Deniz84
Mən məktəbi əla qiymətlərlə bitirdim. Həmişə arzum müstəntiq olmaq olub. Bilmirəm niyə. Ancaq bu ixtisas həmişə məni özünə cəlb edib. 5-ci sinifdə oxuyandan artıq qarşıma məqsəd qoymuşdum ki, hüquqşünaslığı oxuyacam. Anam deyirdi qızım müəllimə olacaq, atam deyirdi yox qızım həkim olacaq. Mənsə deyirdim, yox mən dedektiv olacam. Elə bilirdilər ki, baxdığım detektiv kinolarının təsiri ilə belə deyirəm. Lakin mən bu ixtisasın həvəsi ilə oxuyurdum. Lakin universitetə tələbə qəbulunda sənədləri vermək zamanı mən bərk xəstələndim.Heç cürə gedib sənədlərimi verə bilmədim. O biri il yenidən cəhd elədim. Lakin istədiyim ixtisasa düşə bilmədim. Ona görə də küsdüm və oxumadım. Sonra isə ailə qurdum. Beləliklə arzusunda olduğum ixtisasa yiyələnə bilmədim.
CavaD BakineC
Uşaqlıqdan diş həkimi olmaq istəmişəm. Amma indi xasiyyətimə görə bu sənəti seçə bilmirəm. Çünkü natəmizliyə qarşı çox həssasam. Yəni hər bir yanıma gələn xəstənin ağzının qoxusuna dözə bilmərəm və elə buna görə də bu sənətdən imtina etmişəm. Belə fikirləşmişəm ki, bu il dəqiq 3-cü qrupa vermək fikrim var. Yəni aktyorluq sənətini seçmişəm. Artıq fikrim ciddidir. Bu da mənim ixtisas arzum..
semedli gunay
Əvvəlcə mənə bu xəbərdə yer ayırdığınız ücün təşəkkürlər. Bu xəbərdəki mövzu mənim ən yaralı yerimdir. Çünki uşaqlıqdan həmişə hüquqşünas olmaq, Bakı Dövlət Universitetini bitirmək istəmişəm. Amma arzum gözümdə qald. Allahın bu gününə şükür ki, ikinci ən sevdiyim ixtisas olan tarix müəllimliyinə qəbul olundum. Uşaqlıqdan o qədər siyasətlə, tarixlə maraqlanırdım ki, anam hemişə deyirdi ki, buna bax, elə bil oğlandır. Yox, bir vəkil olacaq, məhkəmələrdə kişilərlə deyişəcək. Heç alınmadı da. Anama deyirəm, gördün, o qədər dedin ki, alınmadı. Amma yenə də qismət... Yəqin məsləhətlisi bu imiş.
Asi
Yaralı yerimdir. Uşaqları çox sevdiyim üçün ibitdai sinif müəllimi olmaq istəmişəm. İnstituta qebul ola bilmədim. Pedaqoji kolleci qutarmışam.Amma işləmək qismət olmadı. Bəlkə də taleyimdə işləmək yoxdur. Çünki nə vaxt iş tapıram, sənədlərimi verməyə hazırlaşram, nəsə bir hadisə baş verir və arzu olaraq qalır. İndi isə işləməyə qoymur. Amma inanıram ki, nə vaxtsa işləyəcəm, Qurban olduğum Allahımdan nə istəmişəm, mənə verib.
dombish
Orta məktəb vaxtından kimya fənnini çox sevirdim. Həftədə 5 saat kimya dərsi keçirdik. Reaksiyaları aparmağı, yazmağı çox xoşlayırdım. Amma təəssüflər ki, kimyaçı ola bilmədim. Tibbi sevirəm, amma inanın 1 iynə vuramağa ürəyim gəlmir. Hətta iynə vurularkən baxa bilmirəm. Sonralar toxumağı sevdim və toxumağı bacardım. İlk dəfədə özümə uzun qollu yun köynək toxumuşdum. Şükür Allahın bu gününə. Xəbərin uğurlu və axarıncı olsun, canım.
Nuriyye
Mənim çox sahəyə həvəsim olub. Məsələn: kimya müəlliməsi, geoloq, politoloq, jurnalist və s. Zaman keçdikcə mən də öz fikirlərimdən vaz keçdim. Tək bir arzum olub, o da həkim olmamaq. Mən ixtisas seçəndə müharibə dövrü idi. Biz də sərhəd rayon olduğumuza görə xəstəxanaya tez-tez yaralılar gətirirdilər. Məktəbdən müəllimimiz bizi xəstələri ziyarət etməyə aparırdı. Düşünürdüm ki, mən heç vaxt həkim ola bilmərəm. Çünki məndə o ürək yoxdur. Axırıncı arzum öz ixtisasım olub, əlhəmdulilah, o arzuma da çatmışam. İnstituda oxuyanda arzuladığım işdə də işləyirəm. Allah hamını istədiyi arzusuna çatdırsın. Amin!
