Üçüncü fəsil
Ehtimallar
Doktorun səsi titrəyirdi, görünür, onun söylədiyi bu sözlər özünü də bərk həyəcanlandırmışdı.
– Bu izlər meyitdən otuz addım kənarda idi, görünür heç kəs ona fikir verməmişdi. O əfsanə yadıma düşməsəydi, mən də fikir verməzdim.
Holms soruşdu:
– Bataqlıqda, yəqin, çoban iti çoxdur?
– Əlbəttə, çoxdur. Ancaq bu, çoban iti deyildi.
– Bu izlər otun üstündə idi, ya yolun üstündə?
– Otun üstündə iz, adətən, görünmür.
– Bu izlər yolun qapı olan tərəfində idimi?
– Bəli, yolun lap qırağında, qapıya yaxın yerdə idi.
– Son dərəcə maraqlı bir məsələ! Bir sual da verim: xiyabanın qapısı bağlı idimi?
– Nəinki bağlı idi, hə?a qıfıl da vurulmuşdu.
– Qapının hündürlüyü nə qədər olar?
– Dörd futa qədər. Yəqin, ser Çarlz qapının qabağında beş-on dəqiqə dayanmışdır.
– Bunu nədən bilirsiniz?
– Çünki çəkdiyi siqarın külü iki dəfə yerə düşmüşdü.
– Çox gözəl! Bax belə köməkçi bizim işimizə yaraya bilər! Elə deyilmi, Uotson?
– Bundan başqa, bundan başqa…
– Siz niyə tərəddüd edirdiniz?
– Elə bir sahə var ki, orada ən dəhşətli, ən təcrübəli xəfiyyə belə acizdir. Mister Holms, ser Çarlzın ölümündən qabaq yerli əhalidən bir neçəsi bataqlıqda qəribə bir şey görmüşlər. Onların dedikləri əlyazmada təsvir edilən Baskervillər kabusunun təsviri ilə üst-üstə düşür. Onu görənlər bir ağızdan deyirlər ki, bu, işıq saçan, çox iri, qorxunc bir məxluqdur. Mister Holms, inanın ki, bütün bizim mahal dəhşət içindədir, gecələr ən cəsarətli adamlar belə cürət edib bataqlığa gedə bilmir.
– Siz də elmli bir adam olduğunuz halda, inanırsınız ki, bu, mistik bir qüvvədir?
– Mən heç özüm də bilmirəm nəyə inanım.
Holms çiyinlərini qısaraq dedi:
– Bu vaxta qədər mənim xəfiyyəçilik fəaliyyətim bu dünyadan kənara çıxmamışdır. Mən öz gücüm və imkanlarım dairəsində şərlə mübarizə edirəm; lakin şəri yaradanın özünə qarşı çıxmaq, yəqin ki, mənim tərəfimdən həddindən artıq böyük bir cəsarət olardı. Doktor Mortimer, əgər mistikaya inanırsınızsa, onda nə üçün mən sizə lazım olmuşam? Sözlərinizdən belə çıxır ki, Ser Çarlzın ölümünün səbəbini tədqiq etmək faydasız bir işdir, eyni zamanda bu işə girişməyi məndən xahiş edirsiniz.
– Mən belə bir şeyi sizdən xahiş etməmişəm. Əslində mən sizin yanınıza məsləhətə gəlmişəm. Məsələ burasındadır ki, Baskervillərin yeganə varisi olan ser Henri Baskervil düz bir saat on beş dəqiqədən sonra Vaterloo vağzalına gələcək. Mən ona nə deməliyəm? Ser Çarlzın ölümündən sonra biz yoxlayıb bildik ki, Henri Baskervil Kanadada, öz fermasının təsərrüfatı ilə məşğuldur. Aldığımız məlumata görə o, çox gözəl, çox ləyaqətli, cavan bir adamdır. Mən indi bir həkim kimi deyil, ser Çarlz tərəfindən vəkil edilmiş bir adam kimi danışıram.
– Varislik iddiasında olan bir başqası yoxdur ki?
– Xeyr, yoxdur. Biz bu ailə barəsində bəzi şeylər öyrənə bildik. Onlar üç qardaşmış. Ortancıl qardaş cavan yaşlarında ölmüşdür. Henri onun oğludur. Kiçik qardaş Rocer isə ailədə fərsiz övlad hesab edilirmiş. O, bir neçə il əvvəl Mərkəzi Amerikada qara qızdırmadan ölmüşdür. Henri – Baskervil nəslinin axırıncı nümayəndəsidir. İndi, mister Holms, siz mənə məsləhət verin görüm, mən onunla nə edim?
Holms fikrə getdi. Nəhayət, o belə dedi:
– Ser, məsləhət görürəm ki, təkatlı ekipaj çağırasınız, qapının ağzında atılıb-düşən spanieli götürüb ser Henri Baskervili qarşılamaq üçün vağzala gedəsiniz.
– Sonra?
– Sonra siz mənim gələcək işlər üçün nə kimi plan tökəcəyimi gözləyəcəksiniz. Bu vaxta qədər də varisə heç bir şey söyləməyəcəksiniz. Doktor Mortimer, siz sabah səhər saat onda bura gəlsəniz, ser Henri Baskervili də özünüzlə bərabər gətirsəniz, mən sizə çox minnətdar olaram. Mən gərək onunla tanış olam.
– Yaxşı, mister Holms. Doktor Mortimer otaqdan çıxdıqdan sonar Holms divanın küncündə oturub gülümsədi; həmişə onun qarşısına ona layiq olan bir məsələ çıxanda, onun üzündə razılıq ifadə edən sakit bir təbəssüm görünərdi.
– Uotson, gedirsiniz?
– Bəli, gedirəm, onsuz da mənim sizə bir köməyim dəyməyəcək.
– Yox, dostum, işə başlayanda mən sizə kömək üçün müraciət edəcəyəm. İndi isə gedin, axşam görüşəndə bu məsələ ilə bağlı fikirlərimi sizə söyləyəcəm.
Mən bilirdim ki, belə məqamlarda Holmsu təkbaşına buraxmaq lazımdır. Buna görə də bütün günümü klubda keçirtdim, ancaq axşam saat doqquza yaxın Beyker-stritə qayıtdım. Qonaq otağının qapısını açanda qorxudan duruxub dayandım. Olmaya içəridə yanğın var? –deyə düşündüm.
Otağa o qədər tüstü dolmuşdu ki, lampa işığı bu tüstünün arasından güclə görünürdü. Elə o saat çox bərk və ucuz tütünün acı tüstüsü burnuma doldu, boğazım o saat göynədi.
Tüstü arasından, kresloda rahatca oturan Holmsu güclə gördüm. O, xalat geymişdi, qara, saxsı çubuğu ağzında tutmuşdu. Holms məni görüb dilləndi:
– Uotson, bu, çox qəribə əhvalatdır. Xüsusilə onun bəzi xırda cəhətləri. Məsələn, ayaq izlərinin dəyişməsi! Mortimer deyirdi ki, ser Çarlz xiyabanın bu hissəsini pəncəsi üstə getmişdir. Siz bunu necə izah edirsiniz?
– Bilmirəm... Adam axı öz bağında niyə pəncəsi üstə gəzsin?
– Uotson, o yüyürmüşdür. Canını qurtarmaq üçün var gücü ilə qaçmışdır! Burda başqa bir
dolaşıq məsələ var: ser Çarlz həmin axşam kimi gözləyirmiş və nə üçün bu görüş onun evində deyil, xiyabanda olmalı imiş?
– Siz elə zənn edirsiniz ki, o kimi isə gözləyirmiş?
– Bir özünüz fikirləşin: niyə xəstə adam rütubətli havada xiyabanın qapısı qabağında boş-boşuna beş dəqiqə, ya bəlkə, on dəqiqə durmuşdur? Uotson, görürsünüzmü, məsələ necə dolaşıqdır… İndi, xahiş edirəm, skripkanı mənə verin, gəlin daha bu məsələ barədə fikir çəkməyək, ümid edək ki, sabah doktor Mortimerin və ser Henri Baskervilin gəlişi bizə düşünmək üçün yeni qida verəcəkdir.
(Ardı var...)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şahzadə Harri və Meqan Markldan vida paylaşımı
Bakı gülə qərq olub (FOTO)
Vanil və badam tamlı ağ qarpız yetişdirilib
8 mart üçün fincan formalı açıqca
Ali Sunal:"Atamın səsini dublyaj etməməyiniz qəlbimə toxundu"
Qış üçün salat(foto resept)
"Heydər Əliyev tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın qurucusudur, onun memarıdır"
Əlibəylidə atışma olub
Şokoladdan Hökumət evi
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Kraliça II Yelizavetanın 93 yaşı oldu-FOTO
Polad Həşimovla bağlı xatirələr kitabı çapa verildi - VİDEO
Azərbaycan alimləri dünyada ilkə imza atdılar
Cennifer Lopez Alexlə birlikdə -FOTO
Delfinlər haqqında bilmədiklərimiz
Bacısından Bergüzar haqqında ŞOK SÖZLƏR
İspan dili 8-ci dərs
Müdafiə Nazirliyi düşmənin daha bir yalanını ifşa etdi
Azərbaycanın mobil rabitə operatoru MNP xidmətinin tətbiqi hesabına abonent bazasının artmasını gözləyir
“Bu, əsla mümkün olmayacaq” - ÜST-ün baş katibindən QORXUNC PROQNOZ
Bu fotolara baxmağa dəyər
Şeytanla danışdığını dedi hər kəsi qorxutdu-FOTO
Ərdoğan: Sübut edə bilməsən, alçaqsan, namərdsən
Harri Şahzadə Diananın işini təkrarladı-FOTO
İstirahətdən sonra iş rejimini necə bərpa edək?
Qorxunc PROQNOZ: Fəsillər yox olur
Ailələrin dağılmasının daha bir SƏBƏBİ açıqlandı
Uşaqlarınızı yuxu rejiminə alışdırın
Mehriban xanım və Leyla Əliyeva uşaqları sevindirdi-FOTO
Google yeni şirkət aldı
Azərbaycanda yenilik: balıqları ucuz qiymətə ala biləcəyik
Çanaqqala döyüşünü dünya anır
Bu il bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI
Prezidentin köməkçisindən 190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Həcc mərasimi ilə bağlı BƏYANAT
Meymun dahisi internetdən istifadə edir, yemək bişirir
Yanvar Azərbaycana şaxta və yağıntı gətirəcək
Bu gün Milli Musiqi Günüdür!
Şeyx xalqa müraciət etdi
Hər şeyin çoxu ziyandır
Maska taxmayanlar üçün cərimələr iki dəfə artırılır
Emrahdan xanımına 8 milyonluq jest
HAVA necə olacaq?
İşləmək istəyənlərin nəzərinə!
Heyvansevərlər üçün maraqlı şəkilər
Torpaqların qanunsuz istifadəsinə qarşı monitorinqlər intensivləşib
Mehriban xanımdan vacib paylaşım
Bəşər Əsəd Rusiya və ABŞ-ın təklifi ilə razılaşdı
Ailədə iki dildə danışanlara XƏBƏRDARLIQ: Uşağınızın nitqi...
Meditasiyanı vərdişə çevirmək üçün nə etməli?
- ŞƏRHLƏR