Ejen darvazaya çatdığı zaman, bir az əvvəl yenicə evlənənləri gətirmiş və sahibindən bir neçə səfərin pulunu xəlvətcə mənimsəməkdən başqa heç bir şey fikirləşməyən karet sürücüsü Rastinyakın frakını, ağ jiletini, sarı əlcəklərini, təmiz çəkmələrini və çətirsiz olduğunu görüb, ona işarə ilə qulluq etməyə hazır olduğunu bildirdi. Ejeni boğuq bir hiddət sarsıtdı, bu həqiqət isə insanı düşdüyü uçurumdan xilas olmaq üçün yol tapmaq ümidi ilə, adətən, daha da dərinlərə sürüklər. Ejen başı ilə işarə edərək, arabaçının təklifinə razı olduğunu bildirdi. Karet mindi. Karet içinə düşmüş flör-d’oranj yarpaqları yenicə adaxlanmış adamların səfərini xatırladırdı.
Artıq ağ əlcəklərini çıxarmış arabaçı:
– Hara buyurursunuz? – deyə soruşdu.
Ejen öz-özünə: “İş işdən keçib, – dedi, – indi ki uçuruma yuvarlanıram, qoy heç olmasa, bir mənfəətim olsun”. Ucadan:
– De Boseanın evinə sür.
Arabaçı:
– Hansı Boseanı buyurursunuz? – deyə soruşdu.
Arabaçının bu mənalı sualı Ejeni daha da pərişan etdi. Hələ cəmiyyət üzü görməmiş bu şıltaq cavan de Boseanların iki evi olduğunu bilmir və onun taleyi ilə qətiyyən maraqlanmayan qohumlarının sayı çox olduğunu da dərk eləmirdi.
– Vikont de Boseanın evinə, küçəsi...
Arabaçı başı ilə işarə edərək:
– Qrenel küçəsinəmi? – dedi. Bilirsinizmi, bundan başqa bir də Sen-Dominik küçəsində qraf və markiza de Boseanın evi var...
Arabaçı bu sözləri deyib karet ayaq yerini qaldırdı.
Ejen etinasızlıqla cavab verdi:
– Bilirəm.
Şlyapasını qabaqdakı yerin üstünə ataraq, öz-özünə:
– Bu gün hamı mənə istehza edir! – deyirdi. – Bu əyləncə mənə çox baha oturacaq. Bununla belə, mən, heç olmasa, bu kuzinama əsl kübar görüşü təşkil eləyərəm. Qəddar qoca Qorio ata artıq mənə on franka başa gəlmişdir. Namusuma and olsun, mən bu sərgüzəşti madam de Boseana nəql edəcəyəm, bəlkə, heç olmasa, onu güldürməyə müvəffəq ola bildim. O, əlbəttə, bu quyruğu kəsik siçovulun gözəl qrafinya ilə cinayətkar əlaqələrinin sirrinə bələddir. Bu əxlaqsız qadına başımı vurub yarmaqdansa, kuzinama xoş gəlmək daha münasibdir. Həm də, göründüyü kimi, onun qiyməti çox bahadır. Gözəl vikontessanın yalnız adı bu qədər böyük qüdrətə malikdirsə, gör onun özünün əhəmiyyəti nə qədərdir. Yüksək təbəqələrə müraciət edək. Göylərdə birisinə hücum etdiyin zaman Allahın özünü hədəf götürmək lazımdır!
Rastinyakın öz-özü ilə etdiyi bu söhbət, içərisində çırpındığı min bir fikrin xülasəsindən başqa bir şey deyildi. Yağan yağışı seyr edərək bir az sakit oldu, özünə inamı artdı. O, öz-özünə, olan-qalan pulundan yüz suluq pullarını xərcləmiş olsa da, qazancsız qalmadığını, hər halda, ayaqqabılarını, paltarını və şlyapasını mühafizə etdiyini söyləyirdi. Arabaçının “zəhmət olmasa, darvazanı açın” deməsi onun qəlbində xoş bir hiss oyatmışdı. Qızıl baftalı, qırmızı paltarlı qapıçı darvazanı açdı, qapı ilgə ləri cırıldadı, bir az sonra karet həyətə girərək bütün həyəti dolandı və alaqapının qabağındakı artırmanın qarşısında dayandı. Rastinyak xoşhallıqla karet bu səyahətini seyr edirdi. Qırmızı , göyrəngli kobud geymiş sürücü karet ayaq yerini endirmək üçün aşağı düşdü. Ejen karet düşərkən mülkün sütunları arxasından boğuq gülüş səsləri eşitdi. Üç-dörd lakey bir yerə toplaşıb meşşan toy ekipajına rişxənd edirdi. Tələbə mindiyi arabanı Parisin ən qəşəng ikiyerli karet ilə müqayisə etdiyi zaman bu qəhqəhənin mənasını başa düşmüşdü: bu karet bir cüt qızğın at qoşulmuşdu, qulaqlarına qızılgül taxılmış atlar qantarğaları gəmirirdi. Pudralı, əla qalstuklu sürücü, atlar bu saat yerindən tərpənib qaçacaqlarmış kimi, cilovları əlində möhkəm tutmuşdu. Şosse d’Anten küçəsində, qrafinya de Restonun həyətində iyirmi altı yaşlı bir gəncin zərif kabrioleti dayanmışdı. Sen-Jermen məhəlləsində isə adlı-sanlı kübar bir adamın ehtişamlı karet durmuşdu: bu karet otuz min franka belə almaq mümkün deyildi.
Parisdə, əlbəttə, birisinə məşuqə olmayan az qadın tapıldığını və bu kraliçalardan birinə sahib olmaq üçün yalnız qan tökmək kifayət etməyəcəyini bir az gec başa düşmüş Ejen fikirləşirdi: “Görəsən, bu, kim ola bilər? Lənət şeytana! Görünür, mənim kuzinamın da özünə məxsus Maksimi var!”
Ejen yuxarı qalxdı: ürəyi döyünürdü. O görünər-görünməz, şüşəbənd qapını açdılar. O, qaşovlanarkən rahat dayanan ağıllı eşşəklərə bənzəyən lakeyləri gördü. De Bosean mülkünün aşağı mərtəbəsindəki geniş qəbul salonlarında rəsmi bal verilirdi. Bala dəvətlə bal arasındakı fasilədə hələ kuzinasına vizit verməyə müvəffəq olmamış Ejen, vikontessa de Boseanın şəxsi otaqlarını görməmişdi: bu otaqlarda ilk dəfə o, vikontessanın şəxsi zərifliyinin xariqələrini, kübar bir qadının mənəviyyat və məişət nümunəsini görə biləcəkdi. Ejen üçün bu tanışlıq bu cəhətdən də maraqlı idi: qrafinya de Restonun salonu ona müqayisə üçün imkan yaradırdı. Vikontessa qonaqlarını saat beşin yarısından qəbul etməyə başlardı.
Kuzeni beş dəqiqə qabaq gəlmiş olsaydı , onu qəbul etməyəcəkdi. Müxtəlif Paris etiketlərindən qətiyyən başı çıxmayan Ejeni ağ rəng çəkilmiş, üzərinə çiçəklər düzülmüş, qızıllanmış sürah l geniş pilləkənlə madam de Boseanın yanına apardılar. Ejen onun Paris salonlarında hər axşam bir-birinin qulağına söylənilən və daim dəyişən hekayətlərdən olan şifahi bioqrafiyasından xəbərsizdi.
Üç ildən çox idi ki, vikontessa Portuqaliyanın ən məşhur və zəngin kübarlarından markiz d’A uda-Pinto ilə əlaqədə idi. Səmimi hisslərdən doğan bu əlaqə hər iki aşiqə o qədər cazibədar görünürdü ki, onlar üçüncü bir adamın araya qarışmasına dözə bilməzdilər. Vikont de Bosean istər-istəməz bu morqanatik ittifaqa razılıq verməklə başqaları üçün də bir nümunə ola bilərdi. Bu dostluğun birinci dövründə; təqribən gündüz saat ikidə vikontessa ilə görüşməyə gələnlər, burada markiz d’A uda-Pintonu görə bilərdilər. Madam de Bosean evinin qapılarını qonaqlar üçün, əlbəttə, bağlaya blməzdi: bu, dəbsizlik sayıla bilərdi; lakin o, öz qonaqlarını o qədər soyuq qəbul edir və tavanı o qədər diqqətlə seyr edərdi ki, qonaqlar ona mane olduqlarını dərhal başa düşərdilər. Paris madam de Boseanın saat ikidən saat dördə qədər gələn qonaqlardan darıxdığını öyrəndiyi zaman, artıq onu tamamilə yalqız buraxdı. O, cənab de Bosean və markiz d’A uda-Pinto ilə peraya gedər, yaxud Bufonları ziyarət edərdi, lakin cənab de Bosean özünü idarə edə bildiyindən, arvadını və portuqaliyalını əyləşdirdikdən sonra onları yalqız buraxıb gedərdi. İndi markiz d’A uda-Pinto madmazel de Roşfid adlı bir qızla evlənmək niyyətində idi. Bütün yüksək cəmiyyətdə hazırlığı aparılan bu izdivacdan yeganə bixəbər şəxs vardısa, o da ancaq madam de Boseanın özü idi. Bəzi rəfiqələri ona işarələr etsə də, o yalnız gülər və paxıllıqdan onun səadətini pozmaq istədiklərini zənn edərdi. Halbuki yaxın zamanlarda nikah artıq elan edilməli idi. Portuqaliyalı qəşəng markiz vikontessanın yanına gəlməklə bu izdivacı ona xəbər vermək fikrində idi, lakin xəyanət sözlərini söyləməyə cəsarət edə bilmirdi. Nə üçün? Qadına belə bir zərbə vurmaqdan da çətin şey ola bilərmi? Bəzi kişilər üçün duel meydanında onun ürəyinə şpaqasını sancmağa hazır olan bir düşmən qarşısında dayanmaq, iki saat göz yaşları ilə dolu şikayətdən sonra can verdiyini söyləyən və naşatır tələb edən bir qadın qarşısında dayanmaqdan daha asandır. Ejen gəldiyi zaman markiz d’A uda-Pinto ağır vəziyyətdən çıxmaq üçün getməyə hazırlaşırdı. O, bu nəticəyə gəlmişdi ki, madam de Bosean onsuz da bu xəbəri eşidəcək, bunu ona söyləməkdənsə, yazmaq daha yaxşıdır. Eşqin qətlini şəxsi söhbətdə müzakirə etməkdənsə, məktubda yazmaq daha münasib görünürdü. Lakey vikontessaya de Rastinyakın gəldiyini xəbər verərkən, markiz d’A uda-Pinto sevincindən asudə nəfəs aldı. Bunu da qeyd etmək lazımdır ki, sevən bir qadın eşq əyləncələrinə hər zaman yeni rəng verməkdənsə, şübhə üçün bəhanə icad etməklə daha mahir olur. Ayrılıq təhlükəsi baş verdikdə isə o, məhəbbət nəşəsinin iyini hələ uzaqdan duyan Ver ili atından daha tez hər bir hərəkətin mənasını başa düşə bilir. Siz əmin ola bilərsiniz ki, madam de Bosean öz səmimiyyəti ilə dəhşətli görünən biixtiyar, xəfif bir titrəməni duymuşdu. Ejen Parisin bir xüsusiyyətindən xəbərsiz idi: siz kimə təqdim edilirsinizsə, hər halda, ər, arvad, hətta uşaqların həyatı haqqında ailə dostlarından məlumat toplamalısınız ki, pis vəziyyətə düşməyəsiniz, yaxud polyakların məcazi bir şəkildə söylədikləri kimi, düşdüyünüz bataqlıqdan sizi çıxarmaq üçün arabaya beş kəl qoşmağa məcbur olmayasınız. Əgər Fransada yersiz söhbətlərin xüsusi bir adı yoxdursa, buna səbəb yalnız hər dedi-qodunun geniş yayıldığı bir ölkədə bu cür söhbətlərin qeyri-mümkün sayılmasıdır. Yalnız Ejen kimi, artıq bir dəfə qrafinya de Restonun evində bataqlığa düşmüş və “arabaya beş kəl qoşmağa” imkan belə tapmayan bir gənc, madam de Boseana təqdim olunmaq üçün gələrək, yenidən arabaya kəl qoşmaqla məşğul ola bilər. Lakin birinci dəfə o, cənab de Trayla qrafinya de Restonu çox təngə gətirdiyi halda, bu dəfə markiz d’A uda-Pintonu çətin vəziyyətdən xilas etmiş olurdu.
Ejen açıq-qırmızı və boz rənglərə çalan, bəzəkli kiçik salona daxil olarkən (bu salonda zinət yalnız zəriflik təsiri bağışlayırdı), portuqaliyalı qapıya tərəf cumaraq:
– Əlvida! – dedi.
Madam de Bosean gözlərini markizdən ayırmadan:
– Axşama qədər, eləmi? – deyə soruşdu. – Bəs siz bizimlə Bufonlara getməyəcəksinizmi?
Markiz qapının dəstəyindən tutub:
– Mümkün olmayacaq, – deyə cavab verdi.
Madam de Bosean ayağa durdu və Rastinyaka əhəmiyyət vermədən markizi yanına çağırdı. Bu fövqəladə sərvətin parıltısı qarşısında mat qalan Rastinyak, “Min bir gecə” nağıllarının həqiqət olduğuna inanmağa hazır görünürdü. Rastinyak, onu sezməyən qadının qarşısında harada gizlənəcəyini bilmirdi.
Vikontessa barmağını qaldırdı və qəşəng əda ilə barmağını aşağı salaraq, öz qarşısında əyləşmək üçün markizə yer göstərdi. Onun bu hərəkətində ehtirasın elə qəddar bir qüdrəti hiss olunurdu ki, markiz qapının dəstəyini buraxıb, yaxınlaşdı. Ejen qibtə ilə ona baxırdı.
“Bəli, kiçik karet sahibi budur. Bir parisli xanımın nəzər-diqqətini çəlb etmək üçün doğrudanmı qızğın atlara, lakey paltarlarına, bol qızıla malik olmalısan?”
Zinət iblisi onun qəlbini yaralamışdı, o, qazanc qızdırması içində çırpınır, qızıl ehtirasından boğazı quruyurdu. Ejenin ixtiyarında üç ay üçün ancaq yüz otuz frank var idi. İndiki vəziyyəti ilə əldə etməli olduğu məqsədin belə sürətlə bir-birinə qarşı qoyulması onun pərişanlığını daha da artırırdı.
Vikontessa gülərək:
– Nə üçün siz italyanların yanına gələ bilməyəcəksiniz? – deyə soruşdu.
– İşim var! Mən ingilis səfirinin evinə nahara çağırılmışam.
– Nə olar, nahardan sonra gələrsiniz!
Yalan danışmağa başlayan şəxs istər-istəməz bir yalanın üstünə başqasını qoymağa məcburdur. Markiz d’A uda güldü və:
– Siz bunu tələb edirsiniz? – dedi.
– Əlbəttə, tələb edirəm.
Markiz hər qadına təsəlli verə biləcək dalğın bir nəzərlə vikontessaya baxaraq:
– Elə mən də sizin bu sözü söyləməyinizi istərdim, – deyə cavab verdi. O, vikontessanın əlini öpüb çıxdı.
Ejen isə madam de Boseanın, nəhayət, onu xatırlayacağını zənn edərək, saçlarına sığal verdi, təzim üçün əyildi. Lakin vikontessa birdən-birə ayağa durdu, özünü qalereyaya doğru ataraq, pəncərəyə yaxınlaşdı, ekipaja minən d’A udaya baxdı, onun haraya sürməyi əmr etdiyinə qulaq asdı, lakeyin sürücüyə bu sözləri söylədiyini eşitdi:
– De Roşfidin evinə.
Eşitdiyi sözlər, markizin sürətlə karet minməsi bu qadın üçün ildırım çaxmasına, göy guruldamasına bərabər idi. Onu dəhşətli qorxu bürüdü. Yüksək cəmiyyətdə ən dəhşətli fəlakətlərin əlaməti başqa şəkildə olmaz. Vikontessa yataq otağına çəkilib stolun yanında əyləşdi, zərif bir kağız götürüb, bu sözləri yazdı:
“Siz ingilis səfarətxanasında deyil, Roşfidgildə nahar etdiyinizə görə mənə izahat verməyə borclusunuz. Sizi gözləyirəm”.
