Annotasiya
Bu roman XIX əsr fransız ədəbiyyatının görkəmli nümayəndəsi, psixoloji realizm janrının banilərindən biri olan Stendalın (əsl adı Mari Anri Beyl) yaradıcılığının zirvəsi hesab edilir. Romandakı hadisələr 1830-cu il Fransa inqilabından sonrakı dövrdə cərəyan edir. Əsərin qəhrəmanı Jülyen Sorel kilsə xadimi olmaq istəyən savadlı, şöhrətpərəst bir gəncdir. Cəmiyyətdə üstün mövqelərə nail olmağın yolu yalan və riyakarlıqdan keçdiyinə görə gənc din xadimi yeni oyun qaydalarını məmnuniyyətlə qəbul edir, bu yolda qanlı cinayət törətməkdən belə çəkinməyərək həyatını faciəli sonluqla başa vurur.
Əsərdən seçilmiş hissələr (ixtisarla)
Nüfuz! Cənab, necə düşünürsünüz, bunlar boş şeylərdir? Axmaqların hörməti, ağzını ayırıb baxan uşaq-muşağın gözlərindəki məftunluq, varlıların həsədi, müdrikin yuxarıdan həqarətlə baxmağı.
***
Bax, budur o! Veryerdə hər şeyi həll etməyə qadir olan böyük söz: gəlir gətirmək!
***
Jülyen sallamaların üstündə oturub rəndəyə nəzarət eləmək əvəzinə kitab oxuyurdu. Qoca Sorelin bundan daha çox nifrət eləyəcəyi səhnə ola bilməzdi.
***
Jülyen xanım Renalı olduqca gözəl qadın hesab edir və buna görə də ona nifrət eləyirdi. O, mümkün qədər bu qadından uzaq durmağa çalışırdı. Bu qadın onun yolunda dayanmış yeganə maneə idi və oğlanın ayağı hər an büdrəyə bilərdi.
***
Zadəgan nəslindən olmayan və sizdən maaş alan hər kəs sizin nökərinizdir!
***
İnsanların “yaşamağı bacarmaq” dediyi şey çox vaxt ruhun təmizliyinə ləkə salır.
***
Xalası ona demişdi ki, istənilən halda arvadının sahibi olan ərlə açıq danışmaq olduqca təhlükəlidir.
***
Tanrının qarşısında günah törətməklə hamının gözü qarşısında biabır olmağın, hamının nifrətini qazanmağın bir-biriylə heç bir əlaqəsi yoxdur.
Gözəl qadınların daxili ruhunun təmizliyi, bütün bəd əməllərdən uzaqlığı onların gəncliyinin ömrünü uzadır. Gözəl qadınların əksəriyyəti ən tez sifətdən qocalır.
***
Qüruru imkan vermirdi ki, taleyini təsadüflərə həvalə etsin.
***
Sevgi bərabərlik axtarmır. Sevgi bərabərliyin özüdür.
***
Bu könül həmişə nəsə arzulamağa öyrəşmişdi, indisə istəyəcəyi bir şey qalmamışdı, xatirələrsə hələ yox idi.
***
Əgər bizim bərabər imkanlarla mübarizə aparmaq şansımız olsaydı, bu məzlum zadəganların axırı necə olardı!
***
Jülyen daha heç vaxt “ucadan arzulamağı” özünə icazə vermədi.
***
İndiyə qədər bir kəlmə də olsun ağıllı söz deməmisiniz! Bu tənbəllik, bu ağılsızlıq ki sizdə var, siz ancaq kəpənək qovalamağa yarayırsınız! Necə də məzlum varlıqlardır bu qadınlar! Tanrının bizə, evli adamlara rəhmi gəlsin, axı biz yaxamızı sizin əlinizdən qurtara bilmirik!
***
Əyalətdə ictimai fikri ərlər müəyyən edirlər.
***
XIV Lüdovik də öləndə belə demişdi: “Mən kral olanda…” Möhtəşəm ifadədir!
***
İlahi, səs-küyə bax! Burada nə qədər insan var, hərənin də öz işi-gücü, öz dərd-səri! Bunları görən iyirmi yaşlı oğlan gələcəyi ilə bağlı o qədər yollar cızır ki! İlahi, bütün bunlar adamı sevgidən necə soyudur!
Eybəcər birinin gözəllik sevgisi ilə dolu qəlbə təsiri belə dəhşətli olur!
***
- Mən sizin ruhani rəhbərinizəm. Mənim əziz oğlum, bu evdə eşitmək əməl etmək deməkdir. Üstünüzdə nə qədər pul var?
- Həə, çatdıq, – Jülyen düşündü. – Əziz oğul olmağın əvəzi bu imiş.
***
Fərqlənməyin nifrət doğurduğunu öyrənəcək qədər yaşadım artıq.
***
Sadə adamın düşünmək bacarığı günah sayılır, çünki istənilən ağıllı mülahizə günahdır!
***
Ondan heç vaxt nə yaxşı rahib, nə də işgüzar müdir olacaqdı! Həyəcanlanmağa hər dəm hazır olan belə qəlblərdən nə ola bilərdi ki? Olsa-olsa ortabab bir rəssam! Bu yerdə Jülyenin özünəinamı ağ bayrağını qaldırmalı olurdu.
***
- Sən hansı partiyadansan?
- Belə baxanda heç birindən – məni məhv edən də elə bu oldu. Mənim bütün siyasətim musiqini, rəsmləri sevməyimdir. Mənim üçün yaxşı kitab əsl hadisədir.
***
Hə, bir də çalışın ki, bu parislilər səsinizi mümkün qədər az eşitsinlər. Bircə kəlmə deməyiniz kifayətdir ki, onlar nəsə tapıb, sizə gülsünlər. Bu onlarda fitri istedaddır.
***
- Budur, – Jülyen pilləkəndə gülüşən gənclərin səsinə qulaq asaraq fikirləşdir, – bu gün özümə oxşayan varlı bir adam gördüm. Mən ilə iyirmi luidor da qazana bilmirəm, amma o saatda iyirmi luidor qazansa da, hamı ona gülür. Belə şeylər adamı paxıllıqdan çəkindirir.
***
- Siz yaşadığınız dövrü düzgün qiymətləndirmirsiniz. Sizdən nə gözləyirlərsə, onun əksini eləyin. Düzünə qalsa, bizim zəmanənin tək qanunu budur. Nə axmaq olmayın, nə də riyakarlıq eləməyin, çünki belə eləsəniz, sizdən ya axmaqlıq, ya da riyakarlıq gözləyəcəklər və işin sirri korlanacaq.
***
Tiranlar üçün tanrıdan daha xeyirli ideya yoxdur!
***
Yazıq cənab Qro! Ordenə layiq olan adam odur. Amma bu ordeni mən almışam, odur ki, onu mənə verən hakimiyyətin ruhuna yaxın addımlar atmalıyam.
***
Amma ağlıma əcəb maraqlı fikir gəldi ha! Heyif, bu fikir ağlıma onu ucadan deyib hazırcavablıq eləyəcəyim bir vaxtda gəlmədi.
***
Adam varlı və məşhur olanda onun qəribəlikləri yanlışlıq olmaqdan çıxır.
Tərcümə: Günel Mövlud
KKO
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Koronavirusun müsbət tərəfləri açıqlandı - NƏLƏRİ DƏYİŞDİ?
Mobil nömrələrlə bağlı yenilik
"Barselona" "qızıl dubl"a imza atdı
Ölkədə 12 obyekt bağlandı
İmtahanla bağlı yenilik
Kişilər qadınlardan daha sürətli arıqlayır
Günəş tutulması baş verəcək
“Sen çal kapımı” serialı reytinqdə birinci yerə çıxdı
Qısa boğazlı çəkmələr
Nişanlanma xəbərləri yalan çıxdı-FOTO
Öləndə molla istəməyən yazıçımız
Xankəndinin ermənilər tərəfindən işğalından 23 il ötür
Parisdə 2020-ci ildən ictimai nəqliyyat pulsuz ola bilər
Azərbaycanda qadınların təxminən 1/3-də piylənmə müşahidə olunur
Günün qoroskopu: Mübahisə etməyin!
200 illik tarixi məzarlıq
Mart ayında HAVA necə olacaq?
Üzən şəhər tikiləcək
Nazirlik cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı
“Koronavirusun sonu yaxında deyil” - ÜST-ün rəhbəri
Kim deyir ki, qadın zəif məxluqdur?
Keratinin faydaları və zərərləri
Badamın inanılmaz faydaları
Körpələr üçün yataq otağı modelləri
Hava haqqında
Günün qoroskopu - 06.11.2013
3D şəkillər
1 milyon avronu 3 saniyəyə qazanan qız
Azərbaycanda sutka ərzində daha dörd nəfər koronavirusdan öldü: 331 yeni yoluxma
Serenay Sarıkaya və Kerem Bürsin BARIŞDILAR!-FOTO
Dəniz daşlarından hazırlanmış bəzək əşyaları (2)
Türkiyədən ermənilərə "qırmızı işıq"
Ayın ilk interaktiv geoloji xəritəsini hazırladılar - FOTO
Unikal enerjili avtomobil
Cemli burma (foto resept)
Aslılıq yaradan qidalar
NASA kosmosa ilk dəfə qadınlardan ibarət qrup yollayacaq
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Lavrov: "Türkiyə ilə ehtiyac duyulan məsələlərin müzakirəsi üçün yaxşı imkan var"
Dollarda növbəti bahalaşma
Serenay Sarıkaya kökəldi-FOTO
Film festivalında jüri olacaq - FOTO
Əl işim olan xonçalar
Jurnalist olmaq istəyənlərin imtahanı başladı
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Azərbaycanın daha yeddi kəndi azad olundu
"Baku Fires" Qazaxıstan komandasına qalib gəldi
Kibritdən hazırlanan əşyalar
Saçda kölgələr















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]