Səkkizinci fəsil
Tacir Blok. Vəkildən imtina
Nəhayət K. qərara aldı ki, vəkilin xidmətindən imtina etsin. Düzdür, bu hərəkətin nə dərəcədə düzgün olması barədəki şübhələr ona rahatlıq vermədi, ancaq bununla belə, qəti inamı hamısını üstələdi. Qərarı vəkilin yanına gedəcəyi gün qəbul elədi və həmin gün də onu çox yordu, yavaş- yavaş işlədi, otağında çox qaldı. Nəhayət, vəkilin qapısına çatanda artıq saat onu keçmişdi.
Zəngi basmamışdan əvvəl fikirləşdi ki, bəlkə də bunu telefonla, ya da məktubla bildirsəydi, daha yaxşı olardı, çünki üzbəüz oturub söhbət eləmək o qədər də ürəkaçan olmayacaqdı. Buna baxmayaraq, üzbəüz oturub demək istədi, başqa cür imtina etsəydi, ya sakitcə, ya da bir-iki quru sözlə qəbul olunacaqdı və Leni də bəzi şeyləri öyrənib deməsəydi, K. heç vaxt vəkilin bunu necə qəbul etdiyindən, eyni zamanda da, bu imtinanın özü üçün necə nəticələnəcəyindən xəbər tuta bilməyəcəkdi, halbuki vəkilin fikirləri də mənasız deyildi. Ancaq vəkil onunla üzbəüz otursaydı və hətta bu xəbərdən təəccüblənsə də, ondan çox şey qoparmaq mümkün olmasaydı da, üzünün ifadəsindən, rəftarından K. istədiyini asanca öyrənə bilərdi. Belə də ola bilərdi ki, müdafiəsinin vəkilə həvalə edilməsinin yaxşılığına inanırdı və ondan imtina etməzdi.
Həmişə olduğu kimi, bu dəfə də ilk zəng cavabsız qaldı. “Leni bir az cəld tərpənsə, yaxşı olardı”–K. ürəyindən keçirdi. Ancaq indinin bir üstünlüyü vardı ki, heç kim onun işinə qarışmırdı, yoxsa adətən, ya gecə köynəyində həmin kişi, ya da bir başqası çıxıb onun zəhləsini tökürdü. İkinci dəfə zəngi basanda, geri dönüb qonşu qapıya baxdı, ancaq indi o da açılmadı. Nəhayət, vəkilin qapısındakı deşikdə bir cüt göz göründü, amma Leninin gözləri deyildi. Kimsə qapının rəzəsini çəkdi, lakin arxasından tutub açılmağa qoymadı, içəri tərəfə dönüb, “Odur!”–deyə qışqırdı və sonra qapını tamamilə açdı. K. qapıya tərəf cumdu, çünki arxadakı qapıda açar tələsik buruldu. Ona görə də qapı açılan kimi, necə deyərlər, özünü içəri təpidi, hələ çatdırıb qapını açan adamın xəbərdarlığından sonra otaqların arasındakı dəhlizdə bircə köynəkdə qaçan Lenini də gördü. Onun arxasınca bir az baxandan sonra qapını açan adama tərəf döndü. Balaca, sısqa, topasaqqal bir kişi idi və əlində də şam tutmuşdu.
– Burda işləyirsiniz?-deyə K. soruşdu
– Xeyr, qonağam, vəkil mənim nümayəndəmdir, bir işə görə məsləhət almağa gəlmişəm.
– Pencəksiz gəlmisiniz?–K. əli ilə işarə etdi ki, paltarının yarısını çıxarıb.
– Ah, bağışlayın,–kişi əlndəki şamla özünü işıqlandırdı və sanki nə kökdə olduğunu yenicə gördü.
– Leni məşuqənizdir?–K.-nın sualı qısa oldu. Ayaqlarını bir az aralamış, şlyapasını saxlayan əllərini də arxasında çarpazlamışdı. Əynində belə bahalı palto olması, onun bu arıq kişidən çox üstün olduğunu göstərirdi.
– İlahi!–Dəhşətə gələn kişi əlləri ilə üzünü örtdü,–xeyr, xeyr, nə danışırsınız?!
– Yaxşı, inandım,–K. gülümsədi,–ancaq buna baxmayaraq, mənimlə gedəcəksiniz.–Şlyapası ilə işarə etdi ki, qabağa düşsün.
– Bəs adınız nədir?–K. gedə-gedə soruşdu.
– Blokdur... Tacir Blok–deyən balaca kişi K.-ya tərəf döndü və dayanmaq istədi, ancaq K. qoymadı.
– Bu sizin əsil adınızdır?
– Əlbəttə! Niyə şübhələnirsiniz ki?
– Mənə elə gəldi ki, adınızı gizlətməyə əsasınız var...
K. özünü o qədər sərbəst hiss edirdi ki, adam yalnız yad bir yerdə özündən səviyyəcə aşağı olan insanlarla danışanda, özünə aid olan şeylər barədə susaraq etinasızlıqla onların maraqlarından danışa-danışa həmsöhbətlərini öz gözlərində böyüdəndə, istədiyi anda da kiçildəndə, belə sərbəst ola bilərdi. Vəkilin iş otağının qapısına çatanda, K. dayanıb onu açdı, itaətkarlıqla qabağa qaçmış taciri geri çağırdı:
– Tələsməyin! Buranı işıqlandırın!
K.-ya elə gəlirdi ki, Leni burda gizlənmiş olacaq və tacirə bütün künc-bucağı axtartdırdı, ancaq otaqda heç kəs yox idi. Hakimin şəklini yanından keçəndə, K. tacirin çiyinbağından tutub saxladı:
– Bunu tanıyırsınız?–deyə şəhadət barmağını yuxarı tuşladı. Tacir şamı qaldıraraq gözlərini qıya-qıya yuxarı baxdı:
– Hakimdir.
– Baş hakimdir?–K. tacirlə böyür-böyürə dayanıb şəklin ona necə təsir etdiyini bilmək istədi.
Tacir heyranlıqla yuxarı baxdı:
– Baş hakimdir!–dedi.
– Adamları o qədər də yaxşı tanımırsınız. Alçaq çinli istintaq hakimlərinin ən alçağıdır.
– Bəli, indi yadıma düşdü...–tacir şamı aşağı saldı,–bu barədə eşitmişəm də...
– Əlbəttə! Yadımdan çıxmışdı, deyəm... Əlbəttə, eşitməli idiniz...
– Axı niyə, niyə?
K. onu itələyə-itələyə qapıya tərəf apardı, dəhlizə çıxanda soruşdu:
– Leninin harada gizləndiyini bilməmiş olmazsınız?!
– Gizləndiyini? Xeyr, indi yəqin mətbəxdədir, vəkilə şorba bişirir.
– Niyə bunu o dəqiqə demədiniz?
– Sizi elə ora aparırdım, özünüz geri çağırdınınz..–tacir K.-nın gah belə, gah da onun əksini əmr eləməsindən çaş-baş qalmışdı.
– Elə bilirsiniz ki, çox hiyləgərsiniz... Yaxşı, məni ora aparın!
K. indiyəcən mətbəxdə olmamışdı: çox böyük idi və içində hər şey vardı. Elə soba adi sobalardan üç dəfə böyük idi, qalan şeyləri isə yaxşı seçmək olmurdu, çünki balaca lampa qapının girəcəyində asılmışdı, içəriyə işıq az düşürdü. Həmişəki kimi ağ önlük taxmış Leni sobanın qarşısında dayanıb xörəyə yumurta çırpırdı və yana çevrilərək dedi:
– Axşamın xeyir, Yozef.
– Axşamın xeyir,–deyən K. əli ilə tacirə işarə elədi ki, kənardakı kresloya otursun və o da oturdu. Özü isə Leniyə lap yaxınlaşaraq çiyinləri üzərindən boylana-boylana soruşdu:
– Bu kişi kimdir?