O, əlinin ixtiyar titrədiyindən əyri çıxan bir neçə hərfi düzəltdi. K. imzasını qoydu (bu isə “Burqundiya Klarası” demək idi) və zəngi çaldı.
Dərhal onun hüzuruna gələn lakeyə:
– Jak, – dedi, – saat səkkizin yarısında cənab de Roşfidin evinə gedib, markiz d’A udanın orada olub-olmadığını soruşarsınız. Əgər markiz oradadırsa , bu məktubu ona verməyi xahiş edərsiniz. Cavab lazım deyil. Əgər markiz orada olmasa, qayıdarsınız və məktubu mənə qaytararsınız.
– həzrəti salonda gözləyirlər.
Vikontessa qapını açaraq:
– Bəli, – dedi, – bəli, yadıma düşdü.
Ejen özünü son dərəcə narahat hiss etməyə başlayırdı. Xoşbəxtlikdən, nəhayət, vikontessa göründü və elə bir iztirabla bu sözləri söylədi ki, Ejenin ürəyi sancdı:
– Bağışlayın, mən bir-iki kəlməlik məktub yazmalı idim, indi sizin ixtiyarınızdayam.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Koronavirusla bağlı son vəziyyət açıqlandı
İri ticarət mərkəzlərinin aqibəti necə olacaq?
Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI
Məşhur futbolçunun qabırğası sındı
Burak Özçivitin filminə qadağa qoyuldu-FOTO
Bu gün ixtisas seçimi başa çatır
Müxalifət Paşinyana istefa üçün vaxt qoydu
Qanunsuz tikilmiş evlərin qeydiyyatı bizə nə verəcək?
Qorxulu film izləməklə arıqlaya bilərsiniz
Bakıda 10В°- dək isti olacaq
Shakira öz əl işini təqdim etdi
Permdə doğulan Ömər Xəyyam
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Azərbaycanda Facebook-a maraq azalıb
Hindistan tarixində ilk dəfə
Körpənin yuxuya rahat getməsi üçün tövsiyələr
Minsk qrupu Nalbandyanla Dağlıq Qarabağ nizamlanmasını müzakirə edib
Artıq çəkidən azad olmaq üçün 8 qızıl qayda
Koronavirusa yoluxan ən kiçik xəstə sağaldı-FOTO
Hər ay bir şəhzadəyə çevrildi
Beyonsenin konsertində zal boş qaldı-FOTO
Doğma kəndim - Baş Küngüt
Kompüter oyunlarını sevənlərə bəd xəbər
Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etdi
Bu gün Aşuradır
Hulusi Akar Qarabağda anlaşma barədə: “Türkiyə həm masada, həm də ərazidə olacaq”
Bu gün Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ad günüdür
Prezident İlham Əliyev: “...əlimizdən gələni edəcəyik”
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
Azərbaycanda sahibkarlar bu xərcdən azad edildi - QƏRAR
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Azərbaycanda daha iki nəfər koronavirusdan öldü: 143 yeni yoluxma
Dəri çatlarının qarşısını necə almalı?
"Coca-Cola"nın "gücü"
Banklara xəbərdarlıq etdi
Qış aylarında dəri baxımı
Yasəmən gülü və faydaları
Düşmən təəccübləndirdi: cəmi 26 dəfə?
Körpə doğulandan sonra hansı qurban kəsilməlidir?
BenQ bazara qayıtdı
Kimə qırmızı kürü yemək olmaz?
Ən çox gəzən turist
Onların da geyimləri var
Ordumuz ermənilərə daha bir zərbə
Mehriban Əliyeva Xalq artistinə avtomobil HƏDİYYƏ ETDİ - FOTO
"Ermənistan rəhbərliyindəkilər, sanki, başqa planetdən gəliblər"
Azərbaycan valyuta bazarının həftəlik icmalı
Yaxşı işləyib tez qocalmamaq üçün nə edək?
İnsanların mənfi enerjisindən necə qorunmalı?
Jurnalistin ölümünə prezidentdən reaksiya