Azərbaycanın ilk milli qadın portalı - www.qadin.net və Azərbaycanın ilk gecə geyim brendi WOM-MAN şirkəti, ulduzu hələ parlamamış, istedadlı xanımların axtarışına çıxır! Bəli, bəli! Yalnış oxumadınız! Bu müsabiqə sıradan bir müsabiqə deyil!
Yaxın günlərdə ilk gecə geyimləri kolleksiyasını müştərilərin ixtiyarına verəcək Azərbaycanın gecə geyim brendi WOM-MAN şirkəti, payız-qış kolleksiyası üçün müsabiqə elan edir.
Müsabiqənin şərtləri olduqca sadədir. Müsabiqədə iştirak etmək istəyən hər bir istifadəçi, öz qələmi ilə cızma-qara etdiyi gecə geyimi stilini, maketini [email protected] elektron poçt ünvanına göndərməlidir. Yəni, siz xəyallarınızda düşündüyünüz gecə geyimini (köynəklər, köynək və şort dəsti, xalatlar və s.) ağ vərəq üzərində, bir "modelyer" kimi çəkirsiniz. Hazırlanacaq geyim modelinin ön və arxa hissələri aydın şəkildə görünəcək halda çəkilməlidir. Ehtiyac olduğu halda yan tərəflərin görüntüsünü də əlavə etmək olar. Daha sonra çəkdiyiniz geyim modelinə aid xüsusi qeydləriniz varsa, həmin qeydləri yazılı şəkildə, hazırlanmış modelin rəsimləri ilə birlikdə müsabiqədə iştirak üçün qeyd olunan email ünvanına göndərirsiniz.
WOM-MAN şirkəti qalib olacaq istifadəçinin hazırladığı modeldən payız-qış kolleksiyasının istehsalı zamanı istifadə edəcək. Belə ki, əgər sizin hazırladığınız model müsabiqənin qalibi olarsa, payız-qış kolleksiyası hazırlanan zaman, fabrikdə tikilərək müştərilərə təqdim ediləcək. Hazırlanan məhsullar qablaşdırılarkən, məhsul qutusunun arxa hissəsində, sizin rəsminiz və haqqınızda kiçik informasiya qeyd olunacaq ki, bu da öz növbəsində sizin həmin modelin müəllifi kimi tanınmağınız deməkdir.
Qeyd olunanlarla yanaşı, qalib istifadəçilərə xüsusi hədiyyə kuponları da təqdim olunacaq.
Müsabiqə qaliblərinin müəyyən olunması üçün səsvermə keçiriləcək. Səsvermə zamanı qalib olmasanız belə, WOM-MAN brendinin məsul şəxsləri, müsabiqədə iştirak edən bütün istifadəçilərin əl işləri arasından seçmiş olduqları, bəyənilən modelin müəllifi ilə əlaqə saxlayıb həmin modeli də istehsal edilməsi üçün payız-qış kolleksiyasına daxil edəcəklər.
Bir sözlə, müsabiqə bir çoxlarının həyatını tamamilə dəyişə bilər. İstedadlı müəlliflərlə WOM-MAN brendi, gələcəkdə davamlı olaraq ödənişli əsaslarla əməkdaşlıq etmək niyyətindədir.
Müsabiqəyə qatılmaq üçün əl işlərinizi 29.08.2012-ci il saat 01:00-dək [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz. İstifadəçi adınızı qeyd etməyi unutmayın!
Hazırlanması tələb olunan modellər üçün nümunələr:
Müsabiqənin şərtləri:
Göndərilən rəsimlərdə əks olunacaq əl işləri, məhz sizə məxsus olmalıdır!
İnternet səhifələrindən götürülmüş rəsimlərin heç biri müsabiqəyə buraxılmır!
Səsvermə 29.08.2012-ci il saat 03:00-dan başlanır və 30.08.2012-ci il saat 03:00-da başa çatır!
Səsvermədə şərh sayı minimum 30 olan istifadəçilərin səsləri keçərli sayılır.
Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!
Qaliblərə mükafatlar:
1-ci yer – 250 AZN dəyərində WOM-MAN dükanlarında alış veriş kuponu
2-ci yer – 200 AZN dəyərində WOM-MAN dükanlarında alış veriş kuponu
3-cü yer – 150 AZN dəyərində WOM-MAN dükanlarında alış veriş kuponu
Müsabiqənin sponsoru:
Müsabiqənin sponsoru Azərbaycanın ilk gece geyim brendi, WOM-MAN şirkətidir.
WOM-MAN mallarının satış ünvanı, Naxçıvani küçəsi 2 ünvanında yerləşən "Bizim Market" alış-veriş mərkəzindədir.
Əlavə məlumat üçün: WOM-MAN Facebook səhifəsi
Səsvermə 29.08.2012-ci il saat 03:00-dan başlanır və 30.08.2012-ci il saat 03:00-da başa çatır!
Səsvermədə şərh sayı minimum 30 olan istifadəçilərin səsləri keçərli sayılır.
Özü özünə səs vermiş istifadəçilər - müsabiqədən kənarlaşdırılır!
* * * * *
Səsvermə sona çatdı! Müsabiqənin nəticələri:
1-ci yer: 27 keçərli səs sayı ilə 5 saylı rəsmin müəllifi - Suzana Qasimova
2-ci yer: 25 keçərli səs sayı ilə 1 saylı rəsmin müəllifi - Milana.M
3-cü yer: 23 keçərli səs sayı ilə 15 saylı rəsmin müəllifi - SUZAN
Ümumilikdə bütün istifadəçilərin nəticələri:
1 - 34 səs: 25 keçərli 9 keçərsiz
2 - 7 səs: 7 keçərli 0 keçərsiz
3 - 12 səs: 7 keçərli 5 keçərsiz
4 - 1 səs: 0 keçərli 0 keçərsiz
5 - 36 səs: 27 keçərli 9 keçərsiz
6 - 2 səs: 1 keçərli 1 keçərsiz
7 - 6 səs: 2 keçərli 4 keçərsiz
8 - 24 səs: 16 keçərli 8 keçərsiz
9 - 1 səs: 0 keçərli 1 keçərsiz
10 - 16 səs: 12 keçərli 4 keçərsiz
11 - 5 səs: 3 keçərli 2 keçərsiz
12 - 0
13 - 1 səs: 1 keçərli 0 keçərsiz
14 - 1 səs: 1 keçərli 0 keçərsiz
15 - 26 səs: 23 keçərli 3 keçərsiz
16 - 3 səs: 2 keçərli 1 keçərsiz
17 - 3 səs: 2 keçərli 1 keçərsiz
18 - 0
19 - 3 səs: 1 keçərli 2 keçərsiz
20 - 4 səs: 4 keçərli 0 keçərsiz
21 - 9 səs: 3 keçərli 6 keçərsiz
Hər üç qalibimizi ürəkdən təbrik edirik!
Həmçinin dəyərli vaxtlarını ayırıb, müsabiqədə iştirak etmiş bütün iştirakçilara dərin təşəkkürlərimizi bildirik!
Eyni zamanda müsabiqənin sponsoru Azərbaycanın ilk gecə geyim brendi WOM-MAN şirkətinə , bütün kollektivə dərin minnətdarlığımızı bildiririk!
P.S. - Qalibər hədiyyə kuponlarını əldə etmək üçün, 02.09.2012-ci il tarixinədək redaksiya ilə əlaqə saxlaya bilərlər: [email protected]
XƏBƏR LENTİ
Sevgi alimin ağlını aldı
Aslı Murad haqqında danışdı
Tarkan qızı üçün mahnı yazdı-FOTO
Dərs ili qısaldıla bilərmi?
Azərbaycan əhalisinin son sayı açıqlandı
Neslihandan Fahriyenin artıq çəkilərinə dair AÇIQLAMA
Menstruasiya haqqında bilməli olduqlarınız
Azərbaycan Ordusu mülki əhalini heç vaxt hədəf almır - RƏSMİ
Beyonsdan kababçı Nüsrətə şok təklif
Google-un lobbiçiləri zəifləyəcək
Hər kəs təyyarə sürə biləcək
Gülməli anlar
Yataq üstü rəflər
Millət vəkili oğluna 1500 nəfərlik toy etdi - FOTO/VİDEO
Türkiyəli ulduz "Ay qız"ı oxudu - VİDEO
Portağallı kokostar qurabiyəsi (foto-resept)
Hadisənin son FOTOsu narazılıq yaratdı
Pensiyalarla bağlı YENİ MƏLUMAT
Merlin Monronun öldüyü ev rekord qiymətə satıldı
İstirahət gününün havası
Günün ulduz falı
Feil - 1
Skype-da gözlənilən yenilik gerçəkləşdi
Azərbaycanda evdə təhsil alanlara müjdə
Yay geyimləri
Bakı kəndlərində sel köçü
Albalı keksi (foto resept)
Putindən dünyanı ayağa qaldıran həmlə
Koronavirusu ən çox yayan mahnı məlum oldu
Danışa bilməsə də, milyonlar onu seçdi-FOTO
Müəllimlər üçün İKT-dən istifadə təlimləri keçirilir
Hava necə olacaq?
Əl işləri
Hicablı xanımlar üçün ziyafət geyimləri
Britni Spirs pəhrizi
Xəyanətin ölçüsünü orada axtarın
Bir günə 20 min artdı - Əcnəbilərin “Qarabağ” marağı...
Dolu bədənli xanımlar üçün
Şahzadələrin cazibədarlıq sirləri
Övlad sahibi olmaq istəyənlər
Berkay tənqid olundu - FOTO
"Uşaqlar və qadınlar zorla bu xoşagəlməz vərdişlərə məcbur edilirlər"
Vanqanın Qarabağla bağlı PROQNOZU
Nəvələri Heydər Əliyevin məzarında
Ay tutulması baş verəcək - Dəqiq vaxt açıqlandı
HAVA necə olacaq?
Hava haqqında
İstirahət günlərində Bakıda bu yol bağlı olacaq
Ramil Səfərov ata oldu
Bergüzar Korel çətin hamiləliyindən danışdı – FOTO
- ŞƏRHLƏR