Bu xəbəri uzun müdətdir hazırlamaq istəyirdim, məqsədim bir neçə məqama diqqət çəkmək idi: qismət, hər işdə bir xeyir var, Allaha təvəkkül, ehtiyat qaydalarına diqqət, ilk yardım qaydalarını öyrənmək...
Məktəb illərindən arzum jurnalist olmaq, xüsusilə radio və TV proqramlar hazırlamaq, hətta qismət olarsa Azərbaycanın ehtiyacı olduğu dini kanal açmaq idi. 10-cu sinifdə ikən atam bu xəyalımdan xəbər tutdu və bu arzu elə xəyal olaraq qaldı... Qızım, dedi, jurnalistika sənlik deyil, bu sənət 24 saat iş başında olmaq deməkdir: axşamın gec bir saatında zəng vuracaqlar ki, filan yerə müsahibəyə get və ya ezamiyyətə get (bizim ailədə qadının belə rejimdə işləməsi bəyənilmir). Məni öz arzusu ilə tibbə yönəltdi, bir il hazırlaşıb bir təhər keçid bal toplayaraq tibb fakültəsinə qəbul oldum. Vicdanla deyə bilərəm ki, dərslərə həvəslə hazırlaşırdım, başqa cür mümkün deyildi, həvəssiz bəlkə nəfəs də ala bilmərəm... İki il yaxşı keçdi, ciddi şəkildə praktik dərslər başlandı və getdikcə anlamağa başladım ki, bu sahə mənlik deyil. Məsələn, bir-iki hadisəni deyim: cərrahiyə əməliyyatında iştirak edirdik (deyəsən baldır sümüklərində idi əməliyyat), cərrahın əlindəki mişarı görəndə gözlərim qaraldı, bir-təhər çıxdım otaqdan... Bir dəfə də doğuşda iştirak edirdik, baxmayaraq ki artıq bir qızımı dünyaya gətirmişdim, ağır keçən doğuşu görəndə qorxmuşdum, bir küncə qısılıb hönkürərək ağlamağa başladım, mənə fikir verən kim idi, mənsiz də qışqırıq basmışdı otağı... Gedərək sanki sönürdüm, keçirdiyim zamana heyfim gəlirdi, bu mənim yolum deyil düşünürdüm, Allahım, niyə bu peşə yolunu mənə qismət etdin deyə düşünürdüm... Dördüncü kursda idim. Anam son aylar böyrəklərim ağrayır bəhanəsi ilə bütün günü uzanırdı, həkimə getməkdən imtina edirdi. Bir gün dərsdən gələndə yenə pis ağrıyırdı, atamı evdə görüb anamı zorla yaxınlıqdakı özəl xəstəxanaya apardıq. USM müayinəsində məlum oldu ki, problem heç də böyrəklərdə deyilmiş, yumurtalığında iki burulmuş kista varmış, həm də hər an partlamaq təhlükəsi vəziyyətində. Həkim təcili olaraq əməliyyatın lazım olduğunu deyərək tanımadığımız bir yerə göndəriş verdi. Amma bir az xalqımıza da məxsusdur, bilmirəm, tanışlardan kimi isə araşdırmadan əməliyyata getmərik. Xəstəxana çıxışında atama dedim ki, mən qayıdıram şəhərə, gedim görüm müəllimlərimdən kimi tapıram, cərrah məsləhət bilsinlər, çünki artıq iş günü bitmək üzrə idi... Gümanım gələn Leyla xanım idi, mənlə arası yaxşı idi. Ona elə xalatını dəyişərkən çatdım, vəziyyəti danışdım, gedək dedi, görüm növbətçi həkimlərdən kimə tapşırım sizi, çünki artıq hamı gedib. Bəxtimizdən yoldaşı cərrah olan həkimlə rastlaşdıq, telefon nömrəsini alıb danışdıq, səhəri gün anam əməliyyat oldu, həkimin dediyinə görə kista o qədər burulmuşdu ki, hətta əməliyyat vaxtı da partlaya bilərdi... İlk dəfə bu peşədə olduğum üçün şükür etdim, çünki əks təqdirdə biz soraqlaşıb həkim tapana qədər kim bilir nələr olacaqdı... Amma yenə də sıxılırdım, soyuyurdum dərslərdən... İllər keçdi, iki qızım oldu. Kiçiyinin bir yaşı yenicə olmuşdu, qış ayları idi, mən mətbəxdə yemək hazırlayırdım,balacanın əlində kiçik saç broşu var idi, oynayırdı.Birdən mənə yaxınlaşaraq: "Ana bak" dedi. Döndüm və körpənin ağzında, artıq boğazına gedən broşu gördüm. Ani oldu hər şey, uşaq boğulmağa başladı, əlimdəki bıçağı necə atmışdımsa sonra tapa bilmirdim... Anidən ilk yardım dərslərində keçdiklərimizi xatırladım.
Tez uşağı arxadan götürüb iki ovcumla göbək nahiyyəsindən sıxmağa başladım. Soyuq olduğuna görə əyni çox qalın idi, buna görə bərk sıxmağa məcbur idim, (yaxşı ki belə idi, sonra düşündüm ki, əynindəkilər qalın olmasaydı qabırğalarını sındırardım uşağın). Körpə qollarım arasında dəli kimi çırpınır, balaca əlləri ilə üzünü az qala dağıdırdı, nəfəs ala bilmirdi... "Leyla tüpür! Leyla tüpür!..." deyə qışqırırdım... O qədər çarəsiz idim ki, qorxu dolu gözləri ilə bizə baxan üç yaşlı böyük qızımdan baxışlarımla imdad diləyirdim... Nə qədər vaxt keçdi bilmirəm, mənə saatlar keçdi kimi gəldi... Mən elə hey sıxmağa davam edirdim, artıq görürdüm ki, bayaqdan çırpınan uşaq süstəlir, çox qorxdum, bir an düşündüm ki, deyəcəklər ömrü bu qədər imiş... Ana üçün bunun düşüncəsi belə nə deməkdir... Bir az da bərk sıxmağa başladım, bilirdim ki, üç dəqiqə ərzində beyinə oksigen getməsə, sonra qurtulsa da "bitki" kimi yaşayacaq... Birdən broş yerə düşdü, qollarım arasında körpənin ciyərlərinin hava ilə necə dolduğunu hiss etdim... İkimiz də əldən düşmüşdük... Divara söykənərək yerdə oturan balamın rəngi solmuşdu, buna baxmayaraq gülümsəyirdi... Bilmirdim gülüm, ya ağlayım... Bu hadisədən sonra tez-tez onlara xatırladırdım: "Leyluşa nə olmuşdu?-Boğulmusdu! Niyə?- Ağzına sancaq qoymusdu! Necə boğulurdu Leyluş?- Xxxx eləmisdi!"... Nə yaxşı ki, bunu etmişəm...
Bir il keçdi. Axşam uşaqları yerlərinə uzadıb özümüz yoldaşımla süfrəyə oturduq. Uşaqlar uzun müddət pıqqıldaşırdılar, sonra sakitlik çökdü... və birdən o zaman dörd yaşlı böyük qızımın tük ürpədici səsini eşitdik, elə qorxunc səs idi ki, ayaqlarım yerə yapışmışdı elə bil, qalxa bilmədim. Yoldaşım özünü yataq otağına atdı, boğuq səslə məni çağıranda sanki yuxudan ayıldım, atdım özümü arxasınca, balacanı mənə ötürdü, "Boğazında nə isə var!"- dedi... Havada tutdum uşağı, tez başladım göbəyinin üstündən iki yumruqla sıxmağa-anidən uşaq barmağı ölçüsündə şrup düşdü ağzından... Yenə qurtuldu...
Böyük qızımdan soruşanda ki, necə anladın ki, Leyla boğulur? , "Xxxx edirdi"- dedi. Anladım ki, səhf etməmişəm daim bu hadisəni xatırlatmaqla... Düşünürdüm ki, birdən yerlərinə uzanan kimi böyük qızım yatsaydı necə xəbər tutacaqdım kiçiyin başında bəla olmasından? Çox gec olacaqdı...
Bu hadisəni yeri düşdükcə qohumlar, tanışlar arasında danışırdım ki, onlar da ehtiyatlı olsunlar. Təxminən bir il sonra bir gün dayım zəng vurdu ki, ay Lalə, Allah səndən razı olsun, nə yaxşı danışmısan bu hadisəni. Qardaşımın balası kiçik konfetdən gözümün qabağında boğulacaqdı az qala, sən danışan hadisəni xatırladım, heç bilmirəm səhv etdim, düz etdim, qarnından basdım, basdım, konfet düşdü...