Bir əli ilə şorbanı qarışdıran Leni o biri əli ilə K.-nı qucaqlayaraq onu özünə tərəf çəkdi:
– Yazığın biridir, kasıb tacirdir, adı da Blokdur... Sən bir ona bax!
İkisi də dönüb geri baxdı. Tacir K.-nın göstərdiyi kresloda oturmuşdu, daha lazım olmadığı üçün şamı üfürüb söndürmüşdü və indi də tüstünü kəsmək üçün onun başlığını əli ilə sıxırdı.
– Sən bircə köynəkdə idin,–K. əli ilə qızın başını sobaya tərəf döndərdi. Leni isə susurdu.–Məşuqundur?
Leni şorba qazanını götürmək istədi, ancaq K. onun hər iki əlindən yapışıb dedi:
– Cavab ver!
– İş otağına keçək, orda hər şeyi sənə başa salaram.
– Xeyr, istəyirəm burda başa salasan.
Qız ona sarılıb öpmək istədi, K. geri çəkildi.
– İstəmirəm indi məni öpəsən.
– Yozef!–Leni yalvarıcı, ancaq dik baxışlarla K.-nın gözlərinin içinə baxdı,–sən məni cənab tacirə qısqana bilməzsən. Rudi,–deyə o tacirə tərəf döndü,–mənə kömək elə, görürsən ki, məndən şübhələnir, şamı at getsin...
Fikirləşmək olardı ki, tacir ona fikir verməyəcək, ancaq, sən demə, qulağı onlarda imiş:
– Heç mən də bilmirəm ki, niyə qısqanır...–tacir sanki kişilənmək istədi.
– Heç mən özüm də bilmirəm!–K. təbəssümlə tacirə baxdı.
Leni ucadan güldü, K.-nın bir az boşalmasından istifadə edərək onun qolları arasında yerini rahatlayaraq pıçıldadı:
– Onda işin olmasın... özün görürsən ki, necə adamdır. Onunla bir az xoş rəftar etdim, çünki vəkilin daimi müştərisidir. Başqa səbəb yoxdur... Bəs sən? Bu gün vəkillə danışmaq istəyirsən? İndi çox ağrıyır, ancaq istəsən, gəldiyini deyərəm. Gecə də mənim yanımda qalarsan. Mütləq qalarsan... Çoxdan bura gəlmirsən, vəkil özü də səni soruşurdu. Məhkəməni yaddan çıxarma! Mənim də sənə sözüm var, bəzi şeylər öyrənmişəm. Ancaq əvvəlcə paltonu çıxar!
Leni ona paltosunu soyunmağa kömək etdi, şlyapasını aldı, onları asmaq üçün girəcəyə tərəf tələsdi, tezcə də geri qayıtdı, şorbaya baxdı:
– Əvvəlcə sənin gəldiyini xəbər verim, yoxsa şorbasını aparım?
– Əvvəlcə gəldiyimi de!
K. əsəbiləşmişdi. Gələndə fikrində tutmuşdu ki, Leni ilə öz işlərini, xüsusilə də hələlik sual altında olan imtina məsələsini yaxşı-yaxşı müzakirə etsin, ancaq tacirin burda olması onu həvəsdən saldı. Bununla belə, işini o dərəcədə vacib hesab edirdi ki, bu balaca kişinin burda olması ona təsir edə bilməzdi və artıq yolda olan Lenini geri çağırdı:
– Əvvəlcə şorbasını apar, mənimlə söhbət etmək üçün özünə bir az güc toplasın, bu ona lazım olacaq.
– Aha, siz də vəkilin müştərisisiniz, – tacir oturduğu küncdən yavaşca dilləndi, elə bil bununla nəsə nəyisə demək istədi. Ancaq bu ordakıların xoşuna gəlmədi.
– Bunun sizə nə dəxli var? – K. tez dilləndi və Leni də əlavə etdi:
– Sən sus!–Sonra K.-ya tərəf döndü:–Deməli, əvvəlcə şorbanı aparıram...–şorbanı boşqaba tökdü,– Bircə qorxusu var ki, yatar, adətən yeməyini qurtaran kimi yuxuya gedir.
– Məndən eşitdikləri onu yatmağa qoymayacaq...–K. bununla bir daha nəzərə çarpdırmaq istəyirdi ki, vəkillə çox vacib bir məsələ haqqında danışmaq niyyətindədir və gözləyirdi ki, Leni nə barədə danıçacağını soruşsun, o da qızdan məsləhət istəsin. Ancaq Leni yalnız deyilənləri dəqiqliklə yerinə yetirirdi. Əlində boşqab K.-ın yanından keçəndə, qəsdlə ona toxundu və pıçıldadı:
– Şorbasını yeyib qurtan kimi gəldiyini deyəcəm ki, bacardıqca tez yanıma qayıdasan.
– Get, get!
– Bir az nəzakətli olsan yaxşıdır,–deyə qız əlində boşdaq qapıya çatanda, yenə geri döndü.
K. onun arxasınca baxdı. Artıq qəti qərara gəlmişdi: vəkildən imtina edəcək! Bəlkə də əvvəlcə Leni ilə bu barədə danışmaması daha yaxşı oldu. Onsuz da işə tam bələd deyildi, deyəcəkdi ki, lazım deyil və bəlkə onu doğrudan da bu dəfə fikrindən daşındıracaqdı, özü isə yenə də şübhə- tərəddüdlər içində üzüləcək, axırda nə vaxtsa bu qərarını həyata keçirəcəkdi, çünki burda başqa yol yox idi. Bu işi nə qədər tez eləsə, ziyanı o qədər az olar... Yeri gəlmişkən, bəlkə elə tacir də bu barədə nəsə deyə bilər...
K. ona tərəf çevrildi, tacir bunu hiss edən kimi ayağa qalxmaq istədi.
– Oturun,–deyə K. öz kreslosunu ona yaxın çəkdi.–Siz çoxdan bu vəkilin müştərisisiniz?
– Lap çoxdan müştərisiyəm...
– Neçə ildir sizi təmsil edir?
– Bilmirəm-nəyi nəzərdə tutursunuz?! Ticarət məsələlərində–mən taxıl işi ilə məşğul oluram–bu vəkil işə başladığım vaxtdan, yəni iyirmi ildir, məhkəmə işimdə də–yəqin siz buna işarə edirsiniz–lap əvvəlindən, yəni beş ildən çoxdur ki, məni təmsil edir. Bəli, beş ildən çoxdur...–deyə tacir cibindən köhnə bir pulqabı çıxartdı,–hamısını burda yazmışam, istəsəniz tarixləri də dəqiq deyə bilərəm. Hamısını yadda saxlamaq çətindir. Yəqin mənim məhkəməm hələ çox çəkəcək, arvadım öləndən azacıq sonra başlayıb, bu da beş il yarımdan çoxdur.
K. ona bir az da yaxınlaşdı:
– Bu vəkil adi mülki işlər də götürür?–Məhkəmələrin adi hüquq normalarına bağlı olması K.-nı əməlli-başlı sakitləşdirdi.
– Əlbəttə! – deyən vəkil səsini bir az alçaltdı.–Hətta deyirlər ki, belə işlərdə daha yaxşıdır,–ancaq, deyəsən, dediyinə peşman oldu, əlini K.-nın çiyninə qoydu.–Xahiş edirəm, məni satmayın.
K. sakitləşdirmək üçün əlini onun dizinin üstünə qoydu:
– Mən satqın deyiləm!
– Çox kinli adamdır...
– Belə sadiq müştəriyə heç nə eləməz.
– Eləyər, eləyər. Əsəbiləşəndə, heç kəsə fərq qoymur... Özü də mən ona, əslində, sadiq deyiləm.
– Necə yəni sadiq deyilsiniz?
– Sizə bel bağlamaq olar?–tacir şübhə ilə soruşdu.
– Mənə elə gəlir ki, olar.
– Yaxşı, onda bəzi məsələləri sizə etibar edərəm, ancaq siz də bir sirrinizi mənə açmalısınız ki, ikimiz də vəkilin qarşısında möhkəm dayana bilək.
– Siz çox ehtiyatlı adamsınız. Ancaq sizə elə bir sirrimi açacam ki, tamamilə sakitləşəcəksiniz. Vəkilə sadiq olmadığınız özünü nədə göstərir?
– Mənim...–tacir elə tərəddüd etdi ki, sanki alçaqlığını etraf edirdi.–Ondan başqa da vəkillərim var...
– Burda nə pis iş var ki?!-K. bir az pərt oldu.
– Burda yoxdur...–etirafından sonra ağır-ağır nəfəs alan tacir K.-nın sözlərindən sonra bir az ürəkləndi.–Buna icazə verilmir. Uzaqbaşı, uzaqbaşı bir ara vəkili tutmaq olar. Mən də elə bunu eləmişəm, ondan əlavə də beş ara vəkili tutmuşam.
– Be..e..ş!–bu rəqəm K.-nı heyrətə gətirdi.–Bundan əlavə beş vəkil?
Tacir başını tərpətdi:
– İndi də altıncısı ilə danışıqlar aparıram.
– Bu qədər vəkil nəyinizə lazımdır ki?
– Hamısı lazımdır.
– Nəyə lazım olduğunu mənə başa sala bilərsiniz?
– Məmnuniyyətlə. Hər şeydən əvvəl, məhkəməni uduzmaq istəmirəm... Bu, məlum məsələdir. Ona görə də xeyrimə nə varsa, hamısından istifadə etməyə çalışıram. Hətta nəyinsə xeyir gətirəcəyinə ümid lap az olanda da, onu əldən vermirəm. Buna görə də nəyim vardısa, hamısını məhkəməyə xərcləmişəm. Məsələn, bütün pullarımı dövriyyədən çıxarmışam, əvvəllər şirkətimin iş otaqları bir mərətəbəni tutmuşdu, ancaq indi lap arxa otaqların birində şəyirdlə oturub işləyirik. İşimin geriləməyi yalnız pulumun qurtarması ilə deyil, həm də iş qabiliyyətimin zəifləməsi ilə bağlıdır. Məhkəmə üçün nəsə eləmək istəyəndə, başqa işlərə vaxt qalmır.
– Deməli, siz özünüz də məhkəmədə işləyirsiniz? Bu mənim üçün çox maraqlıdır.
– Bu barədə çox danışmaq olmaz. Əvvəllər, buna cəhd göstərdim, ancaq sonra özüm istəmədim. Çox yorucudur və elə böyük uğur da qazanmaq olmur. Ən azı, məlum oldu ki, mənim üçün həm orda işləmək, həm də danışıqlar aparmaq mümkün deyil. Elə orda oturub gözləməyin özü adamı yorur. Dəftərxanalarda havanın necə ağır olduğunu da özünüz yaxşı bilirsiniz.
– Mənim orda olduğumu siz hardan bilirsiiniz?
– Siz ordan keçəndə, gözləmə otağındaydım.
– Təsadüfə bax!–K. elə həyəcanlandı ki, hətta tacirin əvvəlcə ona necə gülünc göründüyünü də unutdu.–Deməli, məni görmüsünüz! Mən ordan keçəndə, gözləmə otağındaymışsınız... Bəli, mən ordan bir dəfə keçmişəm...
– Elə gözlənilməz təsadüf deyil, demək olar ki, mən hər gün ordayam.
– Yəqin bundan sonra mən də oraya tez-tez gedəcəm və yəqin ki, əvvəlki təki hörmət-izzətlə qarşılanmayacam. Hamı ayağa durdu, elə bildilər hakiməm.
– Xeyr, onda biz məhkəmə xidmətçisini salamlayırdıq. Sizin müttəhim olduğunuzu bilirdik. Belə
xəbərlər çox tez yayılır.
– Deməli, artıq bilirdiniz. Bəlkə də mənim özümü necə apardığımı yekəxanalıq hesab eləmisiniz. Bu barədə nəsə deyən oldu?
