Sən bizim ellərin ruhuna bir bax
Ağstafa-Qazax mədəniyyətimizin beşiyidir.
Sığındım istəklli bir bala kimi,
Isti qucağına Ağstafanın.
Dolandım səhərdən axşam kimi,
Soluna, sağına Ağstafanın.
Azərbaycanın qərb qapısı adlandırılan Qazax-Ağstafa alınmaz qala, basılmaz eldir. Bu bölgənin ərazisi bəşər sivilizasiyasının ilk beşiklərindəndir. Iki milyonluq yaşı olan ibtidai insanlar burada məskunlaşmış, yaşamış, yaratmışlar. Ilk odun alınması, ocağın çatılmasında da Qazax və o zamanlar onun tərkibində olan Ağstafanın öz yeri, öz payı var.
Vətən uğrunda, qeyrət yolunda ərəblərə, farslara, ermənilərə, gürcülərə, ruslara qarşı sinə gərən oğulların vətənidir bu vətən. Koroğlunun, Qaçaq Kərəmin, İsrafil ağanın oylaqları, yaylaqlarıdır. İlk Azərbaycan şahini Fərrux Qayıbov, rus artilleriyasının atamanı Əliağa Şıxlinski, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev kimi qəhərmanlarımızın, unudulmaz şəhidlərimizin vətənidir bu yerlər. M.Carçıyev, F.Abbasov kimi əmək qəhrəmanlarının fəxr istinadgahıdır. Qəhrəmanları şair təbiətli, şairləri qəhrəman hünərlidir elimin. Hamısı zəfərli, hünərli, mübariz, həyata bariz nümunələrdir.
Altı min illik tarixi olan Kür-Araz mədəniyyətinin ilk ocaqlarından biri bu ərazidir. Azərbaycanda kurort-turizm təsərrüfatının inkişaf etdirilməsi üçün hər cür təbii, iqlim, landşaft şəraiti, iqtisadi imkanları və tarixi- arxeoloji abidələr kompleksi bu yerləri gözoxşayan, könülaçan edir, bəzəkli gəlinə bənzədir. Akademik Teymur Bünyadovun təbirincə desək, Dəli Kürüm qəlb oxşayan təranədir, şərqidir, duruşu Nigarın hörükləri, səsi Koroğluun nərəsidir.
Dilcan dərəsi min-min mənzərədir, dağdır, yaylaqdır, şır-şır bulaqdır, zümzümədir, ərənlərin sığınacağı, gözəllərin yığnağıdır.
Damcılı bulağı nakam sevgilərin pıçıltıları, göz yaşlarıdır.
Siyəzən dağı sirrdir-sehirdir, əfsanədir, nağıldır.
Bu torpağın təiətində bir ayrı şairanəlik, əsrarəngizlik, füsunkarlıq var. Burada min illiklərdən xəbər verən dünyanın lal sükutuna qərq olan məzarıstandakı hər daşın altında bir şair ruhu qərar tutur. Vidadi, Vaqif ilham pərisidir Əbdürrəhman ağa Dilbazın, Mustafa ağa Arifin, Fədainin, Kazım ağa Salinin, Yəhya Bəy Qazağinin, İbrahim əfəndi Nicatinin, Abdulla ağa Şıxlinskinin, Hüseyn əfəndi Qayıbovun, Abbas ağa Nazirin və başqalarının.
XIX əsrdə bu torpağın şeir-sənət səsi asimana ucaldı. Çünki yeni istiqamətli, yeni romantik ruhlu, xalq koloritli poeziyamızın möhtəşəm binasının özülünü qoyanlardan, al-əlvan çalarlı söz mülkünə öz töhvəsini verən Osman Sarıvəllisi, könüldən-könülə əsrlərlə silinməyən cığırlar, yollar salan Səməd Vurğunu, Azərbaycan yazıçılarının havadarı, mənəvi atası - Mehdi Hüseyni (Azərbaycan Yazıçılar İttifaqına uzun illər rəhbərlik etmişdir) vardı.
XX yüzilliyin ikinci yarısından məşhur yazarlarla yanaşı, nadir istedada malik olan yeni nəsl yetişdi. Böyük inamla və ilhamla qələmə sarıldı, sözünü dedi, əlçatmaz, ünyetməz oldu.
Xalq yazıçıları İ.Şıxlı, İ.Hüseynov, Y.Səmədoğlu, söz sərrafları Vidadi Babanlı, Sabir Azəri, Fərman Eyvazlı, Vaqif Nəsib və başqaları xalqımıza layiq əsərləri ilə təkcə Azərbaycanın hüdudlarında deyil, keçmiş Sovetlər ölkəsində qələbələr qazana-qazana eldən-elə, dildən-dilə gəzdilər. Əsərləri bir sıra dünya xalqlarının dilinə tərcümə olundu.
Xalq şairi M.Dilbazi, H.Arif, N.Həsənzadə, V.Səmədoğlu, görkəmli şairlərimiz A.Aslanov, N.Kəsəmənli, H.Abbas, A.Kəmərli, D. Nəsib, T,Saleh, E.Nəsibli və başqaları şeir-sənət aləmində sayıldı, seçildilər.
Sözlü,sazlı,min bir avazlı;
Bu mahalın sazlı-sözlü, mənəvi dünyasının bir şah budağı da sinədəftərlərdir, haqq aşıqları, el şairləridir. Boşuna Qazax aşıq məktəbi Göyçəgöl və Borçalı aşıq məktəblərinin ayrılmazlığının təsdiqi deyil ki!
Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Dərya Məhəmməd, Aşıq Avdı, Aşıq Ədalət ustad sənətkarlardır.
Sinələrində min dastan yuvalanan Aşıq Hüseyn Xalaoğlu, Aşıq Aslan Aslanov, Aşıq Solmaz Kosayeva, Aşıq Pakizə Musaköylü, Aşıq Rakif, Aşıq Camoy Qurbanov, Aşıq Yaqub Yaqubov, Aşıq Hacı Avdıyev, Aşıq Şəhadət Gülməmmədov, Aşıq Avdı Avdıyev sazı bağrına basanda mədəniyyətimizin soy kökü özünü göstərir.
Bir də ki ,vallah, bu torpağın qoxusu bir başqadır!
Qazax-Ağstafa bölgəsi o qədər də böyük deyil, lakin şairlər yurdu adını qazanmaq böyük şərəfdir. S.Vurğunun dili ilə desək, “şairlər vətəni bizim tərəflər”dəki bu şeir, sənət dühaları ilə təkcə Azərbaycan, Qafqaz deyil, bəşəriyyət fəxr edə bilər.
Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Xeyli vaxtdır həsrətini çəkdiyim torpağıma, vətənimə, elimə yolandım. Ilkin olaraq yolum Ağstafa şəhər İcra Hakimiyyətinə düşdü. Elə bil utopik bir dünyaya yollanmışdım. Insanları mehriban, qayğıkeş, səmimi, düzlük tərəfdarı. Deyirlər vəzifə insanı dəyişir. Burada isə hər kəs insan kimi insandır. Vətənə olan fəxarət hissim bir daha coşdu, çağladı.
Oradan bir başa Ağstafa şəhər Mədəniyyət Evinə yollandım. Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimovun qonaqpərvərliyi, humanist təbiəti, eləcə də bu torpağın sənət inciləri haqqında və son zamanlar görülən yenidənqurma işləri barədə qürur hissi ilə danışması məni torpağım, elim, ağstafalılarım, qazaxlılarım haqqında yazmağa vadar etdi. Gülgün müəllim idman yarışlarında iştirak edən gənclərin qələbə çələnglərini, fırça dünyası olanların rəsm əsərlərini də göstərdi. H.Arif adına ədəbi-birliyin almanaxları ilə də məni tanış etdi və ürəkdolusu danışdı. Hələ qulaq müsafiri olduğum bir mədəniyyət nümunəsi də oldu.
