RUS: Александр Пушкин - Капитанская дочка
Dünyagörüşü normal səviyyədə olan hər bir insana Aleksandr Serqeyiviç Puşkinin kimliyi və yaradıcıllığı hələ orta məktəb illərindən bəlli olmalıdır. Hər bir insan onun dəst-xəttində ona yaxın olan şeyləri görməyi bacarır: kimlərsə macəra, kimlərsə estetik dil bacarıqlarını, kimlərsə də sadə və səmimi bədii ədəbiyyat parçası görür. Hər bir halda Puşkinin oxucuları mənən elə zənginləşirlər ki, bir daha əvvəlki insan olmurlar. Bu onun bir şair və yaradıcı insan kimi böyüklüyünü və təkrarsızlığını sübut edir.
Əsərin əsas obrazı olan Qrinev obrazı Puşkinin 19-cu əsr Rusiyası üçün ideal olaraq bildiyi insan, kişi obrazıdır. Əbəs yerə maarifçilər, şairlər və yazıçılar cəmiyyətdə mühüm yerə və rola sahib olmurlar. Onlar belə obrazlarla bir növ təbliğat aparır, cəmiyyəti yaxşıya doğru yürütməyə çalışırlar. Puşkin belə obraz yaradaraq, həm də onu Şvabrin, Yemilyan Puqaçov və digər obrazlarla kəskin fərqini ortaya qoyub bizə rus cəmiyyətinin çalarlarını, haradan gəlib hara getdiyini izah etməyə çalışır. Qrinev obrazı vasitəsi ilə bizlərə bir düşünən və yaradan insan kimi öz ictimai mövqeyini nümayiş etdirir. Kapitan qızı Marya da elə-belə səbəbdən Qrinevi sevmir, onu tamamlayır və beləliklə də Puşkinin təfəkküründə olan ideal ailə, sağlam cəmiyyət və çiçəklənən dövlət ideyaları reallaşır. Əlbəttə ki, yaxşı ki, hər şey yaxşı bitir. Lakin Rusiya artıq 4 əsrdir ki, yarışdadır. Dəridən-qabıqdan çıxır ki, özünü Avropaya tay tutsun. Puşkin kimi insanlar da mədəniyyətin, tərbiyənin, yüksək idealların, amalların gücünü və möhtəşəmliyi görəndən sonra, çətin ki, bunu lokal müstəvidə görmək arzusuna qarşı biganə qalaydı. O möhtəşəm dəyişmək, azad olmaq və formalaşmaq arzusu klassik rus şair və yazıçılarının tükənməz mürəkkəbi idi.
Yemilyan Puqaçov
Povestdən mənə qalan və xüsusilə xoşuma gələn Yemilyan Puqaçov obrazı oldu. Bu real tarixi şəxsiyyətə əsaslanan quldur obrazdır. Puşkin bu obraz vasitəsi ilə klassik rus quldurluğunu tənqid edir, lakin uzaq mahiyyətində hər bir quldurun içindəki müsbətləri də göstərir. Bizlər yaxşı bilirik ki, Rusiya 17-18-ci əsrlərdə pərakəndə olaraq ora-bura veyillənən quldur dəstələrinin toplusu idi. Puşkin kimi birisi də öz cəmiyyətinin belə naməlum və mənfi özəlliyininə qarşı mübarizə aparmaya bilməzdi. Əlavə olaraq tipik step ailə-məişəti xırdalıqlarının möhtəşəm təsviri oxucunu oturduğu yerdəcə həm zamanda, həm də məkanda səyahətə sövq edir. Həmin dövrün insanlarının düşüncələri, bir-biriləri ilə qarşılıqlı münasibətləri yüksək səviyyədə təsvir olunub.
Belə poetik klassik povestlər haqqında nə isə demək həmişə çətin olur. Ya gərək onu çox xırda-xırda hissələrə ayırıb uzun-uzadı ora-bura yozasan, ya da sadəcə onun xəfif mehinə boyun əyib öz yelkəninlə mehin əsdiyi tərəfə üzünü çevirib ehmalca üzüb-gedəsən. Nə demək olar. "Kapitan qızı" sevgini, eşqi, məhəbbəti əsas süjet xətti edən olduqca patriotik əsərdir. Oxuduqca iki əsr bundan qabaqkı Rusiyanı canlı-canlı təsəvvüründə canlandırmaq, baş verənləri hiss etmək Puşkinin möhtəşəm yazı dili və canlı obrazları ilə mümkün olur. Belə klassik əsərlər insanın zövqünü zənginləşdirir və psixoloji reallığını möhkəmləndirir. Dünya tarixinə öz adını qızıl hərflərlə yazmış belə insanların əsərlərini oxumaq və təbliğ etmək müəyyən mənada əsl savadlı və mədəni insanların borcudur.
İbrahim Niftiyev
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR