Qapını sərt döyən Sevinc xanımın qaynı qızı, Best Of All-un əmisi qızı, kişi xarakterli, zakon xırdalayan, dilli Mahiradır. Sevinc qapını açaraq:
-"Aaa, Mahira xoş gəlmisən, bəs qızım, qapını niyə sındırırdın?" deyib gülümsədi.
Mahira:
-"Heç, ay bibi, Taysonla rinqə çıxacam deyə yumruğumun gücünü yoxlayırdım", deyib gülərək salamlaşdı. Best, SəRRaS, Ləman Mahiranı görər-göməz dedilər:
Mahira imkanlı ailənin övladıdır, elçiləri çoxdur, hələ seçim eləyir. Yaxınlarda növbəti məmur oğlu elçi düşsə də Mahira Sərt dilinin şirinliyini, ürəyiyumşaqlığını, düşüncəsini dilə gətirərək:
-"Kağız parçasına qaçsam xoşbəxtliyim də məndən qaçar", deyə cavab vermişdi.
Mahira Ləmandan qaynanasını, nişanlısını soruşdu. Deniz84 dedi:
-"Bəs nə əcəb baldızlarını soruşmadın?
Mahira zarafatca dedi:
-"O bitli başların nəyin soruşum?"
Qızlar gülüşdülər. Best dedi:
-"Toy hazırlıqları gedir deyə Ləmanı evdə görmək olmur."
Mahira dedi:
-"O gün marketdə Madamı gördüm, elə bil marketin behini verirdi, aldı doldurdu.
Sərras dedi:
-"Həə Makkuş, Madamın bacısı Fidan da Ləman kimi bişirib düşürəndi."
Sizə danışım Fatma xanımın qaynı qızı kristendən_.
Kristen insanı yola verən, tez əsəbləşib ürəyinə salandır, evlidir, hamilədir. Bibisi Pervane ilə zəngləşib Fatma xanımgilə gəliblər.
Fatma xanımgilin evi qonaqlı evdir.
Gəlib görürlər Samir də burdadır. Nə isə, görüşürlər, söhbətləşirlər. MikaMilus kristenə deyir:
-"Eşitdim hamiləsən?
Kristen də gülərək deyir?
-"Yox, mən kristenəm.
Mikamilus da gülür deyir:
-"İnan, mən elə bilirdim sənin 2 uşağın var, hamilə olduğunu eşidəndə təəccübləndim.
Kristen deyir:
-"Yooox, nə 2 uşaq, sən elə danışdın elə bil dövlət işinə düzəlmişəm, hər il bir uşaq dünyaya gətirməliyəm.
Gülüşdülər. Fatma xanım qudası Sevincə zəng eləyib onları axşam yeməyinə dəvət etdi.
Saat dolandı, vaxt ötdü, axşam oldu. Sevinc xanımın telefonuna zəng gəldi. Zəng eləyən bacısı Gülşən29 idi. Sevinərək dedi:
-"Gözümüz aydın, 2 günə bacımız Günel Əsədova gəlir."
Sevincgil 4 bacıdırlar-Sevinc, Günel Əsəsdova, Maya El, Gulşən29.
Günel Rusiyada yaşayır, 2 günə Vətənə dönəcək, toy qabağı bacısına dəstək üçün.
Sevinc xanım dedi:
-"Gülşən29, şad xəbər olasan, elə indi Fatma xanımgilə gedirdik, ürəyimi daha da açdın."
Fidan zarafatla Samirə dedi:
Samir də əmisi qızına dedi:
-"Pul sayan mən olacamsa yüz faiz o pul kəm çıxacaq", deyib gülüşdülər Bu an qapıdan Sevinc xanımla Fatma xanımın səsi gəldi. Gözlənilən qonaqlar gəlib çıxdı. Mahira da gəlmişdi. Nə isə hamı qonaqları qarşılayıb süfrə başına dəvət etdi. Samirlə Mahira 5 il sinif yoldaşı olublar. Samir Mahiraya:
-"Necə gözəlləşmisən, dəyişilmisən", deyəndə Mahira:
-"Çox sağ ol." dedi
Samir yenə zarafatından qalmayıb:
-"Ay qız, zarafat etdim eee, sevindin?" deyib güldü.
Bunu eşidən qızlar da, hamı da gülüşdü. Mahira dilini dinc saxlamayıb o da Samirə:
-"Ey beyni 600 kub santimetrdən kiçik olan səydəşantrop insan məhsulu, yenə mən zarafatla da olsa o gözəl sözünü eşitdim, sən nə gündəsən, Samir?" deyib gülüşdülər.
Lemanın nişanlısı Samiri səsləyib dedi:
-"Ay Samir, deyəsən setin qaçıb, svyazın tutmur, bu nə zarafatdır eləyirsən?
Samir dedi:
-"Əmioğlu, biz Mahirayla kaşa yeyən vaxtdan bir böyümüşük, narahat olma"
Fidan süfrəni doldurdu. Yegana qapıdan içəri girdi, hamıyla salamlaşdı.
Yağmur damlası süfrəyə yemək qoyanda Samir dedi:
-"Əmiqızı, bu xüsusi qarışqa çığırtmasıdır? VİP yeməkdirsə, sonda gətirərdin də."
Yağmur da cavabında dedi:
-"Həə, dayan, budunu sənə saxlamışam, gətirim" deyib gülərək getdi.
Böyüklər də süfrə başına keçdi. Elə bir az söhbətdən, yeməkdən sonra Fatma xanım Besti sorusdu, dedi:
-"İkinci oğlum olsaydı, bu Besti mütləq alardım.
Sevinc xanım da dedi:
-"Həə, istəyəni var e, ay Fatma xanım, elə işlədiyi yerin şirkətin sahibinin oğludur, heç demə göz qoyub bəyənib, amma bir böyüklərlə məsləhətləşək, görək nə olur, məsləhət olsa yəqin bir tanımağa çalışar".
Yegana süfrənin bu tərəfindən söhbəti çevirmək üçün dedi:
-"Mama, sabah usaqları sənin yanında qoyacam, Madam da evdə olsa baxarsınız, mən də Fidanla gedib toy üçün özümüzə paltarlara baxaq, sonra da qalan camaat da bir-bir getsin."
Yegana gördü maması başı ilə "Həə, yaxşı" elədi. Sevinc xanım Samirə baxıb dedi:
-"Ay Samir, evdə sənə çörək vermirler? Ele bil arıqlamısan?
Pervane dedi:
-"Həə, bibisinin balası sür-sümük yığınıdır."
Fatma xanım da Samirə baxıb dedi:
-"InşALLAH bir gün sənin də qohumlarınla beləcə süfrə başında oturarıq."
Sevinc xanım dedi:
-"Ay Samir, bir gözaltın var?"
Samir dedi:
-"Sevinc xala, indiki zəmanədə bəzi qızlar az qala alınlarına sms nömrəsi yazalar ki, məni almaq istəyən bu nömrəyə səs göndərsin, səs yoxdusa 4 təkərli maşın göndərsin."
Hamı gülüşdü. Çay süfrəsindən sonra Sevinc xanım qızlarına dedi:
-"Yavaş-yavaş duraq. Fatma xanım, hər əziyyətə görə çox sağ olun, süfrəniz açıq olsun."
Fatma xanım da dedi:
-"Gün o gün olsun, Leman bizim evdə bu süfrəni açsın."
Beləcə Yeganə ən sonda qapıdan çıxanda SeRRaSa dedi:
-"Bakının skoruları kimi nə gec gedirsən, səni gözləyirlər həyətdə mamangil bayaqdan" deyib gülümsədi. SeRRaS da cavabında Yeganəyə dedi:
-"Bayaqdan sənə baxıram, o qədər makiyaj etmisən ki, bayram yumurtasına oxşayırsan", deyib gülərək qapıdan çıxdı.
Pervane, kristen_, Samir də elə onlardan sonra getdilər. Yolda kristen Samirə dedi:
-"Sən o qədər zarafat edirsən ki, hamıyla, sənə Naxçıvana duz dağına 3 kursluq müalice lazımdı, duzun azdı" deyib zarafatlaşdı.
Samir də güldü.
Səhər açılır, Yağmur damlası ilə xalası Afət zəngləşir. Afət Yağmura deyir:
-"Yağmur, təzə gəlinlə bəyimizi bal ayı üçün öncə müalicəvi kurort zonaya göndərmək istəyirəm, məndən hədiyyə olaraq, nə bilim, orda palçıq vannalar filan... həm ordan da Misirə gedərlər."
Yağmur damlası dedi:
-"Ay xala, Bakıda yağışlar başlayıb, hər tərəf palçıqdır onsuz da, palçıq vannası üçün uzağa getmək lazım deyil," deyib gülüşdülər. Yegana gətirib uşaqlarını qoydu anasıgilə, özü də Fidanı götürüb getdi alış-verişə.
Fatma xanım başladı nəvələri ilə söhbətləşməyə, dedi:
-"Səhər-səhər nə yemisiniz?"
Uşaqlar da:
-"Yuturma və kaşa yedik eee ay nənə, sonra buvva içdik."
Fatma xanım nəvələri ilə vaxt keçirməkdən həzz alırdı. Artıq sabah Sevincin bacısı Gunel Esedova gələcəkdi, Gunel Esedovanın 2 qızı var...Qızları..
Ardı var
XƏBƏR LENTİ
Ledi Qaqa yenə hər kəsi heyrətləndirdi - FOTO
Bakıda bu xəstəxana söküləcək - Yerində stansiya tikləcək
Ayaqqabılarımızı özümüz bəzəyək
Rusiyada viza rəsmiləşdirilməsində yenilik olacaq
Üçölçülü görmə
Hava xəbərdarlığı - küləkli hava olacaq
Qırmızı xalçada CeyLo etirazı - "Utanmaz"
Fahriye Evcenin estetik sirri ortaya çıxdı
Qadınlar üçün məsləhətlər
Azərbaycanda dərs ilinin uzadılacağı gözlənilir
Orucun elmlə sübut olunmuş faydaları
Haçalanan saçlar üçün maska.
Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı qaydası sadələşdirildi
Emma Stounun Toy Tarixi Bəlli oldu-FOTO
"Kök deyiləm sümüklərim ağırdır"
"Yüzleşme" serialı reytinq qurbanı oldu
Öldürücü virus qurbanlarının sayı artır
Fıstıqlı şorba ( foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Tekila içkisi haqqında
"Fənər"də 5 il oynayan "Everton"a od qoydu
Təbii üsullarla böcəkləri evdən necə uzaqlaşdırmalı?
Kefir süddən daha faydalıdır
Qadın.Netlilərin "16 yaşında özünə məktub"ları (2)
Filmi xatırladan real təbiət şəkilləri
Məşhur teleaparıcı qulduru tutdu
Hyustonun mərkəzində “Qarabağ Azərbaycandır!” şüarı nümayiş etdirilib
Milli Qəhrəman Koroğlu Rəhimovun xatirəsi yad edildi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İlham Əliyev kino xadimlərinə fəxri adlar verdi-SİYAHI
"Göbələk" peçenye (foto resept)
Reyhan şərbəti (foto-resept)
Ajda Pekkan Yeni il konsertlərindən sərvət qazanacaq-FOTO
"Nizami obrazları xalçalarda" miniatür kitabın təqdimat mərasimi keçirildi
"Greencard" almaq istəyənlərə PİS XƏBƏR - Qaydalar sərtləşdirilir
Buyurun, söz sizindir - "Zeytun Bağları"
Jennifer Lopezdən qeyd etməli olduğunuz aforizmlər
Saç uzadan kök maskası
Büllur məscid
Qat-qat xəmirin hazırlanması (foto-resept)
Qorxuludur, yoxsa faydalı?
Ağız qoxusunu necə aradan qaldırmalı?
Çərəzli konfetlər (foto resept)
9 milyona ev aldı - FOTO
Kottiqli pəriləri (4-cü hissə)
Ermənilərin havası kəsilir
Qeyri-sağlam ürəyin simptomları
Bu tələbələrə təqaüd veriləcək
Snoudendən şok iddia
Mobil saytlarla bağlı yenilik
- ŞƏRHLƏR