Mədəniyyət Evində rəqs dərsi gedirdi. Müəllimin uşaqlara son dərəcə diqqətli və işinə məsuliyyəti hər kəsə göstəriləcək nümunə ola bilər deyə düşündüm.
Xaliq müəllim (rəqs müəllmi) xalq artisti Z.baratzadənin tələbəsi olmuş, Göygöl Dövlət Rəqs Ansamblının tərkibində dünyanın 28 xarici ölkəsində özünün dediyi kimi Azərbaycan bayrağının sədaları altında rəqs etmişdir. Hal-haızrda Gəncə, Tovuz və Ağstafa şəhər Mədəniyyət Evlərində rəqs dərsi deyir. Xaliq müəllimin rəqsi kimi siması da insanpərvərliyindən xəbər verirdi.
P.S. Kəhkəşandır bu elin hər daşı, hər torpağı, eləcə də insanı!
Rübabə Sahib (filoloq)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bu qəbilənin qızları kişilərin diqqətini belə cəlb edirlər-FOTO
Həftəsonu sərnişindaşıma tam dayandırılacaq - BNA
“Facebook” 3 xidmətini bağlayır
Badımcan tortu (foto resept)
Millət vəkillərimizin Yeni il planları
Uşaqlar üçün sürpriz hazırlanır
Qarğıdalı unundan hazırlanan maskalar
Ən gülməli və qeyri-adi - Lady Gaga
Tramp Ağ Evi tərk edir-SƏBƏB
Azərbaycanda siqaret bahalaşdı
Müştəri cəlb etməyin yolları
Serenay Sarıkaya sualtı şəkillərini paylaşdı
Hər gün 1 qaşıq zeytun yağı yesəniz...
800 uşağın basdırıldığı yer aşkarlandı
Dəri problemləri üçün kartof suyu
Xaricdə təhsil almaq istəyənlərə müjdə
Azərbaycanlı idmançı dünya çempionu oldu
Arda Turanın xanımı xəstəxanalıq olub
Evlərdə çatlar yarandı
Kənan və Sinemin BOŞANMA xəbəri yayıldı-FOTO
Məktəblilər pulsuz, isti yeməklə təmin ediləcəklər
Suxarili kotletlər
Böyük Britaniya da İŞİD-i vurur
Mehriban Əliyevadan örnək addım-FOTO
Uşaqların diş sağlamlığı üçün tövsiyələr
İyulun havası: 43 dərəcə isti
11 min ailə dağıldı
Rusiya turistlər üçün açıq olan ölkələrin siyahısını genişləndirəcək
Wi-Fi-ın ziyanı xeyrindən çoxdur - ARAŞDIRMA
"Bakı-2015"in açılış və bağlanış mərasimi ilə bağlı yeni vəd
Yayda təbiətin gözəlliyi
Tənbəlliyin səbəbləri
Fransızsayağı Calzones (foto resept)
Evinizi hansı aksesuarlarla bəzəyə bilərsiniz?
Virusa qarşı antibiotiklərin dəhşətli nəticələri barədə xəbərdarlıq edildi
Çağatay Ulusoy mahnı bəstələyir-FOTO
Kəbədə yağış yağdı
Gül qurabiyəsi (foto resept)
Bu gün Zərifə Əliyevanın anadan olmasının 95-ci ildönümüdür
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Azərbaycanın bu bölgəsində koronavirusa yoluxma sürətlə artır - HƏYƏCAN TƏBİLİ
Azərbaycan tarixindən yüz şəxsiyyət-62
Kitab oxumaq üçün rahat yerlər
FİFA-da prezident seçkisinin vaxtı bilindi
Bu gün Beynəlxalq Müəllimlər Günüdür
Sezar salatı (foto resept)
8 fövqəladə hal zamanı düzgün çıxış yolları
Yalnız milyonçuların sahib olduqları
Nazirlikdən əlil uşaqlara xidmət
Eda Taşpınarın sevgilisi kimdir?
- ŞƏRHLƏR