R.G.AL-SU
Mən Gülnar, 1986-cı ildənəm. İldə iki dəfə ad günüm olur, avqustun 15-i və sentyabrın 1-i. İldə iki dəfə xoş sözlər və təbriklər alıram. Ailədə 3 uşağıq, mən ortancıl övladam. 1992-ci ildə məktəbə getmişəm, 2013-də məktəbi əla qiymətlərlə bitirib, ali məktəbə daxil olmuşam. Tələbəliyimi də qırmızı diplomla başa vurmuşam, işləmirəm. 2008-ci ildə ailə qurmuşam, iki balam var, yaxşı ana, gözəl həyat yoldaşıyam, ətrafımdakı insanların hörmətini qazanıb, Allaha layiq bəndə olmaq yolunda irəliləyirəm. Xəbərdə yer ayırıb, məni də tanımaq istədiyin üçün təşəkkürlər bacım.
♥Ravana♥
Mən Rəsulova Rəvanə Əliyar qızı 26 oktyabr 1986-cı ildə Şəkidə dünyaya gəlmişəm. 1992-ci ildə məktəbə getmişəm, 2003-cü ildə məktəbi bitirmişəm. İngilis dili müəlliməsiyəm. 2008-ci il yanvar ayının 5-i sevdiyimlə ailə qurmuşam. Övladım yoxdur. Ailədə 5 nəfər olmuşuq: atam, anam, qardaşım və bacım. Bacım ibtidai sinif müəlliməsidir, ailəlidir 2 övladı var. Qardaşım da evlidir. Bu qədər.
Başlayım sözə: Həsənova Təranə 1988-ci ildə payızın ilk günlərində sentyabrın 4-ü Sabunçu rayonunda doğulmuşam. Ailədə 6 nəfər olmuşuq: 3 bacı və 1 qardaş. Mən ikinci qız olmuşam. Bağçaya Hövsan qəsəbəsində, məktəbə isə Qaraçuxur qəsəbəsində getmişəm, 2006-cı ildə bitirmişəm.
Elə həmin ili nişanlanıb 2007-ci ildə ailə qurmuşam. 2008-ci ildə oğul anası, 2010-cu ildə qız anası olmuşam. 6 ildir ailəliyəm. Həyatda ikiüzlü olub 1 dünyam üçün yox, 1 üzlü olub hər iki dünyam üçün yaşamağa çalışıram.
Beren Saat
Mən Abdullayeva Gülnar Vahid qızı, 1990-cı ildə Qax rayonunda anadan olmuşam. Aillədə 5 nəfər olmuşuq: nənəm, atam, anam, qardaşım və mən. 1-ci sinifə 1997-ci ildə getmişəm. Məktəb illərim çox maraqlı, gözəl xatirələrlə keçib. 2008-ci ildə məktəbi əla qiymətlərlə bitirmişəm. Həmin ili GDU-nun Riyaziyyat-Informatika müəllimlik fakültəsinə qəbul olmuşam. Indi isə sevdiyim insanla ailəliyəm, 2 yaşında 1 oğlum var. Hər kəsə həyatda uğurlar.
Mən Hemolina, əsl adım Aidadır. Amma məni tanıyan hər kəs "Aidə" kimi məni çağırır. Adımı sırf Azərbaycan sayağı deyirlər. Artıq mən buna öyrəşmişəm. Yəni özüm də özümü təqdim edəndə Aidə deyirəm. 1988-ci ildə Rusiya Federasiyasında anadan olmuşam. Amma əslən Qərbi Azərbaycanlıyıq. Məktəbə 1995-ci ildə Bakı şəhərində getmişəm. 11 illik təhsilim ərzində 2 məktəb dəyişdirmişəm. 2006-cı ildə məktəbi bitirib, universitetin filologiya fakültəsinə daxil olmuşam. 2010-cu ildə universiteti bitirmişəm. Amma bu 4 il ərzində həm oxumuşam, həm də işləmişəm. Bir müddət jurnalda redaktor çalışmışam. Eyni zamanda müxtəlif məqalələlərim dərc olunurdu. Ailədə 4 nəfərik: atam, anam, qardaşım və mən. Kitab oxumağı və piyada gəzməyi çox sevirəm. Pozitiv biriyəm. Həyatı və insanları olduğu kimi qəbul edirəm. Bir sözlə bütün insanları sevirəm. Çünki Allah biz insanları sevgi ilə yaradıb. Tərcümeyi halımı oxuyan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Əziz Qadin.Netli xanımlarımız, sizi çox sevirəm.
AY İŞIĞI
Mən H.Həyat V. qızı 1986-cı ildə Sumqayıt şəhərində anadan olmuşam. Ailədə 7 nəfər idik: atam, anam, 3 bacım, 1 qardaşım və mən. 1992-ci ildə 1-ci sinifə getmişəm. 2002-ci ildə isə orta məktəbi bitirmişəm. Və 2003-cü ildə Ali məktəbə daxil olmuşam AZTU - Dövlət Universitetinə. 2008-ci ildə ailə qurdum. 2009-cu ildə ali məktəbi bitirdim. Hal-hazırda evdar xanımam. Sevdiyim şəxslə ailə qurmuşam. Artıq 5 ildir ki, ailə qurmuşuq. Tək istəyimiz övladımızın olmasıdır. Bu qədər.
Ulker.Agamali
Mən Ülkər Ağamalı (Əliyeva) 24 oktyabr 1985-ci ildə Siyəzən şəhərində anadan olmuşam, Mikayıl Müşfiq adına 2 saylı orta məktəbi bitirmişəm, şəhər musiqi məktəbinin Fortepiano şöbəsində və rəssamlıq üzrə təhsil almışam. 2004-cü ildə Bakı Dövlət Universitetinin Biologiya Fakültəsi Biokimya ixtisasını bitirmişəm. 2007-ci ildə ailə qurmuşam. 2008-ci ildə İsgəndər, 2010-cu ildə Aqşin adlı oğlanlarım dünyaya gəlib. 2013-cu ildə Odlar Yurdu Universitetinə Ətraf mühit və Neft sənayesi ixtisasına magistir olaraq daxil olmuşam. Hələ ki, işləmirəm. Amma gələcəyə böyük ümidlərim var. Şəxsi biznesimi genişləndirmək niyyətindəyəm.
♥ Fatimə Cəfəri ♥
Mən Tamara 1993-cü il 15 iyunda Bakıda anadan olmuşam. 7 yaşımda məktəbə getmişəm. 2011-də məktəbi bitirmişəm. Həmin il nənəm rəhmətə getmişdi və heç bir şeyə həvəsim yox idi. Buna görə də universtetə imtahan versəm də çox az balla kəsildim. Növbəti il özümü yenə sınasam da heç bir şey alınmadı. Bu il anamın məcburiyyəti ilə yenidən sənəd verdim və çox şükür ki, Azərbaycan Maliyyə İqtisad kollecinə qəbul oldum. Keçən boş illərimdə isə bir neçə ay toxuculuqla, bir neçə ay isə ingilis dili ilə məşğul olmuşam. Ailədə 3 uşağıq. Qardaşımın biri məndən 2 yaş böyükdür və hələ ki təhsilini davam etdirməklə məşğuldur. O biri qardaşım, yəni əkizim isə artıq iş fəaliyyətinə başlayıb. İnşaAllah gələcəyin məhşur aşbazlarından olmaq nəsib olar. Hələ ki subayam. Nə edim alanım yoxdur. Bu qədər. Yegiş sənə də ayrıca təşəkkürlər.
İbrahimova Gulya
Mən - İbrahimova Gülər Sərdar qızı 1992-ci il aprelin 11-i Bakıda Qara Qarayev xəstəxanasında anadan olmuşam. Ailədə 4 nəfərik: anam, atam, bacım və mən. Çox gözəl, xoşbəxt ailəm var. 1998-ci ildə 1-ci sinifə getmişəm, 2009-cu ildə məktəbi bitirib Azərbaycan Dövlət İqtisad Universitetinin Texnologiya və Dizayn fakültəsinin Qida məhsulları mühəndisliyi ixtisasına daxil olmuşam. Universiteti bu il bitirmişəm. 4-cü kursda oxuyanda 31.10.2012 tarixində nişanlanmışam, nişanlım isə qrup yoldaşım olub. Hal-hazırda əsgərdir və yolunu səbrsizliklə gözləyirəm. Məndən bu qədər.
Narin Yilmaz
Mən Əliyeva Narın Tofiq qızı 1990-cı ildə Gəncə şəhər 1 nomrəli doğum evində anamın dediyinə görə səhər saat 5-də dünyaya gözlərimi açmışam. Çox dəcəl olmuşam. Üç uşaqlı bir ailənin ən kiçik qızıyam. Maddi sıxıntılar ucbatından ali məktəb oxumamışam, amma çox istərdim təhsilimi davam etdirəm. Amma artıq gecdir. Nişanlıyam, çox xoşbəxtəm. Allahım hər kəsi xoşbəxt etsin. Bacım ailəlidir, məndən çox böyükdür, 9 yaş, 2 uşağı var. Qardaşımın da 27 yaşı var, subaydır qız bəyənmir (hərəyə bir qulp qoşur, belə getsə evdə qalacaq). Bu qədər, başqa daha nə deyim.
AYSUN MEMMEDOVA
Mən Məmmədova Aysun 1988-ci ildə martın 4-də Bakıda Xətai rayonunda anadan olmuşam. 1994-cü ildə məktəbə, 1996-cı ildə 8 yaşımda atam rəhmətə gedib. Ailədə 3 nəfər qaldıq. Mən, anam, qardaşım. 2008-ci ildə nişanlanmışam, 2009-cu ildə gəlin köçmüşəm. Gəlin getdiyim ailədə də bir bacım, bir anam, bir atam daha olub ailəmiz genişlənib. 2010-cu ildə avqust ayında oğlum dünyaya gəlib, 2013-cü ildə fevral ayında qızım dünyaya gəlib. Qardaşım bir dəfə ailə qurub, 1 körpələri var idi, amma sonu ayrılıq oldu. 5 ildir boşanmışdı, bu il 18 avqustda yenidən ailə həyatı qurdu. Allah hər kəsi xoşbəxt etsin, mənim qardaşım da onlarla bahəm.
XƏBƏR LENTİ
Bu gün atəşfəşanlıq olacaq
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
Batanları xilas etmək üçün “canlı zəncir” yaratdılar
Haluk Levent üsyan etdi: - "Nankorsunuz"
Astronomiyadan təsirlənən manikür
Azərbaycan tarixindən yüz şəxsiyyət-81
Nazirlikdən hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
Ana südü çatışmırsa
Azərbaycanda GMO məhsullara nəzarət gücləndirilir
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün ulduz falı
Cinsi həyatınızın qayğısına qalın
Polis Akademiyasında oxumaq istəyirsiniz?
Ermənilərin Laçında törətdiyi barbarlıq davam edir- FOTO
Karma qanunu
Qurban Qurbanov koronavirusa yoluxub
“Uzunömürlülüklə məşğul olan elmi-tədqiqat mərkəzi yaradılmalıdır”
Dünyanın ən gözəl əkiz qızları - fotolar
Saç tökülməsinə qarşı maska
Mayli Sayrus toyu təxirə saldı-SƏBƏB
DİQQƏT: Bu yoqurtlar TƏHLÜKƏLİDİR - FOTO
Cavanlıq sirri qulaq arxasında gizlənib
Qədim dövrlərdə istifadə olunan 3 gözəllik üsulu
Rusiya şokdadır: rubl dibə vurdu
Ledi Qaqa Bakıya neçəyə gəldi?
Brüksel kələmli makaron (foto-resept)
Çin balqabağının nəyi yaxşıdır?
Azərbaycan Türkiyə və Rusiyanı qabaqladı
Nişanlılıq dövrü
İlham Əliyev jurnalistlərlə bağlı qanunu təsdiq etdi
Xəstəliklərin psixoloji səbəbi var!
Kokoslu peçenye (foto resept)
Ərikli bükmə (foto resept)
Leonardo Di Kaprio tanınmaz halda-FOTO
Sınaq imtahanında 2 nəfər 700 bal topladı
Virtual Mercedes real olacaq
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Solyari dəri xərçəngi əmələ gətirir?
Sevinirəm ki, indi ikimizdə xoşbəxtik...
Separatçı məmur Azərbaycan ordusunun gücünü etiraf etdi
Azərbaycanlı gənc rəssamın “yaratdığı” Arda Turan
Azərbaycandan sərt etiraz
Antibiotiklər: yanlış fikirlər və reallıq
Dəbli pencəklər
Naxçıvana qar yağır - FOTO
Braxioplastika – qolların gərilməsi
İlham Əliyev Təhsil Nazirliyinə bir milyon manat vəsait ayırdı - SƏRƏNCAM
Bu şəxslər cəzalandırılacaq - XƏBƏRDARLIQ
BÜRCLƏR bizə nə vəd edir? - 13 Aprel
15 marşrutun dayanacaq məntəqəsi dəyişdirildi
- ŞƏRHLƏR