Bəlkə kim isə anlamaz bunları bölüşməyimin səbəbini, amma mənə dərs olduğu üçün kimlərə isə nümunə ola bilər ki, əvvəla uşaqlarla çox yox, çox-çox diqqətli olmaq lazımdır! İkincisi hər işdə bir xeyir vardır, nə olsun ki, öz seçimim olmayan peşə üzrə təhsil aldım, belə olmasa idi anam və balam kim bilir necə olardı... Bunların xatirinə illərlə çəkdiyim əziyyətə dəyərdi... Həm də Allaha təvəkkül etməyi öyrəndim, niyə mən istədiyim kimi olmadı deməyi unutdum, nə olursa belə olmalıdır düşünüb bu ayəni xatırlayıram:
Bəqərə 216/ (Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.
Hər zaman şükür etməliyik...
Füsillət 51
(Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar).
XƏBƏR LENTİ
Azərbaycanda istirahət günü hava necə olacaq?
Dünyanın ən yaşlı adamı pasportunu təqdim etdi - FOTO
Sabahın HAVAsı
Qadın hakim onu atan ərindən qeyri-adi yolla qisas aldı - FOTO
Prezidentdən karantin rejimi ilə bağlı vacib fərman
Səlbiyyə sifətləri nədir və hansılardır?
Heç bir Papa bunu eləməzdi, amma o elədi...
Azərbaycanda ümumvətəndaş pasportlarının alınmasında yenilik
Vətənpərvər olmurlar, doğulurlar!
Məşhur aktrisa xərçəngə qalib gəldi
Məşhur musiqiçi Trampın qərargahını məhkəməyə verdi
Çimərlikdəki Gürzə Bakı sakinlərini qorxutdu-FOTO
Azərbaycanda dronlara icazə verildi
Azərbaycanla İsrail arasında viza rejimi sadələşdirildi
Allergik uşaqlara bu qidaları vermək olmaz!
Kəsmikli-moruqlu kekslər (foto resept)
"Elba" salatı (foto resept)
Serdar Ortaç Boşanmasından danışdı-FOTO
Kişi öz əmlakını filə vəsiyyət etdi
Münasibətlərdə dürüstlüyün əhəmiyyəti
Şüşə olmasaydı
Tayson və Cons “Black Lives Matter” titulu uğrunda şou-döyüş keçirəcəklər
Doğuş sonrası depressiya
Köklü,darçınlı,qozlu keks (foto resept)
Günəş ləkələri üçün qatıq və cəfəri maskası
Bakıda Qətərin milli bayramı qeyd edilib
Sərt karantinlə bağlı daha bir açıqlama: 5 gün...
Duman açıqlaması
Şahzadə sürücülük vəsiqəsindən imtina etdi-SƏBƏB
Noyabrdan Azərbaycanda ərzaqlar şüalanacaq
Ən SOYUQ ad FEVRAL olacaq
2012-nin yay geyimləri
Azərbaycan – Rusiya oyununun hakimləri müəyyənləşib
Kanadalı sənətkarın mücrüləri
Gürcüstan Azərbaycandan qaz idxalını niyə azaldıb?
Erkən yaşlarda qeydə alınan abortlar
Azərbaycan tarixindən yüz şəxsiyyət-57
Minlərlə London sakini Britaniyanın Aİ-dən çıxmasına etiraz edir
Adları göy cisimlərinə verilmiş azərbaycanlılar - SİYAHI
Xiyarın xeyri
Alina Kabayevanın əkizləri doğuldu
Yann Tiersen
Əks cinsi 7 saniyəyə valeh edin
Ərdoğandan Avropaya çağırış: “Azərbaycanın ərazi bütövlüyü barədə tutarlı mövqe ortaya qoyun”
Turabi ABŞ-da çempiyon oldu-VİDEO
Nağıl kimi yerlər-1
Saç tökülməsinin qarşısını alan nar qabığı
Həyata xoşbəxt baxmaq üçün 10 tövsiyə
Həkimlər xəbərdarlıq edir
İnsan neçə dəfə sevir?
- ŞƏRHLƏR