İlk öncə hamınızın Novruz bayramını təbrik edirəm. Bayramın gətirdiyi gözəlliklər bütün ömrünüz boyu davam etsin. Novruz bayramı ən çox sevdiyim bayramdır.Yaxınlaşdıqca ürəyim uçunmağa başlayır, haradansa uzaqdan əziz adamım gəlirmiş kimi sevinirəm.
Uşaqlıqda bir neçə gün öncədən qızlı-oğlanlı həyət-həyət gəzib tonqal üçün taxta yığardıq, qapı-qapı düşüb qonşulara papaq atardıq. Gecə tonqal qalayardıq. Hələ indiyə kimi havadan gələn tonqal iyini o qədər sevirəm ki. Düzdür, artıq üstündən atlaya bilmirəm, amma uşaqlar qalayan kimi mütləq gedib ətrafında dururam.
Novruzla bağlı gözəl xatirələrimlə yanaşı, qəmli xatirəm də var. Balaca idik, həyətdə tonqal qalamışdıq. Qonşu oğlanlar üstündən atlayırdılar. Tonqal çox hündür olduğu üçün biz qızlar atılmağa risk etmirdik. Birdən qonşu qızlardan biri qəflətən tonqalın üstündən tullandı, amma tonqal enli olduğu üçün kənarına yox, yanan taxtasının üstünə düşdü. Ciddi yanıqları vardı, hələ üstəlik, taxtanın paslı mıxı da ayağına batmışdı.
Gülməli xatirələrim də var, birini yazım. Hər Novruz uşaqlarla həyətdə yumurta döyüşdürərdik. Bir uşaq vardı, hamını uda-uda gedirdi. Mən də ona bir neçə dəfə uduzmuşdum deyə, əlindən yanıqlı idim. Ona görə öncədən evdə çiy yumurta boyamışdım. Apardım verdim həmin uşağa ki, gəl döyüşək. Yumurtanı necə vurdumsa, oturduğu üçün sınıb üst-başını buladı.
Hər kəsin qarşıdan gələn, uşaqların sevimlisi, böyüklərin sevə-sevə hazırlıq gördüyü bahar bayramı-Novruz bayramı mübarək
olsun.Ümumiyyətlə mənim həyatım başdan-ayağa məcəralarla doludur) Amma belə deyək də ən yadda qalan xatirələr uşaq vaxtlarımda olub)Deməli, 9-10 yaşım olardı çıxmışdıq qulaq pusmağa xalam qızı ilə.Mən də çox fikir vermirəm, qapıya necə əyilib söykəndimsə qapı açıldı mən də guppultuynan aşdım yerə)Həmin evdə də mənim "mehriban" dostum qalırdı hansı ki, bir gün qabaq onunla dalaşmışdıq oğlanın maması məni görəndə dedi:" ayydaa yenə sən?" )
Selvi (Redaktor)
"Novruz bayramı" sevdiyim bayramlardan biridir. Novruz özünəməxsus xüsusiyyətləri ilə fərqlənən bir bayramdır. Novruz bayramı, təzə ilin, baharın gəlişi deməkdir. Bizim ailədə həmişə Novruz bayramına hazırlıq 1 ay öncədən başayır. Evlər təmizlənir, təzə paltarlar alınır, şirnilər bişirilməyə başlayır.Bu bayramda sevdiyim adətlər var:qapı pusdu, tonqaldan hoppanmaq, kosa və keçəl, yumurta döyüşdürmək, papaq atmaq və s. Torpaq çərşənbəsi hamı kimi bizim ailədə də xüsusi qeyd olunur, xonça bəzənir, aş dəmlənir, şamlar yandırılır, cürbəcür çərəzlər süfrəyə qoyulur.Novruzun xüsusi rəmzi Səməni, belində qırmızı lent süfrəyə qoyulur. Yadımda qalan bir-iki hadisəni sizlərə danışmaq istəyirəm.Bir dəfə dedim "qapı pusmaqa gedəcəm, ürəyimdə niyyət tutdum və getdim". Onu deyim ki, bu qulaq pusqusu həmişə düz çıxır, yaxşı söz eşitdim, deyildi ki, hər şey su kimi axarlı olacaq. Həmin ildə Universitetə qəbul oldum. Novruzda kosa və keçəlin gəlişini səbirsizliklə gözləyib sevinirəm. Yadımda qalan bir gülməli hadisə olub. Biz uşaqdıq, dedik bu dəfə Novruzu gedək rayonda qeyd eliyək. Deməli, rayonda evimizdəyik, gördük ki çala-çala kimlərsə həyətə girir, mən sevinərək qışqırıb bacımı çağırdım, kosaynan keçəldir. Deməli, bunlar gəldilər oxuyub, oynadılar, bacım da balkonda yuxarıda oynayırdı, pullarını verdik yola saldıq. Bunlar bilmədilər ki, bizim həyətdən əmimgilin həyətinə keçmək üçün qapı var.Bunlar küçəyə çıxıb əmimgilə getdilər, onlar ora çatana kimi bacım həyətin içindən keçdi əmimgilə. Bunlar gəldilər oynadılar, bacım mahnı sifariş edir ki bu mahnını çalın, oynayın sizə pul verəcəm. İnanırsız bu yazıq kosaynan keçəli nə qədər oynatdı, deyiləsi deyil. Biz nə qədər güldük. Onlarda nə yorulur, nə də dayanırdılar. Ard-arda oyna ki oynayasan. Sonra papam pullarını verib yola saldı. Hər Novruzda bu əhvalatı yadımıza salıb gülürük. Novruz, novruz bahara,
Güllər, güllər nübara,
Bağçamızda gül olsun,
Gül olsun bülbül olsun,
Bahar gəldi, Bahar gəldi, Xoş gəldi,
Xəstə könül onu görcək dirçəldi.
Allah bu Novruzda xalqımıza əmin-amanlıq, bol ruzi-bərəkət qismət etsin inşallah. Xalqımızın üzü daima sevincdən gülsün inşallah . Bütün Qadın .Netliləri, həmkarlarımı,Qadın.netin bütün kollektivinin Novruz bayramını təbrik edirəm, bayramınız mübarək olsun!
duygu (Sapfir)
Qapı pusmağa getmişdim.Mən pilləkənləri aşağı düşəndə nəzərimdə tutduğum qapı ilə üzbəüz qapı təsadüfən döyüldü.Qapını açdılar və bir xanım gələn qonağa dedi: ” Xoş gəlmisiz.Bayramınız mübarək.Keçin içəri.Həmişə siz gələsiz.Keçin içəri bir çayımızı için.” Mən də eləcə pilləkəndə qalmışdım.Eşitdiyim sözlər məni nəzərimdə tutduğumu qapını pusmaq fikrindən daşındırdı və mən evə qayıtdım.
BEST OF ALL (Nəzarətçi)
Novruzu uşaq vaxti indikindən daha cox sevirdim məncə.Bilmirəm,nəsə hər şeyin dadi qaçıb elə bil.Anam, nənəm,bibilərim bir yerə yığışıb bayram şirniyyatlarini bişirəndə biz uşaqlar ücün əsl bayram o vaxtdan başlıyırdı.Özü də maşAllah,bir sürü bibim uşagi var,hamımız yığılanda elə bil mitinq olurdu evdə)Bayram falına baxırdıq (əslində inanmıram amma əyləncə ücün ) oyunlar oynayırdıq.Köməyə çağiranda elə şüvən qoparırdıq ki,elə bil sürgünə çağırırlar)Həmişə atamın yanına gedirdim ki",qoyma da məni işlətsinlər,ay ataaa)"Bir dəfə axır çərşənbə günü fala baxırdıq.Qızlar dedi,"şamı əridib su dolu kasaya tökürsən,gələcək həyat yoldaşının adının baş hərfi görsənir"Mən də elədim "M" hərfi cixdi.Bütün ömrüm o "M"-nı axtarmaqla keçdi) Niyəsə hər dəfə elçi gələndə tanımadığım adamdırsa,tez adını soruşurdum)Sonra gördüm olmuree, əlifba qurtarır,mən də "Z" ilə evləndim.
Seva (İstifadəçi)
Mən Novruz bayramını çox xoşlayıram.Ümumiyyətlə xoş olan hər şeyin uzun müddətli olmağını istəyirəm. Novruz da ki, 1-ci çərşənbədən artıq bayram əhvalını yaşadır bizlərə.Demək olar ki, mart ayının hamısı Novruza aid olur ona görə də Novruz bayramı mənim sevimli bayramımdır.Uşaqlığım elə gözəl məhlədə keçib ki, şəhər yeri olsa da bina adamlarının hamısı rayon adamları olub.Çox mehriban olmuşuq, hər qonşu bir-birinə Novruz biş-düşünə kömək edərdi.Mən balaca olsam da gecə yarısına kimi anamgilin yanında oturub maraqlı söhbətlərinə qulaq asardım.Heç başa da düşmürdüm.Mənə xoş olan bayram abı-havasını duymaq idi ki, ona da nail olurdum. Sonra mürgüləyib stolda yatardım mama da əsəbləşib zorla yerimə qovardı.Amma heç getmək istəməzdim.Tonqallarımız.. Eehh.. Mama evə çağırmaqdan yorulardı, bizsə yalvarmaqdan.Gözəl günlər idi burnumun ucu göynəyir.Ən maraqlı hadisə nişanlı olanda olub. Yoldaşımın ailəsi bayramlığa gəlmişdi, mən də yumurta boyamışam 1-nin də üstünə boyayanda XS yazmışam.Stol ətrafında oturmuşuq, birdən baldızım dedi ki, yumurtaları döyüşdürək.Yoldaşım baxdı dedi :"hansın götürüm?"Mən adımız yazılanı verdim o yazıya.Fikir vermədən başqasını götürmək istədi elə bu dəm qaynatam dedi ki "bala onu götür, görmürsən üstündə adın yazılıb?" İnanın nə qədər utanmışdım. Hələ də yadımıza düşəndə hamı deyib gülür amma mən utanıram.
FIRUZA (Yaqut)
Novruz xalqımızın ən əziz bayramıdır.Ona görə də nənələrimiz bu günləri "əziz gün" adlandırıblar.Bilmirəm nədənsə, biz tərəflərdə ilaxır çərşənbə xüsusi ilə qeyd olunur.Bu il də çərşənbə ilə Novruzun arası bir gün çəkəcək.Yadıma gəlir mən uşaq olanda anam bizi aparırdı rayonda "uşaq aləmi" deyilən maqaza var idi, orada başdan-ayağa bəzəyərdi.Cox sevinərdik.Təzə nə alınırdısa bayrama saxlayardıq.Novruz bayramında nə inanclar var idisə bunları biz də axır çərşənbədə yerinə yetirərdik.Tonqal qalamaq,qulaqasdıya getmək,papaq atmaq(bizdə qurşaq atmaq deyilirdi).Tonqal dedim yadıma düşdü.Yekə bir tonal qalanmışdı.Qonşu qızıynan bir-birimizdən xəbərsiz o tərəfdən o, mən də bu tərəfdən toqquşduq kələ-kəlləyə gəldik,mənim ipək paltarım yandı.Bir dəfə də qulaqasdıya getdim.Həyətə çata-çatda pəncərədən başıma su tökdülər.Təmiz su olsaydı yaxşı idi.Qonşu qabları yuyub,çölə atırmış.Qanım qaraldı.
Sonra o biri il nişanlanmağımı tutmuşdum, qapının arxasında durmuşdum ki, qulağımı açdım və bunu eşitdim "qələt eləyir, ondan böyük var" .Demə bunlar evdə danışırlarmış ki, kiçik oğlana velosiped alaq,ata da belə deyir.Nəsə həqiqətən də məndən böyük qardaşım o il evləndi, sonra mən nişanlandım .Ona görə də mən qulaqasdıya inaniram .Odur ki, bayram axşamı xoş danişin, qoy sizin qapıya ümidlə gələn xoş sözlər eşitsin!Axi bu bizim ən əziz günümüzdür.Novruzumuz mübarək və həmişə əziz olsun!Neçə belə ilərə çıxaq!
•в—Џа№‘Ы© Endless Love ۩๑●• (Mirvari)
Novruz bayramını elə də sevmirəm. Amma bir Novruz mən özüm səməni qoymuşdum (adətən hazır alırıq), həsrətrlə səməninin çıxmasını gözləməyim yadımdadı. Bizi heç vaxt anam qoymurdu papaq atmağa .Bir dəfə qonşu qızı gəldi ki,"gəl gedək papaq ataq". Dedim "anam qoymur, təəccüb qaldı". Nə isə anamı razı saldı. Mən də sevinə- sevinə getdim papaq atmağa. Həmin Novruz mənim üçün yaddaqalan oldu.Bir də keçən Novruz bayramı yadımda qalıb. Bizdə bina evi olduğuna görə, qapı pusmurduq heç vaxt. Həm qonşularımız çox vaxt evdə olmurlar.Xalaqızı da dedi ki, "qulağını tut, çıx balkona, aç pəncərəni, nə söz eşitsən onu yozarsan". Mən də o deyən kimi etdim.İndi durmuşam balkonda nə gələn oldu, nə gedən. 5-10 dəqiqə belə gözlədim. Gördüm yox heç nə eşitmirəm kor-peşman gəldim evə)
Hardasa 9-cu sinifdə oxuyanda çay paketlərinin içində hədiyyə olurdu, bəzən isə hədiyyə yox, bir vərəq çıxırdı ki," bəxtinizi bir daha sınayın". Mən də bunlardan çoxlu yığıb saxlamışdım. Novruz bayramı günü biləndə ki, papaq atan dəqiq mənim yaxın tanıdığım adamdır, içinə bu vərəqi qoyub qaytarırdım. İki- üç dəfə etmişdim. Özümüz papaq atanda isə içinə yazıb qoymuşduq ki, papağa hinduşka əti qoyun).
M...A .Zeynalli (İstifadəçi)
Bütün Qadin.Netlilərin bayramını təbrik edirəm.Mən bu bayramı çox sevirəm, çünki bütün küçəmizdə nə qədər ev var hamısı tonqal qalayırdı.Qızlar yığışıb söhbət edirdik ,bayramlaşırdıq.Qohum-əqraba yığışırdıq bir yerə hamımız.Ən yadımda qalan hadisə bunlardı:Bir dəfə 3-də, 4-də oxuyardım ağladım ki, mən də gedəcəm qodu-qoduya.İlk və son dəfə getməyim oldu.Papağı götürdüm getdim qonşunun həyətində gizləndim.Bəlkə 15 dəqiqə gözlədim çıxan olmadı.Gəldim evdə dedim ki,heç kim çıxmadı.Hami güldü sonra bildim ki,gedib çağırmaq lazım imiş, nə bilsinlər ki,mən ordayam.Bir dəfə də 5 qız yığıldıq, getdik qapi pusmağa yenicə həyətə girmisdik ki, küçəmizin oğlanları qapını bağladılar qaldıq həyətdə.Elə qışqırırdıq ki, evdə nə qədər adam var hamısı çölə çixdi.Biabır olduq bütün.Ən yadımda qalan bunlar idi.
Gümüş (İstifadəçi)
Hamının Novruz bayramını ürəkdən təbrik edirəm.Novruz deyərkən insanın uşaqııq anları gözünün önündə bir anlıq canlanır.Nəsə əvvəlki bayramları, indiki bayramlarda axtarıram. Uşaq olarkən papaq atırdıq, tonqalın üstündən atılırdıq, və s. İndi artıq yaşa dolmuşuq evdə şəkərbura, paxlava, şorqoğalı bişirmək bizə düşür.Amma bu il bizə maraqlı oldu.Çünkü evimizdə nişanlı oğlan var təbi ki, qız evinə bayramlıq getməlidir. Bu da Novruz bayramı kimi köhnə adət ənənədir.Ailədə ən əziz adamlar qız evinə bayram sovqatı aparır.Arzum budur ki, bütün subaylara bu bayram sovqatından qismət olsun.Bizim uşaqlıqda etdiklərimizi indi uaqlarımız,keçmişdə böyüklərimizin etdiklərini biz edirik. Bu belə olub, olur və olacaq.
xanim cabarova (İstifadəçi)
Hamı kimi Novruz bayramını lap uşaqlıq vaxtımdan çox sevirəm.O vaxtlar Novruzun gəlişini səbirsizliklə gözləyirdik.Qonşulara papaq atmağa gedirdik.Çox maraqlı idi.Indi də mənim ücün maraqlıdır.Amma papaq ata bilmirəm).Nə isə bir hadisəni yazım.Kecən il Novruz bayramında Azərbaycanda idim.Bayramı öz kəndimizdə keçirirdik.Od çərşənbəsi günü həyətdə tonqal qaladıq.Hamımız tullandıq.Oğlum o vaxt hələ 8 aylıq idi.Qaynanam aldı onu qucağına tonqaldan tullandirmağa.Bir dəfə, iki dəfə, üçüncüdə qaynanamın ətəyi alışdı.Yaxşı ki, bir azca yandı.O hadisə mənim ücün yadda qalan oldu.Həm ona görə ,həm də oğlumun ilk Novruz bayramı idi ona görə.Allah bütün balaları saxlasın.Öz adımdam bütün Qadın.Netlilərin bayramlarını təbrik eləyirəm.Qoy bu Novruz bütün evlərə bolluq,xosbəxtlik gətirsin.Amin!
♥TuTu ♥ (İstifadəçi)
Novruz bayramını çox sevirəm.Baharın gəlişi, təbiətin oyanması mənə xoş təsir edir.Bayramla bağlı xoş xatirələrim çoxdur, amma deyim ki, ən gözəl bayramlar uşaqlığımda olub.Papaq atardıq,qulaq falına çıxardıq,inanmasaq da fallara baxardıq)Bayramla bağlı bölüşmək isdədiyim budur ki, böyük çərşənbə idi, axşam qapımıza eləcə papaq atırdılar .Yenə qapı döyüldü qapını açdım ki, papaq yox kisə atıblar məəttəl qalıb necə "mama" qışqırdımsa qızlar indi də mənim necə qışqırdığmı danışıb gülürlər)Bunu da deyim ki, bayramlar kənd yerlərində daha maraqlı qeyd olunur.Şəhərdə sadəcə böyük çərşənbədə balaca tonqalımız olur.Əiz Qadın.Netlilər, Novruz bayramınız mübarək olsun. Allah ruzinizi bol eləsin.
Rozalina (Zümrüd)
Hardasa 3-cü 4-cü sinifdə oxuyurdum. Oturmuşduq evdə, anam, qardaşım və mən. Birdən qapı döyüldü, dedik yəqin papaq atıblar. Mən düşdüm həyətə, soruşdum ki, kimdi? Dedilər ki, kosadı, keçəldi. Mən də qaçdım açdım )Mən elə qapını açanda gördüm ki, nə kosa nə keçəl?)Oglanlardı, başlarına qırmızı vedrə qoyublar ) Qorxdum, qapını bağlamaq istədim, bunlar itələdilər qapını, necə qışqırıb, anamgili cagirdimsa, qaça- qaça gəldirlər, zorla bağladıq qapını)Ondan sonra dərs oldu mənə, tanımadığım adama qapını açmırdım.
Deniz84 (İstifadəçi)
Biz 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yaşayırıq.Novruz bayramında da ən çox papaq 1,4-cü mərtəbələrə atılır.Bilmirəm bəlkə də daha yuxarı çıxmaga yorulurlar.Nə isə keçən il bayramda qapı açıb baglamaqdan yoruldum.İnanın ki,otağa keçənə kimi qapı yenə döyülürdü.Birdən 5-6 papaq birdən atılırdı.Papaqların içində biri eyni papaq idi.Bəlkə bayaqdan 10 dəfə atılırdı.Evdə də qonaqlar mən bilmirəm qonaqlara qulluq edim, yoxsa bu papaqları doldurum.Qapı yenə döyüldü.Açdım ki, bu papaq bayaqdan ən az 10 dəfə atılıb.Və mən bir kagız götürdüm yazdım "bəxtinizi bir daha sınayın".Və papağı yerinə qoydum.Bütün Azərbaycanı Novruz bayramı münasibəti ilə təbrik edirəm.
а®њ а®њNuray а®њ а®њ (İstifadəçi)
Hamınızın Novruz bayramınızı təbrik edirəm.Ürəyinizdə nə arzunuz varsa yeni ilimizdə həyata keçsin, sağ-salamat.
Hər il səmənini butulkada qoyardın.Keçən il də birini başqası üçün, birini də özümə qoydum.O biri nə qəşəng yolka kimi çıxdı, mənimki isə bir tərəfli çıxdı(Çox pis oldum.Bu il də qabda qoydum.Yenə də birtərfəli çıxdı əsəbimdən onu atdım.
SELENA (Aliyə Aslan) (Zümrüd)
Novruz ən çox sevdiyim bayramdır. Mart ayının 21-i baharın gəlişi ilə əlaqədar bayram edilir. Bütün Azərbaycan xalqının ən əziz və gözəl bayramlarından biridir. Bu bayram digərlərindən şən adət-ənənələrinin olması ilə seçilir. Novruz bayramı başdan-başa gözəl hadisələrlə doludur. Bilmirəm bunu ən gözəl hadisə adlandırmaq olar ya yox?Amma mən 4-cü sinifdə oxuyanda qardaşımla birlikdə nefti boşaldıb əvəzinə həmin qaba su yığmışdıq. Axşam da atam o qabda neft olduğunu zənn edib suyu taxtaların üstünə boşaltmışdı. Yaxşı ki, taxtaların hamısı islanmamışdı yoxsa bayramı tonqalsız keçirəcəkdik.
Bir də bayram sabahından çox xoşum gəlir. Qızlarla fala baxırıq, nə isə həmin günü səhərə qədər yatmaq yoxdur. Məzəli, gülməli söhbətlərlə sabahı qarşılayırıq.
Hamının bayramını təbrik edirəm. Neçə-neçə belə gözəl bayramlar qarşılayaq. Amin!
a.angel (İstifadəçi)
Bir dəfə bayramda qulaq falına çıxmışdıq bacımla.Balaca idik.Marağa görə çıxmışdıq.Rəhmətlik nənəmgilin pəncərəsinin altında durmuşduq.Birdən pəncərə açıldı və nənəm dəm caynikinin içini yaxalayıb tökdü üstümüzə.Təbii ki bilmədən.Yadımda qalan tək budu təəssüf ki. Neçə belə bayramlara çıxasız.
Kamailba (Yaqut)
Ən çox sevdiyim Novruz bayramıdır. Novruz Bayramında həmişə maraqlı hadısələrlə rastlaşmışam. Bir dəfə bizə papaq atmışdılar. Papağı götürdüm və içinə boluca şiriniyyatlardan qoydum.Daha sonra yenidən papaq atdılar və mən yenə də papağın içinə bolluca şiriniyyatlardan yığdım.Bu düz 5 dəfə təkrarlandı.Daha sonra qapının gözündən baxdım ki, papağı atan elə eyni adamdır və mən papağın içinə 1 dənə qoz qoydum .Onda çox gülmüşdüm .Papağı gəlib götürəndə təəccüblə papağın içinə baxdı.Daha qapıya həmin gün papaq atmadı.Maraqlısıda odur ki,bir də baxdım evdə şiriniyyatlardan çox az qalıb ).Səhərisi gün şiriniyyatlardan yenə də bişirdik.
Mən heç zaman papaq atmamışam.Ancaq tonqaldan cəmi 1 dəfə atdanmışam, o da sönənə yaxın çünki çox qorxuram. Sonunda hər birinizin “Novruz bayramı” münasibəti ilə səmimi qəlbdən təbrik edirəm.Qoy süfrəniz hər zaman bol və ruzi bərəkətli olsun.Arzu edirəm ki, hər gününüz bahar təravətli, bahar sevincli olsun!
XƏBƏR LENTİ
Şəki Xan sarayında Çinar aşdı - 19 yaralı/VİDEO
Azərbaycanda ali məktəblərə qəbul olanların nəzərinə
İlk hamiləlikdə yaranan suallar
Dişləri də ağardan süd pəhrizi
Doğruluğun mükafatı
HAVA necə olacaq? 19-yanvar
Gökçe Bahadır gözəlliyi ilə heyran etdi-FOTO
Azərbaycanda zəlzələ oldu
Xərçəng xəstəliyinin əlamətləri
Cahandar ağa vəfat etdi
Qarğıdalı şorbası
Azərbaycanda koronavirusa yoluxanların ən çox olduğu bölgə açıqlandı - RƏSMİ
Məktəblərə XƏBƏRDARLIQ
Avropa Şurası Azərbaycandan imtina etdi
Putindən Dağlıq Qarabağla bağlı növbəti çağırış - VİDEO
Yeni serial başlayır-FOTO
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Şimal bölgəsinin sakinləri Qusarda səyyar "ASAN xidmət"dən yararlana biləcəklər
Qadin.Netlə birlikdə hamiləlik (XV həftə)
Qeyri-adi üzüklər
Avropa ölkələri karantin məhdudiyyətlərinə qayıdır
Qadınları qıcıqlandıran 8 əsas səbəb
"Tıxacların qənimi"
Makiyajla gözləri böyük göstərməyin yolları
Dəmir yolunda qiymətlər qalxır?
Günün ulduz falı
Bürclərin son 10 ildə keçirdiyi dəyişikliklər (2)
Soyuq havalarda gözləri necə qorumalı?
Cəbhədə atışma oldu
İlham Əliyev: “Ermənistan öz məğlubiyyətini etiraf edib”
"Qarabağ" büdrədi, "Neftçi" liderliyə yüksəldi
Bakıda havanın çirklənməsinin qarşısını necə almaq olar?
Azərbaycanın 7 boksçusu Avropa çempionatının 1/4 finalına yüksəlib
Sabah dünyanın gözü İlham Əliyevdə olacaq
57 kq arıqladı,görənlər tanımadı-FOTO
Əl işi boyunbağı (özün düzəlt)
Eminem sosial şəbəkədə telefon nömrəsini paylaşdı
Acun canlı yayımda 51 milyon topladı
Həkimi Anita Soya qadağa qoyudu-SƏBƏB
Ölkə şokda: Nəfəs alan xəstəxanalıq olur
Dünya ulduzları reklam çəkilişində - FOTO/VİDEO
WhatsApp yeni rejim işə düşəcək
Tikinti bazarında nə ucuzlaşıb, nə bahalaşıb?
Çölmək kabab (foto resept)
Onlayn alış-verişin hansı mənfi tərəfləri var?
Kıvanç Tatlıtuğ nişan üzüyünə görə 6 MİLYONDAN İMTİNA ETDİ
"Орел и Решка" - Баку
Yeni qaş trendi: Balıq quyruğu
MG GT artıq sirr deyil
İnteryerdə incəlik
- ŞƏRHLƏR