“Aşk” kitabı ilə sevimli yazıçılarım siyahısına düşən Elif xanımın bu gün 2-ci kitabını, "İskender"-i oxuyub bitirdim. Bitirməsinə bitirdim, amma əsərin sonluğu məni təəccübləndirdi. Adətən bir kitabı oxuyarkən bir müddət sonra sonluğu ilə bağlı özlüyümdə fərziyələr yürüdürəm, amma bu əsərdə sonluq heç də fərziyələrim ilə üst-üstə düşmədi.
Əsərin əsas qəhrəmanı adından göründüyü kimi İskəndər adlı yeniyetmə olsa da, əslində bu əsərdə o qədər çox qəhrəmanlar var ki…
Türkiyənin kürd kəndlərindən birində daim oğlan uşağı dünyaya gətirmək arzusu ilə yanıb tutuşan Naze adlı bir qadının 6 qızdan sonra yenə də Cəmilə və Pembe adlı əkiz qızları olur. Naze neçə illər sonra oğlan uşağına hamilə qalarkən isə öz canını fəda vermək bahasına olsa da, uşağı dünyaya gətirmək istəyir, lakin həm özü, həm də illərdir arzusunda olduğu oğlan uşağı həyatda qalmırlar. Arzusunu da özü ilə bərabər həyatdan aparır…
Nazenin ölümündən sonra 8 qız anasız qalır və ataları 2-ci dəfə ailə qursa belə, onlara analığı Hediyye adlı böyük qız edir, lakin onun da analığı uzun sürmür. O da türklərin diliylə desək, töre qanunlarının qurbanına çevrilir.
Cemile ve Pembe həm bir-birilərinə çox bağlı əkizlər, həm də eyni zamanda bir o qədər də bir-birindən uzaqdırlar. Bu uzaqlıq həm onların dünyaya, sevgiyə dair baxışlarında, həm də arzularında, xəyallarında özünü göstərir. Cemile heç vaxt ailə qurmur, həyatıyla barışır, özünü kiçik kürd kəndindəki insanlara həsr edir. Daim rəngarəng xəyallar quran Pembe isə istədiyi kimi o kənddən qurtulub Adem Toprak adlı bir şəhərli ilə ailə quraraq öncə İstanbulda, sonra isə Londonda yaşamağa başlayır. Onun üç uşağı dünyaya gəlir:
İskender-dünyanı idarə etməyə çalışan bir xarakterli yeniyetmə oğlan, Esma-dünyanı dəyişdirəcəyinə inanan, bir az xəyalpərəst, bir az feminist düşüncəli bir qız, Yunus-dünyanı olduğu kimi qəbul edən, hər şeyi olduğu kimi yaşamağa üstünlük verən bir uşaq.
Bu ailənin xoşbəxtliyi uzun sürmür, hərçənd ki, heç vaxt xoşbəxt olmamışdılar. Çünki Pembe ve Adem heç vaxt biri bir-birini sevməmişdi və ailədəki bu sevgisizliyin nəticəsində isə bir çox insan taleləri uçuruma getdi. Adem ailəsini başqa qadın üçün tərk edərək illərdir Pembede tapmadığı sevgini onda tapmağa çalışır, amma yanılır ve bunun nəticəsi ona çox baha başa gəlir.
Pembe isə həyat yoldaşının onu tərk etməsinə baxmayaraq həyatına həmişə olduğu kimi davam edir, ta ki, Londonda Ellas adlı aşbaz bir kişi ilə tanış olana qədər… Bu tanışlıq ailənin böyük oğlu türklərin dili ilə desək, “maço” xarakterli İskenderin uzun illər həbsxanada yatmasına səbəb olur.
Əsərdə Toprak ailəsini ailə dramı ön planda olsa da, fonda bir çox ailə dramları yer alıb və onlar hamısı zəncirvari gəlib Toprak ailəsində kəsişir. Əsəri oxuduqca düşünürdüm ki, sanki buradakı bütün bədbəxt insanlar bir-birilə rastlaşır. Pembe-Ellas, Adem-Roksana, İskender-Kate, Yunus-Tobiko qarşılaşması insanda elə təəsürat yaradır ki, sanki insanları ortaq dərdləri, ortaq bədbəxtlikləri qarşılaşdırır və biləşdirir.
Ümumiyyətlə, əsəri oxuduqdan sonra özüm üçün 3 nəticə çıxardım:
1) Məktəbdə və universitetdə oxuduğum illər ərzində daim müəllimlərimdən eşitdiyim, kitablardan oxuduğum bir fikir var: “İnsanın şəxsiyyət kimi formalaşmasında 3 amil əsasdır-ailə, gen və mühit." Bu əsəri oxuduqdan sonra isə əmin oldum ki, bu amillərdən biri çatışmadıqda mütləq həmin insan həyatda yarımçıq qalır. Bunu isə Adem, İskender obrazlarının timsalında çox aydın şəkildə görmək olur.
