Fəlsəfi xəbərimizin artıq 2-ci hissəsini sizlərə təqdim edirəm. Çox böyük ümid edirəm ki, 1-ci hissədə olduğu kimi bu hissəni də çox bəyənəcəksiniz. Sonda siz də şərhlərdə öz düşüncələrinizi bizimlə paylaşmağı unutmayın. Düşünürəm bu hər birimizə maraqlı olar... :)
Lalə Hacət-i Vuslat
Aliyə bacım, belə bir dəyərli xəbərdə mənim də fikilərimə yer verdiyin üçün təşəkkür edirəm...
Fəlsəfə ilə ilk tanışlığım universitet illərində olmuşdur və doğrusu filosofların fikirlərindən heç xoşlanmamışdım. Xüsusilə də bəzən elə fəlsəfi fikirlərə rast gəlinir ki, bu düşüncə sahibinin həqiqətən də "ağıl"la hərəkət etməsi insanda şübhə yaradır... Filosoflar ağlın anlaya biləcəyi həqiqətləri aça bilsələr də ağlın kifayət etmədiyi məqamlarda kobud səhvlərə yol verirlər... Ümumiyyətlə təbiətcə belə tip insanlara aidəm- İslamla uyğunlaşmayan hər fikir mənə yaddır. Fəlsəfə-bilik sevgisi deməkdir. Bu səbəbdən fəlsəfədəki məqsədə "ağıl" məfhumu olmadan çatmaq mümkün deyil. Təkcə ağılla hərəkət nəticəsində inkişafın isə sərhəddi vardır. Halbuki, İslamda sərhəd Allahın Zatıdır və buna çatmaq üçün ağıl kifayət etmir. Təsəvvüfsüz İslamı tam olaraq yaşamaq mümkünsüzdür. Təsəvvüfün məqsədi insani kamil olmaqdır, bu isə təkcə ağılla mümkünsüzdür. Deməli filisofların fəlsəfə ilə çox "uzaqlara" gedəcəklərinə olan inanclarına baxmayaraq sərhədləri aşmaq üçün mütləq vəhy ilə hərəkət etmək lazımdır...
"Təsəvvüf və fəlsəfə" adlı xəbərim "yolda" olduğu üçün qısa şəkildə burda fikirlərimi bildirmək imkanı verdiyin üçün bir daha təşəkkür edirəm, əziz bacım.
Sevinc M
Allah ədaləti onu sevənə verir. Bağışlamaq ən böyük zəfərdir. Unut ki bağışlamaq məcburiyyətin olmasın. Bir qadın hər şeyi bağışlayar, yalnızca xəyanətdən başqa. Günahı olanı bağışlamaq ən güclü olmaq deməkdir. Pul hər şeyi edər deyən adam pul üçün hər şeyi edən adamdır. Əgər yüksəyə qalxmaq istəyirsənsə, öz ayaqlarından istifadə et. Başqasının belinə, başına çıxma.
Sumeyya Ummu Ali
Mən çox qsa formada bildirmək istərdim fikirlərimi. Ən sevdiyim iki kəlimə var. Sizinlə də bölüşüm:
1. Ən güvəndiyim insanlar öyrətdi mənə heç kimə güvənməməyi!
2. Bu dünyada ən çətin şey hər kəsin düşünmədən söylədiyini düşünərək söyləməkdir.
Aykam
Belə deyimdə fəlsəfi fikir bir dənə. Fəlsəfədə belə şey var - qabağı görürsən, sağını görürsən, solunu görürsən, amma arxanı görmürsənsə, bu o demək deyil arxa yoxdur. Sadəcə arxanı görmək üçün gərək arxaya dönməyi biləsən.
