Əziz Qadin.Netlilər, ilk öncə onu deyim ki, bu etirafımı yazıb-yazmamaq haqda çox düşündüm. Əvvəl çox utandım, hətta özüm-özümə edə bilmədiyim etirafı sizlərlə bölüşmək çox ağır gəldi. Amma sonralar bu yükü təkbaşına daşımaqdan yoruldum. Düşündüm ki, bəlkə sizlərlə bölüşsəm rahatlaşaram, yüküm bir qədər yüngülləşər.
Mən ailənin yeganə qızıyam. Atamla anam mənim yolumu düz 10 il gözləyiblər. Buna görə də uşaq vaxtından evin əziz-xələfi olmuşam. Atamla anamın bütün arzuları mənimlə bağlı olub. Ailəmiz imkanlı olduğundan nə istəsəm, o dəqiqə alınardı, bir sözüm iki olmazdı. Atam mənə öz anasının adını qoymuşdu, "anam, anam" deyə məni əzizləyirdi.
Atam məni şəhərin ən yaxşı məktəblərindən birinə yolladı. Demirəm ki, əlaçı idim, amma pis oxumurdum. Ən sevimli şagirdlərdən idim. Bu minvalla orta məktəbi bitirdim. Atam məni xaricə təhsil almağa yollamaq istəyirdi. Anam isə yeganə övladını gözündən kənara qoymaq istəmirdi. Kaş ki, atam o vaxtlar ayağını yerə dirəyib məni xaricə yollayardı, o zaman bəlkə də taleyim başqa cür olardı...
Ali məktəblərdən birinə daxil oldum. Elə ilk gündən qrupumuzdakı bir oğlanın mənə xüsusi rəğbəti olduğunu hiss etdim.
Bir müddət sonra mənim də ürəyimdə ona qarşı hansısa hisslərin baş qaldırdığını hiss etdim. Beləcə, yavaş-yavaş bir-birimizə qarşı olan bu hissin sevgi olduğunu anladıq və bir-birimizi sona qədər sevəcəyimizə söz verdik. Həmin oğlan rayondan gəlmişdi. 7 bacı-qardaş idilər. Ailəsi çox kasıb idi, atası fəhləlik etməklə ailəsini dolandırırdı. Oğlan özü də gecələr qarovulçu işləyirdi ki, kirayə qaldığı evin pulunu ödəsin.
Beləcə, ali məktəbi bitirdik, o rayona dönməli oldu, amma tezliklə gəlib məni atamdan istəyəcəyinə söz verdi. Amma o rayona getdikdən sonra atam məni evimizə gələn saysız-hesabsız elçilər geri göndərdiyimi görüb bunun səbəbini soruşdu. Məcbur olub o oğlan haqqında atamla danışdım. Çox əsəbləşdi, əsdi-gurladı. "Mənim kasıba verəcəyim qızım yoxdur, səni uzaq rayona göndərmək üçünmü böyütdük" deyib onu birdəfəlik ağlımdan çıxarmağımı tapşırdı. Məni zorla imkanlı bir ailənin oğluna nişanladılar.
Sevdiyimə gizlicə zəng etdim, tezliklə məni zorla ərə verəcəcklərini söylədim, "Gəl məni qaçır" deyə yalvardım. Taleyin oyununa baxın ki, həmin vaxt anası ağır xəstələndi. Sevdiyimi çox gözlədim, amma gəlib çıxmadı. Və onun anası rəhmətə gedən ərəfədə mənim toyum oldu...
Yeni evliliyimdə heç nəyə ehtiyacım yoxdur, təkcə sevgidən başqa... Həyat yoldaşım çox yaxşı insandır, artıq 1 qızımız da var. Əvvəllər düşünürdüm ki, bəlkə zamanla həyat yoldaşımı sevə bilərəm, amma ürəyim sözümə baxmır. Mən hələ də ilk sevgimi unuda bilmirəm.
Bir neçə ay öncə tələbə yoldaşlarımızla görüş təşkil edilmişdi. Onu görə bilmək ümidilə mən də görüşə getdim... və onu gördüm. Artıq o da ailə qurub, 2 övladı var. Amma buna baxmayaraq, o da məni unutmayıbmış, baxışları bunu açıq-aydın deyirdi. Neçə ildi Bakıda kirayədə yaşayırmış, tikintidə fəhlə işləyirmiş.
Həmin görüşdən sonra bir neçə dəfə görüşdük. Münasibətlərimiz əl-ələ tutaraq bir-birimizin gözünə baxmaqdan o yana getmirdi. Amma bir gün... Unutduq, hamını unutduq, hər şeyi unutduq... Günah etdik... Səhv etdiyimizi bilsək də, özümüzə, nəfsimizə, sevgimizə əngəl ola bilmədik.
Artq bir müddətdir görüşmürük. Ancaq bir-birimizdən soyuduğumuz üçün deyil, yenə də günah işlədəcəyimizdən, sevgimizin bizi yanlış yola salacağından qorxuruq. Edə biləcəklərimizin nəticəsindən qorxuruq...
Sonumuzun necə olacağını bilmirəm, gələcəyim mənim üçün böyük bir sual işarəsidir...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR