Fatma xanım (Ekspert)
Mən Göyçə mahalının Ağkilsə kəndindənəm. Qadan alım, boy qadan alım, ömrüm-günüm, yazajam niyə yazmıram? Sən de mən yazım dana. Gejə yatanda qapıyı daldan qayır, yat. Yaxşımı? Hancarı yazım? Nejə yazım bilmirəm. Bu aynada əncamadan çıxıfdı, qayıraja bilmirəm ki. Ayrı iş də qayrım, nağayrım, ayrı ləhçəm yoxdu dana. Hələ biz də yemək bişirim sözünü az adam işlədir. Hamı deyir ki, yemək qayrıram.
Louis Vuitton (Ekspert)
Hər bölgənin özünəxas şirin ləhcəsi var. Qarabağ ləhcəsi də özünün özəlliyi ilə fərqlənir. Qarabağ dialekti ədəbi dilə yaxın olmaqla yanaşı, tarixi qədimiliyi də qoruyub saxlamışdır. Hətta Türkiyə türkcəsinin ədəbi dilində də Qarabağ dialektindən sözlər işlədilir. Bizlərdə [ə] çox vaxt [a] ilə, [c] isə [j] səsi ilə əvəz olunur. "Mənə ver" -- "maa ver", "gələcəm" - "gələjəm" kimi işlədilir. Bəzi sözlər var ki, ancaq Qarabağ bölgəsinə xasdır. Məsələn bizlərdə atanın bacısına "bibi" yox, "mama" deyirlər. "Hündür" əvəzinə "qəlbi" işlədilər. "Gedəcəksən" əvəzinə - "gedəssən" və s. Ümumiyyətlə, Qarabağ bölgəsinin dialekti çox şirindir. Bir dəfə müsahibələrin birində dəyərli yazıçımız olan Seyran Səxavətin belə bir fikrini oxudum, yazırdı: " İnsanların üzlərindən qarabağlı olduqlarını bilirəm. Ağzını açan kimi deyirəm, harasındansan? Deyir, nəyin? Ləhcə bir yana qalsın. Qarabağ Azərbaycanın səsi, nəfəsi, ədəbiyyatıdır. " Ləhcə nə qədər şirin, əziz də olsa ictimai yerdə, yazı dilində ədəbi dili üstün tuturam və hər zaman da əməl etməyə çalışıram. Danışarkən buna bir o qədər də əməl edə bilmirəm, çünki istər istəməz ədəbi dildə danışmaq çox çətindir. Hətta filoloqlar belə bunu tam dəqiqliyi ilə bacara bilmirlər, amma "yazı nümunələrində bütünlüklə qorumağı bacarıram" deyə bilərəm
Gülşən29(Redaktor)
Hər bir bölgənin özünəməxsus şivəsi var. Azərbaycanın şirin ləhcəli bölgəsi olan Şəki şəhəri baməzə sözləri, frazaları, ləqəbləri, lətifələri ilə məşhurdur. Şəkidə elə bir adam yoxdur ki, onun ləqəbi olmasın. İstərdim gündəlik həyatımda işlətdiyim bir-iki sözü sizinlə bölüşüm. Dambaduz - Küsəyən, Löyünsüz - Eybəcər, Ana bülbül- Tamamən islanmış adama deyilir, Ayraz- Başqa, Barı- Divar.Bambılı- Sözünün və hərəkətinin yerini bilməyən adam.Beyqafıl- Qəflətən, Beyşüyür- Tufeyli, Bihoor- Bir azdan, Qaşqa- Alın, Qıdın-qıdın - Az-az, Daqqış- Kəllə atmaq, Dıqqılı- Kiçik, Dəvə daraq- Ləvazimat, Dəbbəlamaq- Sözündən dönmək ,Dəvəllayı- Özbaşına, Dəmşalaq- Səliqəsiz adam, Yaraf- Görəsən.Hələlik bu qədər. ))))
Xəyalə Murad (Redaktor)
Hər bir bölgəmizin ləhcəsi çox gözəldir, üstəlik çox şirindir. Mən də sizə bəzi bölgələrimizin gündəlik sözlərindən yazacam. Ümid edirəm hamınıza maraqlı olacaq. Qarabağ bölgəmizi Sevinc xanım artıq sadaladığı üçün ona toxunmadan digər bölgələrə keçirəm. Naxçıvanda: Vəzəriyə -qodem, reyhana-qaragöz, qarğıdalıya-maka, badımcana-qara, alçaya-göyça, çəngələ-cırıq qaşıq, dona-oyma, xlora(CL)-javel, fantaya-sarı kola, pepsiyə-qara kola və s. deyirlər.
Qazax: çörək-əppəy,pedir-peynir,sakit(rahat)-ustufca,dərdin alım (bəzən də Dərdiş),həncəri(əksər bölgədə var), ölüm canına, anırı otur, xamralı (çörək növü), fəsəli (qat-qat çörək) və s.
Gəncə:Ay Lalə(filankəs),başına dönüm. Gələjəm dana. Qadan alım, hamısını danışajam! Gülşən, qurvan olum yaxşısanmı?.
Corat: Həri, nöşün, yaxçı, gidət, qərdeşim.
Beyləqan: pıışıız (peç, ocaq) işləmir? çayyıın iç. və s. Hələ o qədər zona var ki, onlardan sadalmadım. Şirin ləhcəsi olan Şəki, Quba, Lənkəran və s. Bütün bölgələrimizin ləhcələrini sevirəm, çünki Vətənimin hər qarışını sevirəm.
Yağmur damlası (Zümrüd)
Mənim atam Bakılı idi,anam isə rayon qızı idi.Uşaq vaxtı həmişə düşünərdim ki, niyə biz hamımız bir ailədə eyni ləhcəylə danışırıq təkcə anamdan başqa. Anam da öz ləhcəsiylə danışardı. İllər keçdi, o da bizim ləhcəmizi götürdü. Əsasən sevdiyim sözlərimiz bunlardır nöç, əğəz, həri, anamcanı, ərkey, birdə [e] səsini daima [i ]səsiylə əvəz etməyimiz. Bəzən də [e] səsini [ə] səsiylə əvəz etməyimiz. İllər keçdi özüm rayonlu oğlanla ailə qurdum. İndi artıq onların ləhcəsiylə danışıram, baxıram ki, necə o vaxtı mən anam haqqında düşünürdüm, indi uşaqlar mənə evdə deyir ki, niyə belə danışıram. Canım,yadıma düşən bunlar oldu hələlik. Şərhlərdə qeyd edərəm yadıma düşdükcə. Sonunda demək istəyirəm ki, Bakılı olduğum üçün heç vaxt özümü artıq tutmamışam. Çünki azərbaycanlı olduğum üçün fəxr etmişəm. Fərqi yoxdur- şəhərli, rayonlu, kəndli. Əsas odur ki, azərbaycanlıyıq!
Mira-Amar (Zümrüd)
Mən Naxçıvanın Culfa rayonundanam. Azərbaycanımızın hər bölgəsinin özünəməxsus şivəsi olduğu kimi Naxçıvanın da ləhcəsi seçilən və şirindir (mənə görə). Bizdə ən çox seçilən sözlər bunlardır: Nəlbəki-zir, Çörək-dəstana, Göyərti-pencər, Niyə-əbə niyə, Balaca-dınqılı, Ata-dədə. "Deyil" sözünü bizdə "dəyir" kimi deyirik. Ən çox seçilən sözlərimizdən biri isə hə daaaa bəəə..., dedaaaa bə və donqıli. Ağlıma bunlar gəldi...
Sumeyya Musevi (Yaqut)
Mənim əslim İrandandır, amma Bakıda doğulub böyümüşəm. Ona görə də şivəm Bakı şivəsidir. Sözün düzü, bir o qədər də ləhçə ilə danışmıram. Lakin, bəzi sözlər yadıma düşdü yazım sizə də. Bizdə stola-miz, stol örtüsünə-mişənbə, nənəyə-ninə, niye-nöyçün, hamam dəsmalına-qətfə deyirik. Təbii ki, çoxdur Bakı şivəsi, amma mənim yadima düşən bunlar oldu. Bu qədər..
SWEET GIRL (İstifadəçi)
Şəhərimiz Xaçmazdır. Çox gözəl şəhərdir. İnsanları çox mehribandır. Şəhərimiz axşamlar daha da gözəl olur. Burada 10 dənə məktəb, xəstəxanalar, gözəllik salonları ,muzeylər, kitabxanalar, parklar, şahmat məktəbi, dövlət bankları, restoranlar və kafelər var. Yaxın gələcəkdə çox gözəl və böyük idman kompleksi istifadəyə veriləcək. Çoxda böyük şəhər deyil, küçələri çoxdur. Ərzaq və geyim dükanları çoxdur. Nə istəsəz, tapa bilərsiz. Xaçmazın çoxlu istirahət mərkəzləri var, həmçinin kəndləri. Bizim kəndimiz Nərəcan kəndidir. Balaca olmasına baxmayaraq gözəl kənddir. İnsanları da yaxşıdır. Əhalinin əksəriyyəti yerlidir, amma tat, söbülü və s. millətlər də var. Kəndimizdə kifayət qədər un fabriki, 2 aptek, 2 qəssabxana, bərbərxana, cayxanalar və əhalinin şəxsi bağları var. Nərəcan əsasən şaftalı ilə məşhurdur. Hər bir bağda şaftalı ağacı var. Kəndimiz Nabran yolunda olduğundan yayda ora çoxlu adamlar gəlir. Kəndimizin ləhçəsi də ayrıdır. Nənəmgil danışanda gülməyim gəlir. Kənddə yaşamadığım üçün onların ləhçəsində danışa bilmirəm. Məsələn: Gəlirəm deyəndə -onlar gəlevaram deyirlər və ya gidavaram.Süfrə-sürfə, ayaqqabı- çüvək, ətək -tuman, "neynirsən" deyə soruşanda - "canina dua eliyirəm" deyə cavab verirlər. Hamilə -boylu, qaça-qaça gəl - yügürə-yügürə gəl, 20 qəpik pul-1abbası, eyvan -şöbəntoranin. İnsanları Canım sözündən çox istifadə edirlər. Məsələn: canım, xoş gəlmisən və s.
Yeganə (İstifadəçi)
Deməli, mən Qax rayonunun Zəyəm kəndindənəm. Hər dəfə ora gedəndə də 1 ay ləhçəmizi unuda bilmirəm. Burda da təsadüfən ləhçəmizlə danışan insan görəndə həmən Qaxlı olduğunu bilirəm. Çox doğmadır şivrəmiz mənə. Sizlər də tanış olun əziz Qadın.net xanımları. Məsələn: Bura gəl-Habura gal, Xoş gəlmisən-Xoş gəlipsən, İndi-Hayindi, Bax da-baxsana, Yeyirsən?-Yiyisənmii?, Anamın bibisinə-Kiçi mama,Yaxşı da-Yaxşııısana, Stəkana-istəkan, Ev əşyalarına-attac, Dəsmala-məhraba, Sırğaya-tana, Üzüm çardağı-talvar-altaçıx, çərşənbə axşamları-qorqud, evin bünövrəsi-qaçar, göyərti-pencər, stol-isqam, nəlbəki-bölmə. Yadıma düşən bulardır. Onu da qeyd edim ki, bu şivələri keçmişdə nənələrimiz-babalarımız daha çox işlədib.
Xəlilova Münəvvər (İstifadəçi)
Bizim kənd Maştağa kəndidir. Kəndimizin çox maraqlı adət-ənənələri var. İndiyə kimi də davam etdirirlər. Ləhçəmiz şirin və maraqlıdır. Mənim qohumlarım indi ordadılar. Seyid məhləsindən orda çoxu biri-birini məhlələrdən tanıyıb, salam göndərib hörmət edirlər. Bizlərin qutabı, düşbərəsi, fisincan, şirin dolma və s. Qonaqlarımız olduqda isə çox vaxt bunlardan ikram edirik. Maştağa kəndinin sözdəri də maraqlıdır. Məsələn: Nənəyə -nenə, Babaya-boba, Baciya -boci, Qardaşa-qardeş, Başmağa -boşmağ, Barmağa- bormağ, Ay qız-ağeee, Ana-ayma. "Başım ağrıyır" sözünə "boşum ağrıyır" deyirlər. Uşaga ad qoyulmaqa -sapaxeyir deyirlər. Əncirə-encir, Göyərtiyə-göğərti. Bizim kəndin özünə məxsus yerləri də var. Çoxu şəhərdən ora çıldağa gəlir. Məhşur meyxana ustadı Ağasəlim Çıldağ nənəmgilin qonşusudur. Ağa Mirzə də orda yaşayır. Orda qadınların çoxsu indiyə qədər çarşabda gəzir. Hər kəs kimi mənimdə kəndim mənə əziz və sevimlidir. Yazımı oxuyub həvəsə düşənləri öz gözəl və mehriban kəndimizə dəvət edirəm.
GunelYusifzade (İstifadəçi)
Mən Salyanlıyam. Bizim Səylanmızın balığı kimi söhbəti və ləhçəsi də seçilib seviləndir. O saat deyirlər ki, Salyandansan? Biz baci belə danışırığ. Salamlaşanda ə qardaş nəvar nə yox ecahannığdi? Bizlərdə aş süzənə-qorapalan ,mıxa-qadağ, Başmağa-şappıltı, rezindən olan çəkməyə -botu, tavana-padaloğ deyirik. Bildiyiniz kimi Salyanın da bir çox yalığları bulaqları gölləri vardır.Yayda hər ev, həyət- baca cənnət kimi olur.
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR