Birinci fəsil
Yaddan çıxmış əl ağacı
Mister Şerlok Holms adəti üzrə yuxudan gec durmuşdu, masa arxasında oturub səhər yeməyini yeyirdi. Mən buxarının qabağında dayanıb dünən bizə gələn adamın yadından çıxardığı əl ağacını nəzərdən keçirirdim. Ağacın əl tutan yerindən bir az aşağıda kiçik bir gümüş lövhəcik vurulmuşdu:
Ceyms Mortimerə onun ÇKX dostları tərəfindən.
1884
Arxası mənə tərəf oturmuş Holms üzünü çevirmədən dilləndi:
– Hə, Uotson, bu əl ağacı haqqında nə fi kirdəsiniz? Dünən onun sahibi ilə söhbət etməyə vaxt olmadı.
– Məncə, bu adam həkimdir. Özü də kənd həkimidir. Yəqin ki, böyük hörmət sahibidir.
– Nədən belə düşünürsünüz?
– Bu cür əl ağacından, adətən, həkimlər istifadə edirlər. Ağacın ucuna vurulan dəmir lap yeyilmişdir. Deməli, bu adam piyada çox gəzir. Kənd həkimləri piyada çox gəzməli olurlar. Bir də ki, əgər dostları ona belə bir hədiyyə veriblərsə, deməli, ona hamı hörmət edir.
Holms dedi:
– Çox ağlabatan fikirdir. Uotson, siz xəfiyyəlikdə çox irəli getmisiniz!
Bunu deyib Holms əl ağacını məndən alıb pəncərəyə yaxınlaşdı, ağacı lupa ilə gözdən keçirməyə başladı.
– Uotson, sizin dediklərinizə mən bunları əlavə edə bilərəm. Bu ağac mister Mortimerə Çarinq-Kross xəstəxanasında işləyən həkim dostları tərəfindən verilib. Mortimer oradan beş il bundan əvvəl getmişdir. Bundan başqa deyə bilərəm ki, Çeyms Mortimer şöhrətpərəst deyil bir qədər dalğın adamdır və onun çox da böyük olmayan sevimli iti var.
Şerlok Holms özündən razı halda divana söykəndi, qəlyandan bir-iki qüllab vurub havaya kiçik tüstü həlqələri buraxmağa başladı. Mən şübhəli-şübhəli güldüm.
– Xəstəxananın adı və Mortimerin oradan getmə tarixi ilə bağlı dediklərinizlə razılaşmaya bilmərəm.
Lövhəcikdəki ÇKX hərfləri buna işarə edir. Lakin söylədiyinizin son hissəsini yoxlamaq mümkün deyil.
– Əgər bu adam adlı-sanlı xəstəxananı atıb kəndə həkimlik etməyə gedirsə, deməli, şöhrətpərəst deyil. Dünən mister Mortimer qonaq otağında bir saatdan artıq gözlədikdən sonra, vizit vərəqi əvəzinə, əl ağacını qoyub getmişdir. Bu isə onun dalğınlığına dəlalət edir.
– Bəs it?
– Əl ağacının bəzi yerləri gəmirilib. İt dişlərinin yeri lap aydın görünür. O itə öz sahibinin ardınca şey gətirməyi öyrədiblərmiş. Mən hətta deyə bilərəm ki, bu it qıvrım tüklü spaniyeldir.
Onun son sözlərində elə bir inam ifadə olunurdu ki, mən təəccübdən donub qaldım:
– Bu lap ağ oldu, dostum, axı nə üçün siz buna belə əminsiniz?
– Ona görə əminəm ki, mən o iti qapımızın qabağında görürəm; budur, bu da onun sahibinin zəngi. – Holms bic-bic gülümsədi. – Uotson, xahiş edirəm otaqda qalın! Siz axı onunla peşə yoldaşısınız. Sizin burada olmağınız mənə kömək edər. Maraqlıdır, Ceyms Mortimerin polis xəfiyyəsi Şerlok Holmsa nə işi düşə bilər?.. Buyurun!
Həkim Mortimer hündürboy, arıq, uzun burunlu bir adamdı; bir-birinə yaxın olan boz gözləri qızıl sağanaqlı gözlüyü arxasından par-par parıldayırdı. Yaşı az olsa da, kürəyi indidən donqarlaşmışdı. Bizim qonaq otağa girən kimi Holmsun əlindəki ağaca baxıb ona sarı gedərək sevinclə dedi:
– Ha fikirləşirdim, heç cür yadıma sala bilmirdim ki, bunu harada qoymuşam!.. Əgər səhv etmirəmsə, mən, deyəsən, mister Şerlok Holmsla söhbət etmək şərəfinə nail olmuşam. Bəs onda… – Mortimer mənə işarə etdi.
– Sizin qarşınızdakı doktor Uotsondur.
– Ser, sizinlə tanış olmağıma çox şadam. Sizin adınız çox tez-tez dostunuzun adı ilə bərabər çəkilir.
Şerlok Holms divanda yerini rahatlayıb dilləndi:
– Mister Mortimer, mən elə zənn edirəm ki, gəlişinizin məqsədini söyləməyin vaxtı çatıb.
(Ardı var...)
XƏBƏR LENTİ
Türkiyədə "Azərbaycan - İslam incisi" adlı fotosərgi açıldı
Bakı sakinləri, qəpikləri unudun!
Prezidentdən baş nazirə güldürən qalstuk sualı
Bu sezon hər yer "Tropik"
Kədəri aradan qaldıran qidalar
Gəncədə dağıdılan binalardan biri tarixi fakt kimi saxlanıla bilər - VİDEO
Qısa zaman ərzində çəki atmayın!
Qabaqlı toyuq kotleti (foto resept)
Ərdoğan: "Ermənistan odla oynayır"
Murat Bozun yeni sevgilisi anasına görə diqqət çəkdi-FOTO
Yaya hazırsınızmı?
Qış gəldi, xoş gəldi!
Qapılar
Kolleclərə qəbulun NƏTİCƏLƏRİ açıqlandı
Azərbaycanda hava şəraiti dəyişəcək
Çindən ŞOK XƏBƏR: koronavirus yenidən yayılmağa başladı
BÜRCLƏR bizə nə vəd edir?-19 Oktyabr
iPad satışları azalır
Azərbaycanda 3 nəfər koronavirusdan sağalıb evə buraxıldı
Putin Ermənistanın Qarabağla bağlı razılaşmadan imtina etməsi ehtimalından danışdı
Günün qoroskopu: mühüm informasiya ala bilərsiniz
İnstaqramda SAXTAKARLIQ: FOTOLARDA gözlənti və reallıq
Türkiyədə parlament seçkilərində erməni namizədlər
Uşaqlarda ən çox rast gəlinən 5 ürək xəstəliyi
Qara zirənin faydaları
Fransada Wi-Fi yasaqlandı
Modadan küsdürən nümunələr
Adriana Limanın pəhriz siyahısı
Saç tökülməsinin qarşısını alan üsullar
2013-cü il məzun gecəsi paltarları
Günün qoroskopu: rutinlik və cansıxıcılığın hədlərindən kənara çıxın
Brent neftinin qiyməti 48 dolları ötdü
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Münasibətlərdə ən əsas problem və həlli
İranda güclü zəlzələ olub
Körpələrdə qaz yaradan qidalar
“Hababam sinfi”nin məşhur aktyoru VƏFAT ETDİ
Nikol Kidman pərəstişkarlarını yeni pişiyi ilə tanış edib - VİDEO
Günün ulduz falı
Rubl Rusiyadakı azərbaycanlıları ağır günə salıb
Əhaliyə verilən təbii qaz bahalaşacaq? - SOCAR-dan AÇIQLAMA
Prezident ailəsi ilə Romada şəhər gəzintisində - FOTO
Azərbaycan ordusu yaşayış məntəqələrini və mülki infrastrukturları atəşə tutmur - RƏSMİ
Mart gəldi, dərd gəldi?
Nəzrinin payız kolleksiyasından seçmələri
Kadir Doğulu
Gizli otaqlar
Klaç çanta modelləri
Sahibi ilə birlikdə it də karantinə salındı
Yer əhalisi çoxalır
- ŞƏRHLƏR