Gunew
Bəzən insanlar günahkar olduqlarını qəbul etdikləri üçün yox, qarşısındakının susması üçün üzr istəyirlər. (P.Kaelo)
J e a l o u s y
Fəlsəfi fikirləri çox xoşlayıram. Kitablarda, jurnallarda oxuduğum, TV proqramlarında eşitdiyim mənali fikirləri dərhal qeyd edib yadımda saxlamağa çalışıram. Bu haqda saytımıza 2 xəbər də göndərmişəm. Bunlardan ən çox sevdiyim fikirləri sizlərə təqdim edirəm:
1. Bülbül və tutuquşu öz günahları ucbatından qəfəsə düşür. Leylək isə əsirlik nə olduğunu bilməz. Susmaq – firavanlığın açarıdır. 2.Sənə bilik verəni üzünə təriflə, dostları, qohumları dalda, arvadı gəncliyi ötəndən sonra, oğlunu isə heç vaxt.
3. Tamahkara pulla qalib gəl, axmağa hiylə ilə, ağıllıya doğruluqla. (Budda)
Bir nəfər Jan Çjun yanına gəlib deyir:
-Mən xəstəyəm, məni sağalda bilərsənmi?
-Xəstəliyin əlamətlərini say.
-Öz icmamda tərifi şöhrət hesab etmirəm. Əldə etdiyimə sevinmirəm, itirdiyimə kədərlənmirəm. Həyata ölüm kimi baxıram, özümə özgə kimi baxıram, öz evimdə qonaq kimi yaşayıram. Heç bir rütbə və mükafat məni sevindirmir, heç bir cəza məni qorxutmur, heç bir müvəffəqiyyət və ya məğlubiyyət məni dəyişmir.
-Siz dünyada ən böyük müdrikliyi xəstəlik sayırsız , Jan Çju cavab verir.
Birisi Sokrata müraciət edir:
- Evlənmək istəyirəm, nə məsləhət görürüsən?
- Özün bil. Çünki, hər ikisində səni peşmançılıq gözləyir.
Sokratdan soruşurlar:
- Yemək üçün hansı vaxt münasibdir?
- Yeməyin varsa , acanda , yoxsa, tapanda.
Bircə onu bilirəm ki, heç nə bilmirəm.
Bir dəfə çirkli bir hamamın sahibinə Diogen belə deyir:
- Sizdə çiməndən sonra harda yuyunmaq olar?
Diogendən soruşurlar:
- Nə vaxt evlənmək lazımdır?
- Cavan vaxtı hələ tezdir, qocalanda da gecdir.
Döyüş vaxtı zərbə hara dəysə yaxşıdır? – sualına Diogen : - Qalxana, - cavabını vermişdir.
Bir nəfər ox atanın pis nişan aldığını görüb Diogen gedib nişangahda dayanır.
-Niyə belə edirsən? – deyənlərə, - Qorxuram kənarda məni vursun – deyir. )))))
Ən sevdiyim fəlsəfi fikir isə budur : Platondan soruşurlar:
- Bədbəxtlik üz vermiş adam nə ilə təsəlli tapa bilər?
- Ağıllı adam baş vermiş hadisənin labüdlüyünü anlayıb təsəlli tapır, ağılsız isə bədbəxtliyin başqalarının da başına gəlməsini düşünüb təsəlli tapır.
Best of All
Bir gün bir nəfər həyatın anlamının nə olduğunu öyrənmək qərarına gəlir. Lakin verilən heç bir cavab onu qane etmir. Təbii ki bu "axtarışlar" zamanı illər də adamı gözləmir, axıb gedir... Adam çox yerlər dolaşır, bütün ölkələri gəzir, ancaq sualı hələ də cavabsızdır... Bir gün elə öz kəndində yaşayan bir nəfər adama qarşıdakı dağların arxasında dünya görmüş bir qocanın yaşadığını və suala cavabın yalnız onun verə biləcəyini deyir. Adam vaxt itirmədən qocanın yanına yollanır (bir haşiyəyə çıxım, bir insanın bu illər ərzində adi bir suala cavab tapmaq üçün bu qədər zaman mübarizə etməsi də ayrıca bir mövzu, fəlsəfədir, təssüf ki çoxumuzun buna səbri çatmır) və sualını verir. Qoca adamı dinlədikdən sonra ona içi su ilə dolu çay qaşığı verir və deyir: Çıx bağçamı gəz, qayıt. Amma ehtiyatlı ol, sudan 1 damla azalsa, cavab ala bilməyəcəksən. Adam razılaşır və gedir. Qayıdanda qoca ondan bağçanın necə olduğunu soruşur, adam nə deyəcəyini bilmir. Axı bütün fikri qaşıqda idi... Qoca deyir: Çıx bir də gəz, lakin bağçaya da bax, mütləq bəyənəcəksən. Adam qayıdanda bağa heyran qaldığını və orda bitən güllərin məhz onun sevdiyi güllər olduğunu söyləyir, ancaq qaşıqda 1 damla su qalmamışdı... Qoca vəziyyətə aydınlıq gətirir: Həyat sənin baxışınla anlam qazanır. Ya sən sadəcə bir nöqtəyə baxarsan və zamanın necə axıb getdiyini görməzsən, ya da görə biləcəyin bütün gözəlliklərin tam ortasında həyatını yaşayarsan və gedən həyat sənin sayəndə məna tapar... Həyatın mənası sənin baxışlarında gizlidir.
Mənim həyat fəlsəfəm budur. Həmd olsun, Rəbbim bizi ona qul olmağa layiq bilib, bu həyat imtahanında elə bir kitab göndərib ki, açıb baxmaq hər zaman sərbəstdir və Peyğəmbərlər göndərib. Fikir vermisinizsə, mağazadan aldığımız hər malın üzərində zatən istifadə qaydası yazılıb, ancaq anlamadığımız məqamlar olanda satıcıdan soruşub öyrənirik. Min kərə həmd olsun Allahın mərhəmətinə ki Qurani-Kərimdə hər şeyi anlaşılacaq qaydada açıq-aydın göstərməsinə rəğmən yenə də Peyğəmbərləri seçib ki, doğru yoldan azma şansı olmasın qullarının, yaradılan hər nemətdən faydalanıb həzz alsınlar, lakin axirəti də unutmasınlar... biz isə... qısası başımıza gələn heç bir şeydə özümüzdən başqa kimsə günahkar deyil, hər şey bizim bir "baxışımıza" bağlıdır deyə düşünürəm, minnətdaram, çukkuşumun maması.
Sonay Quluzadə
Bu yaxınlarda tam da mənim indiki vəziyyətimə uyğun bir cümləyə rast gəldim, onunla özümü ifadə edəcəm. Sırf sevdiklərim göz yaşı tökməsinlər, qırılmasınlar deyə təkbaşıma sahibləndiyim acılarım vardır və bu acılarım bütün həyatım boyunca mənə yoldaşlıq edəcəklər. Bir də yaşadıqlarımdan belə bir nəticəyə gəlmişəm: "Ayaqda qalmaq üçün heç nəyin xəyalını qurmayacaqsan, lap sabaha ümidli olsan belə". Aliyə, məndən bu qədər. Bəlkə də fikirləşib, nələrsə əlavə edə bilərəm, amma hazırda fikirlərim itirdiyimlə bağlıdır.
mira-amar
Fəlsəfə maraqlı elm sahəsi olsa da amma bəzən tam anlaşılmayan tərəfləri, qaranlıq qalan fikirlər də olur. Fəlsəfi fikirlərdən mənim ən çox bəyəndiym bir neçəsi var: Mən düşünürəm, deməli mövcudam... Bəzi adamlar söylədiyi sözlərlə böyüyür, bəzi sözlər söyləyən adama görə böyük görünür.
Pessimist yalnız tuneli görür, optimist tunelin sonundakı işığı görür, realist tunellə birlikdə işığı və gələn qatarı da görür.
Pul hər şey edər deyən adam, pul üçün hər şeyi edən adamdır.
Ruhəngiz
Mənə də belə maraqlı xəbərində yer verdiyin üçün sənə təşəkkürümü bildirirəm. Ümumiyyətlə fəlsəfə elmi düşündürücü elmdir. Mənim də həmişə insan sadəliyi mövzusu diqqətimdə olub. Öz sadəliyi və təvazökarlığı, müstəqil fikri, dəqiqliyi ilə seçilən adamlar hər yerdə daha çox sevilir, yüksək nüfuz və hörmət sahibi olurlar. Sadəlik və təvazökarlıq adamlara münasibətdə, özünə tənqidi yanaşmaqda, davranışda büruzə çıxır. Geyimdə də, danışıqda da insanın sadəliyini müşahidə etmək olar. Təvazökar adamlar yaxşı hərəkətləri yalnız təriflənməkdən ötrü yox, ümumi işin xeyri üçün edirlər. Təvazökarlıq həm də gücünə inamdan,səni əhatə edən mühitdən,insanlara düzgün baxa bilməkdən, əqli və əxlaqi cəhətdən kamil olmaqdan irəli gəlir. Belə insanlar vəzifəsinə, müvəffəqiyyətlərinə baxmadan insanları sevir. Boş yerə öyünməyin nə olduğunu bilmir. Sadə insanlar fikrimcə yüksək mədəniyyətə malik olurlar. Belə insan gördüyü yaxşı işləri də ətrafdakıların adı ilə bağlayır. Və həmişə biz kəlməsini işlədir. Sadə olmayan insan həmişə "mən" deyir. Sadəlik hissi insanda uşaqlıqdan yaranır. Bu işdə valideynlərin və uşağı əhatə edən adamların davranışı həlledici rol oynayır .Uşaq evdə, həyətdə, digər adamlar arasında başqalarından yerli-yersiz fərqləndirilirsə, haqsız təriflənərsə, onda lovğalıq və eqoizm baş qaldırır, beləliklə də özünü böyüdükcə digərlərindən üstün tutmağa başlayır. Sadə insanlar haqlı tənqidi sevir, özünə və başqalarına qarşı tələbkar olurlar. Düzlük, doğruluq, saflıq, təmizlik, xeyirxahlıq, insanpərvərlik, zəhmətsevərlik sadə insanların bəzəyidir. Məhz belə insanlar kimi olmağa çalışaq, sadaladığım xüsusiyyətləri özümüzdə cəmləşdirək.
Sevka
Aliyə, öncə sizə təşəkkür edirəm mənə xəbərinizdə yer ayırdığınız üçün. Qeyd edim ki, maraqlı mövzuya toxunmusuz. Fəlsəfə bir elmdir və mürəkkəb bir elmdir. Fəlsəfəni hiss etmədən və onun içində olmadan onu anlamaq qeyri-mümkündür. Karl Jaspersin sözlərinə görə fəlsəfəni öyrənmək ölümü öyrənməkdir... Frankis Bakonun sözlərinə görə isə az fəlsəfə insanı Tanrı tanımazlığa aparar. Dərin fəlsəfə isə insanı Tanrıya vardırar... Fəlsəfə duyumların bilgisidir. İnsan zehninin mahiyyətini incələməkdir. Fəlsəfə doğru olanı mənimsəməkdir. Əslində fəlsəfə həyatımızın hər tərəfində varlığını sürdürməkdədir. Bura qədər yazdıqlarım fəlsəfə haqqında oxuyub öyrəndiklərim əsasındaydı. Bir az da özümə məxsus "fəlsəfə dünyam"ı sizlərlə bölüşmək istəyirəm. Əslində fəlsəfə haqqında saatlarla gülərlə danışmaq olar, çünki bu çox mürəkkəb və geniş mövzudur. Sizə həyətimizdə yaşayan bir quşun haqqında danışım, əvvəlcə bu quşlar iki dənə idilər, gəldilər bizim evin damında yuva qurmağa başladılar. Bu quşlar bir-birinə qarşı o qədər mehriban idilər ki... Bəzi insanlar vardır, heç bu qeder mehriban deyildirlər, yuva qurulduqdan sonra dişi quş yuvada yatmağa başladı, bu arada erkək quş da ona yemek, su daşıyırdı, sonra quşların balalaıi dünyaya gəldi, iki ətcə bala, yenə quşlar yemək, su daşımağa başladılar bu səfər hər iki quş yemek daşıyırdı balalarına, daha sonra balalar böyüdü, amma hələ yuvada uça bilmirdilər, ana və ata quş hələ də dimdiyində suyu, yemeyi götürür və balalarına daşıyır. Hərdən baxıram ana quş balalarını elə nəvazişlə qucaqlayır, qanadlarını onlarin üstünə sərir, müdafiə edir onları...Yaradan bir canlıya, bir quşa nə qədər də gözəl mərhəmət sevgi hissi vermişdir, hətta bəzi şüurlu insanlar bu quş qədər deyillər, öz doğma balalarını çölə atanlar var...amma bir quş bu qədər balasına sahib çıxır. Tanrının hər bir yaratdığında fəlsəfə vardır, bunu yalnız düşünərək anlamaq olur. Fəlsəfəni düşünərək, hiss edərək anlayırıq, təbii ki hərənin öz fikri var, bu da mənim fikirlərimdir. Hətta fəlsəfə həyatın özüdür...
