Qadin.NET / Xoşbəxtəm, çünki... - I hissə

Xoşbəxtəm, çünki... - I hissə

Xoşbəxtəm, çünki... - I hissə

•в—ЏNarınв—Џ•

"Xoşbəxtlik" bu hissi yaşamaq hər kəsə nəsib olmur. Çox Şükür Allahın hər gününə. Xoşbəxtəm, çünki qəlbimdə Allah sevgisi var. Xoşbəxtəm, çünki halal çörəyimiz var süfrəmizdə. Xoşbəxtəm, çünki bir ailəm var. Xoşbəxtəm, çünki canım sağlamdır (gözlərimin 4 olmasına baxmayaraq lol). Xoşbəxtəm, çünki anam var. Xoşbəxtəm, çünki bacım, qardaşım və gəlinimiz var. girl_ang Xoşbəxtəm, çünki sevdiklərim və məni sevənlər var. Xoşbəxtəm, çünki ətrafımda sizin kimi dəyərli dostlarım var. Xoşbəxtəm, çünki özümdə olan bütün qüsurları görə bilirəm. Xoşbəxtəm, çünki özümü çox sevirəm. dance1

Yasemen 

Əslində həyatda hər bir insanın xoşbəxt olması üçün o qədər əsas var ki, sadəcə bunu dərk etmək lazımdır. Kiçik hadisələrdən belə xoşbəxt olmağı bacaran insan dünyanın ən xoşbəxt insanıdır. Xoşbəxtlik bizim diləyimizlə Allahın bizim üçün dilədiyi şeyin bir araya gəlməsidir. Şükürlər olsun ki, bu gün xoşbəxtlik hissini yaşayanlardan biri də mənəm. Çox gözəl bir ailədə dünyaya gəlmişəm, yaxşı təhsil almışam, sevdiyim insanla ailə qurmuşam və dünya şirini oğul övlad anasıyam. Bu xoşbəxtlik deyil, bəs nədir?! Mənə bu xoşbəxtliyi yaşadan Allahıma şükürlər olsun. Hər kəs xoşbəxt olmağa layiqdir. Sadəcə bunun üçün çalışmaq lazımdır. Boş yerə deməyiblər ki, insan öz səadətinin yaradıcısıdır. Əziz, Qadın.Netlilər, sizlərə xoşbəxtlik arzu edirəm. İnşəallah daim xoş günlər hər birimizə nəsib olsun. 

AYSUN MEMMEDOVA

Xoşbəxtəm, çünki qurban olduğum, gözəl Allahım məni heç vaxt darda qoymayıb, min şükür. Xoşbəxtəm, çünki gözəl ailəm var. Xoşbəxtəm, çünki anam, qardaşım, gəlinimiz yaxınımdadır. Xoşbəxtəm, çünki pis günümdə, yaxşı günümdə yoldaşım hər an yanımdadır. Mənə çox böyük dayaqdır.

Nəzrin

Xoşbəxtəm, çünki ailəm yanımdadır. Xoşbəxtəm, çünki sevdiklərim yanımdadır. Xoşbəxtəm, çünki sağlamam. Məncə, bunlar varsa, demək, hər birimiz xoşbəxtik.

Xoşbəxtəm, çünki... - I hissə

Pembe Defter

Mən xoşbəxtəm, çünki sevdiyim var. Mən xoşbəxtəm, çünki ailəm yanımdadır. Mən xoşbəxtəm, çünki bu gündə oyandım!

♥♥♥Mira♥♥♥

Mənim xoşbəxt olmağıma çoxlu səbəblər var. Xoşbəxtəm, çünki ən əsası sağlamam, yaşayıram. Bu, Allahın mənə bəxş etdiyi ən böyük xoşbəxtlikdir. Ona görə də Allahıma hər gün şükr edirəm. Xoşbəxtəm, çünki yanımda çox gözəl ailəm var. Çox sevdiyim atam, anam və bu saat Vətənə borcunu yerinə yetirən qardaşım var. Yanımda məni sevən gözəl dostlarım var. Əslində insanın xoşbəxt olmaq üçün səbəbləri çoxdur. İçində Allah sevgisi olan insan isə ən xoşbəxtdir, fikrimcə. Hamıya xoşbəxt olmağı arzu edirəm. smile

Fidan Məmmədova 

Mən xoşbəxtəm, çünki gözəl ailəm və 6 illik həsrətdən sonra Sevgi adlı gözəl balam var. Əvvəllər xoşbəxtliyin nə olduğunu bilməmişəm. Qızım dünyaya gələndən sonra xoşbəxtlyin nə olduğunu bildim. İndi balamın böyüməsini izləmək məni çox xoşbəxt edir. Balamın iməkləməyə başlamagı, diş çıxarması, mama deməsi məni çox xoşbəxt edir.

Xoşbəxtəm, çünki... - I hissə

Xəyalə Murad

Xoşbəxtlik insanın daxilindədir. Onu kənarda axtarmaq düzgün deyil. Hər insan öz daxili aləminə səyahət etsə, xoşbəxt olduğunu anlayar. Əlimiz, qolumuz, görən gözlərimiz, eşidən qulaqlarımız, düşünən beynimiz və bitib tükənməyən arzu və ümidlərimiz varsa, demək xoşbəxtik. Ailəmiz, yaxınlarımız, dostlarımız, övladlarımız varsa və onlar tərəfindən seviliriksə, xoşbəxtik. Yıxılana əl, azana yol, çarəsizə çarə verə bilirksə, xoşbəxtik. Bütün insanlar xoşbəxtdir, çünki xoşbəxtlik onların var olmasındadır.

♥BiRiNe SeVgIsI OlaN UrEyIm 

Mən xbəxtəm, çünki Yaradanımı sevirəm. Mən xoşbəxtəm, çünki Rəbbim mənə xoşbəxt olmaq üçün çox şey nəsib edib. Mən xoşbəxtəm, çünki Rəbbim mənə məni sevən və məni başa düşən ailə nəsib edib.

nigarka 

Mən ona görə xoşbəxtəm ki, mənim gözəl ailəm, gözəl yoldaşım, gözəl oğlum, gözəl qaynanam, qaynatam var. İnan, mən dünyanın xoşbəxt adamıyam. Allah hər kəsə qismət eyləsin. Mən fəxr edirəm ki, yoldaşım kimi adam mənə qismət olub.

31 oktyabr 2014
GO BACK