Valiant : Ailəliyəm və 2 qızım var. Yoldaşımla təsadüfən, heç özüm də inanmadığım bir şəraitdə tanış olmuşam. Tanışlığımız metroda olub. Mən onun baxışlarını hiss edirdim. O, gözünü çəkmədən mənə baxırdı. Və mən də hərdənbir ona baxır, öz-özümə fikirləşirdim ki, "bu qədər yaraşıqlı, boy-buxunlu oğlan mənə niyə baxır?!" Hətta fikirləşirdim k,i o çox yaraşıqlıdır və məni bəyənməz. Lakin məndən xoşu gəlibmiş. O, məni ötürdü. Biz tanış olduq. Daha sonra nişanlandıq, toyumuz oldu. Biz bir-birimizi çox sevirik.
Ravish: Həyat yoldaşım xalam oğlunun tanışıdı. Bakıdan kəndə gəlmişdi. Yoldaşım xalam oğluna deyib ki, mən ailə qurmağa namaz qılan qız axtarıram. Xalam oğlu da məni deyib.Yoldaşım məni görmək üçün bizə gəldi, gördü, bəyəndi. Görüşdük, danışdıq ,bir-birimizi bəyəndik və ailə qurmağa qərar verdik. 2009-cu ildə toyumuz oldu.
lezginka24 : Adım Oksanadır. İl yarımdır ki ailəliyəm. Artıq universiteti bitirib işləyirdim.Həmişə bazar günləri istirahət günü olduğundan nənəmin yanına gedirdim.Nənəm əmimgildə qalır. Yoldaşımla mən eyni qəsəbədən idik. Yoldaşım maşınını yuyurdu və təsadüfən məni görüb bəyənib.Elə həmin an gəlib anasına deyib.Anası da mənlə maraqlanmağa başlayıb. Bizim ev telefonunu öyrənib ertəsi gün zəng edərək anamla danışıb. Həmin vaxt mən işdə idim. Evə gələndə anam mənə bunları danışdı. Dedim "danışmasam heç nə deyə bilmərəm". Axşam oğlan özü zəng elədi, səhəri gün işə dalımca gəldi. Beləliklə, mən onun xasiyyətinə, mədəniyyətinə və savadına vuruldum. Sonra 6 ay görüşdük. Arxasınca elçi, nişan, xınayaxdı və nəhayət toyumuz oldu. Yoldaşımla bir-birimizi çox sevirik. Çox xoşbəxtəm..
a.angel : Evliyəm. Yoldaşımı tanımamışam. Hətta əvvəllər qonşu olmuşuq. O, məni görüb, bəyənib. Nişanlı vaxtı onu sevməyə başladım və sevirəm də. Bu sevginin qarşılıqlı olduğundan əminəm.
Niyar : Yoldaşım Rusiyada yaşayırdı. Bir dəfə anası zəng edib ki, gəl evlənməyə. Yoldaşım da anasına deyib ki, qız tap gəlim baxım. Anası da məni görüb. Xoşuna gəlmişəm, sonra da yoldaşıma göstərib.Yoldaşım da o dəqiqə deyib oldu, bu qız xoşuma gəldi. Sonra anası yolda mənə bunları danışdı. Lakin mən razı olmadım ki, evdə böyüklərim var. Daha sonra anası bizə gəldi, mən də oğlanı gördüm. 26 aprel 2004-cü ildə evləndik.Toyumuzdan 1 həftə sonra Rusiyaya gəldik.3 övladım var. Çox xoşbəxtəm. Şükürlər olsun..
gulyaz : Evliyəm. Həyat yoldaşımla qohumumuzun evində tanış olmuşam. Baldızım məni bəyənib, qardaşına seçib. 4 ildir ki ailəliyəm. Çox xoşbəxtəm.
Semedova : Biz yoldaşımla 2006-cı ilin noyabr ayında iş yerində tanış olmuşuq. O, bizim iş yerinin yanındakı təşkilatda işləyirdi. Təsadüfən həmin gün mən orda ikən sənəd gətirmişdi və digər işçini mənimlə səhv salaraq sənədləri mənə vermişdi. Beləcə tanış olduq. Hər dəfə bir bəhanə ilə tez-tez iş yerimə gəlirdi. Düz bir il gəl-getdən sonra razı oldum və danışmağa başladıq. Sonda evləndik. Çox xoşbəxtəm..
