Səkkizə iyirmi beş dəqiqə işləyib. Uzaqdan qadın səsinin əks-sədası gəlib ona çatdı. Sözləri ayırd eləmək çətin idi, ancaq Cek qəti əmin oldu ki, bu onun əvvəl eşitdiyi həmin səsdir, özü də səs yenə həmin yerdən, hardansa kottecin yaxınlığından gəlir. Bu Ceki bir az sakitləşdirdi. Doğrudan, kimsə onunla zarafat da edə bilərdi. Ola bilsin ki, onunla zarafat edən elə qızın özüdür. O, qamətini düzəltdi və çantasından qolf çubuğunu çıxartdı.
Kottecə getməzdən əvvəl bir az qolf oynamaq istədi. Qız həmişəki kimi bağçada idi; o, başını qaldırıb Cekə baxdı. Cek papağını çıxarıb, onunla salamlaşdıqda, qız utana-utana salamı aldı. Bu gün qız həmişəkindən daha gözəl görünürdü.
Cek sevincək dedi:
- Gözəl havadır, elə deyilmi?
Amma söhbətə çeynənmiş sözlərlə başladığı üçün özünə acığı tutdu.
- Bəli, hava doğurdan da, çox gözəldir.
- Yəqin ki, güllər üçün məhz belə hava yaxşıdır?
- Təəssüf ki, yox! Mənim güllərimə yağış lazımdır. Bir baxın, hamısı saralıb-solub.
Qız ona işarə etdi ki, yaxına gəlsin. Cek bağçanı düzənlikdən ayıran alçaq çəpərə yaxınlaşdı və içəri boylandı:
- Güllər qaydasındadır, solmayıb,- dedi.
Qızın baxışından hiss edilirdi ki, Cekə yazığı gəlir. O dedi:
- Belə günəşli havada gərək gülləri tez-tez sulayasan. Günəş hər şeyə həyat verir, insanın səhhəti üçün də çox xeyirlidir... Görürəm ki, cənab bu gün özünü əla hiss edir.
Hiss olunurdu ki, qız ona ürək-dirək verir. Bu, Ceki hövsələdən çıxarırdı. O öz-özünə: “ Lənət şeytana,- dedi,- bu qız mənə təskinlik verir, nədir?”
Cek əsəbi halda:
- Mən tamamilə sağlamam.
- Lap yaxşı,- deyə qız tez onu sakitləşdirdi.
Cek qızın ona inanmadığını sezib bərk əsəbləşdi. O, bir az da qolf oynayıb səhər yeməyi üçün evə qayıtdı. Artıq bir neçə dəfə idi ki, nahar zamanı qonşu stolun arxasında əyləşən ortayaşlı kişinin onu diqqətlə müşahidə etdiyini sezmişdi.
Üzündən cəsur və iradəli adam olması duyulurdu. Azca qara saqqalı vardı. Sərbəst və ağır davranışı onun ziyalı olduğunu göstərirdi. Cek bircə onu bilirdi ki, kişinin adı Lavinqtondur, deyilənə görə, guya məşhur həkimdir. Əgər Cek Harli Stritdə olsaydı, bəlkə də onu tanıyardı. Hər halda, o, Lavinqton haqda heç nə bilmirdi.
Bu səhər isə Lavinqton Cekə xüsusi bir maraqla baxırdı. Cek təşvişə düşdü. Bəlkə, onun ürəyindən keçənlər üzündən bilinir? Bəlkə də bu adam bir mütəxəssiz kimi onun beynində nəsə bir çaşqınlıq olduğunu hiss edib?
Ceki soyuq tər basdı. Doğrudanmı o, dəli olur? Onu qara basır, yoxsa kimsə onu aldadır? Qəfildən başına bir fikir girdi: bax, indiyədək səs gələndə o tək olurdu. Güman edək ki, onunla birlikdə kimsə var. Onda üç şeydən biri baş verməlidir. Ya səs eşidilməyəcək, ya da səsi onların hər ikisi də eşidəcək. Yaxud səsi ancaq o özü eşidəcək.
Həmin axşam Cek planını həyata keçirməyə başladı. Lavinqton məhz ona lazım olan adam idi. Onlar söhbətə çox asanca başladılar. Sən demə, Lavinqtonun özü də onunla söhbət eləmək üçün fürsət axtarırmış. Deməli, Cek onu çox maraqlandırır. Onlar söhbət zamanı səhər yeməyindən əvvəl bir qədər qolf oynamağı qərara aldılar. Görüşü ertəsi günün səhərinə təyin etdilər.
Saat yeddi tamam olmamış oyuna başladılar. Sakit, buludsuz, sərin, gözəl bir hava idi. Həkim Cekdən yaxşı oynayırdı. Ceki yalnız nəyin baş verəcəyi maraqlandırırdı. Tez- tez gözucu saatına baxırdı. Onlar yeddinci nişangaha çatanda artıq saat səkkizə iyirmi dəqiqə işləyirdi. Kottec bu nişangahın tuşunda idi. Qız adəti üzrə yenə bağçada idi. Onlar çəpərin yanından ötüb gedəndə, qız onlara məhəl qoymadı. Çəmənlikdə iki top vardı, nişangaha yaxın olan Cekin, bir qədər aralıdakı isə həkimin idi.
Lavinqton:
- Güman edirəm ki, zərbəm sərrast olacaq,- dedi.
O, aşağı əyildi və topun gedəcəyi yeri gözəyarı ölçməyə çalışdı. Cek gözlərini saatından ayırmayaraq, hərəkətsiz dayanmışdı. Səkkizə düz iyirmi beş dəqiqə işləyirdi. Top sürətlə diyirlənib, deşikli nişangahın lap qırağında dayandı və içəri düşdü.
- Yaxşı zərbə idi,- Cek dedi.
Səsi özünə yad və xırıltılı gəldi. O, qol saatını biləyindən qoluna çəkdi və rahat nəfəs aldı. Heç bir şey baş vermədi. Tilsim qırılmışdı.
Cek:
- Etiraz etmirsinizsə, bircə dəqiqə oyuna ara verək,- dedi. – Mən qəlyan çəkmək istəyirəm.
Səkkizinci nişangahın yanında onlar oyunlarına bir qədər ara verdilər. Cek azca titrəyən barmaqları ilə qəlyanını doldurdu və çəkməyə başladı. Elə bil çiyinlərindən ağır bir yük götürülmüşdü.
Cek qarşısındakı mənzərəyə heyranlıqla baxa-baxa dilləndi:
- İlahi, necə də gözəl havadır... Davam edin, Lavinqton, sizin növbənizdir.
Həkim topa zərbə endirən zaman bağırtı yenidən eşidildi. Qulaqbatırıcı və əzablı qadın səsi:
- Öldürürlər, kömək edin! Öldürürlər!
Qəlyan Cekin titrəyən əlindən düşdü. O, səs gələn tərəfə çöndü, lakin həkimlə qolf oynamağının səbəbi yadına düşəndə gözlərini
ona zillədi və nəfəsini qısıb oyun yoldaşının hər bir hərəkətinə göz qoymağa başladı. Lavinqton isə topun keçdiyi yola baxırdı.
Başını aşağı dikdiyindən gözləri görünmürdü.
- Lap azca qalmışdı. Mən sizin işinizi yüngülləşdirdim.
O, heç nə eşitməmişdi. Dünya Cekin başına hərləndi. O, səndələyərək bir-iki addım atdı. Özünə gələndə gördü ki, otların üstündə uzanıb. Lavinqton ona tərəf əyilib:
- Belə, sakit olun, sakit olun, - dedi.
- Mənə nə olub?
- Ürəyiniz getmişdi, cavan oğlan. Mənə elə gəlir ki, siz bunu qəsdən eləməmisiniz.
- Aman Allah, - deyə Cek dərindən ah çəkdi.
- Sizə nə olub? Şüurunuzda nəsə var?
- Mən indi hər şeyi sizə danışaram, amma əvvəlcə sizdən bir şey soruşmaq istəyirəm.
Həkim qəlyanını yandırdı və torpaq qalağının üstündə yerini rahatladı:
- Hə, nə istəyirsiniz, soruşun,- dedi.
- Son bir-iki gündə siz mənə çox diqqət yetirirdiniz. Deyə bilərsinizmi, niyə?
Lavinqtonun gözləri azca parıldadı:
- Çox yersiz sualdır, - dedi. Belə bir məsəl var. “Pişik də krala baxa bilər.”
- Məni başınızdan etməyə çalışmayın. Mən tamamilə ciddi soruşuram. Niyə? Çünki bunu soruşmağa əlimdə əsasım var.
Lavinqtonun üzü ciddiləşdi:
- Mən sizə tamam dürüst cavab verəcəyəm. Sizdə daxili gərginlikdən əziyyət çəkən adamın nişanələrini görmüşdüm. Məni maraqlandıran da bu gərginliyin səbəbi idi.
