Günel Əsədovanın qızları dombish və Ummu Fatimədir.


Sevinc xanımın bacıları Maya El və Gülşən29 da burdadır.



-"Hamımız saat 12-i gözləyirik, ele bil yeni ilə keçirik, yeni illə bərabər Şaxta baba da gələcək."
Hər kəs gülümsədi. Best gəlib dedi:
-"Gəldilər."
Qapıdan Günel girdi və qızları da arxasınca gəldi. Günelin gözləri dolaraq bacıları tərəfə getdi, qızlar da xalası qızları ilə görüşdü, qucaqlaşdılar. Leman dedi:

-"Ay daaa, elə bil Xoşqədəmin studiyasındayıq ee." ![]()
Dombish dedi:

-"Yoldaşımla birgə gəldim, elə Fatimə də yoldaşı ilə gəlib, amma biz elə bura köçmək fikrindəyik."
Maya EL dedi:

Fatime dedi:
-"Xala, nə bilim, qürbət ölkədə buranın yağı, dadı yoxdu da."
Sevinc bacı Günelə dedi:
-"Sənin gəldiyini eşitdiyim gün elə Lemanın qaynanası qonaq çağırmışdı, ora gedirdik."
Günel dedi:
-"Elə bir gün onlar da gəlsin, oturaq adətlərə hazırlıqlardan danışaq."
Ummu Fatime xalası qızlarından Lemanın nışanlısıgili soruşdu:
-"Kim ailə qurub, kimlər subaydır?"
SeRRaS dedi:

-"Fatime, onların subayını soruşma, elə biləcəklər hansısa qohumun üçün soruşursan, sevindinklərindən gözlərinə işəq gələcək, sonra işıq pulu vermək var e." ![]()
Qızlar gülüşdü. Best dedi:

-"Zəng eləyim, Mahira də mamasigillə gəlsinlər bura, oturaq."
Elə zəng eləyib Mahira ilə ordan-burdan danışıb onlara çağırdı. Mahira de dedi:

-"Hə, elə mamayla bacı da gəlmək istəyirdi, lap yaxşı oldu, gələrik yəqin."
2 saat keçdi, bacısı Shoko və maması Sada ilə ora gəldilər.

Sada Sevinc xanımın qaynı arvadıdır, təmkinli, ağır, xanım-xatın bir qadındır. Shoko isə hazırcavab, özündən razı, mehriban bir qızdır, nişanlıdır.

Nişanlısı zapıdan BMW-ə kreditle qalxan Insect666-dır.

Qızlar bir otaqda oturmuşdular. Fatime Lemandan soruşur:
-"Subay baldızlarını nə vaxt yola salacaqsan?"![]()
Leman da gülə-gülə:
-"Nə olub, baldızlarım hamının yerini dar eləyir? Gedəcəklər də." ![]()
SeRRaS dedi:
-"Fatime, bu, baldızlarını yaman çox istəyir, hələ nişanlısının əmisi oğlu qızıldiş Samirdən danışmasın e, ağzı elə bil metallomdur, qızıldişi var", deyib gülümsədi.
Dombish dedi:
-"Subaydır ki o?"
Shoko dedi:
-"Hə, onun yaşında meşədə ağac qalmayıb."
Hamı gülüşdü.
Sizə söz açım Pervane xanımın qızı RevuŞdan.

RevuŞ Fidanla zəngləşir və deyir ki bu gün gəlin bizə.

Fidan da deyir:
-"Həə, evdə bir iş yoxdusa, deyərəm, gələrik."
Pervane xanım dedi:

-"RevuŞ, qızım, elə bu qədər hazırlıq görmüşük, bacın da gələcək, bəlkə Lemangili də çağırasan?"
RevuŞ sevinərək:
-"Həə, ana, əla olar", dedi.
Elə Sevinc xanıma zəng eləyib qızlarını dəvət etdilər, ancaq Sevinc xanım bacısının Rusiyadan gəldiyini və qızların da burda olduğunu söylədi. Pervane xanım dedi:
-"Nə olacaq, mən də elə cavanları yığıram, daha qohum sayılırıq, qızlar da gəlsin, bacınız da xoş gəlib."
Sevinc xanım:
-"Hə, çox sağ olun diqqət üçün, indi gedib deyərəm qızlara", dedi.
Sevinc gəlib qızlara dedi:
-"Hazırlaşın, Pervane xanım sizin hamınızı dəvət edir, deyir ancaq cavanlar olacaq, gəlib otursunlar."
SeRRaS dedi:
-"Cavanlar olacaqsa Yegana yəqin gəlməz, onun sroku cavanlıqdan keçib day. Yenə gəlib atmacalarından qalmayacaq, yoldaşı polkovnikdi hələ, belə göylə gedir, görən general filan olsa neynəyər?" ![]()

Nə isə qızlar hazırlaşmağa başladılar. Ele vaxt dolandı, hamı yığışdı Pervane xanımgilə. RevuŞun böyük bacısı Ayka Nəcəf də gəlib çıxmışdı. Ayka Nəcəf mehriban, işgüzar, yumşaq bir xasiyyətdədir, evlidir.

Bir az keçmişdi ki qapıdan Samirlə kristen_ də gəlir.

Mahira deyir:
-"Sən heç dəə, məclislərin göz muncuğusan, mütləq olmalısan" ![]()
Samir dedi:
-"Hər kəsə salam, inanın əmioğlu dedi ki, sən get orda ol, mən də gələcəm, evdə ağacları sulayırdım, heç boş deyildim". ![]()
Shoko dedi:
-"Elə mən də bu gün bağbana kömək etmişəm, ağacları sulayırdım". ![]()
Samir dedi:

-"Əşi, siz heç dəə, siz yəqin ağacları Essentukiylə sulayırsınız."![]()
Yegana qəhqəhə çəkib güləndə Mahira dedi:
-"Ay Yegana, yavaş gül, mədən göründü." ![]()
Shoko gülərək dedi:
-"Samir, durub əlimi sənə bulasam, alma ceminə dönəcəksən." ![]()
Ayka Nəcəf kənardan gedən söhbətlərə, zarafatlara gülərək Fatimədən soruşdu:
-"Bəs Dombish niyə gəlmədi?" ![]()
Fatime:
-Yoldaşı tez gələcəkdi deyə gəlmədi", dedi.
Shoko dedi:
-"Eşitdim, ay Samir, arıqlamısan, amma göbüşlü balinalara oxşayırsan."![]()
Samir dedi:
-"Heç nişanlın da məndən geri qalmır, balkon çıxardıb, sahəsini genişləndirib." ![]()
Yagmur damlası dedi:
-"Leman, bunların zarafatına duz lazımdı, sən vaxt elə alış-verişi yekunlaşdıraq."
Yegana dedi:
-"Ay Deniz84, eşitdim, hər oğlana bir mızınqulu tapırsan, çox xırdalama, axırda evdə qalıb Samirə qismət olacaqsan." ![]()
Deniz84:
-"Ay Yegana, sən hələ Fidanı ərə ver, sonra söhbət edərik." ![]()
Samir dedi:
-"Məni mövzu eləməyin, artıq bir namizəd var."
Fidan şəklini göstərdi hamıya ki, namizədi bu qızdır.
Mahira dedi:
-"Bu lap Obamagillərə oxşayır, şokolad kimi qızdır, amma xoşbəxt olun."
Yegana dedi:
-"Ay Mahira, sənin də ayaqların su turbasına oxşayır, onda sənə namizəd olan oğlan neyləsin?" ![]()
Mahira da dedi:
-"Əsas odur keçəl fontamaz olmasın", deyib gülüşdülər. ![]()
Samir cibindən güzgü çıxardıb stola qoyanda kristen_ soruşdu:
-"Samir, bu güzgü nədir, gəlin köçürdürsən?" ![]()
Samir dedi:
-"Yox, hər gün səhər-səhər evdən arxa-arxaya çıxanda qapıya dəyirdim, indi güzgüylə çıxıram ki, dəyməyim", deyə zarafatlaşdılar
Mahira dedi:
-"Məktəbdə bu Samiri o qədər döyürdüm ki, neft iyi verirdi." ![]()
Samir dedi:
-"Sən hələ məktəbdə mən çantamdan kivi çıxardanda sən kiviyə kartoşka dediyini yadına sal e." ![]()
Shoko Samirin qulağına pıçıldadı:
-"Əlimin içi qaşınır, bir qapaz qoyacam ləhcəni dəyişəcəksən", deyib güldü.
Zarafat zarafat arxasınca gəldi.
Birdən Fidan RevuŞa dedi:
-"Yaxınlıqdakı marketə dəyib 2 dəqiqəyə gəlirəm."
Yegana dedi:
-"Dayan Samir də sənlə gəlsin, yolda sataşan filan olar."
SeRRas Bestə dedi:
-"Hardadı o bəxt onda?!! ![]()
2 bacı gülüşdü. Best dedi:
-"Ayka, RevuŞ, Pervane xala, hər şey çox yaxşıydı, çox sağ olun, əziyyət çəkmisiniz." ![]()
Pervane xala da gəlib dedi:
-"Qızlar, əsas odur mehribançılıq olsun, hər kəs hörmət sözünü dərindən dərk eləsə, getdiyiniz hər bir evdə də bu hörməti aşılasanız, inanın, sizlər üçün həmişə yaşıl işıq olacaq, qızlar, sizə bir ana kimi məsləhət verim, bu həyatda hər kəs öz həyatını yaşayır, həyatda "bezdim" sözünü deməyəcəksiniz, yalnız məqsəd qoyub o pilləyə getmək üçün əlinizdən gələni edəcəksiniz, çünki sizdən sonra körpələriniz var, edilən yaxşılıqları onların qabağına Allah çıxardacaq, düzdür, Ayka balamın hələ körpəsi yoxdu, amma mən ona da həmişə deyirəm səbir insanı ucaldır, səbirsizlik isə alçaldır. Yəni insan vaxtın getdiyinə baxıb heyfsilənməlidir, ömürdən gedir, amma heyfsilənməməlidir ki, artıq gecdir... Gec heç nə deyil, insan istədikdən sonra geci də tezləşdirə bilər... Burda hərəniz bir evə düşəcəksiniz, bəziləriniz düşmüsünüz artıq, bircə onu deyim ki, getdiyiniz ailədə 3 şeyi həmişə vacib orqan kimi özünüzdə daşıyın, birinci səbir, ikincisi hörmət , üçüncüsü inam. Hamınıza nuş olsun."
Leman dedi:
-"Pervane xala, lap mamam kimi nəsihətlər verdiniz." ![]()
Samir dedi:
-"Görəsən mənim namizəd olduğum qız bunları bilir?
Gərək, bibi, kursa göndərək e onu."![]()
Best dedi:
-"Kimdir e namizədin, nəyə gizlədirsən, elə bil Maykl Cekson falandır, de biz də bilək də, yoxsa dövlət sirridir?"
Samir dedi:
-"Best, dayan, oturmuşuq da, Maykl Ceksonun beyin sümüyünü tərpətmə. Amma burnu hə, Mayklın burnuna oxşayır."
Pervane xanım dedi:
-"Samirin namizədi yaxşı bir qızdır, yox gizlətmirik, oğlanı utandırmayaq."
Namizədi...
Ardı var...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
195 kq arıqlayan qadın hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Meqan Marklın gizli Hollivud planı ortaya çıxdı
Bu 9 qida arıqladır!
Diqqətli olun: güclü qasırğa yaşayırıq
Xaricdən gələn qonşusunun qapısına qıfıl vurdu-SƏBƏB
Gəlin gözəldir, yoxsa tort?
Dua Lipa geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
“Associated Press”: “İlham Əliyev azad olunan ərazilərin dirçəldiləcəyinə söz verdi”
Yeni türk nəsilini necə yetişdirməli?
Balaca uşaqlar üçün papışın toxunması
Qaynananın və gəlinin şikayətləri
Ailənizlə səyahət edə biləcəyiniz 4 ölkə
Dünya tibb elmində ilk
Milyonlarla insanın həyatı belə dəyişdi
Bakıda bu şəxslər üçün avtobuslar pulsuz olacaq
Paşinyan məğlubiyyətin məsuliyyətini üzərində olduğunu bildirib
Koronavirusun simptomları dəyişdi
Ətrafa atılan maskalar: Ən böyük təhlükə mənbəyi - VİDEO
Bu makiyaj səhvlərini etməyin!
Çörək yeyərək arıqlamaq olarmı?
Varikozdan qorunmaq üçün 15 dəyərli addım
Azərbaycanın futbol hakimi AÇ-nin final mərhələsində
Yaylıq və şərflər
Dünyada hansı ölkənin pasportu daha etibarlı və güclüdür?
Parkinson xəstəliyinə tutulmuş sənətçinin görünüşü pərəstişkarlarını məyus etdi - VİDEO
Alma-yerkökü-çuğundur tandemi: faydası və ziyanı
Azərbaycanda Avro-4 normalarının qəbulu nə ilə bağlıdır?
Möhtəşəm rekord: dünyanı qaçaraq dolaşdı
Möhtəşəm mənzərələr
Bürclərin mənfi xüsusiyyətləri (2)
5 gündə 5 kilo arıqladan MÖCÜZƏVİ DARÇIN SUYU
At şabalıdı
Ukraynanın “Obezrevatel” kanalı Dağlıq Qarabağ münaqişəsi haqda film hazırlayıb - VİDEO
Gürcüstan Azərbaycana başsağlığı verdi
2014-cü ilin şərf və şal modelləri
Dövlət xəstəxanalarında tibb fakültələri açılacaq - RƏSMİ
Rezidenturanın bəzi ixtisasları üzrə müsabiqə şərtləri dəyişdi
Qarışıq geyimlər
Gözəllik kraliçası küçədə, dilənçi kimi öldü
Qızılı sevən, siyasətdən qaçan, vətəni olmayan adamlar...
Bəhram Bağırzadə həftələr sonra şəkil paylaşdı-FOTO
Koronavirusa görə “Eurovision”da problemlər başladı
Son 14 gün ərzində virusa yoluxma halları artıb - RƏSMİ
Edamdan 18 il sonra bəraət aldı
Hamilə olduğunu düşünürdü 9 ay sonra ...-FOTO
Hər səhər tıxacda qalanlar üçün xoş xəbər - FOTO
Böyük Dostoyevski 192 yaşında
Pedaqoji təhsili olmayanlar üçün yeni qaydalar hökumətə təqdim edilib
19 gün meşədə azıb qalan cütlük xilas edildi - FOTO/VİDEO
Paşinyan Şuşanı qaytarmaq üçün edilmiş uğursuz cəhdlərindən danışdı















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]