1862 - ci ilin noyabr ayı, Amerika Vətəndaş müharibəsi artıq il yarımdır ki, davam edir. Ölkə bölünüb. Siyasət tarixinin dahi fiqurlarından biri Abraham Linkoln bir qadınla tanış edilir. Linkoln xanıma belə deyir : "Bu böyük müharibəni başladan balaca qadın sizsiniz, deməli".
Bu balaca qadın Harriyet Biçer Stou idi. Bəs o, necə müharibəyə səbəb olmuşdu ?
Əlbəttə, Linkoln bu sözü obrazlı demişdi və ya mətbuat belə obrazlı yazmışdı. Xanım Stou Linkolna cəsarət verən ictimai rəyi formalaşdırmışdı. 1851-ci il,(müharibədən 10 il əvvəl) ictimai rəy formalaşdıra biləcək yeganə vasitə mətbuat idi. Elə bu zaman abolsionistlərə aid "The National Era" qəzetində 40 həftə ərzində Tom Dayının Daxması adlı bir əsər təfriqə olunur. Quldarlıq əlehinə yazılmış bu əsər o qədər məşhurlaşır ki, 1952-ci ildə kitab şəkilində nəşr olunur. 19. əsrdə İncildən sonra ən çox satılan kitab olur. Nəşr olunduğu ilk ildə ABŞ ərazisində 300 min nüsxə, Birləşmiş Krallıq ərazisində isə 1 milyon nüsxə satılmışdı. 3 il sonra, 1955- ci ildə belə "ən çox satılan" idi. Artıq ən çox verilən qız adı Yeva (Ava) idi. Bu kitab Şimalı Cənubla müharibə etməyə, quldarlıqla mübarizə aparmağa daha qətiyyətli olmağa vadar etdi, bu kitab quldarlığın nə qədər çürük, əxlaqsız, qeyri-insani bir sistem olduğunu, bu sistemin dağılmağa məhkum olduğunu göstərdi. Bəs kim idi bu böyük ürəkli balaca qadın ? Onu öz ölkəsinin qanunlarına qarşı bu qədər güclü səs çıxarmağa, odun içinə atılmağa məcbur edən nə idi ?
Harriyet Konnektikutlu bir müəllimə idi. Uşaq vaxtından dindar bir mühitdə böyümüşdü. Daha sonra ailə qurduğu Kalvin Stou da dini seminariya təhsili almış və bu sahədə çalışmışdı. Hər ikisi quldarlığa qarşı olan abolsionistlərlə çalışır, hətta qulların qaçışlarına kömək edirdilər. Harriyet yüzlərlə qəlb parçalayan hekayənin içində yaşayırdı. Yeddi uşağı olan Harrietin sonuncu körpəsi xəstələnərək ölür, daha sonra isə böyük oğlu üzərkən boğulur. Harriyet yeni bir əzabla, övladını itirən ananın əzabı ilə tanış olur. Övladlarından dəfələrlə ayrılan qulların da eyni ilə bu əzabı yaşadıqlarını anlayır. Bu motivasiya ilə Tom Dayının Daxmasını yazır. Bütün dünyaya 170 ildir ki, köləliyin dəhşətini göstərir. Kitabda bəhs edilən şeylər onun özünün şahid olduğu gerçəklər idi.
Mən bu kitabı təxminən 7-8 il əvvəl almışdım. Mövzusunu çox bilirdim deyə oxumağa tələsmədim. Bu yaxınlarda oxuduğum Toni Morrisonun Sevgili romanından sonra oxumağa qərar verdim.
Sevgili də məni mənən çox yormuşdu, bu kitab da ondan qalanı tamamladı. İki aydı hissə-hissə oxuyuram kitabı. Gözlərim dolmadan kitabın qapağını örtdüyüm vaxt olmayıb. Tom Dayı ilə ailəsindən ayrıldi və o andan etibarən biz Amerikada kölələrin və kölə sahiblərinin arasına düşürük. Elə qəşəng işləyib ki, obrazları, hadisələri, hər şey o qədər sadə və gerçəkdi ki. Başlanğıcda Şimaldakı kölə sahibləri Şelbiləri görürük, onlar borclarına görə kölələrini satmalı olurlar. İki cür kölə görürük burada, taleyinə sözsüz boyun əyən Tom və uşağı uğrunda alova atılan Eliza. Eliza çox cəsarətli qadın obrazı idi. Stou bu sevimli obrazına həyat yoldaşının gənc yaşda vəfat edən ilk həyat yoldaşının adın vermişdi.
Harriet Biçer Stou ilə Avraam Linkolnun görüşünü təsvir edən abidə, Konnektikut, Hartford
Stou köləlik sisteminin qarşısında insanın fərdi yaxşılığının tam gücsüz olduğunu göstərir. Qul sahibi çox yaxşı insan ola bilər, ona işgəncə verməz, hətta qulun orda günü xoş keçər. Ancaq insan həyata nəzarət edə bilməz. Qul əmtəə olduğundan qul sahibinin borclarının əvəzinə satıla, əmlakı ilə birlikdə müsadirə edilə bilər. Və ya əsərdə də ürəyimizi parçalayan kimi qəflətən ölə bilər. Biz əsər boyu qaradərili övladından əl çəkən də gördük, sevdiyi qadını əmisi oğluna satan da, daha dəhşətli şeylər də. Yazıçı bunları şəxsi pisliklərə yozmur. O, cəsarətlə Amerika qanunlarını ittiham edir. Bütün bu pislikəri edənlər əslində heç bir qanunu pozmur, dövlət onlara bu haqqı verib.
İnsan necə dəhşətli, iyrənc, eyni zamanda yaxşı və heyranedici ola bilir. Tomu, Yevanı, Elizanı, Kassini, Sen Kleri, soyuq və qətiyyətli Ofeliyanı sevgi, Mari (ilahi bu qadın məni öldürdü), Leqri kimi obrazları nifrətlə xatırlayacam.
Yazıçı bir çox məqama məharətlə toxunub. Qullar qədər vicdanlı insanlar da bu sistemdə məhv olur. Senatda odlu-alovlu çıxış edib, gerçək həyatda balasından ayrılmaq istəməyən ananı görəndə özünü itirən siyasətçi kimi. Kilsəni də tənqid edir. Utanc dolu siyasi qərarları legitimləşdirmək üçün İncildən ayələr axtarıb tapan kilsəni. Sözdə kömək etmək istəyД“n, ancaq kömək etmə iddiasında olduqları kölələrə, onların həyatına toxunmayan missioner və abolsionistləri...
Kitab mənim üçün 10 ballıq bir kitab ola bilərdi. Bu qədər xristianlıq (dinin fərqi yoxdu) təbliğatı olmasaydı. Yəni yazıçı insanın azadlıq istəyinin yerinə tanrı sevgisini qoyub. Yaratdığı qul obrazlarıni həddən artıq yumşaq yaradıb. Düzü, bunu anlayışla qarşılayıram. 170 il əvvəl insanların ürəyinə səslənməli idi. Bu roman sadəcə ədəbiyyat hadisəsi deyil, o həm də siyasi hadisə idi. Bu qadına, belə bir kitabı yazacaq cəsarətə sahib olmasına heyran qaldım.
Əvvəldə dediyim kimi biz iki obrazla yola çıxmışdıq, biri Tom, biri isə Eliza. Özünü təslim edən Tomun çatdığı nöqtəmi, yoxsa üsyan edən Elizanın çatdığı nöqtəmi qələbə idi ? Mən hər dəfə Elizanın, Kassinin yolunu seçərdim.
Kitabın tərtibatı çox xoşuma gəldi. Tərcüməsində bəzi problemlər var. Hər kəsə tövsiyyə edirəm. Xüsusən, uşaqlarınıza oxudun. Kitabın uşaqlar üçün sadələşdirilmiş forması da var.
Arzu Məmmədova
XƏBƏR LENTİ
Günün qoroskopu: Ağlınızı işlədin!
İşdə sizə kömək olacaq oyuncaqlar
Metin Hara Adrianaya xoş surpriz etdi-FOTO
Bu qəbiristanlıqda ölülərin yarısı üzü qibləyə, yarısı isə digər istiqəmətə dəfn edilib
Azərbaycanda yas mərasimləri ilə bağlı qadağa
Nazirlik işçi axtarır
Şəfalı otlar
İtaliyada son durum: “Artıq ölüləri saya bilmirik”
Azərbaycanda mobil telefon bazarının liderləri
Sergen Yalçın koronavirusa yoluxdu
Hava proqnozu
Qara dəniz ölkələrinin gəncləri "Xocalıya ədalət" kampaniyasına dəstək nümayiş etdiriblər
Spirtli içkilərin yaratdığı fəsadlar
Məşhur yazıçıdan İslam dini bağlı fikirlər
"Sevən ürəklər" peçenyesi (foto resept)
Xanım idmançımız Azərbaycanda ilkə imza atdı
Yuxumuzda niyə asqırmırıq?
Quranı təhqir edən deputata şillə kimi cavab
Müğənni Yonca evini satışa qoydu
Fəqərəarası disk yırtıqları
ABŞ-da evlənən aktrisa haqqında ŞOK FAKTLAR
Mehriban Əliyevanın geyim tərzi
Hava kəskin pisləşəcək
Düymələr
Valeriya siyasi karyeraya başladı
Şaftalı pirojnası (foto-resept)
İrəvana sillə kimi cavab
Demi Lovato hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Türkiyədə fantastik büdcəli hind toyu -FOTO
WhatsApp-ın aqibəti necə olacaq?
Ordumuz 3 şəhid verdi
Mətbəx pərdələri
Heyvan kəsimi ilə bağlı XƏBƏRDARLIQ
Bəyəndim (Like)
Koronavirusla bağlı son STATİSTİKA
Azərbaycanda pulsuz vaksinin kimlərə vurulacağı bəlli oldu
BÜRCLƏR bizə nə vəd edir? -20 MAY
Vaşinqtonda Azərbaycan XİN başçısı ilə ABŞ Dövlət katibi arasında görüş keçirilib - VİDEO
Dünyanın ən eksklüziv uçuşu: Barak Obamanın nadir fotoları
Möcüzəvi meyvələr (2)
“Çernobıl” serialına böyük maraq - Turistlər axın etdi-FOTO
Görkəmli Azərbaycan yazıçısı vəfat etdi
1 milyonluq büstqalteri o geyinəcək - FOTO
Daha bir ulduz "Barsa"lı karyerasına son qoydu
Milli Parkda BƏBİR aşkarlandı - FOTO
Uşaq otağındakı səhvlər
Erməni tərəfi cəbhədə növbəti itki verib
Dövlət qurumlarında iş qrafiki dəyişdirildi - RƏSMİ
Ən qoca ikibaşlı pişik öldü
Qız uşaqları, yoxsa "övladlığa verilmə"?
- ŞƏRHLƏR