MOON-FLOWER
Mənim uşaqlıqdan arzuladığım ixtisas Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat ixtisası olmuşdur. Həmişə istəyirdim ki, riyaziyyat müəlliməsi olum. Amma imtahanım çox gərgin keçdi. Yəni yığdığım bal riyazziyyat müəlliməsi olmağa kifayət edirdi, amma BDU- yox! İş belə gətirdi ki, mən Azərbaycan Turizm İnstitutuna qəbul oldum. Hal-hazırda da bu institutun tələbsiyəm. Bilirsiz, belə bir deyim var: Allah hər kəs üçün ona yaxşı olanı nəsib edir. Nə olursa yaxşılığa olur. Həqiqətən də düşünürəm ki, mənim üçün yaxşı olan elə bu imiş. İxtisasım Qida-Mühəndisidir. Gələcəyə planlaşdırdığım o qədər arzular var ki... Məsələn, istəyirəm ki, böyük bir restoranım olsun. Adı da "MOON-FLOWER" olsun. Her şeyə özüm riayət edəcəm. Yeri gəlmişkən, bele bir kampaniyam olacaq; Qadin.Netlilərə 50% endirim. Yəni, hər birinizi orda gözləyəcəm. Ehh, arzular, arzular.... İnşallah hər birimizin arzuları arzu olaraq qalmaz....
Ruhəngiz
Bu xəbərində mənə də yer verdiyin üçün təşəkkür edirəm. Mən məktəbi bitirən il test üsulu ilə imtahan yenicə çıxmışdı. Sənədlərimi özüm təkcə apardım. Orada da məni başa salan olmadı. Arzum Xarici Dillər İnstitutunun ingilis dili fakültəsinə qəbul olmaq idi. Baxmayaraq ki, orta məktəbdə 8 il ərəb dili keçmişəm. İngilis dilini mənə qardaşım öyrətmişdi. Yəni, özümə görə pis bilmirdim. İxtisas seçiminə gəldikdə, dedim asandan başlayım çətinə doğru. 5 ali məktəb yaza bilərdim. Birinci Mədəni-Maarif texnikumunu yazdım. Axırıncı Xarici Dilləri. İmtahanı uğurla verdim. Bir neçə müddətdən sonra adımı qəbul olanlar sırasında gördüm. Lakin növbə qəbul olduğum yerin adına çatanda elə bil başıma qaynar su tökdülər. Birinci yazdığım texnikum. Nə qədər ağladım. Qardaşımla Appelyasiyaya getdik. Dedilər oranı birinci yazıb, ora da düşüb. Amma balım İnstituta çatırdı. Dedim oxumayacam. Qohum-tanış dedilər ki, oxu gələn il yenə sənəd verərsən .Gələn il də toyumla əlaqədar bu arzum alınmadı. Allah hamını arzularına çatdırsın. AMİN!
FIRUZA
Elə uşaqlıqdan arzum həkim olmaq olub. Həkim ixtisasına aid hansı fənnlər vacib idisə, o fənnlərdən əlaçı olmuşam. Özümü həmişə də bacarıqlı həkim kimi təsəvvür edərdim, amma fələk deyir sən saydığını say...
Nə isə alınmadı. Hətta mənə evdə deyəndə həkim də olmasan, tibb bacısı ixtisasını seç. Mənə acıq gəlirdi, mən inad elədim ki, ancaq həkim olacam. Amma gərək böyüklərin sözünə baxaydım. Yaxşı ki, iynə vurmağı bacarıram. Təsəllidir nə də olsa... İndiki sənətim də pis deyil. Qazanclıdır, gəlirlidir. Başlıcası insanlara lazımlısan.
First Lady
Mənim ən çox arzuladığım 2 ixtisas olub. 1 jurnalist, 2 polis olmaq. Amma ikisi də elə arzu olaraq qalıb. Tarix müəllimim mənə deyirdi ki, jurnalist olmaq üçün gərək utancaq olmayasan. Qapıdan qovdular, bacadan girəsən, bacadan qovdular pəncərədən girəsən. Səndə o ürək yoxdur. İndi isə müəlliməyəm, işləməyə başlayandan işimi sevməyə başladım. Heç xəyalımda belə müəllimə olmaq istəmirdim. Filmlərdə görürəm polis qadınları, onlara həsəd aparıram. Amma indi heyfsilənirəm ki, gərək arzularımın dalınca gedərdim. Olacağa çarə yoxdur. Bizim dediyimiz kimi olmur.
Gümüş
Əslində uşaq olarkən böyüklər soruşur, böyüyəndə kim olacaqsan. Biz də hər dəfə başqa bir ixtisas deyirdik. Məndən də soruşurdular, amma mən birini deyirdim: Mən dərzi olacam. Amma atam həkim olmağımı istəyirdi. Mənim artıq 25 yaşım var və hələ də dərzi olmaq arzusundayam. Mənə elə gəlir ki, elə bu arzuyla da yaşlanacam. Hal-hazırda heç bir ixtisasım yoxdur.
MAYA EL
Mənim arzum müəllimə olmaq idi. Sonralar bu fikrimi dəyişərək həkim olmaq arzusuna düşdüm. Sinifimizdə 7 qız var idi. Hamımız da həkim arzusu ilə oxuyub hazırlaşırdıq. Çox təssüfflər olsun, heç birimiz qəbul ola bilmədik, amma tibb bacısı ola bildim. Hər kəsə arzusunda olduğu ixtisasa sahib olub davam etdirməyi arzulayıram.
Ayka Nəcəf
Mən Cəlilabad rayonunda 1-ci sinfə getmişəm. Məktəbə gedəndə 6 yaşım tamam olmamışdı. Amma atam mənə "Əlifba" kitabındakı şeirləri, hərfləri öyrətmişdi. Ona görədə yaxşı oxuyurdum.Uşaq olsam da istəyim böyüyüb hüquqşünas olmaq idi. Bu sənətə məni həvəsləndirən anamin xalası oğlunun prokuror və atamın dostunun isə məhkəmədə işləməsi olmuşdu. Heç bilmirdim prokuror nə deməkdi, amma "Prokuror olacam" deyib dururdum. Həmişə Cavanşir dayı (anamin xalası oğlu) məni görəndə deyirdi ki, "bu qiz mənim yolumla gedəcək.Ondakı əzmi mən görürəm". Amma qismət olmadı. İndiyə qədər o sənətə yiyələnməkdən ötrü nə qədər çalışsam da allnmayib. Məktəbi bitirən il Hüquq fakültəsinə daxil olmaqdan ötrü 593 bal lazım oldu. Mən 436 bal yığdım. Sonrakı yerlərə daxil olub oxumağa atam icazə vermədi.Dedi: "Hüquq istəyirsən, oxu, başqa sənəti seçmə". Sonraki il anamın rəhmətə getməsi bu arzumu ömürlük ürəyimdə qoydu.Sag olsun, yoldaşımın təkidi ilə indi universitetə hazırlaşıram, amma 2-ci qrupa. Deyəsən, hüquqşünas olmaq arzum heç vaxt reallaşmayacaq. Buna görə çox təəssüf hissi keçirirəm...
XƏBƏR LENTİ
Ağız içi yaraları, səbəbləri və müalicə üsulları
Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhliz - VİDEO
Azərbaycanda zəlzələ olub
Ramazanı Birlikdə Yaşayaq!
Pritçalar (son)
1,3 milyonluq evi 19 dollara satır-SƏBƏB
Azərbaycan zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı Pakistana kömək təklif edib
"Medcezir"in ulduzu xanımı ilə-FOTO
Beyl yenə ən yaxşı futbolçu sayıldı
Qış vannası qəbul etməyin faydaları
Instagram-ın gələcəyi necə olacaq?
Məşhurların ən böyük peşmanlığı: "İndiki ağlım olsaydı..." - FOTO
Zakir Qaralovdan kadr dəyişikliyi
Azərbaycanda 101 nəfər koronavirus xəstəsi sağalaraq evə buraxıldı
Hansı təmizlik vasitələrindən necə istifadə edirsiniz?
Azərbaycanda bu yerlərdə yaşayış binalarının tikilməsinə qadağa qoyuldu
Tarixin və təbiətin yaratdığı təbii tablolar
Orta məktəb dərsliklərinə yeni mövzular daxil ediləcək
Düşmənin sipər kimi istifadə etdiyi daşın yanında Mübariz İbrahimovun şəkli ucaldıldı
İnsanların daha sonra peşman olduğu 10 şey
Qadınlar bayramı haqda ilginc həqiqətlər
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Revmatizm üçün sınanılmış üsul
Gözəl geyim və aksessuarlar
Hava haqqında - 23.01.2014
Denis Kislov: “Qarabağ münaqişəsi tez, aydın və lazımi zamanda həll edildi”
Siqareti tərgitməyin asan yolu
Həkimləri robotlar əvəz edəcək
Məşhur professordan zəlzələ xəbərdarlığı-VİDEO
Bakı Beynəlxalq Qadınlar Klubu ənənəvi Milad bazarı keçirəcək
Amerikanın saqqız divarı
Məhərrəm ayının ilk gününün müstəhəb əməlləri
İlin Ən Pis filmlərinin reytinqi hazırlandı
Səhnədə gözlənilməz məqam-FOTO
Səudiyyə Ərəbistanı məğlub oldu
Toyuq ilə yay ləvəngisi
Məşhur model toyundan danışdı-FOTO
Günün ulduz falı
Kimdir qadın?
Yüksək təzyiqi aşağı salan üsullar
Lətifələr
Neslihan və Kadir Doğulu karantindən FOTO paylaşdılar
Qlobal istiləşmə 23 milyon nəfərə təsir edəcək
Qurana hörmətsizlik edənlər cərimə olundular
Rezidenturaya qəbul imtahanı keçirilir
Dinlə! Dinləyirəm!
Saç rəngini təbii yolla açan üsul
Gülşenin geyimi diqqət çəkdi-FOTO
Naomi Kempbell Ceylonun paltarında-FOTO
Hər qadına lazım olan 15 məsləhət
- ŞƏRHLƏR