2) Həyatda sevgi ve anlayış çox önəmlidir. Vacib deyil Leyli-Məcnun, Fərhad-Şirin olasan. Əsas odur, ürəyində o hiss olsun. İnsanları sevə biləsən, ailə qurarkən isə mütləq lazımdır. Bu hisslər olmadıqda isə həmin cütlük ya ömürlərinin sonunadək işgəncə çəkərək yaşamalı olurlar, ya da ki başqa yerdə sevgi axtarışına çıxaraq yalnışlara yol verib bir çox insanların həyatını bədbəxt edirlər.
3) Cəmiyyət dediyimiz məfhum əslində çox qəddardır insanlara qarşı və biz insanlar nə qədər ki, öz qanunlarımızla deyil, cəmiyyətin qanunları ilə yaşayacayıq, ömür boyu da bədbəxt olacayıq!
Elif xanımdan oxuduğum bu ikinci kitab həm yazı üslubu, həm də mövzu baxımından “Aşk” kitabından çox fərqli idi və bu fərqlilik mənim daha çox xoşuma gəldi. Çünki adətən yazarların əsərləri eyni üslubda, eyni mövzu ətrafında gedərsə, oxucular da bir neçə kitabdan sonra yazıçının əsərlərinə qarşı maraq olmaz. Amma “Aşk”-da olduğu kimi bu əsərin də kökündə sevgi, dostluq, anlayış, insanlıq kimi məfhumlar dayanırdı.
Yazıçı qərb və şərq mədəniyyətini, adət-ənənəsini çox ustalıqla müqayisə edib. Hər ikisinin üstün və çatışmayan cəhətlərini oxuculara aydın şəkildə çatdırıb. Biz oxuculara isə bu fərqi görərək hər ikisinin yalnız üstün cəhətlərini götürüb yararlanmaq qalır.
Hər kəsə həyatda nə olursa olsun, cəmiyyətin deyil, öz qaydaları ilə yaşaya bilmə cəsarəti diləyərək xoş mütaliələr…
Tərlan Rüstəmova
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şokoladlı truffle (foto resept)
Uşaq geyimləri
Otaq yoldaşınızla aydınlaşdırmalı olduğunuz mövzular
O neçə gündür ana olub?
DÇ-2014.Püşkatama
Nazirlik xəbərdarlıq edir: Endirimli mallar alarkən diqqətli olun!
Facebook harada daha populyardır?
Yulaflı peçenye (foto resept)
Viktoriya Devid Bekhemdən danışdı-FOTO
Ronaldo Yeni İmicdə-FOTO
Türkiyədə zəlzələ əhalini təşvişə saldı
Dəfələrlə istifadə edilə bilən kağız icad olundu
Nəqliyyatdakı ağıllı kartlar neçə avtobusda işləyəcək?
Alimlər yeni tapılan həşərata Ledi Qaqanın adını verdilər-FOTO
Azərbaycanın çövkən oyunu UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına salındı
Bakı metrosuna yeni vaqonlar gətiriləcək
Uşaq otaqları üçün xalça modelləri
Sobada yumurtalı ispanak (foto-resept)
"Mançini "Yuventus"a öz gücünü göstərmək istəyəcək"
Qadına hər yaşda lazım olan vitaminlər
Kəlbəcər rayonunun Allıkənd kəndindən görüntülər – VİDEO
Düzgün duruş üçün nə etməliyik?
Handenin FOTOsunu 1 milyondan çox adam bəyəndi
Günəş şüalarının qarşısını alan maskalar
İspan dili (xüsusi dərs)
Günün ulduz falı - 22.02.2014
Paşinyanın “sağ əli” məhv edilib
Metronun fəaliyyəti bərpa edilə bilər: SMS icazə ləğv ediləcək? - AÇIQLAMA
Uitni Hyuston haqqında bioqrafik film çəkilir
Uşağınız astma xəstəliyinə tutulubsa...
50 ildən sonra azad edilən fil göz yaşı tökdü
Kira Naytli qızına "Disney" cizgifilmlərini qadağan etdi-SƏBƏB
Cennifer bu dəfə də hamını özünə heyran qoydu - FOTO
Qız qalasındakı çılpaq kişi ilə bağlı açıqlama
Qışda dondurmanın faydaları - Ekspert rəyi
Qorunan qala-İnsan bədəni
ÜST-dən məyusedici peyvənd açıqlaması
"Azərbaycanda qripə yoluxma halları artıb"
İranda zəlzələ oldu
Kate Middleton gözəlliyi ilə hər kəsin diqqətini çəkdi-FOTO
Qısaboylu insanların qarşılaşdığı problemlər
23 yaşında aldığı qəsri təzələdi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Milyarderlərin yeni siyahısı AÇIQLANDI
Prezidentin köməkçisindən məktəblərin fəaliyyətinin bərpası ilə bağlı VACİB AÇIQLAMA
Dünya çempionatının təqvimi
Son günlərdə ən məşhur modellər
Azərbaycanlıların tanımadığı ev heyvanı (FOTO, VIDEO)
İsmayıllıda bir sinfin beş şagirdi 600-dən yuxarı bal yığdı
Gəlin-qaynana mübahisəsində günah kimdədir?
- ŞƏRHLƏR