Əzizlərim, indiyə kimi saytda olan xanımlarla bağlı bir çox xəbərlər dərc edilib. Demək olar ki, elə ən çox maraq doğuran da həmin xəbərlər olub. Bunlardan Qadin.Netlilərin sevgi yolu, nişan xatirələri mənim daha çox diqqətimi cəlb etdi, çünki,oxuduqca azda olsa xanımlarla tanış oluruq. Onlar həmin anda olan həyəcanlarını bizimlə bölüşmüş olurlar. Elə məhz buna görə də bu həyat hekayələrini davam etdirmək qərarına gəldim.
Buyurun, ümid edirəm ki, bu xəbər də o birilər kimi sizlərin marağına səbəb olar.
Sərras
İlk öncə mənə də xəbərinizdə yer ayırdığınız üçün təşəkkürlər, çox gözəl ideyadır... 3 il bundan qabaq - 14.10.2009-da toyum olub, nişanımız 08.08.2008-də olub. Yoldaşım çox istədi ki, toyumuz da 09.09.2009-da olsun. Amma orucluq ayı idi deyə alınmadı. Onu deyə bilərəm ki, o gün nişan günümdən sonra həyatımda ən yadda qalan günüm oldu. Yoldaşım sağ olsun, çox gözəl toy etdi, inanmazdım ki, elə olacaq. Toydan bir gün qabaq yoldaşım məni görməyə gəlmişdi, neçə günlər idi utanırdım deməyə ki, "Bəs kəbinimiz nə olacaq?" Mənim üçün bir kağız parçasının o qədər də önəmi yox idi, amma əmilərim mən evdən çıxmamış kəbinim olmasını istəyirdilər. Birdən cibindən kəbin kağızını çıxarıb dedi ki, "Artıq halalımsan". İnanmazsınız, sanki dünya mənim oldu.
Qız toyu olan gün səhər duranda gördüm ki, gözümə nəsə çıxıb. Çox ağladım ki, indi necə olacaq? Niyə bu gün oldu? Sən demə, həyəcandan olubmuş. Yoldaşıma zəng vurdum ki, gedim aptekdən gözüm üçün dərman alım. O da dedi: "Olmaz, getmə". Mən də telefonu qoyduqdan sonra dedim: "Axı belə olmaz, gözüm nə haldadı. Hardan biləcək, sonra deyərəm ki, getdim, gəldim". Elə mən aptekə girən kimi yoldaşımın əmisioğlu aptekə girdi, salam verdi. Mənim halımı görmək lazım idi. Evə çatan kimi yoldaşım zəng elədi ki, "Daha toy yoxdur". Nə hala düşdüyümü bir Allah bilir. Sevincli anlarımla yanaşı o gün belə pis halım da olmuşdu. Məni aparmağa gələndə yoldaşım içəri girmişdi, əlində gül vardı. Dedi ki, "Gülü kimə verim?" Hamı güldü. Restoranda isə duvağımı üzümdən arxaya atmalı idi, atanda qorxdu, arxadan tutdu ki, birdən duvağım düşər. Özü də pis oldu, amma gülməli oldu. Məni heç bir toyda oynamağa qoymayan yoldaşım "Öz toyumuzda ortadan çıxma" dedi. Hamı deyirdi ki, "Aa bu oğlan tamam dəyişilib". Toy boyu gözlərimin içinə baxırdı. Tortu kəsəndə mənə dedilər ki, "Tortu yedirəndə aldat, qaşığı geri çək". Mən də bilirdim ki, o hirslidir. Dedim birdən hirslənər, etmədim. Amma o elədi. Mənə hamı güldü ki, "sən etmədin, o etdi". İndi də deyib gülürük. Bir sözlə, deyilə bilməyəcək qədər yoldaşım mənə gözəl gün yaşatdı. Artıq 3 il keçib, amma bir saniyəsi belə yadımdan çıxmır. Əlbəttə, buna görə öncə Allahıma onu mənim qarşıma çıxartdığı üçün dua edirəm. Allahdan tək arzum var - bütün uşaq arzusunda olanlara körpə qismət etsin, biz də içində... Sonda isə hər kəsə sevdiyi şəxslə ailə qurmasını və bitməyən xoşbəxtlik arzu edirəm..AMİN!!!
Abisova Fidan
Toyumuz 2007-ci il martın 23-də olub. Qoşulub qaçdıq, sonra məhərrəmlik ayı girdi. 1 ay gözlədik, sonra toyumuz oldu. Çox qəsəng keçdi. Maraqlı idi, amma ailəm toyumda yox idi, çünki qaçıb evlənmişdik. Bunun necə pis hiss olduğunu sonradan anladım - insan sevir, amma gərək həm ağlıyla, həm də ürəyi ilə sevsin. Mən ailəmin sözüylə yox, ürəyimin səsiylə evləndim və təbii ki, bunu saraya girəndə hiss etdim ki, nə qədər səhv hərəkət etmişəm. İndi də yadıma düşəndə onun xəcalətini çəkirəm. Subay qızlarımıza bir məsləhətim var: Çalışın həmdə ata-ana sözünü nəzərə alıb ailə qurasnıız və öz toy gününüzdə mənim kimi tək qalmayasınız. Mən özüm-özümə küskün idim. Qaçmasaydım daha yaxşı olardı, amma ailəm məni vermədi. Ona görə məcbur oldum. Normal toy keçdi, qeyri-adi heç nə olmadı.
Yasemen
Əslində biz yeni evli sayılırıq, çünki aprel ayında evliliymizin 1 ili tamam oldu. Allah bütün subay qızlarımıza qismət etsin inşAllah. Toy günü həyəcanlı deyildim, həyəcan hissi öz yerini kədər və sevincə vermişdi. Kədərliydim, çünki ailəmdən ayrılırdım, sevincliydim, çünki sevdiyim insana qovuşurdum. Toy günü çox qarışıq duyğular içərisindəydim. Hətta həmin gün heç nə yeməmişdim, aclıq hissi məndən çox uzaq idi. İşin qəribə yanı odur ki, hər kəs ata evindən çıxarkən ağlayar, mən isə toy bitdiyində ağladim, atam yanıma gəldi və alnımdan öpərək mənimlə sağollaşdı. O zaman bir daha anladım ki, atamı hər kəsdən çox sevirəm. Duvağım çox uzun və zərliydi, gəlinliyim isə qabarıq. Toy günü hər şey ürəyimcə oldu, şükürlər olsun ki, tərs gedən heç nə olmadı. Mənim üçün unudulmaz bir gün idi. Qadınlar üçün ən birinci xoşbəxtlik sevdiyi insana qovuşduğu toy günüdür, ikinci xoşbəxtlik isə ana olduğu gündür. Allah bu 2 gözəl günü hər bir qadına yaşatsın inşAllah.
Əminə Bağırova
Toy günümdə dünyanın ən xoşbəxti mən idim, çünki həmin gün sevdiyimə qovuşduğum gün idi. Çox həyəcanlı idim, çox xoşbəxt idim. 6 ildir ailəliyəm, 2 oğlum var: Arif və Əli. Arifin 5 yaşı var, Əli isə 6 aylıqdır. Allahıma çox şükürlər olsun, çox xoşbəxtəm, çünki gözəl ailəm, məni hədsiz sevən həyat yoldaşım var. Bax buna görə, dünyanın ən xoşbəxt qadınıyam. Allahdan arzum budur ki, bütün qadınlar mənim kimi xoşbəxt olsun. AMİN!!!
Yağmur
Mən 1997-ci ildə ailə həyatı qurmuşam. İki oğul övladım var. Bir oğlumun 15, o birisinin isə 14 yaşı var. Mənim çox xoşbəxt ailəm var. Həyat yoldaşımla mən bir-birimizi qarşılıqlı istəyib, ailə qurmuşuq. Ailə quranda hər ikimizin də 19 yaşı vardı. Mən özüm Bakıda doğulmuşam, həyat yoldaşım isə rayonludur. Ona görə kənd həyatına öyrəşə bilmirdim, amma artıq 7 ildir ki, Bakıda yaşayırıq, çox xoşbəxtəm. Allah hamıya gözəl ailə qismət etsin. AMİN!!!
Gümüş 90
Bibim oğlunun əsgər qonaqlığı idi, qaynanam da qonaqlıqda idi. Yoldaşım həmin günü hərbi xidmətdən evə gəlib. Görüb anası evdə yoxdur, o da qonaqlığa gəlib. Məni də orda görüb, bəyənib. 10.07.2009-cu ildə sevgili olduq. Çox çətinlik çəkdik, amma bir-birimizi tək qoymadıq. 15.12.2009-cu ildə nişanlandıq. Nəhayət, 01.08.2010-cu ildə ailə qurduq. Toy günü hər ikimiz çox həyəcanlı idik. Səhər gözəllik salonuna məni yoldaşım gətirmişdi, amma evə aparmağa qoymamışdım. Çünki tam dəyişdiyimi, gəlinlikdə görməyini istəyirdim. Atam evindən çox həyəcanla çıxmışdım, başqa bir qız ata evindən çıxanda özümdən asılı olmayaraq, gözlərim dolurdu. Amma özüm ağlaya bilmədim. Amma həyəcandan əsirdim. Ata evimdən çıxdıqdan sonra kəbin kəsdirməyə getdik. Üzüklər taxılıb, imzalar atıldıqdan sonra yoldaşım hamının içində alnımdan öpmüşdü, onda da çox həyəcanlanmışdım. Toyumuzda yoldaşımla avar rəqsi oynamışdıq, rayonda hamı bizdən danışmışdı. Yoldaşımla ailə qurduğuma görə çox xoşbəxtəm, çünki müasir, səbirli, tərbiyəli, məni, övladını sevən, hörmət qoyan biridir. Sevgimizdən Elcan adında 1 oğlumuz var, çox xoşbəxtəm. Hər kəsə gözəl ailə arzu edirəm.
Həyatda hər kəs sevdiyilə yaşasın qoşa,
Bəxti, qisməti büdrəməsin, dəyməsin daşa,
Həyat fanidir, sevgi əbədi
Sadiq eşq, sədaqətli sevgi layiqdir gur alqışa.
GulenaY
Bizdə 6 aya tanışlıq, nişan və toy oldu. Toy gününə bir neçə gün, hətta ay qalmış artıq ağlayırdım. Təsəvvür eləyin, hər gün bir masaya oturduğunuz, yemək yediyiniz, deyib güldüyünüz insanlardan ayrılıb təmiz, bir başqa həyata qədəm qoyursan. Hər yatanda ”Gecəniz xeyrə qalsın”, hər səhər “Sabahınız xeyir” deyib illərdir valideynlərinlə keçirdiyin günü bir gün başqa ailədə ömürlük edirsən. Bir çox qızlar kimi evdən ayrılmaq mənə də çox çətin idi, ata ocağı, ana qucağı dünyanın heç bir yerində tapılmayan hisslərdir. Çox ağlayırdım, evimə valideynlərimə, ailə üzvlərimə çox bağlı insanam. Artıq 2012-ci il noyabrın 7-də qız toyu idi, noyabrın 6-da gəlinliyim gəldi. Uzun, qırmızı, qolları dirsəyə qədər güpürlə, qaşla bəzədilmiş əsl gəlin geyimi idi. Gəlinliyimi evin ortasından, öz otağımda yuxarıdan asdım. Başına fırlanaraq fikirləşirdim, ağlayırdım, səhər açıldı və budur, toy günümdür. Salondan gəldim, qapıdan hər kəsi gördüm, həm sevinirdim, həm kövrəlirdim. Toy qabağı 8 kilo itirdim. Axşam oldu, yoldaşımgilin maşınlarının siqnal səsləri bütün həyəti bürüdü, budur, gəldilər. Nənəmdən və böyüklərdən xeyir-dua alıb çıxdıq. Demək, restoranda qırmızı xalça səriblər ki, onun üstü ilə gedək. Mən də yoldaşımla xalçasız olan yerdən gedirik, elə bil bulvarda gəzirdik, deyib gülə-gülə. Bir də şəkil çəkən işarə etdi ki, xalçanın üstünə çıxın. Toyda qardaşımgilin xüsusi rəqs hazırlaması, xınayaxdıda Toppuş bacının gəlişi, ”konfet müharibəsi” yadda qaldı. 14 noyabr 2012-ci il qız toyundan 1 həftə sonra oğlan toyu idi. Ağ gəlinliyi görəndə o qədər ağladım ki... Xalam qızı toydan 1 gün qabaq gəlib bizdə qaldı. Son gecə subay ailə üzvlərimlə süfrə başına keçdim, axşam yeməyi hər kəs süfrədə və hər kəsə toxunsan hönkürüb ağlayar. Bəli haylı-küylü, deyib-gülən, səsi əsəbi həmişə bu evdə olan, güzgünün qabağında mahnı səslənəndə oynayıb, çayı dəmdə qaynadan Gülenay gedirdi. Axşam yeməyində mənə valideynlərim çoxlu məsləhətlər verdi, ondan qabaq da vermişdilər. Gecəni doyunca ağladım, amma doya bilmədim. Xalam qızı məni qucaqladı, yatdıq. Tezdən salona getdim. Salondan gələndən sonra restoranın video operatoru, fotoqraflar gəldi, fotosessiya-filan oldu. Sonra yaxınlarım xeyir-dua verdilər, şəkillər çəkdirdik. Və həyatımın son subaylıq zəngi səsləndi, siqnallar və "Vağzalı". Başıma duvağın üstündən qırmızı atdılar, qapıdan çıxdım, çıxanda həyətin ortasında dayandım, son dəfə dönüb arxaya, evimizə baxdım. Bu hərəkətimə bütün yaxınlarım pis oldu. Həyətdə oğlan evi fişəng, nə bilim gül-çiçək atdılar göyə. Məkana çatdıq, diskdə də düşüb ayağımın birini maşından çıxara bilmirdim, ilişib qalmışdı maşında. Toyumuzu müğənni Elton aparırdı. Nikah mərasimi oldu, rəqs edib oturduq. Toyda Manana, Eurovision iştirakçısı Səbinə Babayeva, muğam ustası Mustafa Mustafayev və Elton, o cümlədən, Misirdən gələn rəqqas fərqli çıxışlar elədi. Toyda bütün cavanlar hər iki əllərində əlin içində duran şamları tutub dairə yaratdılar. İşıqları söndü, yoldaşımla mən o dairənin içində rəqs etdik. Səbinə Babayeva elə Eurovisiondakı ”When the music died” mahnısını oxudu, bu mahnı ilə rəqs etdik, sonra ritmik mahnılara çevrildi. Toyun yarısında hər kəs geniş bir dairə yaratdı, əl çaldılar, yoldaşımla mən rəqs etdik və mən yoldaşıma duvaq ilə naz etdim, bu, hamının xoşuna gəldi. Toyda qaynımın yoldaşının və yaxınların "Ləzginka" oynaması hamıya xoş oldu. Sonra bəzi tanınmış məmurların içkidən sonra necə oynamaqların görüb təəccüblənənlər də oldu. Axırda gül atanda xaricdən gələn azərbaycanlı qız gülü tutanda elə sevindi, elə qışqırdı ki, elə bil bu dəqiqə onun da toyu olacaq, amma toyum özəl bir məkanda oldu. Hər kəsə belə gözəl gün qismət olsun, amma ən xeyirlisi!
Elnare
Mənim toy mərasimim istədiyim kimi olmadı. Çox istədim gözəl bir şadlıq sarayında olsun toyum, amma buna heç cür imkan olmadı. Həm də ailəmin yaşlı nümayəndələri mane oldular. "Bu boyda ev-eşik, həyət-baca dura-dura qonaqlarımızı başqa yerə dəvət etmək axmaqlıqdır" dedilər. Çox mücadilədən sonra təslim oldum. Həyətdə mağar toyu oldu. Amma sonralar insan talelərini gördükcə anladım ki, toy mərasiminin harda və necə olması önəmli deyil. Önəmli olan xoşbəxtlikdir. Önəmli olan göstəriş deyilmiş, önəmli olan hiss etdiklərimiz, yaşadıqlarımız imiş. O qədər insan gördüm ki, böyük cah-cəlalla, ən bahalı, ən lüks şadlıq sarayında toy edir. Amma bəxti gətirmir.Tale üzünə gülmür. Müxtəlif səbəblərdən həyatından narazı olur. Cah-cəlalla elədiyi toy da unudulur. Şəkillərinə baxanda da "Kaş heç o gün olmayaydı" deyirlər. Allah bizi həyatın sərt üzü ilə qarşılaşdırmasın. Toy mərasiminin harda və necə olması önəmli deyil. Sadəcə el adəti, böyüklərin razılığı ilə ata evindən belində qırmızı kəmərlə, üzü ağ, alnı açıq çıxsın. Bu hər şeyə dəyər.
Dost sevgisi
Əvvəllər məktəb vaxtı bir-birimizdən xoşumuz gəlirdi, hərdən danışırdıq da. Sonra orta məktəbi bitirdik. Müəyyən səbəblərdən ayrıldım, ancaq onun yenə də fikri ciddi idi. Düz 10 ildir ki, bu söhbət var idi. Kənddə hamı bilirdi, ancaq mən onun xasiyyətində başqa xüsusiyyətlərinə görə uzaqlaşmağı qərara aldım. Başqa birisini tanıdım, hətta Qadın.Net-də də "Məsləhət istəyirəm" adlı məqalə yazmışdım. 14.03.2013-cu ildə, axşam saat 19:20-də işdən çıxdım. Elə o anda məni qaçırtdı. Valideynlərim tərəfindən şikayət olunsa da, lakin gec idi. Artıq bir neçə gün keçmişdi. Beləcə, 06.04.2013-cü il tarixində toyumuz oldu. Həmin gün çox pis, həm həyəcanlı idim. Ata evindən köçməməyim məni çox incidirdi. Hələ də ailəmə bağlana bilmirəm.
Ardı var...
XƏBƏR LENTİ
Hadisə haqqında ŞOK İDDİA - FOTO
Seda Sayan ideal bədəni ilə diqqət çəkdi-FOTO
Castin Biber evlənəndən bir il sonra TOY etdi-FOTO
Qrip sizi tapınca...
305 kq arıqladı və ...
Qar yağacaq
Qatıqlı buğda salatı (foto-resept)
Ən az 6 ay əmizdirərək diabetdən qorun
BÜRCLƏR bizə nə vəd edir? - 22 mart
İdmançımız ermənini nokauta salıb Avropa çempionu oldu
Azərbaycanda insanların ürək ağrısı
Övladlarını məktəbə qoymaq istəyən valideynlərin NƏZƏRİNƏ
İşıq pulunu yeni tariflə ödəmisiz? - "Azərişıq"dan AÇIQLAMA
Uşaq geyimləri
Kişilərin qadınlarda bəyənmədikləri tərz
Gözdə itdirsəyi və çarələr
Üzr istəməyin asan yolu
Uşağını əmizdirən anaya pul veriləcək
Yumurtalıq xərçəngi
Cennifer Lopez yeni reklamda çəkildi – FOTO/VİDEO
ATV və Lider TV-nin yayımı 1 saatlıq dayandırılacaq - MTRŞ-dan cəza
Namiq Əsədov Bakı Marafonu 2016-nın qalibi oldu
Pakistan baş naziri “Facebook”u anti-islam məzmunlu fikirləri bloklamağa çağırdı
Kıvanç 2 milyon dollar qazanacaq
Mehriban Əliyeva Füzulidən görüntülər paylaşdı - VİDEO
Şəkillər arasındakı fərqi tapın!
Gözəl divar şəkilləri
Təhlükəli kosmetik məhsullar
Türkiyədə bələdiyyə seçkiləri keçirilir
vDİQQƏT! Dünəndən növbəti geomaqnit qasırğası başlayıb
Təzə əncir şirniyyatı (foto-resept)
Kür çayında biogen maddələrin miqdarı normadan çoxdur
Bella Hadidin görünüşü hər kəsin DİQQƏTİNİ ÇƏKDİ-FOTO
Bakının bir ay bağlı qalacaq yolları
Bakıda ağac kəsənlərə 40 min manat cərimə
2,5 milyon uşaq Ebolaya yoluxa bilər
Uşağa nece xeyr demək olar
İnsanların xoşbəxtliklərini əllərindən alan amillər (3)
Məşhur tərzi: Celine Dion
Milli Qəhrəmana həsr edilmiş film təqdim edildi
Tanınmış müğənni bayram günü evləndi - FOTO
Alyaskada görünən nəhəng varlıq hər kəsi heyrətləndirdi -FOTO
Bakı Metropoliteni koronavirusla bağlı sərnişinlərə müraciət etdi - FOTO
Azərbaycanda ilin ilk üçəmi doğulub
"Qarabağ"ın qələbəsi
Yumurtanın ağı, yoxsa sarısı faydalıdır?
Bakıdakı küləyin maksimal sürəti açıqlanıb
Ukraynanın müvəqqəti prezidenti Krıma gedir
Öləndə molla istəməyən yazıçımız
Saçlara parlaqlıq verən maska
- ŞƏRHLƏR