– Xeyr, əksini dedilər. Ancaq bunların hamısı səfehlikdir...
– Niyə səhehlik olur?
– Siz niyə soruşursunuz?–tacir əsəbiləşdi,–deyəsən, ordakıları hələ yaxşı tanımırsınız və ona görə də bəzi şeyləri düz başa düşmürsünüz. Nəzərə alın ki, belə bir şəraitdə heç bir ağıla sığmayan şeylər danışılır, adam, sadəcə olaraq, yorulur, şox şeyi anlamır, əvəzində mövhumatçılığa başlayır. Mən indi başqalarından danışıram, ancaq özüm onlardan da betərəm. Bu möhumatçılığa bir misal: çoxları müttəhimin üz-gözündən, ən çox da dodaqlarından məhkəmənin nəticəsini öyrənmək istəyir. Onlar deyirlər ki, müttəhimin dodaqlarına baxıb onun mütləq, özü də tezliklə məhkum olunacağını duyurlar. Təkrar edirəm, bütün bunlar gülünc mövhumatçılıqdır, çox vaxt da faktlar hamısını tamamilə inkar edir, ancaq elə bir cəmiyyətdə yaşayan adam onlardan çətin can qurtara bilir. İndi bu mövhumatçılığın adamlara necə təsir etdiyini təsəvvürünüzə gətirin! Siz orda birini danışdırdınız, elə deyilmi? Ancaq cavab verə bilmədi. Əlbəttə, orda çaşmaq üçün səbəb çoxdur və onlardan biri də sizin dodaqlarınız olub. Sonralar deyirdi ki, guya sizin dodaqlarınızda öz məhkumluğunun nişanəsini görüb.
– Mənim dodaqlarımda?–K. cib güzgüsünü çıxarıb ona baxdı,–mən öz dodaqlarımda elə xüsusi bir əlamət görmürəm. Siz görürsünüz?
– Mən də görmürəm. Heçcə nə görünmür.
– Adam nə qədər mövhumatçı olarmış!
– Bəs mən demədim?! Onlar öz aralarında yəni bu qədər söhbət edir, fikir mübadiləsi aparırlar?
Mən indiyəcən onlardan kənar gəzmişəm.
– Ümumiyyətlə götürəndə, bir-biri ilə görüşmürlər. Bu heç mümkün də deyil, çünki həddən artıq çoxdurlar. Ümumi maraqları da azdır. Bəzən hansısa bir dəstədə belə bir inam yaranır ki, maraqları eynidir, ancaq sonradan üzə çıxır ki, səhv edirlərmiş. Bir yerdə bu məhkəmədən heç nə qoparmaq olmaz. Ən dəqiq məhəkəmədir, bütün işləri ayrı-ayrılıqda yoxlayır. Bir yerdə heç nə əldə eləmək olmaz, yalnız bəzən kimsə ayrılıqda gizlincə nəsə edə bilir, qalanlar da nəsə əldə olub qurtarandan sonra ondan xəbər tuturlar. Heç kim də bunun necə alındığını bilmir. Deməli, orda birlik yoxdur, yalnız hərdən gözləmə otaqlarında rastlaşırlar ki, orda da çox şey müzakirə etmək olmur. Bu mövhumatçı fikirlər də lap çoxdan yaranıblar və öz-özünə çoxalırlar.
– Mən həmin cənabları orda–gözləmə otağında görmüşəm. Onda mənə elə gəldi ki, mənasız yerə gözləyirlər.
– Gözləmək mənasız olmur. Yalnız kiminsə özünün işə qarışması mənasız olur. Bayaq dedim ki, bundan əlavə beş vəkilim var. Fikirləşmək olardı ki,–ən əvvəl özüm belə fikirləşirdim–işi tamamilə onların öhdəsinə buraxmaq olar. Ancaq bu, böyük bir səhv olardı. Beş nəfər olsalar da, öhdələrinə buraxa bilmərəm. Yəqin niyəsini başa düşmədiniz?
– Xeyr,–deyə K. çox sürətlə danışan taciri bir az sakitləşdirmək üçün əlini mehribanlıqla onun əlinin üstünə qoydu,–xahiş edirəm, bir az yavaş danışın, dedikləriniz mənim üçün son dərəcə vacibdir, hamısını tuta bilmirəm...
- Yaxşı ki, yadıma saldınız. Axı siz təzəsiniz, lap sütülsünüz. Məhkəməniz yarım ildir ki, gedir, elə deyilmi? Bəli, bu barədə eşitmişəm. Lap yeni başlayıb ki! Ancaq mən bu məsələləri o qədər götür-qoy etmişəm ki! İndi bu dünyada ən çox bildiyim şeylərdir...
– Yəqin ki məhkəmənizin bu qədər uzandığına sevinirsiniz?!–K. ondan işinin indi hansı vəziyyətdə olduğunu birb
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Haluk Levent azərbaycanlı qıza görə konsert verəcək
12 mindən çox brilyantdan hazırlanan üzük dünya rekordunu qırdı
Putin ordu rəhbərliyi ilə iclasda: “Siz məndən qorxursunuz yoxsa məni sizdən qoruyurlar?”
Balotelli: "Messi və Ronaldu da..."
Bekhem Seriala Çəkildi - FOTO
Azərbaycanda Nazirlikdə "SOS"!
Xocalı qətliamı zamanı əsir düşən musiqiçi "Əl-Cəzirə"yə danışdı
Xilaskarlarına minnətdar olan heyvanlar
Ezgi Mola ərə gedir
Gözəl ayaqlara sahib olaq
Məktəbəhazırlıq qruplarına sənəd qəbulunun VAXTI açıqlandı
Mütəmadi halsız və yorğun olmağın tibbi səbəbi
Qar yağacaq!
Bunlar kişilər üçün zərərlidir
2011-ci ilin gecə geyimləri
Bu adada hər şey tərsinədir - Kişilər "gəlin" köçür, evdən qovulur... - FOTO
Bakının bir hissəsinə su verilməyəcək
Dünyanın ən gözəl və qeyri-adi meşələri
Şahbaz Quliyev və Dilqəm Əsgərov vətənə gətirildi - RƏSMİ
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hər şeyin balacası
İNANILMAZ: Meşə insanları
Günəş ləkələrinə qarşı nə etməli?
Hava haqqında - 12.11.2013
2019 ayaqqabı trendləri
"Ebola"dan ölənlərin sayı 9152 nəfərə çatdı
Dövlət qulluğunda çalışmaq istəyənlər, DİQQƏT - Müsahibə elan olundu
2019 Məzuniyyət Saç Modelləri
Uşağın makrozomik olaraq doğulması
Dilqəm Əsgərov ermənilərə boyun əymədi
Şimşək çaxacaq, leysan olacaq - XƏBƏRDARLIQ
Sabahdan məktəblər bağlanır
Toy karvanının qabağını kəsən uşaqlar cərimələnəcək
Cərimələr azalır
BÜRCLƏR bizə nə vəd edir?- 29 yanvar
Castin Biber izləyicilərindən kömək istədi-FOTO
Soçi bitdi, savaş olacaq?
Azərbaycan Ginnesin rekordlar kitabına düşə bilər
Uzun saçlara necə qulluq etmək lazımdır?
Ermənistanda həbsdə olan azərbaycanlı azadlığa buraxıldı
Kağızdan portretlər
Evdə hazırlaya biləcəyiniz sakitləşdirən çaylar
Serenay Sarıkayanın 13 minlik donu-FOTO
"Sürücülük vəsiqələrindən ödəniş etmək olacaq"
Böyrək daşı xəstəliyi 2-ci hissə
Günün ulduz falı - 28.08.2013
Subaylıqla bağlı fərqli ölkələrin adətləri
Ölkədə gediş haqları dəyişibmi?
Enerji içkiləri onlara satılmayacaq - DƏYİŞİKLİK
55 yaşlı Tarantino ilk dəfə evləndi
- ŞƏRHLƏR