- Mən dəli oluram,- deyə Cek öz halına acıya-acıya bildirdi.
Sonra Cek dramatik tərzdə öz sözünə ara verdi. Ancaq onun bu vəziyyəti Lavinqtonda heç bir maraq oyatmadı. Cek bunu gözləmirdi, ona görə də o, yenidən təkrar etdi:
- Sizə deyirəm ki, mən dəli oluram.
- Çox qəribədir. Doğurdan da, çox qəribə və maraqlıdır,- deyə Lavinqton astadan dilləndi.
Cek əsəbləşdi:
- Güman edirəm ki, bu sizin üçün sadəcə olaraq maraqlıdır. Həkimlərin hamısı daşürəklidir.
- Dostum, bu mənasız söhbəti boşlayın. Əvvəla, elmi dərəcəmin olmasına baxmayaraq mən həkimlik etmirəm. Əslinə qalsa, mən
heç can həkimi də deyiləm.
Cek ona sərt nəzərlə baxdı:
- Onda siz psixiatrsınız?
- Bəli, demək olar ki,... Amma, daha dəqiq desək, mən özümü ruh həkimi sayıram.
- Oh!
- Sizin istehzanızı anlayıram, lakin biz cismimizdən ayrı mövcud ola bilən bir şeyi nə cürsə adlandırmalıyıq. Bilirsinizmi, cavan oğlan, sizin cisminizlə ruhunuz vəhdət təşkil etməlidir. Xeyr, bu heç də ruhanilərin uydurması deyil.
Ardı var...
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Almalı tost (foto resept)
Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutub
Kitab oxumamağın zərərləri
Göldə itən aktrisanın cəsədi tapıldı
Yanağına Harrinin şəklini döymə etdirdi-FOTO
Ramazan ayı - 5-ci günün duası
Bu saatlarda qəhvə içmək olmaz
Bülent Ersoyun alış-verişi 4 SAAT Çəkdi-FOTO
Çanta modelləri
Qırmızı aksessuarlar
Bakıda niyə tez-tez tufan olur?
Nəyi və necə geyinməli?
Azərbaycanda bu yerlərdə yaşayış binalarının tikilməsinə qadağa qoyuldu
Hava haqqında
Çaydan dəstləri
Bir diş sarımsağı su ilə udsanız...
Günün ulduz falı - 12.03.2014
Kökəlməyə son verin!
Hər paylaşımı milyon qazandırır-FOTO
Çində yaşayan türk müğənnisi Virus haqqında danışdı
Ceki Çandan gözlənilən AÇIQLAMA- FOTO
Milli Məclisin üzvü Nyu-Yorka səfər edib
Azərbaycanda ən çox rast gəlinən kişi və qadın bəlası
Məktəbəhazırlıq qruplarına getməyən uşaqların I sinfə qəbulunda problemlər yaranacaq?
Qarakənd faciəsindən 24 il ötdü
Məşhur saç ustası türk serialında
Amerikan salatı (foto resept)
Uzunburunlu ayaqqabılarınızla vidalaşın
Yağ yandırmağı gücləndirən qidalar
Təhsildə yenilik
Leyla Əliyeva: “Tolerantlıq xalqımız üçün həyat tərzidir“
Qadınların sevimli payız aksesuarları
Günün fotosu: Tufanda rəqs
Bakının 10 minə yaxın sakini evsiz qala bilər
"Whatsapp" haqda bilmədikləriniz
Azərbaycanın Ukraynadakı səfirliyi bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi
Bakıda həkimlər evlərə niyə getmirlər?
Saç rənginə görə makiyaj
Sabahın HAVAsı
Elton Conun şərəfinə mənzil dəyərində sikkə hazırlanıb-FOTO
35 yaşadək elmlər doktoru olanlara 5000 manat mükafat verilir
Günün qoroskopu: tələsmək lazım deyil
Abituriyentlər imtahandan əvvəl stressə qarşı dərman qəbul edə bilərmi?
Tünd rəngli dodaq boyasından istifadə qaydaları
Azərbaycanda 4387 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi
Hamilə olduğunu bu dəfə gizlədə bilmədi
Qadın.Netli qızların sevgi yolu-4
Dünyanın ən varlısı nə Messi nə də Ronaldudur - 20 milyardı olan 19 yaşlı Faiq - FOTO
Həyatın mənasını axtaranlar üçün 4 kitab
Bülent Ersoy indi də üç milyon qazanacaq














