“Aşk” kitabı ilə sevimli yazarlarım siyahısına düşən Elif xanımın bu gün 2-ci kitabını -İskenderi oxuyub bitirdim. Bitirməsinə bitirdim də,amma əsərin sonluğu məni təəccübləndirdi. Adətən, bir kitab oxuyarkən bir müddət sonra sonluğu ile bağlı özlüyümdə fərziyələr yürüdürəm, amma bu əsərdə sonluq heç də fərziyələrim ilə üst-üstə düşmədi.
Əsərin əsas qəhrəmanı adından göründüyü kimi İskender adlı yeniyetmə olsa da əslində bu əsərdə o qədər çox qəhrəmanlar var ki…
Türkiyənin kürd kəndlərindən birində daima oğlan uşağı dünyaya gətirmək arzusu ile yanıb tutuşan Naze adlı bir qadının 6 qızdan sonra yenə də Cəmilə və Pembe adlı ekiz qızları olur. Naze neçə illər sonra oğlan uşağına hamilə qalarkən isə, öz canını fəda vermək bahasına olsa da, uşağı dünyaya gətirmək istəyir, lakin həm özü, həm də illərdir arzusunda olduğu oğlan uşağı həyatda qalmırlar. Arzusunu da özü ile bərabər həyatdan aparır…
Nazenin ölümündən sonra 8 qız anasız qalır ve ataları 2-ci dəfə ailə qursa belə onlara analığı Hediyye adlı böyük qız edir, lakin onun da analığı uzun sürmür. O da türklərin diliyle desək, töre qanunlarının qurbanına çevrilir.
Cemile ve Pembe həm bir-birilərinə çox bağlı ekizlər, həm də eyni zamanda bir o qədər də bir-birindən uzaqdırlar. Bu uzaqlıq həm onların dünyaya, sevgiyə dair baxışlarında, həm də arzularında, xeyallarında özünü göstərir. Cemile heç vaxt aile qurmur, heyatıyla barışır, özünü kiçik kürd kəndindəki insanlara həsr edir. Daima rəngarəng xeyallar quran Pembe isə istədiyi kimi o kənddən qurtulub Adem Toprak adlı bir şəhərli ilə ailə quraraq öncə İstanbulda, sonra isə Londonda yaşamağa başlayır. Onun üç uşağı dünyaya gəlir:
İskender- dünyanı idarə etməyə çalışan bir xarakterli yeniyetmə oğlan
Esma- dünyanı dəyişdirəcəyinə inanan, bir az xeyalpərəst, bir az feminist düşüncəli bir qız
Yunus- dünyanı olduğu kimi qəbul edən, hər şeyi olduğu kimi yaşamağa üstünlük verən bir uşaq
Bu ailənin xoşbəxtliyi uzun sürmür, hərşənd ki, heç vaxt xoşbəxt olmamışdılar, çünki Pembe ve Adem heç vaxt biri bir-birini sevməmişdi ve ailədəki bu sevgisizliyin nəticəsində isə bir çox insan taleləri uçuruma getdi. Adem ailəsini başqa qadın üçün tərk edərək illərdir, Pembede tapmadığı sevgini onda tapmağa çalışır, amma yanılır ve bunun nəticəsi ona çox baha başa gəlir.
Pembe isə həyat yoldaşının onu tərk etməsinə baxmayaraq, həyatına həmişə olduğu kimi davam edir, ta ki Londonda Ellas adlı aşpaz bir kişi ile tanış olana qədər… Bu tanışlıq ailənin böyük oğlu türklərin diliyi ile desək “maço” xarakterli İskenderin uzun illər həbsxanada yatmasına səbəb olur.
Əsərdə Toprak ailəsini ailə dramı ön planda olsa da, fonda bir çox ailə dramları yer alıb və onlar hamısı zəncirvari gəlib Toprak ailəsində kəsişir. Əsəri oxuduqca düşünürdüm ki,sanki buradakı bütün bədbəxt insanlar bir-birinə rastlaşır. Pembe-Ellas, Adem-Roksana, Iskender-Kate, Yunus-Tobiko qarşılaşması insanda elə təəsürat yaradır ki, sanki insanları ortaq dərdləri, ortaq bədbəxtlikləri qarşılaşdırı və biləşdirir. Ümumiyyətlə, əsəri oxuduqdan sonra özüm üçün 3 nəticə çıxardım:
1) Məktəbdə və universitetdə oxuduğum illər ərzində daima müəllimlərimdən eşitdiyim, kitablardan oxuduğum bir fikir var: “insanın şəxsiyyət kimi formalaşmasında 3 amil əsasdır- ailə, gen və mühit. Bu əsəri oxuduqdan sonra isə əmin oldum ki, bu amillərdən biri çatışmadıqda mütləq həmin insan həyatda yarımçıq qalır. Bunu isə Adem, İskender obrazlarının timsalında çox aydın şəkildə görmək olur.
2) Həyatda sevgi ve anlayış çox önəmlidir. Vacib deyil Leyli-Məcnun, Fərhad-Şirin olasan. Əsas odur, ürəyində o hiss olsun. İnsanları sev biləsən, ailə qurarakən isə mütləq lazım bu hisslər, olmadıqda isə həmin cütlük ya ömürlərinin sonunadək işgəncə çəkərək yaşamalı olurlar, ya da ki başqa yerdə sevgi axtarışına çıxaraq yalnışlıqlara yol verib bir çox insanların həyatını bədbəxt edirlər.
3) Cəmiyyət dediyimiz məfhum əslində çox qəddar, insanlara qarşı və biz insanlar nə qədər ki, öz qanunlarımızla deyil, cəmiyyətin qanunları ilə yaşayacağıqsa ömür boyu bədbəxt olacağıq!
Elif xanımdan oxuduğum bu 2-ci kitab həm yazı üslubu, həm də mövzu baxımından “Aşk” kitabından çox fərqli idi ve bu fərqlilik mənim daha çox xoşuma gəldi. Çünki adətən yazarlarn əsərləri eyni üslubda, eyni mövzu ətrafında gedərsə oxucular da bir neçə kitabdan sonra yazıçının əsərlərinə qarşı maraq olmaz. Amma “Aşk” da olduğu kimi bu əsərin də kökündə sevgi, dostluq, anlayış, insanlıq kimi məfhumlar dayanırdı.
Yazar qərb ve şərq mədəniyyətini, adət-ənənəsini çox ustalıqla müqayisə edib, hər ikisinin üstün və çatışmayan cəhətlərini oxuculara aydın şəkildə çatdırıb. Biz oxuculara isə bu fərqi görərək hər ikisinin yalnız üstün cəhətlərini götürüb yararalanmaq qalır.
Hər kəsə həyatda nə olursa olsun, cəmiyyətin deyil də, öz qaydaları ilə yaşaya bilmə cəsarəti diləyərək xoş mütaliələr…
Tərlan Rüstəmova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR