Mənim əziz nəvəm,
İstəməzdim ki, bu milad məktubu De Amicis sayağı (Edmondo De Amicis 1846-1908 italyan yazıçı) səslənsin və bizim kimilərə, vətənə, dünyaya və bu qəbildən olan digər şeylərə sevgi bəsləməyi təbliğ etsin. Əks təqdirdə mənə qulaq asmazdın və bu tövsiyəmə əməl edərkən (sən yeniyetmə, mən isə tarix olanda) dəyərlər sistemi elə dəyişə bilər ki, mənim məsləhətlərim artıq vaxtı keçmiş sayılar.
Beləliklə, iPad-i istifadə edərkən (iPad-dən istifadə etməməyi sənə rəva bilməməkdə məqsədim özümü çox danışan yaşlı baba olmaqdan sığortalamaq deyil; Sadəcə özüm də onu çox istifadə etdiyimdən bu məsələyə toxunmuram) belə əməl edə biləcəyin bir məsləhətin üzərində dayanmaq istəyirəm. Sənə maksimum bu məsləhəti verə bilərəm: əgər təsədüfən iPad-ində iki insan övladı arasındakı və yaxud bir insan övladı ilə bir heyvan arasındakı əlaqəni göstərən yüzlərlə porno saytlardan birinə daxil olsan, çalış, seksin yalnız bundan ibarət olduğuna inanmayasan. Bundan əlavə kifayət qədər monoton olan bu səhnəciklər, sənin çölə çıxıb həqiqi qızları görməmən üçün təşkil olunub. Əvvəlcədən deyim ki, bu məsləhətimi sənin heteroseksual olduğunu düşünərək dilə gətirirəm, yox belə deyilsə, mənim tövsiyyəmi öz mühitinə uyğunlaşdır: diqqətini məktəbdəki və yaxud oynadığın yerdəki qızlara yönəlt, çünki həqiqi qızlar TV-də gördüyün qızlardan daha yaxşıdırlar və bir gün internetdəki qızlardan daha çox həqiqi qızlardan məmnun qalacağının şahidi olacaqsan. Səndən daha təcrübəli birinin sözlərinə inan (əgər mən ancaq kompyuterdə seksə baxsaydım, sənin atan doğulmazdı, sən də kim bilir harda olacaq, hətta bəlkə heç olmayacaqdın).
Əslində mən sənə yuxarıda sadaladıqlarım barəsində deyil, sənin yaşıdlarının, səndən daha böyüklərin – bəlkə də onlar universitet tələbələridir – yoluxduğu bir xəstəlik – yaddaşın itirilməsindən danışmaq istəyirəm.
Bu danılmaz bir həqiqətdir ki, bir gün sənə Carlo Manyonun kim olduğunu və yaxud Kuala Lumpurun harada yerləşdiyini bilmək lazım gələrsə, bir düyməni basmağın kifayətdir ki, internet bunu sənə desin. Əgər təsədüfən sənə bunu bilmək yenidən lazım olarsa, məsələn, hər hansı ev tapşırığını edərkən, gör, öyrəndiklərini onları ikinci dəfə axtarmağa məcbur olmadan nə qədər yaxşı xatırlayırsan. Bunun pis cəhəti odur ki, kompyuterin hər an sənə istədiyini deyə biləcəyini düşündüyündən, sən öyrəndiklərini yadda saxlamağın ləzzətindən məhrum olacaqsan. Bu, bir az da sənin bir yerdən digərinə yorulmadan (həm rahat olduğundan, həm də tələskənliyini ört-basdır etmək üçün istifadə etdiyin) getmək üçün avtobusun və metronun olduğunu bildiyindən harasa gəzişərək getməyə ehtiyac duymamana bənzəyir. Amma əgər gəzişməsən, əlil – təkərli stulla hərəkət edən insanları göstərmək üçün dediyimiz kimi, olarsan. Düzdür bədəninin inkişafı üçün idmanla məşğul olursan, bəs beynin inkişafı üçün nə edirsən?
Yaddaş da ayaq əzələləri kimidir, əgər onu məşq etdirməsən, zamanla zəifləyər və sən (ağıl baxımından) əlil, yəni (açıq danışsaq) bir axmaq olarsan. Bundan əlavə hamımızın qocaldıqda Alzaymer xəstəsi olmaq təhlükəsi var və bu xoşagəlməz bəlanı önləməyin yollarından biri də yaddaşı inkişaf etdirməkdir.
Beləliklə, sənə öz reseptimi təqdim edirəm. Hər səhər bir beyt, qısa bir şeir və yaxud böyüklərimizin bizi öyrənməyə vadar etdiyi “La Cavallina Storna”nı, yaxud “İl sabato del vilaggio”- nu öyrən. Hələ dostlarınla kimin yaxşı yadda saxladığı haqqında yarış da keçirə bilərsən. Əgər şeir xoşuna gəlmirsə, bunu klubların heyəti ilə də edə bilərsən. Amma Roma klubunun yalnız bu günkü heyətini yox, həm də digər klubların heyətini, klubların keçmişdəki heyətlərini öyrənməlisən (təsəvvür et ki, mən Torino klubunun bütün oyunçuları ilə birlikdə Superqada təyyarə qəzasına uğradığı zamankı heyətini hələ də xatırlayıram: Baciqalupo, Ballarin, Marozo və digərləri). Bundan əlavə, dostlarınla “Kim daha yaxşı yadda saxlayır” yarışması da keçirə bilərsən, məsələn, oxuduğun kitablar haqqında (xəzinələr adasına yolanan İspanyolanın göyərtəsində kimlər var idi? Lord Trelavney, Kapitan Smollet, Doktor Livesey, Lonq Con Silver, Cim ….). Bax gör dostların üç muşketyorun və Dartanyanın heyvanlarının adlarını xatırlayacaqlarmı (Grimaud, Bazin, Mousequeton və Planchet). Yox, əgər “Üç muşketyor” əsərini oxumaq istəmirsənsə (nə itirdiyini bilə bilmərsən), bunu, nə bilim, oxuduğun digər bir əsərlə et.
Bu, bir oyuna bənzəyir (zatən bir oyundur), amma sənin başının personajlarla, hekayələrlə, müxtəlif xatirələrlə necə dolduğunun özün də şahidi olacaqsan. Sən soruşa bilərsən, niyə kompyuterlər elektronik beyinlər adlanırdı. Çünki kompyuterlər sənin (bizim) beynin əsasında düzəldilib. Amma bizim beynimiz kompyuterdən daha çox imkanlara malikdir. Masanın üzərindəki kompyuterini çox istifadə etsən, onun sürəti zəifləyər və zamanla sən onu dəyişməyə məcbur olarsan. Bizim beynimiz isə elə növ kompyuterdir ki, sən onu zəiflədə və məşq etdirərək gücləndirə bilərsən. Hətta sən beynini doxsan yaşına qədər istifadə edə bilərsən və doxsan yaşında (əgər onu məşq etdirsən) sən indi xatırladıqlarından daha çox şey xatırlayacaqsan. Onu da deyim ki, bu xidmət pulsuzdur
Bir də tarixi yaddaş var. Yəni, sənin indiki həyatına və oxuduqlarına deyil, sən doğulmazdan əvvəl baş verənlərə aid olan yaddaş.
Bu gün əgər bir filmə getsən, mütləq filmin əvvəlində zala daxil olmalısan. Və elə film başlayan kimi də kimsə, belə demək mümkündürsə, sənin əlində tutur və orada baş verənləri sənə danışır. Bizim vaxtımızda isə zala hər dəqiqə, hətta filmin ortasında da daxil olub göstərilənlərə əsasən, filmin əvvəlində nələr olduğunu anlamağa çalışırdıq (sonra, film yenidən başlayanda, baxmadığımız hissələri düzgün başa düşmüşükmü deyə yoxlayardıq, əgər film xoşumuza gəlsəydi yenidən baxdığımız hissələrə də baxardıq). Bəli həyat da bizim vaxtlardakı kinozallar kimidir. Biz həyata yüz minilliklərlə illərlə baş verən hadisələrin ortasından daxil oluruq və əsas məsələ bizdən əvvəl baş verənləri anlamaqdır. Bu indi bir çox şeylərin baş vermə səbəbini anlamaq üçün lazımdır.
Bu gün məktəbdə (sən öz oxuduqlarından əlavə) sənə sən doğulmazdan əvvəl baş verənlər haqqında öyrətməlidirlər, görünür, onlar bu işi yaxşı görmürlər. Çünki bəzi araşdırmalar göstərir ki, bu günün uşaqları, hətta universitetə gedən gəncləri, əgər 1990-cı ildə doğulublarsa, 1980-ci ildə nə baş verdiyini bilmirlər (bəlkə də bilmək istəmirlər). Bəzi statistikalara görə, əgər bəzilərindən soruşsaq ki, Aldo Moro kim olub, cavab verəcəklər ki, “Qırmızı Briqada”nın başçısı olub. Halbuki, Aldo Moro elə məhz “Qırmızı Briqada” tərəfindən öldürülüb.
“Qırmızı Briqada”dan çox danışmayaq, çünki otuz il əvvəl baş verməsinə baxmayaraq, bu hadisə hələ də çoxları üçün qaranlıq qalır. Mən 1932-ci ildə doğulmuşam, on il sonra İtaliyada faşistlər hakimiyyəti ələ keçirib və mən “Romaya Yürüş” (bu nə deməkdir?) zamanı kimin baş nazir olduğunu bilirdim. Bəlkə də faşistlərin dəyişdiyi bu baş nazir haqqında məlumatları mənə öyrətməkdə faşist məktəblərinin məqsədi onun axmaq və pis nazir olduğunu göstərmək idi. Olsun, amma yenə də ən azından onun haqqında məlumatlı idim. Bundan əlavə, məktəb bir yana qalsın, mən doğumumdan iyirmi il əvvəl səssiz filmlərdə rol almış Francesca Bertinini tanıdığım halda, bu günün gəncləri iyirmi il əvvəlki kino aktyorları tanımırlar. Bəlkə də, mən evimizdə köhnə əşyaların saxlandığı otaqdakı köhnə jurnalları vərəqləməyi sevdiyimdən bunları bilirdim. Yeri gəlmişkən, sənə də köhnə jurnalları vərəqləməyi məsləhət görərdim, çünki belə etməklə də sən doğulmazdan əvvəl baş verənləri öyrənə bilərsən.
Bəs keçmişdə olanları öyrənmək niyə bu qədər vacibdir? Çünki adətən keçmişdə olanlar sənə indi baş verən hadisələrin səbəbini izah edir və bundan əlavə futbol klublarının heyətlərini öyrənərkən olduğu kimi yaddaşı zənginləşdirir.
Mənə bax, bunu yalnız kitablarla və jurnallarla yox, internet vasitəsiylə də edə bilərsən. Belə ki, sən internetlə yalnız dostlarınla deyil, dünya tarixi ilə də “çatlaşa” (belə demək mümkündürsə) bilərsən. Hetlər kimlərə deyilir? Komisard kimdir? Kolumbun gəmiləri necə adlanırdı? Dinozavrların nəsli nə zaman kəsilib? Nuhun gəmisində sükanın olması nə qədər mümkündür? Öküzlərin əcdadına nə deyilir? Yüz il əvvəllər də pələnglər mövcud idimi? Male imperyası haqqında nə bilirsən? Və bu haqda tarixə kim məlumat verib? Tarixdə ikinci dəfə Roma Papası kim olub? Mikki Maus nə zaman ekranlaşdırılıb?
Bu siyahını sonsuza qədər uzada bilərəm və hamısı da sənə gözəl araşdırma macərası olar. Və bütün bunları yadda saxlamaq sənin xeyrinə olar. Gün gələcək, sən də qocalacaqsan və sənə elə gələcək ki, minlərlə həyat yaşamısan. Sanki, sən də Vaterloo döyüşündə iştirək etmisən, Yuli Sezarın qatilinə köməklik etmisən və Bertoldo Şvarz qızıl hazırlamaq üçün müxtəlif maddələri qarışdıran zaman səhvən barıtı kəşf etdiyi və partladığı ( elə ona haqq olub) yerin yaxınlığında olmusan. Öz yaddaşlarını zənginləşdirməyən digər dostların isə sadəcə bir həyat – öz həyatlarını yaşayacaqlar ki, bu da çox cansıxı və böyük emosiyalardan məhrum bir həyatdır.
Buna görə də öz yaddaşını zənginləşdir, elə günü sabahdan “La Vispa Teresa”-nı öyrən.
XƏBƏR LENTİ
Arnold Şvartsneqqer son görünüşü ilə təəccübləndirdi-FOTO
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
“Eurovision-2015” bu şəhərdə olacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?
HAVA necə olacaq?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Bakının yeni seysmik riski öyrənilir
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Zövqlü divar rəsmlər
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
Emin atası və oğulları ilə - FOTO
Yaylıq istafədə etməyin 5 yolu
Bakı metrosu sabah açılır - RƏSMİ
Kişilərin sevdiyi 4 qadın tipi
Roqaliki (foto resept)
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Alimlər yeriyən balığı videoya çəkə biliblər
Ətli rulet (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Ermənilərin itkisi təsdiqləndi
Günün qoroskopu:Bədxərclik etməyin!
Cem Yılmazdan yeni film gəlir
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Ətli və pendirli qutab (foto resept)
Heydər Əliyev Mərkəzində "Qarabağın səsi" layihəsinin təqdimatı olub
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Mayın 20-də qəbul imtahanı olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Latviyaya səyahət
Osteoporoz
Milyarder qaçqınlar üçün iki ada alacaq
Qızıl boyunbağılar
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakıdakı bahalı avtomobil dayanacaqları
Amerikansayağı dərsliklər
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Həyatınızın açarı olun
Rusiyadan ABŞ-a xəbərdarlıq
Kral və dəyirmançı
"Atiye" serialının təqdimatı oldu-FOTO/VİDEO