Ayka Nəcəf
Əziz Aliyə, sənə təşəkkürümü bildirirəm. Keçək xəbərə fikirlərimi bildirməyə. Demək mənim zənnimcə həyat özü fəlsəfədir. Əslində universitet tələbələri daha yaxşi bilərlər fəlsəfəni, onlara dərs keçilir fəlsəfədən. Mənə bir az bu mövzu yad gəlir, yoxsa hələ mən tam anlamıram bu fəlsəfə deyimini. Nə isə...Onu deyə bilərəm ki, müdrik kəlamlara və fəlsəfi fikirlərə qəzet və jurnallarda rast gələndə maraqla oxuyuram. Hətta bir ara həmin fəlsəfi fikirli kəlamları, aforizmləri kəsib yığırdım, indi də qalır. Bizdə indi bir kitab var "Hegelin ruh fəlsəfəsi." Onu oxuyanda mənim həqiqətən ruhum uçurdu sanki. Dərin mənadı fəlsəfə. Bizim fəlsəfə dünyamız özünü düşünən, həqiqəti bilən bir ideyadir. Fəlsəfi fikirlər öz başlanğıcında yüksəlmiş, məntiq də anlayışın yalnız özündə var olduğu və başlanğıcının yalnız nə isə bilavasitə olduğu ehtimalıdır. Deməli anlayış əsasında bu idrak prosesində olanlardan kimi öz prinsipinə anlamında sonuncusu olur. Hər bir insanın duyğu və düşüncəsi, ideya və fəlsəfi fikirləri olduğu kimi mənim də fəlsəfi yöndən fikirlərim budur. Ağıl, özünüdərk, "mən" sözündə hər bir kəlməyə fəlsəfi cəhətdən yanaşanda dərin məna var. Sadəcə bir kəlmədə belə.
A.Ravana
Aliyə, əvvəlcə belə maraqlı və düşündürücü xəbər üçün sənə minnəttaram. Fəlsəfə adamın özünü və ətrafını anlama, şərh etmə, şərh və həqiqəti axtarmaq səyidir.
Fəlsəfə insanı, kainatı təbiəti anlamaq məqsədiylə davam etdirilən bir araşdırma məqsədidir. Fəlsəfə doğrunu və həqiqəti axtarmaqdır.
Hər bir insanın özünün fəlsəfə dünyası var. Fəlsəfə ilə əlaqədər bəyəndiyim bir neçə söz yazmaq istəyirəm. "İnsanların gözləri elə sözlərlə danışar ki dil onları tələffüz edə bilməz". "Keçmiş dərd üçün şikayətlənmək, yeni dərd əldə etməkdir". "Əslində heç bir şey yaxşı və ya pis deyil. Hər şey bizim onlar haqqında nə düşündüyümüzdən asılıdır." "Fəlsəfə düşüncənin mikroskopudur." "Boş vaxt fəlsəfənin anasıdır." "Fikirləşmədən danışmağın cəzası sonradan fikirləşməyə məhkum olmaqdır." "Həyatda heç səhv etməmiş biri onsuz da heç bir işə başlamamış deməkdir." "Həyatda heç bir şeydən qorxmayın, yalnız anlamağa çalışın."
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR