1990-cı il yanvarın 20-də Azərbaycanın ərazi bütövlüyünü pozmaq cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla bağlı apardığı qərəzli siyasətə, yerli rəhbərliyin xalqımızın mənafeyinə zidd mövqedə durmasına qarşı etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədilə Bakıya və respublikanın digər rayonlarına sovet hərbi hissələri yeridildi. Dinc əhalinin kütləvi etiraz aksiyalarının ağır hərbi texnikanın köməyi ilə vəhşicəsinə dağıdılması təkcə süquta uğramaqda olan sovet siyasi sisteminin qorunması cəhdi kimi deyil, həm də azərbaycanlıların tarixi torpaqlarından sıxışdırılıb çıxarılması ilə bağlı Çar Rusiyasının əsrlərlə apardığı mənfur siyasətin yeni şəraitdə davamı idi.
20 Yanvar hadisəsi xalqımızın yaddaşına qanlı faciə kimi daxil olsa da, bütövlükdə milli tariximizin ən şanlı və qəhrəmanlıq səhifələrindən birini təşkil edir. Məhz 20 Yanvardan başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyü və milli haqlarımıza obyektiv yanaşma nümayiş olunacağına öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz hüquqları uğrunda düşüncəsi, fikri, sözü, həmrəyliyi ilə mübarizəyə qalxmış bir xalq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə öz zəhmli ordusunun tankları, işıq saçan zəhərli güllələri, xüsusi təyinatlı hərbi dəstələri, pozuculuq-təxribat işlərini təşkil edən çevik qrupları ilə üzləşdi...
Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, yanvarın 22-də Azərbaycan xalqı şəhidləri ilə vidalaşdı. Paytaxt matəm libası geyinmişdi. Respublikada 3 gün matəm elan olunmuşdu. Azərbaycanın bütün rayonlarında və Bakıda izdihamlı matəm mitinqləri keçirildi. Bakıda keçirilən matəm mərasimində bir milyondan çox insan iştirak edirdi. Bu, Azərbaycan xalqının azadlıq səsi, haqq, ədalət, demokratiya və müstəqillik uğrunda mübarizə əzmi idi.
20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı ağır iflic vəziyyətinə və informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən vəhşicəsinə partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Azərbaycan sakit və ölü bir dənizə bənzəyirdi. Xalq ağır və dəhşətli faciədən xəbərsiz idi. Görünməmiş qəddarlıqla keçirilən cəza tədbirləri nəticəsində heç bir günahı olmayan 133 dinc sakin öldürüldü, 744 nəfər yaralandı, 841 nəfər qanunsuz həbs olundu. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar olmuşdur. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinin baş verməsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması məsələsi istiqamətində mühüm addımlar atıldı. 20 Yanvar faciəsinin xalqımızın tarixində yeri və rolu, bu faciənin əbədiləşdirilməsi və bütün dünya ictimaiyyətinə çatdırılması yönündə mühüm işlər görülmüşdür.
Ümummilli liderin 1994-cü il yanvarın 5-də 20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi ilə bağlı verdiyi Fərmanda Azərbaycan Respublikasının Milli Məclisinə faciəyə tam və əsaslandırılmış siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclis 1994-cü il martın 29-da 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında qərar qəbul etdi. Bununla da Prezident Heydər Əliyevin təşəbbüsü və təkidi nəticəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verildi.
Bakı şəhərinin ən hündür yerində yerləşən Şəhidlər Xiyabanında Azərbaycanın azadlığı uğrunda mübarizədə şəhid olanların xatirəsinə ucaldılmış möhtəşəm “Əbədi məşəl” abidə-kompleksi də ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə tikilmişdir. Azərbaycan Prezidentinin 2000-ci il, yanvarın 17-də imzaladığı Fərmanla 1990-cı il 20 Yanvar faciəsi zamanı şəhid olanlara “20 Yanvar Şəhidi” fəxri adı verilmişdir.
Bu gün Azərbaycan xalqı azadlıq uğrunda canlarını qurban edən şəhidlərimizin və cəsur Vətən övladlarının qəhrəmanlıq mübarizəsini çox böyük hörmət və ehtiramla əziz tutur, onların igidliyini yüksək qiymətləndirir. Şəhidlərimizin qanı bahasına qazanılan müstəqilliyimizi qanımızla və canımızla qorumalı, ümummilli liderimiz Heydər Əliyevin dediyi kimi, onu daimi, əbədi və dönməz etməliyik.
XƏBƏR LENTİ
Yuxudan vaxtında oyanmaq üçün nə edək?
Ali məktəblərə qəbulun KEÇİD BALLARI AÇIQLANDI
İdmançımız Azərbaycana DÇ-nin qızıl medalını qazandırdı! - YENİLƏNİB
İzləyiciləri Fahriye Evceni lağa qoydular-FOTO
Paşinyandan növbəti etiraflar: “Bu, bizim üçün böyük uğursuzluq, fəlakət və matəmdir...”
Smartfonun bu ziyanı ağlınıza gəlməzdi
BAFTA: ən yaxşı filmlər və aktyorlar seçildilər -FOTO
Miqrenə çarə mətbəxdə
BÜRCLƏR bizə nə vəd edir?-10 Oktyabr
Obama: “Müsəlmanların tərəfini saxlamıram, sadəcə...”
Dəyişiklik üçün 30 min xərclədi-FOTO
Ev dekorasiyasında öz tərzinizi yaratmağın yolları
Hörmə bulkular (foto resept)
Çəki azaltma və sağlam yaşamaq üçün 4 tövsiyə
Atəşkəs rejimi 13 dəfə pozuldu
Darçınlı, qozlu piroq (foto resept)
Ayrılığa bir gün qaldı...
TƏBİB-dən ölkəyə koronavirus peyvəndinin gətirilməsi ilə bağlı AÇIQLAMA
Məşhur aktyorun üçüncü övladı doğuldu-FOTO
Kimsəsiz ana və onun 3 yaşlı uşağı
Emin Əmrullayev özəl təhsil müəssisələrinin tədris ilinə hazırlığı ilə maraqlanıb.
Dünyanın ən uzun qadını
Aşura günü Bakıda hərəkət məhdudlaşdırılacaq
ABŞ Serjdən girovları istəyir
Qurdlar bağırsaq vadisində
Stresin sonsuzluq müalicəsinə təsiri
Evinizin uğurlu olması üçün, yaxşı iş tapmaq üçün... - Vanqadan məsləhətlər
Bitkilər və təbabət
Meg Ryan yenə uğursuz əməliyyat etdirdi-FOTO
Ayaqaltı modelləri
Baydenin prezidentliyinin ilk yüz gün üçün planları: İlk növbədə miqrantlara vətəndaşlıq vəd edir
Ermənistan ekoloji terrorla məşğuldur – VİDEO
Sobada pendirli ət (foto-resept)
Galaxy S4 smartfonunun zərif variantı
Ev dustaqlığında saxlanılan İran müxalifətinin lideri şəxsi evinə köçürülüb
2016-ya damğa vuracaq hadisələr - PROQNOZ
Balıq kotleti (foto resept)
Saytların sayı hesablandı
Qarpız damarları aterosklerozdan qoruyur
Ən gözəl qarderoblar
Azərbaycan Zod qızıl yatağı ilə bağlı araşdırmalara başlayır - RƏSMİ AÇIQLAMA + VİDEO
Xəbəriniz olsun!
Azərbaycanın milli təamları Bolqarıstanda
"Vətənpərvər insanlar ölmürlər"
Azərbaycanda koronavirusa yoluxma sayı 200-dən aşağı düşdü
Hansı sulara üstünlük verək?
101 yaşlı nənədən uzunömürlülük sirri: "Çörək yeməyin"
İcra hakimiyyətləri ləğv olunacaqmı?
Android maşınlar üçün də proqram hazırlayır
Maykl Ceksonun əlcəyi hərracda bu qiymətə satıldı - FOTO
- ŞƏRHLƏR