•в—ЏNarınв—Џ•
"Xoşbəxtlik" bu hissi yaşamaq hər kəsə nəsib olmur. Çox Şükür Allahın hər gününə. Xoşbəxtəm, çünki qəlbimdə Allah sevgisi var. Xoşbəxtəm, çünki halal çörəyimiz var süfrəmizdə. Xoşbəxtəm, çünki bir ailəm var. Xoşbəxtəm, çünki canım sağlamdır (gözlərimin 4 olmasına baxmayaraq ). Xoşbəxtəm, çünki anam var. Xoşbəxtəm, çünki bacım, qardaşım və gəlinimiz var. Xoşbəxtəm, çünki sevdiklərim və məni sevənlər var. Xoşbəxtəm, çünki ətrafımda sizin kimi dəyərli dostlarım var. Xoşbəxtəm, çünki özümdə olan bütün qüsurları görə bilirəm. Xoşbəxtəm, çünki özümü çox sevirəm.
Yasemen
Əslində həyatda hər bir insanın xoşbəxt olması üçün o qədər əsas var ki, sadəcə bunu dərk etmək lazımdır. Kiçik hadisələrdən belə xoşbəxt olmağı bacaran insan dünyanın ən xoşbəxt insanıdır. Xoşbəxtlik bizim diləyimizlə Allahın bizim üçün dilədiyi şeyin bir araya gəlməsidir. Şükürlər olsun ki, bu gün xoşbəxtlik hissini yaşayanlardan biri də mənəm. Çox gözəl bir ailədə dünyaya gəlmişəm, yaxşı təhsil almışam, sevdiyim insanla ailə qurmuşam və dünya şirini oğul övlad anasıyam. Bu xoşbəxtlik deyil, bəs nədir?! Mənə bu xoşbəxtliyi yaşadan Allahıma şükürlər olsun. Hər kəs xoşbəxt olmağa layiqdir. Sadəcə bunun üçün çalışmaq lazımdır. Boş yerə deməyiblər ki, insan öz səadətinin yaradıcısıdır. Əziz, Qadın.Netlilər, sizlərə xoşbəxtlik arzu edirəm. İnşəallah daim xoş günlər hər birimizə nəsib olsun.
AYSUN MEMMEDOVA
Xoşbəxtəm, çünki qurban olduğum, gözəl Allahım məni heç vaxt darda qoymayıb, min şükür. Xoşbəxtəm, çünki gözəl ailəm var. Xoşbəxtəm, çünki anam, qardaşım, gəlinimiz yaxınımdadır. Xoşbəxtəm, çünki pis günümdə, yaxşı günümdə yoldaşım hər an yanımdadır. Mənə çox böyük dayaqdır.
Nəzrin
Xoşbəxtəm, çünki ailəm yanımdadır. Xoşbəxtəm, çünki sevdiklərim yanımdadır. Xoşbəxtəm, çünki sağlamam. Məncə, bunlar varsa, demək, hər birimiz xoşbəxtik.
Pembe Defter
Mən xoşbəxtəm, çünki sevdiyim var. Mən xoşbəxtəm, çünki ailəm yanımdadır. Mən xoşbəxtəm, çünki bu gündə oyandım!
♥♥♥Mira♥♥♥
Mənim xoşbəxt olmağıma çoxlu səbəblər var. Xoşbəxtəm, çünki ən əsası sağlamam, yaşayıram. Bu, Allahın mənə bəxş etdiyi ən böyük xoşbəxtlikdir. Ona görə də Allahıma hər gün şükr edirəm. Xoşbəxtəm, çünki yanımda çox gözəl ailəm var. Çox sevdiyim atam, anam və bu saat Vətənə borcunu yerinə yetirən qardaşım var. Yanımda məni sevən gözəl dostlarım var. Əslində insanın xoşbəxt olmaq üçün səbəbləri çoxdur. İçində Allah sevgisi olan insan isə ən xoşbəxtdir, fikrimcə. Hamıya xoşbəxt olmağı arzu edirəm.
Fidan Məmmədova
Mən xoşbəxtəm, çünki gözəl ailəm və 6 illik həsrətdən sonra Sevgi adlı gözəl balam var. Əvvəllər xoşbəxtliyin nə olduğunu bilməmişəm. Qızım dünyaya gələndən sonra xoşbəxtlyin nə olduğunu bildim. İndi balamın böyüməsini izləmək məni çox xoşbəxt edir. Balamın iməkləməyə başlamagı, diş çıxarması, mama deməsi məni çox xoşbəxt edir.
Xəyalə Murad
Xoşbəxtlik insanın daxilindədir. Onu kənarda axtarmaq düzgün deyil. Hər insan öz daxili aləminə səyahət etsə, xoşbəxt olduğunu anlayar. Əlimiz, qolumuz, görən gözlərimiz, eşidən qulaqlarımız, düşünən beynimiz və bitib tükənməyən arzu və ümidlərimiz varsa, demək xoşbəxtik. Ailəmiz, yaxınlarımız, dostlarımız, övladlarımız varsa və onlar tərəfindən seviliriksə, xoşbəxtik. Yıxılana əl, azana yol, çarəsizə çarə verə bilirksə, xoşbəxtik. Bütün insanlar xoşbəxtdir, çünki xoşbəxtlik onların var olmasındadır.
♥BiRiNe SeVgIsI OlaN UrEyIm♥
Mən xoşbəxtəm, çünki Yaradanımı sevirəm. Mən xoşbəxtəm, çünki Rəbbim mənə xoşbəxt olmaq üçün çox şey nəsib edib. Mən xoşbəxtəm, çünki Rəbbim mənə məni sevən və məni başa düşən ailə nəsib edib.
nigarka
Mən ona görə xoşbəxtəm ki, mənim gözəl ailəm, gözəl yoldaşım, gözəl oğlum, gözəl qaynanam, qaynatam var. İnan, mən dünyanın xoşbəxt adamıyam. Allah hər kəsə qismət eyləsin. Mən fəxr edirəm ki, yoldaşım kimi adam mənə qismət olub.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR