Qadın.Netin daimi sakinləri. Oxuyanlar bilir ki,bu xəbərimin 3-cü hissəsidir. Çox sözə gərək yoxdu. Xəbəri bəyənənlər çox oldu. Buyurun oxuyun.
Nurlana
Nə deyim vallah. Birdi-ikidi bəyəm? Yadımda qalanları desəm sayt dolar. Divar kağızlarını cırardım,divanın üstündən kreslonun üstünə məşhur atlet kimi tullanıram. Bir dəfə ət maşının içinə paltar düyməsi atmışdım. mamam xəbər tutanda artiq gec idi. Maşının bıçağı sınmışdı.Ümmiyyətlə mənim indi yazığım gələn insan bizdən bir mərtəbə aşağı qalan qonşumuz idi. O yazıq qadının təzə yuduğu paltarları tamata bulamışdım bir dəfə. Qar yağanda evdə əlimə keçəni yerə atardım ki,həmən əşyanın izi qalırdı yerdə. Ən çox da kiçik əmimin başına olmazın oyunlarını gətirərdim. Mən balaca olanda o tələbə idi, bizimlə qalırdı Bakıda. Bir dəfə gəzməyə gedəndə evdəki kimi onunla gizlənqaç oynamaq istədim. Təsəvvür edin, şəhərin mərkəzində bulvarda qaçıb ağacın arxasında gizləndim ki məni tapsın. Əmim dondurma alıb geri çönəndə məni görmədi. İnanmazsız nə günə qalmışdı. O qədər axtardı məni. Bulvarda o vaxt milis işçilərini tökmüşdü. 1 saatdan çox ağacın arxasında gözlədim axırda yorulub həmən yerdən çıxdım. Amma əmimi tapmadım. axşam düşəndə ağladım. Bir rus qadını məni sorğu -suala tutdu. Sonra əlimdən tutub yaxınlıqdakı polis məntəqəsinə apardı. Evdəkilər məni tez tapdılar. Amma əmim o gündən sonra mənimlə gəzməyə çıxmadı. Biləndə ki, gizlənqaç oynayırdim onunla o zaman bərk acigi tutdu. Uşaq ki, uşaq. Düşünəndə ki, mənim oğlum o hərəkətləri etsə mən dəli olardım. Hərdən balaca Fuadım dəcəllik edəndə mən də ona hirslənirəm ki, bu uşaq kimə oxşayım dəcəllikdə. Atamla anam bir ağızdan "özünə"-deyirlər. Eh keçdi o günlər. O günlərə gün çatmaz yaxşı deyiblər. Allah balalarımızı saxlasın. Çox sag ol əziz bacım minnətdaram ki,mənə də söz verdin.
Dj musi
Mən balaca olanda o qədər də dəcəlliyim olmayıb sakıt uşaq olmuşam. Ama yadımda qalan biri var. Hardasa 5-6 yaşım olardı konfet xoşlamışam mən də uşaqlar kimi.Anam konfetləri gizlədirdi elimizdə.Mən də görmüşdüm şkafa qoyanda.Hamı həyətdə olanda çıxdım konfet üçün. Konfetlə bərabər şkaf da gəldi üstümə. Hamı həyətdən qaça qaça gəldilər ki, nə oldu? Mən də heç nə olmamış kimi durmuşam. Konfetləri gizlədirəm ee. Ən çox bu qalıb yaddaşımda. İndi də mənim uşaqlarım konfeti cox xoşlayırlar həmişə atam bunu yadıma salır
Lalə..
Çox sağ ol can..Deməli belə..Qonşumuzun bağında heyva ağacı vardı. Üstü hər payız dolu olurdu. Təbii ki,
Mən də öz payımı götürürdüm(bağ yiyəsindən xəbərsiz). Bir dəfə də hədiyyəmin dalınca caamatın bağına gedəndə qoca (bağın sahibi)məni gördü.Və dedi:
-Qızım,utanmırsan nadinclik etməyə? Axı sən məktəblisən,böyük qızsan. Mən də o qədər sakit idim ki,Allah heç bir evə mənim kimisini göstərməsin.
Ağacın başından kişinin üzünə durdum ki,heyva oğurlamıram,elə belə çıxmışam ağacın başına. Kişi bağın qapısını bağladı və dedi: “Onda elə belə qalarsan orda” Axşamacan gözlədim,gördüm yox e baba ciddi-ciddi məni burda saxlamaq niyyətindədir. İstədim ağacdan hoppanim..Hoppandım da,amma it günündə. Yazıq kişi peşman oldu,gəlib məni qaldırdı yerdən. Dedi ki,ağlama eybi yox,böyüdün daha. Məni saxlamaq olar? Cumdum evə nənəmə dedim:"Nəriman baba məni bağda saxladı". Nənəm də yeriniz məlum getdi kişinin abrını bükdü. Amma,bu hadisə yadımda dəcəllik kimi yox,vicdan əzabı kimi yadımda qalıb. Sonra o evdən köçdük. Hər dəfə qonşuluqda yaşayan babamgilə qonaq gedəndə Nəriman baba mənə deyirdi:" Sən yenə burdasan? " Elə utanırdım ki. Səhvlərimə görə üzr istəməyi böyüdükcə öyrəndim. Yaxşı ki,öyrənmişəm. Ölməz Yaşar Nuri demişkən: “Öyrənməsəm,biabırçılıq olardı”
Pervane
Deyirlər qızlar şeytan olur.Bu doğrudan da belədir.Bu şeytanlıqdan,dəcəllikdən,ərköyünlükdən mənə də bir az pay düşüb.Qohumlar,yaxınlar məni daha çox əzizləyirdilər.Mənim də həddimi aşmamaq şərtilə bəzi dəcəlliklərim olurdu.Deməli 3-də ya da 4-də oxuyardım nənəmi çox istəyirəm.Elə o da bizi çox əzizləyir.Nənəmin (uzunömürlü Şirəli Müslümovun qızıdı nənəm) uzun saçları var.Onun saçlarıyla oynamağı çox xoşlayırdım.Bir dəfə də yenə nənəmin saçlarını darayıb hördüm və hörüklərin ucuna iki dənə yekə qırmızı bantik bağladım.Nənəmin xəbəri olmadı.Yaylığını bağlayıb getdi maqazinə,bantiklər də belində sallanmış vəziyyətdə.Maqazındə görüb ona demişdilər ki, bu nədi belə?65 yaşlı xanım kürəyində bantiklə biabır olmuşdu.Bir müddət ondan danışıb güldülər.Bir dəfə bibimlə qoşalaşıb qonşumuzdakı kardeoloq həkimgilə zəng vurdum.Səsimi dəyişib yalvar-yaxar elədim ki,ay doktor tez gəlin xəstə var.Yaxınlıqdakı kəndin ünvanın verdim.Üstündən 10 dəqiqə keçməmiş qonşu həkim əlində çamadanı getdi dediyim ünvana.Amma sonrasından xəbərim olmadı.7 ya 8-də oxuyardım(həmişə də əlaçı olmuşam).İkinci mərtəbədə yaşayırdıq.Qonşumuzda kök yekə xala vardı, həyətdən keçirdi, mən də qalmışdım balkonda.Birdən gicliyim tutdu qazanda su vardı, onu nə təhər səpdimsə həyətə, xala islanmış cücəyə döndü.Mən isə qaçdım içəri.Qorxudan öldüm ki, mamam bilər, məni öldürər.Amma bilən olmadı.Deyəsən uzun danışdım.Hələlik bu qədər bəsdir.Bunlar isə keçən günlərdən qalan xoş xatirələrdi.Heç vaxt da dəcəlliyimə görə cəzalandırılmamışam.Evdə-ailədə həmişə yerimi bilmişəm,yersiz hərəkət də eləməmişəm.Amma indi o dəcəlliklərdən heç bir əsər-əlamət belə qalmayıb.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusla bağlı SON STATİSTİKA
31 oktyabr tarixdə bu gün
Gözəl bədən üçün idmanlar
Azərbaycanın vulkanlarında monitorinq aparılacaq
Sabahın HAVAsı
Dağlıq Qarabağdakı sülhməramlılar hansı vəzifələri yerinə yetirəcək?
Göbələk salatı (foto resept)
Hamilə qadınlarda dəmir mübadiləsi
23 dildə sevirəm səni
Məktəbli formaları bahalaşmayıb - QİYMƏT
Günün qoroskopu:Pullarınızı ağılla, məntiqlə xərcləyin
Fotoşəkildə gözəl görünməyin 5 Yolu
Rəhmətə getmiş şəxs üçün hansı əməllərin edilməsi vacibdir?
Günün ulduz falı
"Eurovision"ın qalibi İsrail oldu-VİDEO
Bu gün Bakının bəzi ərazilərində qaz olmayacaq
Virusun sürətlə yayıldığını sübut edən eksperiment keçirildi – VİDEO
4 günə 4 kiloqram
2018-gündəmini Demət Akalın zəbt edib
Dərini nəmləndirən heyva çəyirdəyi maskası
Ayaqları bağlanan qadınlar
Dövlət rabitə operatorunun genişzolaqlı internet şəbəkəsi istifadəçilərinin sayı artıb
Mehmet Ali Erbilin vəziyyəti yaxşılaşıb
Səhər oyana bilməyənlər üçün günlük kombinlər
Filipp Kirkorov Bakıya gəldi
1 yaşına qədər uşaqlara pnevmokok peyvəndlərin tətbiqinə qısa müddətdə başlanılacaq
Çox yaşamaq istəyirsinizsə...
Azərbaycanda yazın ilk ayı üçün hava proqnozu açıqlandı
Bakıda mənzillərin qiymətləri
"Ermənilərə kənardan dəstək olmasa, Qarabağı 10 günə azad edərik"
Zoğal haqqında bilmədiklərimiz
Ruslar kütləvi şəkildə Finlandiya vətəndaşı olurlar
Günün qoroskopu: Uğurlu gündür!
Azərbaycanda zəlzələ oldu
Tövlədə tapılan maşın 23 milyon dollara satıldı
Olimpiya çempionumuz yeni vəzifəsi haqda danışdı
Kirpiklərim çox qısadır, necə uzada bilərəm?
İQ səviyyələri ən yüksək olan 20 DAHİ
Yanlış pəhrizlər sağlamlıq üçün təhlükəlidir
Bülent Ersoy sətəlcəm oldu
Mayonezli peçenye (foto-resept)
Azərbaycanda nikaha girən işsiz cütlükdən biri dövlət tərəfindən işlə təmin ediləcək
Hipertoniyanın müalicəsində irəliyə doğru mühüm addım
WhatsApp-da daha bir yenilik
ABŞ-da Zika virusu daşıyıcıları artıb
Kənan "Selena"sı haqqında danışdı-FOTO
Sarkozi 29 yaşlı məşhur aktrisa ilə evləndi
Hər zövqə uyğun taclar
11 noyabra hazırlaşın: MÖCÜZƏ BAŞ VERƏCƏK
WhatsApp-dan növbəti yenilik
- ŞƏRHLƏR