AySeL. : Biz yeni ailə qurmuşuq. Mən yoldaşımı tanımırdım. Bir tanışımız məni toyda görərək bəyənmişdi. Qaynanama demişdi ki, belə bir qız var. Mənə deyəndə düz bir həftə ağlamışdım ki, mən ərə getmək istəmirəm. Sonra oğlanın şəklini mənə göstərdilər. Bəyəndim, amma dedim ki, qoyun biz danışaq. Sözümüz tutsa, "hə" deyəcəm, tutmasa "yox". 10 dəqiqə əezində yoldaşımla danışdıqlarımı indi yadıma salanda gülməyim gəlir. Ona deyirdim ki, "bəzənməyə qoyacaqsan? Arabir toya gedirəm. Hündür ayaqqabı geyməyə qoyacaqsan? Mobil telefon işlətməyə qoyacaqsan?" və s. Ona dedim ki,"mənim dostum ol, sonra yoldaşım". Bu fikrim onun da xoşuna gəlmişdi. Onun kimi bir insanın yanında olduğum üçün çox xoşbətəm. Telman, Aysel seni çox sevir...
akkord : 2009-cu ildə dayıma nişan apardıq. Qızın qardaşı məni orada görüb, xoşuna gəlmişəm. Ata-anasına deyib, onlar da məni bəyənib. Toydan sonra oğlanın anası bizə zəng etdi. Amma mən istəmirdim. Oturub ağlıyırdım ki, mən istəmirəm. Anam dedi: "Çıx, görüş, danış.İstəməsən, razı olmazsan". Mən də oğlanla 2 ay danışdım.Hər gün onu daha çox tanıdım, daha çox sevməyə başladım. 2009-cu ilin dekabrında nişanlandıq. İnşallah, payızda toyumuzdu. Nə yaxşı k,i nişanlımı tanımağa razı oldum.Onu çox sevirəm.
vefa-n : Mən nişanlıyam. Nişanlımla eyni şirkətdə işləmişəm.Əvvəllər adi iş münasibətimiz vardı. Sonra iş yoldaşlarım - qızlar mənə dedilər ki, bu oğlanın sənə münasibəti başqadı. Mən də deyirdim ki, ağlınıza gələni danışmayın. Biz hər gün işdən çıxıb qızlarla bir gedirdik. Mənim nişanlım da eləmə tənbəllik, qızlara deyib ki, bu gün ayrı gedin, Vəfaya sözüm var. Qızlar da bütün günü mənim beynimi doldurdular ki, yaxşı oğlandı, filan. Sən demə, məndən başqa hamı bilirmiş. Həmin gün ürəyini açdı. Bir az naz elədim. 5 aydan sonra nişanlandıq. İndi də o mənə naz edir. Əvvəllər onu elə də çox sevmirdim. Nişanlanandan sonra lap öyrəşmışəm, onsuz qala bilmirəm. Demək olar ki, 2 gündən bir dava edirik. Çox qısqancdı. İnşallah, tezliklə ailə qurmaq istəyirik.
aynus18 : Nə evliyəm, nə də ki nişanlı. Sevdiyim var. Dayımgildə tanış olmuşuq. O, məni ilk dəfə dayımgildə görüb. Sonra dayım qızının telefonundan mənim nömrəmi götürüb mənə SMS yazdı. İlk vaxtlar reaksiya vermirdim. Amma sonra gördüm sevir. Mən də razılıq verdim. Bir-birimizi çox sevirik. İlk addımı o atmışdı. Avqustda 3 illiyimiz olacaq.
mehin : Mən həyat yoldaşımla qonşuda tanış olmuşdum. Onun dişi bərk ağrıyırdı. Dişinin ağrısından balkonda əlini divara çırpdı, əli şişdi. Hamı məclisdə oturmuşdu. Birdən hamının yanında məni çağırdı. Əlinin üstündəki dəsmalı mənə verib buz gətirməyimi istədi. Mən mətbəxə keçdim, dəsmala buz qoydum. Bir də gördüm ki, dalımca gəldi. Mən dəsmalı ona uzadanda o, əlimdən tutub əlini əlimin üstünə qoydu, buraxmadı. Mən də donub qalmışdım. Mənə "Sənlə harada görüşə bilərəm?" dedi. Mən də "Heç yerdə!" dedim və getdim. Bizim sevgi hekayəmiz belə başladı. Daha sonra zəngləşdik. 1-2 həftədən sonra bizim evin damında görüş təyin etdik ( 9 mərtəbəli binanın damında). Getdim. Gözlərimə inanmadım. Filmlərdəki kimi balaca jurnal stolunun üstündə gül, şampan, şam və bir də üzük. Elə orda üzüyü taxdı. 1 aydan sonra həqiqətən nişanlandıq. 3 il nişanlı qaldıq. Daha sonra evləndik.
duygu : Həriliyəm. Qrup yoldaşımdı. Eyni yaşıdıq. Onu tanımağıma, həyatımda elə bir insanın olmasına görə çox şükür ALLAHA. Onu çox sevirəm...
XƏBƏR LENTİ
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Dəfnə yarpağının faydaları
İlham verən şəhər
2020-ci ildə hansı BÜRCLƏR VARLANACAQ? - VİDEO
Qeyri-adi əşyalar
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
Sabriyedən Emreyə təklif-"SURVİVOR"-FOTO
"Aşkı Memnu"nun məşhur aktrisasını kimsə tanımadı-FOTO
Bisküvit tortu (foto resept)
Qarın qalınlığı baxanları dəhşətə gətirir
Yuxumuzu ərşə çəkən fikirlər
Azərbaycanda qeyri-iş günləri bu qurumlara aid edilmir - RƏSMİ
Hindistanda koronavirus peyvəndi ilə bağlı yekun testlərə başlanıldı
Ban Ki Mun İŞİD-ə meydan oxudu
Ermənistan TƏŞVİŞDƏ: İsrail rədd cavabı verdi
“WhatsApp”da bu da olacaq
Hava haqqında
Futbolçular doluya düşdü, oyun yarıda qaldı
Gəncə və Mingəçevirə hədəflənmiş düşmənin daha bir ballistik raket kompleksi məhv edildi - RƏSMİ
BÜRCLƏR bizə nə vəd edir? -18 İyun
Oskar mükafatı mərasimi başlayır
Dünya Kubokunun simvolik yığması
Boğaz ağrısında təbii müalicə üsulları
Azərbaycanda karantin rejiminin müddəti uzadıldı - RƏSMİ
Bakı sakinlərinə sevindirici xəbər
Qarın bölgəsini əritmək üçün detoks
Yuxusuzluq ürəyin düşmənidir.
Badımcanın faydaları
Macarıstanda Azərbaycan dilinin tədrisinə başlandı
Ağdamda “Yallı” rəqsi ifa edən əsgərlərimiz - VİDEO
Həftəsonu məhdudlaşdırma qərarından sonra əhali mağazalara axın edir - VİDEO
Bella Hadidin makiyaj sirləri
Erməni "söz"ü: ATƏŞKƏSİ 119 DƏFƏ POZDULAR
Tituldan imtina edən Meqan Markl aktrisalığa davam edəcək
Uşaq otaqları üçün saatlar
Qadınlar haqqında lətifələr
"Amerikansayağı paslanma" romanına serial çəkilir
Bir qadın əsla unutmaz!
Koronavirusun yeni simptomu aşkarlandı
Gözlər qəlbin aynası
Manna piroqu (foto resept)
1971-ci ilin Plymouth-u satılır
Buludların üzərində piyada gəzinti
Uşaq otağı üçün maraqlı dekorasiya nümunələri
Əl çatmaz məhəbbətim
Buğlama (foto resept)
Məşhur cütlük BARIŞDI
Əliyevdən sərt xəbərdarlıq: Maaş onun-bunun cibinə gedir
Qızılgül mürəbbəsi (foto resept)
Kadir İnanır müsahibə verdi
- ŞƏRHLƏR