Bu xəbəri uzun müdətdir hazırlamaq istəyirdim, məqsədim bir neçə məqama diqqət çəkmək idi: qismət, hər işdə bir xeyir var, Allaha təvəkkül, ehtiyat qaydalarına diqqət, ilk yardım qaydalarını öyrənmək...
Məktəb illərindən arzum jurnalist olmaq, xüsusilə radio və TV proqramlar hazırlamaq, hətta qismət olarsa Azərbaycanın ehtiyacı olduğu dini kanal açmaq idi. 10-cu sinifdə ikən atam bu xəyalımdan xəbər tutdu və bu arzu elə xəyal olaraq qaldı... Qızım, dedi, jurnalistika sənlik deyil, bu sənət 24 saat iş başında olmaq deməkdir: axşamın gec bir saatında zəng vuracaqlar ki, filan yerə müsahibəyə get və ya ezamiyyətə get (bizim ailədə qadının belə rejimdə işləməsi bəyənilmir). Məni öz arzusu ilə tibbə yönəltdi, bir il hazırlaşıb bir təhər keçid bal toplayaraq tibb fakültəsinə qəbul oldum. Vicdanla deyə bilərəm ki, dərslərə həvəslə hazırlaşırdım, başqa cür mümkün deyildi, həvəssiz bəlkə nəfəs də ala bilmərəm... İki il yaxşı keçdi, ciddi şəkildə praktik dərslər başlandı və getdikcə anlamağa başladım ki, bu sahə mənlik deyil. Məsələn, bir-iki hadisəni deyim: cərrahiyə əməliyyatında iştirak edirdik (deyəsən baldır sümüklərində idi əməliyyat), cərrahın əlindəki mişarı görəndə gözlərim qaraldı, bir-təhər çıxdım otaqdan... Bir dəfə də doğuşda iştirak edirdik, baxmayaraq ki artıq bir qızımı dünyaya gətirmişdim, ağır keçən doğuşu görəndə qorxmuşdum, bir küncə qısılıb hönkürərək ağlamağa başladım, mənə fikir verən kim idi, mənsiz də qışqırıq basmışdı otağı... Gedərək sanki sönürdüm, keçirdiyim zamana heyfim gəlirdi, bu mənim yolum deyil düşünürdüm, Allahım, niyə bu peşə yolunu mənə qismət etdin deyə düşünürdüm... Dördüncü kursda idim. Anam son aylar böyrəklərim ağrayır bəhanəsi ilə bütün günü uzanırdı, həkimə getməkdən imtina edirdi. Bir gün dərsdən gələndə yenə pis ağrıyırdı, atamı evdə görüb anamı zorla yaxınlıqdakı özəl xəstəxanaya apardıq. USM müayinəsində məlum oldu ki, problem heç də böyrəklərdə deyilmiş, yumurtalığında iki burulmuş kista varmış, həm də hər an partlamaq təhlükəsi vəziyyətində. Həkim təcili olaraq əməliyyatın lazım olduğunu deyərək tanımadığımız bir yerə göndəriş verdi. Amma bir az xalqımıza da məxsusdur, bilmirəm, tanışlardan kimi isə araşdırmadan əməliyyata getmərik. Xəstəxana çıxışında atama dedim ki, mən qayıdıram şəhərə, gedim görüm müəllimlərimdən kimi tapıram, cərrah məsləhət bilsinlər, çünki artıq iş günü bitmək üzrə idi... Gümanım gələn Leyla xanım idi, mənlə arası yaxşı idi. Ona elə xalatını dəyişərkən çatdım, vəziyyəti danışdım, gedək dedi, görüm növbətçi həkimlərdən kimə tapşırım sizi, çünki artıq hamı gedib. Bəxtimizdən yoldaşı cərrah olan həkimlə rastlaşdıq, telefon nömrəsini alıb danışdıq, səhəri gün anam əməliyyat oldu, həkimin dediyinə görə kista o qədər burulmuşdu ki, hətta əməliyyat vaxtı da partlaya bilərdi... İlk dəfə bu peşədə olduğum üçün şükür etdim, çünki əks təqdirdə biz soraqlaşıb həkim tapana qədər kim bilir nələr olacaqdı... Amma yenə də sıxılırdım, soyuyurdum dərslərdən... İllər keçdi, iki qızım oldu. Kiçiyinin bir yaşı yenicə olmuşdu, qış ayları idi, mən mətbəxdə yemək hazırlayırdım,balacanın əlində kiçik saç broşu var idi, oynayırdı.Birdən mənə yaxınlaşaraq: "Ana bak" dedi. Döndüm və körpənin ağzında, artıq boğazına gedən broşu gördüm. Ani oldu hər şey, uşaq boğulmağa başladı, əlimdəki bıçağı necə atmışdımsa sonra tapa bilmirdim... Anidən ilk yardım dərslərində keçdiklərimizi xatırladım.
Tez uşağı arxadan götürüb iki ovcumla göbək nahiyyəsindən sıxmağa başladım. Soyuq olduğuna görə əyni çox qalın idi, buna görə bərk sıxmağa məcbur idim, (yaxşı ki belə idi, sonra düşündüm ki, əynindəkilər qalın olmasaydı qabırğalarını sındırardım uşağın). Körpə qollarım arasında dəli kimi çırpınır, balaca əlləri ilə üzünü az qala dağıdırdı, nəfəs ala bilmirdi... "Leyla tüpür! Leyla tüpür!..." deyə qışqırırdım... O qədər çarəsiz idim ki, qorxu dolu gözləri ilə bizə baxan üç yaşlı böyük qızımdan baxışlarımla imdad diləyirdim... Nə qədər vaxt keçdi bilmirəm, mənə saatlar keçdi kimi gəldi... Mən elə hey sıxmağa davam edirdim, artıq görürdüm ki, bayaqdan çırpınan uşaq süstəlir, çox qorxdum, bir an düşündüm ki, deyəcəklər ömrü bu qədər imiş... Ana üçün bunun düşüncəsi belə nə deməkdir... Bir az da bərk sıxmağa başladım, bilirdim ki, üç dəqiqə ərzində beyinə oksigen getməsə, sonra qurtulsa da "bitki" kimi yaşayacaq... Birdən broş yerə düşdü, qollarım arasında körpənin ciyərlərinin hava ilə necə dolduğunu hiss etdim... İkimiz də əldən düşmüşdük... Divara söykənərək yerdə oturan balamın rəngi solmuşdu, buna baxmayaraq gülümsəyirdi... Bilmirdim gülüm, ya ağlayım... Bu hadisədən sonra tez-tez onlara xatırladırdım: "Leyluşa nə olmuşdu?-Boğulmusdu! Niyə?- Ağzına sancaq qoymusdu! Necə boğulurdu Leyluş?- Xxxx eləmisdi!"... Nə yaxşı ki, bunu etmişəm...
Bir il keçdi. Axşam uşaqları yerlərinə uzadıb özümüz yoldaşımla süfrəyə oturduq. Uşaqlar uzun müddət pıqqıldaşırdılar, sonra sakitlik çökdü... və birdən o zaman dörd yaşlı böyük qızımın tük ürpədici səsini eşitdik, elə qorxunc səs idi ki, ayaqlarım yerə yapışmışdı elə bil, qalxa bilmədim. Yoldaşım özünü yataq otağına atdı, boğuq səslə məni çağıranda sanki yuxudan ayıldım, atdım özümü arxasınca, balacanı mənə ötürdü, "Boğazında nə isə var!"- dedi... Havada tutdum uşağı, tez başladım göbəyinin üstündən iki yumruqla sıxmağa-anidən uşaq barmağı ölçüsündə şrup düşdü ağzından... Yenə qurtuldu...
Böyük qızımdan soruşanda ki, necə anladın ki, Leyla boğulur? , "Xxxx edirdi"- dedi. Anladım ki, səhf etməmişəm daim bu hadisəni xatırlatmaqla... Düşünürdüm ki, birdən yerlərinə uzanan kimi böyük qızım yatsaydı necə xəbər tutacaqdım kiçiyin başında bəla olmasından? Çox gec olacaqdı...
Bu hadisəni yeri düşdükcə qohumlar, tanışlar arasında danışırdım ki, onlar da ehtiyatlı olsunlar. Təxminən bir il sonra bir gün dayım zəng vurdu ki, ay Lalə, Allah səndən razı olsun, nə yaxşı danışmısan bu hadisəni. Qardaşımın balası kiçik konfetdən gözümün qabağında boğulacaqdı az qala, sən danışan hadisəni xatırladım, heç bilmirəm səhv etdim, düz etdim, qarnından basdım, basdım, konfet düşdü...
Bəlkə kim isə anlamaz bunları bölüşməyimin səbəbini, amma mənə dərs olduğu üçün kimlərə isə nümunə ola bilər ki, əvvəla uşaqlarla çox yox, çox-çox diqqətli olmaq lazımdır! İkincisi hər işdə bir xeyir vardır, nə olsun ki, öz seçimim olmayan peşə üzrə təhsil aldım, belə olmasa idi anam və balam kim bilir necə olardı... Bunların xatirinə illərlə çəkdiyim əziyyətə dəyərdi... Həm də Allaha təvəkkül etməyi öyrəndim, niyə mən istədiyim kimi olmadı deməyi unutdum, nə olursa belə olmalıdır düşünüb bu ayəni xatırlayıram:
Bəqərə 216/ (Allahın düşmənlərinə qarşı) döyüş (cihad) xoşunuza gəlmədiyi halda, sizə vacib edildi. Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. (Onu) Allah bilir, siz bilməzsiniz.
Hər zaman şükür etməliyik...
Füsillət 51
(Kafir, naşükür) insana nemət bəxş etdiyimiz zaman (imandan) üz döndərər, (haqdan) uzaqlaşıb yan gəzər. Ona bir pislik üz verdikdə isə (Rəbbinə) uzun-uzadı dua edər (yaxşı gündə Allahı unudar, dar gündə dərhal Ona yalvarar).
XƏBƏR LENTİ
Daha bir neftçi dəfn olundu
Fərqli bədən formasında eyni paltar
Putin “soyqırım” tədbirinə gəlmir?
Çöp şişdə fərqli kabab (foto resept)
Möhtəşəm kainat...
HAVA necə olacaq?
Həccin vaxtı açıqlandı
Balıq bürcünün ən əsas 6 xüsusiyyəti
Bu keksin 100 yaşı var, amma... - ONU İNDİ DƏ YEYƏ BİLƏRSİNİZ
Putin: Suriyanı Xəzərdən bombalayırıq
Kənan İmirzalıoğludan Sinem Kobala xüsusi jest
Ölmədən öncə bunları edin
Bakıda qida məhsullarının istehsalı artıb
Bizi bu torpaq yaşadır
Disney şirkətinin 10 idarəçilik prinsipi(2)
ABŞ ordusunda hicaba icazə verildi
Yıldız Tilbedən nazirliyə:"Dərmanlar pulsuz paylansın"
Dünyanın sonunun yeni tarixi
Bu gün beynəlxalq Yer Günüdür
Novruz bayramıyla bağlı daha bir etiraz
Can Yamanın yeni serialı məhkəməlik oldu-SƏBƏB
Abituriyentlər üçün VACİB XƏBƏR
İran Ermənistana xəbərdarlıq etdi
Rühəngiz Allahverdiyeva yeni imicdə-FOTO/VİDEO
Yeni KLİPİ 3 milyon dəfə izləndi-VİDEO
Ən gözəl üzə sahib olan qadınlar
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
Bakı yol polisindən sürücülərə müraciət
Sürətli dırnaq uzadan maska
Qozlu bükmə (foto resept)
Bürclərin asılılıqları
"Miss Brazil-2019" seçildi-FOTO
"Çin restoranı" sindromu
Divardan asılmış restoran
Məktəblilər üçün “güllə keçirməz” çantalar satılır
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
İş görərkən niyə fikrimiz yayınır?
Əmizdirmə problemlərinin çarəsi
Doğru şampun istifadəsi
Lerikdə zəlzələ oldu
Məşhur müğənnidən hamiləlik AÇIQLAMASI
Öz-özünə danışmaq dəlilik əlamətidirmi?
Aleyna 158 minə avtomobil aldı-FOTO
Mövqelərimiz atəşə tutuldu - Ermənilərin gecə təxribatı
Ziyafət geyim modelləri
Orta məktəb müəllimləri bu qədər maaş alacaq - Məbləğ
Başın ağrılı bəlası
Parıltılı saçlar üçün lazımlı maska.
Bu məhsullar bahalaşdı - SİYAHI
Boş döl yumurtası sindromu və əlamətləri
- ŞƏRHLƏR