cəhətlərim:bağışlamağı bacarıram,tez münasibət qururam,səmimiyəm bunu mənə deyirlər həmisə,yenə də məni taniyanlar yaxşı bilər.
Realist (A-N)(Zümrüd)
Mənim mənfi və ya müsmət cəhətlərimi kənardakılar sezib ifadə edə bilər.Ümumi götürdükdə isə hər bir insan kimi mənim də xarakterimdə mənfi və müsbət cəhətlər vardır.Heç kəs deyə bilməz ki, mən idealam. Bilirik ki, ideal olan yalnız və yalnız Allahdır. Kənardakıların ifadələrini söyləməyə gərək yoxdur.Çünki səni olduğun kimi ifadə edən insan tapmaq qeyri-mümkündür.Həm də ki, bir insana müsbət gələn cəhətimiz digərində qıcıq oyada bilər.Ancaq özümdə aşkar etdiyim bir sıra mənfi xüsusiyyətlərim var ki, onları sadalamaq istərdim. Mənim ən mənfi xüsusiyyətim çox emosional, hədsiz tələbkar olmağımdır. Deyəcəksiniz ki, bunların hansı pis xüsusiyyətdir? Umumilikdə, heç biri.Ancaq bu xüsusiyyətlər bir insanda ifrat dərəcədədirsə, o insanın can sağlığı təhlükədədir. Mən də bu siyahıya daxiləm. Ətrafımda baş verən hadisələrə elə ciddi yanaşıram ki, çox zaman özümü belə unuduram. Özümə gələndə isə hər kəsin öz aləmində olduğunu ziyan görən tərəfin isə yalnız özüm olduğu görürəm.Tələbkarlığım, ifrat məsuliyyətliliyim də öz başıma bəladır. Çünki hər kəs öz aləmindədir. Mənfilərimi artırmaq da olar, nə isə..İnsanlarda ən sevmədiyim keyfiyyət yalandır. Acı olsun, amma doğru olsun. Haqsızlığı sevmirəm. Nə özümdə, nə də də başqalarında. Mənə qarşı olunan haqsızlıqları bağışlaya bilmirəm.Bir neçə il öncə susurdum, ancaq indi tələb edirəm. Bir deyim var ki, keyfiyyətlərini üzünə deyəndən yox, üzünə güləndən qorx. Hərdən bu deyim də "səhv düşəndə yerimiz" cərgəsinə qoşulur. Çünki insanın üzünə hər sözü də demək olmaz. İnsana məsləhət vermək başqa, tənqid eləmək başqa, təhqir eləmək başqa. Çalışıram ki, həmsöhbətim kim olursa olsun, nəzakətli davranım. Bəyənmədiklərimi də yolu ilə izah edim. Ancaq kiminsə mənə qarşı kobud rəftarını görəndə hiddətlənirəm. O anda özümü cilovlayıram. Çalışıram ki, bir də o insanla söhbət etməyim. İnsan ürəyində kin saxlamamalıdır. Ancaq hərdən bacarmırıq özümüzlə...Birinin etdiyi haqsızlıq bir ömür yaddaşına yazılır.Bir sözlə, insanın xarakterik incəlikləri tükənən deyil. Ona görə də vaxtınızı almaqdan dolayı üzr istəyirəm.
Almaz S.
Mənfi cəhətim:soyuq təbiətli insanam və belə olduğum üçün çox zaman səhv anlaşılıram.Danışarkən,nala-mıxa vurmadan birbaşa mətləbə keçdiyim üçün,sözlərim kəskin səslənir.Qarşımdakı insan buna görə də inciyir,bilirəm.Bir də çox hissiyatlıyam,yəni hər şeyi hiss edirəm,duyuram.(təbii ki,yaxın münasibətdə olduğum insanlarla belə olur). Mənim bilməm lazım olmayanları hiss edirəm.Bu da məni çox zaman rahat yaşamağa qoymur.Yəni bəzən çox şeydən xəbərsiz olmaq daha yaxşıdı.İnsan gərək öz mənfi xüsusiyyətlərini düzəltməyə çalışsın.Çox vaxt dilimin altına qara şokolad qoyuram ki,şirindil olum. Ancaq təbiətimi dəyişmək üçün ya gərək elə həmişə rola girim,ya da gərək yenidən dünyaya gəlim.Bunların da heç biri mümkün deyil.
Müsbət cəhətim:qapısı,pəncərəsi kip bağlanmış,içəri iynə ucu boyda işıq düşməyən zülmət qaranlıq otaqda olsam belə,günəşi görməyi bacarıram.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR