Bizim beynimiz pəhrizləri və fast food-ları sevmir. O, öz işini tərkibində zülal, karbahidrat, hər növ vitamin və mikroelementlər olan qidalarla tənzimləyir. Fizioloqların bizə təqdim etdiyi qidalara nəzər salaq. Seçilmiş məhsullar beyin fəaliyyəti üçün lazım olan bütün komponentlərlə təmin olunublar. Bunları həftədə heç olmasa 2 dəfə öz qida rasionunuza əlavə edin.
Çuğundur
Betainlə zəngindir. Bu maddə əhval-ruhiyyəni qaldırır, konsentrasiyanı yaxşılaşdırır, hadisələrə cəld reaksiya vermə bacarığını artırır. Xalq təbabətində qaymaritin müalicəsində istifadə olunur. Tərkibində mikroelementlər və vitaminlər çoxluq təşkil edir, ona görə də mədə-bağırsaq və qan-damar sisteminə də müsbət təsir görtərir. Çuğundur qırmızı sümük iliyinin aktivliyini artırır, qanda hemoqlobilinin miqdarının yüksəlməsinə səbəb olur və sidikqovucu təsirə malikdir.
Amerikan alimlərinin araşdırmalarının nəticəsinə əsasən çuğundur şirəsindəki azot turşularının duzları beyin hüceyrələrini stimullaşdırır, onların qan və oksigenlə təchizatını yaxşılaşdırır.
Avokado
Beyin əzələlərinin fəaliyyəti üçün çox gözəl bir qidadır, təzyiqi normallaşdırır və insult riskini azaldır. Tərkibindəki yağların sayəsində qan dövranını yaxşılaşdırır ki, bu da beyin fəaliyyətinə müsbət təsir göstərir.
Tünd şokolad
Maqnezium mikroelementi ilə zəngindir ki, bu da yaddaşı yaxşılaşdırır. Şokoladın rəngi nə qədər tünddürsə, onun tərkibindəki flavanoidlərin də miqdarı o qədər yüksəkdir. Flavanoidlər güclu antioksidantlardır, qocalıqla mübarizə aparırlar. Britaniya alimlərinin gəldiyi qənaətə əsasən tünd şokalad beyni cavanlaşdırır. Belə ki, tərkibindəki komponentlərin hesabına beyin hüceyrələri nəinki bərpa onunur, həm də təzələnir, bu, flavanoid və polifenolun təsiri nəticəsində baş verir.
Kivi
C vitamini mənbəyidir. Bir meyvə gündəlik vitamin balansını təmin etməklə yanaşı antioksidant təsirə malikdir ki, bu da beyindəki sərbəst radikalları məhv edir.
Balıq məhsulları
Omeqa-3 aminturşuları ilə zəngin olan balıq və balıq məhsulları beyin hüceyrələri arasındakı əlaqəni möhkəmləndirir. Balıq məhsulları təkcə orqanizmi enerji ilə təmin etmir, həm də onun fəaliyyətini stimullaşdırır. Beyin mərkəzinin boz baddəsini oksigenlə zənginləşdirir
Üzüm
Üzüm gözəl, ətirli və dadlı meyvədir və bir çox xəstəliklərə də dərmandır. O,ümumilikdə orqanizmin tonusunu artırır. Tərkib elementləri sümük iliyinə aktivləşdirici təsir göstərir. Qırmızı üzümün tərkibində olan sirtuain beyində yerləşən qlükoza metobalizmini həyata keçirən mərkəzin işini aktivləşdirir və diabetin müalicəsində yardımçı olur. Epikatexin sayəsində qanın beynə daha yaxşı daşınmasına şərait yaradır.
Yaşıl noxud
Ən yaxşı B1 vitami mənbələrindəndir, diqqəti və zehni fəaliyyəti gücləndirir. B1 vitaminin çatışmazlığı diqqətsizliyə səbəb olur. Yaddaşın itirilməsi və əhval-ruhiyyənin azalması ilə nəticələnir. Bu problemlərdən qurtulmaq üçün həftədə 1 dəfə təzə, dondurulmuş və ya konservləşdirilmiş fərqi yoxdur, mütləq yaşıl noxud yeyilməlidir.
Qoz
Rəvayətə görə, Babil kahinləri sadə əhaliyə qoz yeməyi qadağan etmişdilər. Kahinlərin qorxusu əbəs yerə deyildi, qoz beynin qidasıdır. Bu onun tərkibindəki çoxlu miqdarda yağ turşularının, fosfor və dəmirin olması ilə əlaqədardır. Tərkibindəki lesetin maddəsi beyin fəaliyyətini və yaddaşı yaxşılaşdırır. Sink zehni fəaliyyəti aktivləşdirir, unutqanlığın dərmanıdır.
Yerkökü
Alimlərin gəldiyi qənaətə əsasən, kök beta-karotin tərkiblidir, qocalma prosesini ləngidir, beyin hüceyrələrindəki sərbəst radikalları dağıdır.
Məlum olduğu kimi nə qədər sağlam qidalansaq, beynimiz və bununla da bütün orqanizmimiz də normal fəaliyyət göstərəcək.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)
- ŞƏRHLƏR