Şəri Babayeva
İndi əsl dost tapmaq çətindir. Əsl dost güvəndiyin, sənin ona verdiyin sirri heç kimə deməyən, dar günündə sənə dayaq olan biri olmalıdır, məncə. Mənim dostlarım anam və bacılarımdır. Onlara güvənirəm. Bilirəm ki, məni heç vaxt yarı yolda qoymazlar.
Elifв™Ў
Əsl dost qiymətli bir xəzinədir. Yaxşı dost insanın aynası, güzgüsü kimidir. Mənim ən yaxın dostum qəlbimi rahatlıqla aça biləcəyim, dərdimi, çətinliyimi, yoxluğumu utanmadan, güvənərək bölüşə biləcəyim biri olmalıdır. Mən 3 dost, 5 dost fikrini də qəbul edə bilmərəm. İnsan bütün dərdini, qəlbini 5 nəfərlə də bölüşə bilməz ki? Mütləq biri sənə, qəlbinə daha yaxın olmalıdır. Sinif yoldaşım olan, 7-ci sinifdən dostuq etdiyim bir qız vardı. Çox yaxın idik... Mən həmişə ona deyirdim ki, ola bilər mən hiss etmərəm, amma yanlış sözüm, hərəkətim olan kimi mənə desin. Mən də həmçinin ona. Hətta hər tətilə çıxanda bir-birimizə məktub yazardıq. Eləcə də tətildən qayıdanda ikimizin də məktubu hazır olardı bir-birimizə verməyə. Amma məktəbi bitirəndən sonra o əyani, mən qiyabi oxuduqdan sonra aramızda soyuqluq yarandı. Ara-sıra danışırdıq, görüşürdük, amma əvvəlki səmimiyyət yoxdu. Mənə qalan keçmişdəki səmimi məktubları oxumaqdır... Yaxşı dost hətta insanı formalaşdıra bilər. Peyğəmbərimiz (s.a.s) demişdir: "Kömürçünün yanında durana his bulaşmasa da, his iyi gələr, müşk satanın yanında durandan da müşk iyi gələr". İndi real həyatda da yaxın yoldaşlarım, burada da çox sevdiyim dostlarım var. Amma yaşım artdıqca "Dost istərsən, Allah yetər" cümləsinə daha da bağlanıram. Qəlbləri bilən Allaha qəlbimi açmaqla daha rahat oluram. Allah hər daim qarşımıza yaxşıları çıxarsın insəAllah.
Gözel Gözlum
Mənim bir dostum olub məktəb vaxtı, amma sonra başqa biriylə dost olub və mənim sirlərimi o qıza danışıb. Mən biləndə onunla dalaşdım və 5 ay küsülü qaldıq. Amma mən burnumdan əməliyyat olunanda məni ziyarət etdi. Ona görə onu bağışladım, amma bundan sonra ona sirlərimi demirəm və güvənmirəm. Deməyim odur ki, dost boş şeydir, əsas anadır.
Ellada Babayeva
Həqiqi dostu olanın güzgüyə baxmağa ehtiyacı qalmaz. Əsl dost güvəndiyin biri olmalıdır. Səhvin olanda bunu sənə təklikdə deməlidir. Dostu olmayan bu dünyada qəribdir. Realda dostlarım elə çox olmayıb. Amma virtualda dostlarım çoxdur. Düzdür, başıma elə bir hadisə gəlməyib dost tərəfdən.
Gulum
Bəlkə də həyatda nə vaxtsa ən çox ehtiyac duyduğum bir kəs olub. Lakin heç vaxt dostum olmayıb. Bəlkə də deyərdim ki, buna ailəm imkan verməyib. Nə qədər də olsa, mən sovet dövrünün uşağıyam. Dost sıxıntıları çəkdiyim bir vaxtlarda anam bunu duymuşdu və təkidlə məni güzgünün qabağında oturdub dedi ki, "dost elə bir insandır ki, sən güləndə gülsün, sən ağlayanda ağlasın, amma üzdə yox, qəlbdə. Güzgüyə bax, belə bir insanı ancaq güzgüdə görə bilərsən". Nə bilim, bəlkə də haqlıymış, bəlkə də yox, amma bir onu bilirəm ki, mənim dost axtarışına son qoyacağım kimi bir qərar verilmişdi artıq. Yadımdadır ki, bir dəfə ədəbiyyatdan dost haqqında inşa da yazmışdım və əla qiymət almışdım. Düzdür, rəfiqəm olub, amma rəfiqə dost demək deyil. Dost nədir? Dost iki canda bir ürək deməkdir və görəsən, hər dostda bu ürək bir döyünürmü? Bu ürərin bir döyünməyi üçün illərin sınağı lazımdır. Bəzən olurdu ki, ürəyimi deşən bir sözü deməyə bir kimsə axtarırdım. Sən demə, o kimsə tapa bilməyəcəyim bir dost imiş. Nə gizlədim, anamla nəinki dost, heç rəfiqə də olmamışam. Onunla münasibətim sadəcə onun öyüdlərinə qulaq asıb bəzən istəməsəm də hörmət olaraq başımı razılıqla tərpətmək olub. Amma ailə həyatı qurduqdan sonra atam bəlkə də mənə ən yaxın dost, sirdaş olub. Əksər hallarda sözümü deyə biləcəyim bir varlıqdır atam. Onunla bölüşməyə qıymadığım hallarımı isə çox şükürlər olsun ki, övladlarımla bölüşə bilirəm. Allah dostlarımı mənə çox görməsin. Yenə də şükürlər olsun ki, Qadın.Netdə virtual da olsa, yaxın bildiyim qızlar var və onları çox sevirəm. Məndən kiçik və ya böyük olmalarına baxmayaraq, onlarçün darıxdığım anlar olur. Bunu onlar özləri də bilirlər, İnşallah bəlkə realda bir gün görüşdük onlarla, nə bilmək olar. Qadın.Netlilər haqqında iştirak etdiyim bir neçə xəbər sanki danışa bilmədiklərim ürəyimdəki sözlərdən olub. Buna görə də təşəkkürlər Qadın.Net!!!
...ŞiRiN_QıZ...
Məncə, dostluq qırılmaz bir bağdır, açılmaz bir düyündür. Dostluq mənim üçün çox böyük bir önəm daşıyır, əsas da dostluqdakı hörmət, sədaqət, bir-birinə qarşı inam... Dostluqdakı o inam nəyə desən dəyər. Allahıma min şükür ki, mənə də dostluğun nə demək olduğunu anladıb, mənə də o hissi dadmağıma icazə verib. "Dostsuz insan qanadsız quş kimidir" deyib atalarımız. Dostluğun, dostun nə demək olduğunu sizə heç cürə başa sala bilmərəm. Bu tamam başqa bir şeydir. Ən azından bilirsən ki, səni anlayan, inanan, sənə güvənən birisi var. Onunla çox yaxşı vaxt keçirə bilirsən, ona heç çəkinmədən problemlərini, şəxsi məsələlərini deyə bilirsən və ən önəmlisi isə o, səni çox yaxşı anlayır. Mənim də dostum var, onu, həqiqətən, çox istəyirəm. O necə hər zaman mənim yanımda olursa, mən də onun yanında oluram, ona dayaq oluram.
PƏRVANƏ ƏLİYEVA......
Bizim evdə, ailədə mən uşaq olandan eşitmişəm ki, nə rəfiqən olsun, nə də ki, dostun. Yəni bu sözləri hər zaman anam deyərdi. Deyərdi ki, sənin dar günündə də, yaxşı günündə də dostun, rəfiqən, mənəm - anan. Ona görə də anamı eşitdim. Nə dostluğa, nə də ki, rəfiqəyə inandım. Əslində anamın haqlı olduğunu da görürdüm. Amma oğlumla bir sinifdə bir qız oxuyur. Bilmirəm necə oldusa, o qızın anası ilə dost, rəfiqə hətta deyərdim ki, bacı kimi olduq. Artıq bu dostluğun 9 yaşı var. Dost dar günündə də, yaxşı günündə də sənin yanında olmalıdır. Sənin hər dərdinə şərik olmalıdır. Bax, mənim illər sonra tapdığım dost, bacı belələrindəndir. O, həqiqətən də, yaxşı dostdur, bacıdır mənə. Pis günümdə də, yaxşı günümdə də yanımda oldu. Çox sevinirəm ki, bu gün də yanımdadır. Allah onu mənə çox görməsin. Dostluğa heç vaxt inanmayan mən, bu gün tam əminliklə deyə bilərəm ki, dostluğa inanın, güvənin.
Dəniz84
Dostluq haqqında 1-ci hissədə qızlar o qədər gözəl yazmışdılar ki, bu sözlərə mən nə isə əlavə etməyə cümlələr tapmadım. Ancaq bir hekayə paylaşmaq istəyirəm.
Uşaqlıq dostu olan iki mömin uzaq səfərə çıxır. Səfər günlərindən birində onların arasında mübahisə düşür və dostlardan biri digərinə sillə vurur. İncik düşən dost bir söz demədən dostunun üzünə baxır, sonra qum üzərinə bu sözləri yazır: "Bu gün uşaqlıq dostum mənə sillə vurdu".
Beləcə onlar yollarına davam edirlər, nəhayət, bir meşəyə çatırlar. Vurulan dost meşədəki bataqlığa düşür. Dostu onu xilas edir. Xilas olan dost bu dəfə daşın üzərinə bu sözləri yazır: "Bu gün dostum həyatımı xilas etdi".
Dostu ondan soruşur;
- Bir neçə gün əvvəl sənə sillə vurduqda bunu qumun üzərinə, indi xilas edəndə isə daşın üzərinə yazırsan. Bunların mənası nədir?
Xilas olan dost belə cavab verir:
- Biri xətrimizə dəydikdə bunu qumun üzərinə yazmalıyıq ki, mərhəmət küləyi onu tez silib bizə unutdursun. Biri yaxşılıq etdikdə isə onu daşın üzərinə yazmalıyıq ki, həm bizim, həm də əbədi olaraq başqalarının xatirində qalsın.
Acıqlarımızı quma, yaxşılıqlarımızı daşlara yazmağı öyrənməliyik. Yaxın dost tapmağa bir neçə dəqiqə sərf etsək də, onu unutmağa bir ömür lazım olur.
Nely
Dost dostu üçün düşünmədən hər şeyi edəndir. Bax, mən bu hissi dostum tərəfindən yaşadım, mənim üçün ən çox sevdiyi insanları məni üzdükləri üçün həyatından sildi. Bax, budur dostluq! Hər kəsdən dost olmaz. Bu da bir şans işidir. Yaxşı dostu olan bəxtəvərdir, eynən mənim kimi. Sevdiklərimə mənim dostlarım kimi dost qazanmaqlarını arzu edirəm. Yaxşı ki, varsınız, mənim dostlarım, həyatımın ən gözəl insanları.
Qedirova Mətanət
Əsl dost insanın dar günündə yanında olmalıdır. Başqasının yanında öz dostuna acı söz deməməlidir. Əslində insanın bu dünyada yaxın dosta ehtiyacı olmalıdır. Onunla qəmini, sevincini bölüşməlisən. Onunla sirrlərini bölüşməlisən. Mənim real həyatda dostum var.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda istilik sayğacları quraşdırılacaq
Ferhat Köçerin evlilik fobiyası
Dini liderlər dünyanı sülhə çağırdılar
Dərdin ən böyük dərmanı - təsəlli
"Yazıq" portret
Energetikası güclü olan insanların əlamətləri
Pəncərə kənarındakı möcüzə-Kalanxoe-2
Azərbaycanda şəxsiyyət vəsiqələrində YENİLİK
Parlaq dodaqlara sahib olmaq istəyirsiniz?
Boy uzadan ayaqqabı
Yılmaz Mörgüldən gözlənilməz reaksiya
"Eurovison-2016"nın daha bir gözəli
65 il bir yerdə yaşayan ər-arvad eyni gündə öldü
Bensu paylaşdığı FOTO ilə təəccübləndirdi
Sərdar Ortaçdan maraqlı ETİRAF-FOTO
Facebook-un qorxulu sirri açıldı
"Rocketman"hər kəsin diqqətini çəkir-FOTO
Ev həyatımız üçün praktik məsləhətlər
Makronun koronavirusa harada yoluxduğu məlum oldu
Vitaminli salat (foto resept)
Bu tərəvəz pis qoxu yaradır
Məşhur müğənnidən gözlənilməz ETİRAF-FOTO
"Sen anlat Karadeniz"in FİNAL edir
"Avroviziya-2018"-in finalçıları müəyyən oldu-FOTO
Sarımsaq qoxusunu aradan qaldıran qidalar
Siqareti tərgitməkdə yardımçınız olacaq
Obezofobiya
Ey Azadlıq!
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Oxumağı sevən uşaqlar üçün dünya klassikləri
Ağac evlər
Qarındakı yağlar üçün pomidor suyu
Özcan Deniz yenidən evlənir-FOTO
Benzinin qiyməti nəqliyyatda gediş haqqını da artırdı
Uşaqları mazoxist kompleksi olmadan böyütmək
Xalq artisti Mirzə Babayevin 100 illik yubileyi keçiriləcək
Ərdoğan Putinlə Dağlıq Qarabağ məsələsini müzakirə edib
Medalyer sənəti
Əslən azərbaycanlı olan türk aktyor BAKIYA GƏLDİ
Yatmağa kömək edən qidalar
Badam unundan pankek (foto resept)
Çoxmillətli toy "Ginnes"-ə düşdü
Dubay metrosunda robotlar xidmət göstərəcək
İxtisas seçimi başlandı
İki rəngli cupcake (foto resept)
Ayaqqabı və çantalar
Sızanaqların qarşısını necə almalı?
Xərçəngə qarşı universal vasitə hazırlanır
Geyim kombinasiyaları
Ermənistan prezidentini öldürmək istədilər
- ŞƏRHLƏR